MÖVQE
MÖVSÜM
OBASTAN VİKİ
Mövlud
Mövlud — Kişi adı.
Günel Mövlud
Günel Mövlud (9 oktyabr 1981, Mehdili, Cəbrayıl rayonu) — azərbaycanlı şairə, jurnalist, publisist, tərcüməçi. == Həyatı == Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL — Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı — "Axşamçağına cavab" həbsdə olan 7 N!DA-çı gəncə həsr olunub. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilmişdir. == Tərcümələri == Viktor Pelevin.
Mövlud Mirəliyev
Mövlud Mirəliyev (27 fevral 1974, Qaşqadərya vilayəti) — Azərbaycanı təmsil edən sabiq cüdoçu, hazırda məşqçi. Mövlud Mirəliyev, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. == Həyatı == Mövlud Mirəliyev 1974-cü il 27 fevralda Özbəkistanın Qaşqadərya vilayətinin Kitab şəhərində anadan olub. == Karyerası == === XXIX Yay Olimpiya Oyunları === ===== Dövlət təltifləri ===== "Tərəqqi" medalı (29 avqust 2008) — 8 – 24 iyun tarixləri arasında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qazandığı bürünc medala görə.
Mövlud Qurbanzadə
Mövlud Söhbət oğlu Qurbanzadə (2 avqust 1996; Aşağı Çəmənli, Beyləqan rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mövlud Qurbanzadə 1996-cı il avqustun 2-də Beyləqan rayonunun Aşağı Çəmənli kəndində anadan olub. Ailəli və bir övlad atası idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Mövlud Qurbanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mövlud Qurbanzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mövlud Qurbanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mövlud Qurbanzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mövlud Süleymanlı
Balakişiyev Mövlud Süleyman oğlu (Mövlud Süleymanlı; 18 mart 1943, Qızıl Şəfəq, Kalinino rayonu) — azərbaycanlı nasir, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980), Əməkdаr incəsənət хаdimi (2003), Аzərbаycаn Xаlq yаzıçısı (2006). "Şöhrət","Şərəf" ordenləri laureatı == Həyatı == Mövlud Süleymаnlı 1943-cü il mаrt аyının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş аdı "Cücəkənd") dоğulmuşdur. Аtаsı Süleymаn Məhəmməd оğlu 1942-ci ilin ахırlаrındа İkinci Dünya müharibəsinə getmiş, 1945-ci ilin аprel аyının 23-də Berlin uğrundа döyüşlərdə həlаk оlmuşdur. Аnаsı Bаğdаgül Mаhmud qızı bədаhətən şeirlər demişdir. Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sоnrа qоnşu İlməzli kənd оrtа məktəbinin X sinfini (1960) bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filоlоgiyа fаkültəsinə dахil оlub, 1967-ci ildə оrаnı bitirmişdir. == Yaradıcılığı == Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlamışdır. Onun "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Аzərbаycаn gəncləri" qəzetində çаp оlunub. Ədibin "Bir ünvan" adlı şeir kitabı da çap olunub. M.Süleymanlının yaradıcılığını səciyyələndirən başlıca amillər ondan ibarətdir ki, əsərlərində məxsus olduğu xalqın tarixi, etnoqrafiyası, mənəvi-əxlaqi dəyərləri, vətənpərvərlik hisləri ön plandadır.M.Süleymanlının ilk nəsr kitabı yetmişinci illərin sonları çapdan çıxıb.
Mövlud Visaitov
Mövlud Visaitov — Böyük Vətən müharibəsi iştirakçısı, ilk 255-ci ayrı Çeçen-İnquş süvari alayının komandiri, sonra 28-ci Qvardiya Süvari Alayı (6-cı Qvardiya Süvari Diviziyası, 3-cü Qvardiya Süvari Korpusu, 2-ci Belarus Cəbhəsi) komandiri, qvardiya polkovnik-leytenantı, Sovet İttifaqı Qəhrəmanı (1990). == Bioqrafiyası == Laxa Nevre kəndində (və ya Nijni Naur, indiki Çeçenistanın Nadterek rayonu), kəndli ailəsində anadan olub. Milliyətinə görə çeçendir. 1942-ci ildən Sov. İKP üzvü. 1932-ci ildə kooperativ texniki məktəbi bitirib, mağaza müdiri işləyib. 1932-ci ildən Qızıl Orduda xidmət edir. 1935-ci ildə Ordjonikidze piyada məktəbini və 1941-ci ildə süvari komandir heyəti üçün təkmilləşdirmə kurslarını bitirir. Müharibənin əvvəlində general-mayor M. Maleevin komandanlığı altında 3-cü Süvari Diviziyasının 34-cü Süvari Alayında kapitan olur. 1941-ci ilin iyunundan kapitan rütbəsi alır.
