MÖHLƏT

is. [ ər. ]
1. Vaxt vermə; bir işin görülməsi, yaxud vəd olunan bir şeyin yerinə yetirilməsi üçün verilən vaxt, müddət; icazəli vaxt.
[Mahmud bəy:] Əşi, möhlət nədir, iş işdən keçib; Səlim bəy kişidir, möhkəm and içib. S.Rüstəm.

// Ümumiyyətlə, bir işi görmək üçün tələb olunan vaxt, müddət.
Gərək [pasport] çıxardam, bu da bir-iki həftə möhlət istəyir. Ə.Haqverdiyev.
[Vəzir:] Əmir sağ olsun, sən Zeyddən qırx gün möhlət istə, bəlkə bu qırx günün ərzində bir əlac tapaq! Ü.Hacıbəyov.

□ Möhlət almaq – bir işi yerinə yetirmək üçün vaxt almaq.
[Sara bibi:] Mən də on beş gün möhlət alıb gəlmişəm. Qantəmir.

Möhlət vermək1) bir işin müəyyən müddətdə yerinə yetirilməsi üçün vaxt vermək;
2) fürsət vermək, vaxt vermək, imkan vermək.
Göz yumub aləmdən, istərdim açam rüxsarinə; Canım aldın, göz yumub açınca möhlət vermədin. Füzuli.
[Əbdürrəhman bəy:] Arvad, sən atanın goru, ikicə dəqiqə mənə möhlət ver, gedəcəyəm. N.Vəzirov.
[Hacı Saleh:] Sənin beş min manatını hazır etmişəm, ancaq altı yüzünə bir həftə möhlət ver. S.S.Axundov.

2. rəs. Bir işi müəyyən vaxta qədər təxir etmə. Orduya çağırışdan möhlət haqqında əmr.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÖHLƏT möhlət bax vaxt 1
  • MÖHLƏT vaxt — vədə
MÖHKƏMLİK
MÖHNƏT
OBASTAN VİKİ
Möhlət Abbasov
Möhlət Abbasov Eldəniz oğlu (19 mart 2001, Daşkəsən – 7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbasov Möhlət Eldəniz oğlu 19 mart 2001-ci ildə Daşkəsən rayonunda anadan olub. Ailəsinin ilki olan Möhlət 2007-ci ildə Gəncə Şəhər 21 nömrəli tam orta məktəbin birinci sinfinə başlayıb, 2018-ci ildə isə həmin məktəbdən məzun olub. 2019-cu ildə Vətənə borcunu yerinə yetirmək üçün Hərbi Xidmətə yollanıb. == Hərbi xidməti == 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə qoşulanda hərbi xidmətinin bitməyinə 3 gün qalmışdı, amma o, Vətənini seçir. Düşmənə qarşı igidliklə, mərdliklə vuruşur. Möhlət Abbasov 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı istiqamətində qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi igidliklərə görə üç medalla təltif edilib.
Möhlət Müslümov
Möhlət Xanəli oğlu Müslümov (9 avqust 1954) — tar ifaçısı, 2000 ci ildə Əməkdar artist, Azərbaycan Respublikasının xalq artisti (2005). Milli konservatoriyanın professorudur. Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəridir. M.Müslümov Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edir. Onun müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları böyük müvəffəqiyyətlə qarşılanır. M.Müslümov Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tayland, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Ruminiya,Qətər,Iordaniya,Nikaraqua,Kostarika, keçmiş SSRİ-nin bütün respublikalarında, şəhərlərində Azərbaycan musiqisinin parlaq ifaçısı kimi alqışlanmışdır. Xarici ölkələrdə 20-dən artıq kompakt diski buraxılmışdır. Milli radio və xarici ölkə radiolarının fondlarında lent yazıları bu günədək saxlanılır. M.Müslümov 2000-ci ildə Əməkdar Artist, 2005-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2006-ci ildən Prezident mükafatçısı,2009-cu ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi Təqaüdçüsüdür. == Həyatı == M.Müslümov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini tar ixtisası üzrə bitirmişdir.
Möhlət Məmmədov
Məmmədov Möhlət Məmməd oğlu (1977, Göyçə gölü hövzəsi[d] – 26 fevral 1992, Xocalı rayonu) - Xocalı soyqırımı zamanı itkin düşən uşaq, könüllü döyüşçü. == Həyatı == Möhlət Məmmədov 1977-ci ildə Göyçə mahalında anadan olub. Xocalı özünümüdafiə batolyonunun könüllü döyüşçüsü olmuşdur. 26 fevral 1992-ci ildə еrməni millətçilərinin törətdikləri Xocalı soyqırımı zamanı itkin düşmüşdür.

Digər lüğətlərdə

борщеви́к возвра́тный клёкнуть кутну́ть нани́зка присужда́ться прогре́в ссо́рный талья́ночка там уко́рно услади́тельный гусёнок незави́симо обраща́ться самоудовлетворённость исад суарэфикс befitting denticulated vetoer бита монотип плывун сталеплавильный