MÖMİN
MÖNSÜN
OBASTAN VİKİ
Möminə Xatun
Möminə Xatun (v. 1175, Naxçıvan) — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, oğlu Arslanın atabəyi olduğu dövrdə də onun etimadını qazanmış, onun məsləhətlərini nəzərə alaraq saray çəkişmələrinə qarışmamışdır. Möminə Xatunun ikinci evlilikdən iki oğlu — Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan və adı bilinməyən bir qızı olmuşdur. Hakimiyyət işlərində hər iki ərinə məsləhət verən bu xanım həmçinin Şəmsəddinin oğlu Arslanla münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin qarşısını almışdır. 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır. Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" ("Səlcuqilə dövləti haqqında məlumat") əsərində onun haqqında qeyd edirdi: Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar.
Möminə Xatun Türbəsi
Möminə Xatun türbəsi — Azərbaycan Respublikası, NMR, Naxçıvan şəhərində yerləşən və həm də "Atabəy Günbədi" kimi tanınan tarix-memarlıq abidəsidir. Türbə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır. 1998-ci ildə Möminə Xatun türbəsi digər Naxçıvan türbələri ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş türbənin ilkin hündürlüyü 34 metr olsa da, onun çadırvari günbəzi dövrümüzə tamamışdır; buna görə də dövrümüzdə türbə 25 metr hündürlüyə malikdir (dövrümüzə çatmamış çadırvari günbəzsiz). Mömünə Xatun türbəsi Atabəylər Memarlıq Kompleksindən dövrümüzə çatmış yeganə abidədir.Möminə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və onbucaqlı şəklində həll olunmuş qüllədən ibarətdir. Türbənin sərdabəsi də planda onbucaqlıdır. Sərdabə və bayır üzlərdən fərli olaraq, Əcəmi qüllənin interyerində mürəkkəblikdən uzaq olmuş, sayalığa və bütövlüyə üstünlük vermişdir. Türbənin hündür olmayan kürsülüyü onüzlü biçimdə olub, cilalanmış iri diorit lövhələri ilə üzlənmişdir. Türbənin qülləvari prizmatik tutumunun təmiz həndəsi gözəlliyini pozmamaq üçün memar giriş dana qapısı olan şərq üzünü xüsusi tutum və bəzəklərlə o biri üzlərdən kəskin ayırmamışdır. Qülləyə bir düzbucaqlı giriş qapısı dayaz sivri tağça içərisinə salınmış, onun üstündə kərpicdən kufi xətti ilə kitabə yığılmışdır. == Tarixi == İnşaat kitabəsində verilən məlumata görə, türbənin uca gövdəsini "adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz ...dünyanın və dinin cəlalı, İslamın və müsəlmanların namusu Möminə Xatunun xatirəsinə tikməyi əmr etdi!..." Memarlıq tarixi tədqiqatçısı Əjdər Ələsgərzadə baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdımışdır.Türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata və tarixi qaynaqlara görə belə bir nəticəyə gəlinmişdir ki, "...türbə Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir.
алжи́рец доеда́ть заноси́ть изме́нно как-либо кули́чный не хухры́-мухры́ невы́ясненный свини́нка шку́рочка штурва́льная заинтересо́ванный крез нетерпёж раско́сый сло́вник шлея́ под хвост попала elucidative motorbus tear-duct ламбрекен нечленораздельный открытый подглядеть чек