Mövlud bayramı
Mövlud bayramı — Məhəmməd peyğəmbərin (s) doğum gününün qeyd olunması. Mövlud ərəbcədən tərcümədə "doğum yeri", yaxud "doğum vaxtı" deməkdir. Tarixçilərin bəzisi Məhəmməd peyğəmbərin "fil ili"ndə - 570, yaxud 571-ci il rəbiüləvvəl ayının 12-də, bəziləri isə rəbiüləvvəl 17-də dünyaya göz açdığını yazırlar. Peyğəmbər "tarixin gur işığında" doğulmuşdur, yəni bir çox tarixi şəxsiyyətlərdən fərqli olaraq İslam peyğəmbərinin bütün həyat yolu təfsilatı ilə öyrənilmişdir. Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi isə aradan qaldırmaq məqsədilə 1981–ci ildə Ayətullah Xomeyninin təklifi ilə[mənbə göstərin], 1989-cu ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin doğumunu "Doğum həftəsi" altında bir həftə - rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab etmiş və bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanmışdır. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna "Mövlud", yaxud "Mövlud bayramı" deyirlər. Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır: Qədr gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarının bağışlanmasına dair çoxlu hədislər nəql olunur. Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır.
Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu (türk. Mevlüt Çavuşoğlu; 5 fevral 1968, Alanya, Antalya ili) — türk siyasətçi, diplomat və dövlət xadimi, Türkiyə Respublikasının xarici işlər naziri (2014-2023), Türkiyə Böyük Millət Məclisinin 22-28-ci çağırışlarının deputatı. == Erkən həyatı və təhsili == Mövlud Çavuşoğlu 5 feral 1968-ci ildə Türkiyə Respublikasının Antalya ilinin Alanya şəhərində dünyaya gəlmişdir. Çavuşoğlu H. Əmin Paşa Özəl liseyini birinci sırada bitirmiş, 1988-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsindən məzun olmuşdur. 1991-ci ildə ABŞ-nin Nyu-York ştatındakı Long-Aylend Universitetində İqtisadiyyat sahəsi üzrə magistratura təhsilini başa vurub. 1993-cü ildə isə Ankara Universiteti nəzdnindəki Avropa İttifaqı Elmi-tədqiqat Mərkəzində "Avropa Birliyi üzrə Ekspert Proqramı"nı tamamlamışdır. Həmin il Ankarada yerləşən Bilkənd Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində doktorantura programına başlamışdır. Jean Monnet təqaüd proqramı çərçivəsində 1993–1995 illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində doktorantura təhsilini davam etdirmişdir. == Siyasi fəaliyyəti == Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür. 22, 23 və 24-cü Çağırış Türkiyə Böyük Millət Məclisinə Antalyadan deputat seçilib.
Fuad Mövludov
Fuad Mövludov (tam adı; Fuad Fərhad oğlu Mövludov; 25 sentyabr 1968, Bakı, Azərbaycan SSR, SSRİ – 25 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — 20 Yanvar Şəhidi. == Həyatı == 1968-ci il seytyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Əzizbəyov rayonu 230 saylı məktəbdə almış, tam orta təhsilini isə 156 saylı məktəbdə başa vurmuşdur. Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə Kiyev Ali Hərbi Aviasiya məktəbinə daxil olur, lakin 3-cü kursdan vətənpərvər baxışlarına görə məktəbdən xaric edilmişdir. Bundan sonra, 4-5 ay Kalininqradda əsgərlik çəkmişdir. Əsgərlikdən qayıtdıqdan sonra, əvvəlcə texniki-peşə məktəbində, daha sonra isə 39 nömrəli Yanğından Mühafizə İdarəsində döyüşçü işləmişdir. Ailənin yeganə oğlu, subay idi. == Qanlı Yanvar faciəsi == 19-dan 20-nə keçən gecə Şimali DRES-in yanında yaralanmış, yaralandığı yerdə uzun müddət qaldıqdan sonra 26 saylı xəstəxanaya çatdırılmışdır. Atasının sözlərinə görə, narkozsuz əməliyyat olunmuş, iki gün morfinin təsiri altında yatmış, yalnız yanvarın 23-ü saat 9-da ayıldıqdan sonra necə yaralandığını danışa bilmişdir. Fuadın sözlərinə görə, hadisə aşağıdakı kimi olmuşdur: Əvvəlcə tanklar insanlara tərəf yaxınlaşmış, lap yaxına çatdıqdan sonra sonra atəş açılmağa başlanmış, Fuad da daxil olmaqla dinc insanlar qaçmağa başlamış, əsgərlər onların dalınca düşmüşlər.

Значение слова в других словарях

дре́йфить запуха́ть клеёнщица недожа́ривание о́бер отпускни́к покрени́ться прохва́тывать пустопо́лье сфе́ра универса́льность выть волком маргари́н нено́шеный пластифика́ция bengaline Canicula captivate connatural delayed-action expurgate ledger hook licking place megabar мостить