is. [
ər. ] Bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışanlar arasında başlanan bəhs, deyişmə. Mübahisəyə başlamaq. Elmi mübahisə.
– İki qardaş arasındakı mübahisə getdikcə qızışıb axırda bir dava şəklini aldı. A.Şaiq.
Uzun mübahisədən sonra Şahmar bir tikə çörək kəsib … dirriyə enmişdi. B.Bayramov.
□ Mübahisə açmaq –
1) bir iş, məsələ, söz üstə deyişməyə başlamaq, bəhsə girişmək.
[Qətibə:] O zaman mən sizinlə bu barədə geniş mübahisə açmaq istəmədim. M.S.Ordubadi;
2) elmi, yaxud başqa bir məsələni öyrənmək üçün müzakirə etmək.
[Əsgər:] Oxuduqlarınızı da yoldaşlara başa salasınız, mübahisə açasınız. M.S.Ordubadi.
Mübahisə düşmək – bir şey, məsələ və ya iş haqqında müxtəlif rəydə olanlar arasında sözləşmək, bəhs başlamaq.
Onların düşdü çün mübahisəsi; Ki, nədəndir zəmanə hadisəsi! S.Ə.Şirvani.
Uzun mübahisə və deyişmə düşdü. Mir Cəlal.
Mübahisə etmək (eləmək) – bir şeyi, məsələni sübut etməyə çalışaraq etiraz etmək, bəhs etmək, höcətləşmək, deyişmək, sözə gəlmək.
Bir nəfər … bir hampa kəndli ilə mübahisə eləyirdi. Ə.Haqverdiyev.
Mübahisəyə girişmək – bax
mübahisə açmaq.
[Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn.