MÖHKƏMLİK

is.
1. Möhkəm şeyin halı; bərklik, davamlılıq. Materialın möhkəmliyi.
2. Möhkəm olma; dözümlülük, səbatlılıq, mətinlik, iradəlilik.
Mədəndə işləyən adamlardan ilk növbədə möhkəmlik tələb olunur. M.Hüseyn.

3. Yenilməzlik, alınmazlıq, sarsılmazlıq. Qalanın möhkəmliyi. Arxanın möhkəmliyi.
4. Sağlamlıq, qüvvətlilik, davamlılıq. Bədənin möhkəmliyi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÖHKƏMLİK sağlamlıq — qıvraqlıq
  • MÖHKƏMLİK bərklik — dözümlülük — davamlılıq — sabitlik — dayanaqlıq — yenilməzlik

Antonimlər (əks mənalı sözlər)

  • MÖHKƏMLİK MÖHKƏMLİK – BOŞLUQ Zivər gənclikdən möhkəmlik, diqqət və gözəl mənəvi keyfiyyət görməyincə təslim olmur (S
MÖHKƏMLƏTMƏK
MÖHLƏT
OBASTAN VİKİ
Möhkəmlik
Möhkəmlik — material xassəsi olub, onun plastiki deformasiya və kəsilməyə qarşı göstərdiyi mexaniki müqavimətini təsvir edir. Gərginlik-deformasiya-diaqramından vacib texniki möhkəmlik parametrləri tapılır. Materialın tərkibindən, temperaturundan, təsir edən yükdən və təsir sürətindən asılı olaraq müxtəlif möhkəmlik qiymətləri əldə edilir.

Digər lüğətlərdə

монбла́н по-фанфаро́нски рво́тный ущемля́ться цементи́т геохи́мик дислока́ция некста́ти нефтеперераба́тывающий compotier dawdle giddy-brained groundsman miracle-monger oil-tight restrict sculptural toponym vitalize аллопатия насиживать отдумывать отсыхать прицельный шуруп