MÖTƏBƏR

sif. [ ər. ]
1. Etibarlı, inanılan, inanıla biləcək, etibar edilən.
Mötəbər mənbələrə görə… – [Ağa Kərim:] …Bu saatda hakimi-şər yanında Ağa Mərdandan mötəbər kimsənə yoxdur. M.F.Axundzadə.
Bir neçə mötəbər, bu işdən xəbərdar adamlar tapılıb. C.Cabbarlı.

2. Hörmətli, xatiri sayılan, sözü keçən, tanınmış, sözünə və təmizliyinə etibar olunan, nüfuzlu.
Qayda üzrə cıdırdan sonra bayram qurtarar və saraydan … sərkərdələrə və mötəbər şəxslərə xələt-barat gedirdi. Çəmənzəminli.

// Nüfuzlu, tanınmış.
Şəhərin mötəbər həkimləri çağırıldı, Arzu qıza müalicə edilməyə başlandı. S.Rəhimov.

Синонимы

  • MÖTƏBƏR etibarlı — nüfuzlu — hörmətli
  • MÖTƏBƏR doğru — düzgün — səhih — dəqiq
MÖMİNLİK
MÖTƏBƏRLİK

Значение слова в других словарях

достара́ться йе́менцы конку́рный ли́чно-кома́ндный Мурлы́ка недоде́лывать непокло́нный опеку́нский решёный се́верные соро́миться УА́Зик уню́хать краснокни́жный му́хи не обидит настропали́ть номина́льность разрази гром ру́бчатый своенра́вный aberration conservator hag-taper облизать швед