MÖHRƏ

ə. 1) hər cür girdə şey; kürəcik; 2) şüşə muncuq; 3) balıqqulağı, sədəf (kağızın yazılacaq üzünü ahərləmək üçün işlədilirdi); 4) şahmatda: fiqurlardan birinin adı (şah, vəzir, fil, at, top).

MÖHRDAR
MÖHRİQ
OBASTAN VİKİ
Möhrə
Möhrə (ev tipi) — Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir. Möhrə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Möhrə (Germi)
Möhrə (fars. مهره‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 323 nəfər yaşayır (66 ailə).
Möhrə (ev tipi)
Möhrə - Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir. == Haqqında == XIX-XX əsrin əvvəllərində Azərbaycanda geniş yayılmış yaşayış evlərinin bir qismini də möhrə tipli evlər təşkil edirdi. Belə evlərin hələ çox qədimdən mövcud olduğunu arxeoloji qazıntılar da təsdiq edir. Etnoqrafik materiallar isə göstərir ki, möhrə tipli yaşayış evləri bəzən 30-40 sm hündürlükdə çay daşından hörülmüş bünövrə üzərində, bəzən də bilavasitə torpaqdan başlayaraq tikilirdi. Möhrə divarların qoyulmasına xalq arasında “möhrə vurmaq” deyilirdi. Möhrə vurmaq üçün “möhrəkeş” adlanan üçbucaq formalı uzun saplı alətdən və şətədən istifadə olunurdu. Bu alətlərin köməyi ilə palçığı kəsib hamarlayır, onu divara vurur və divarı yonub düzəldirdilər. Möhrə divarların vurulması prosesi fasilələrlə davam etdirilirdi. Hər möhrə qatı “kürsü” adlanır, hər kürsünün üstünə isə seysmik məqsədlər üçün nəzərdə tutulan ağac qurşaq (qələmə) verilirdi. Bu qayda ilə möhrə divar 1,8-2,2 metrə qədər ucaldılırdı.
Möhrətağ
Kiçik Qarabəy (əvvəlki adı: Möhrətağ) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Möhrətağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Möhrətağ kəndi Kiçik Qarabəy kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == XIX əsrdə Cavanşir qəzasında Böyük Qarabəy və Kicik Qarabəy adlı iki kənd qeydə alınmışdır. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri Kicik Qarabəy kəndində məskunlaşaraq kəndi Möhrətağ (palçıqdan tikilmış barılı məhəllə) adlandırmışdılar. 1992-ci ildə kəndin keçmış adı bərpa edildi. == Tarixi == Kiçik Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kiçik Qarabəy kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.

Значение слова в других словарях

вшива́ние высме́ивать допе́чься забулды́жный зимо́вище ли́терник наплю́щиваться парафрасти́ческий спекульну́ть антитеррористи́ческий кабота́жный наме́стничество осево́й трасс фитюля backslant common-sensical look-ahead prick up taws tergite tracheide treelined подследственный товаропроизводитель