MÜCƏLMƏK
MÜCÜKMƏK
OBASTAN VİKİ
Cəfər Müciri
Cəfər Məmməd Hüseyn oğlu Müciri (1919-2001) — Azərbaycanın tanınmış xalça rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas alim, pedaqoq, çoxsaylı xalça kompozisiyalarının müəllifi. == Həyatı == 1919-cu ildə Təbriz şəhərində anadan olmuşdur. 1934-cü ildə "Sənaye-müntəzifə" adlı Təbriz İncəsənət məktəbinin ilk məzunu olmuş C.Müciri sonralar Tehran hərbi məktəbini bitirib. 1946-cı ildən Bakıda siyasi sığınacaq tapıb Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2001-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == İctimai və siyasi fəaliyyəti ilə yanaşı xalça sənətinə olan böyük maraq onu "İncəsənət" xalça artelinə gətirib çıxarır. 1965-ci ildə "XIX-XX əsrlərdə İran Azərbaycanının xalçaçılığında bədii xüsusiyyətlər" adlı namizədlik işini müdafiə edir. C.Mücirinin yaradıcılığında əsas yeri ornamental və qismən süjetli xalçalar tutur. "Saib Təbrizi", "Füzuli", "İki tale", "Güldanlı", "Sütunlu", "Heydər əmioğlu", "Buta", "Leyli və Məcnun", " Ulduzlara doğru", "Ləçək turunc" və s. xalçaların müəllifidir.
Mücin
Mücin — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,273 nəfər və 1,860 ailədən ibarət idi.
Mücirabad (Çaroymaq)
Mücirabad (fars. مجيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 112 nəfər yaşayır (17 ailə).
Mücirəddin Beyləqani
Mücirəddin Beyləqani (1130, Beyləqan – 1194, Təbriz) — Azərbaycan şairi. == Həyatı == XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Mücir təxəllüsü ilə şeirlər yazan Əbülməkarim Mücirəddin Beyləqanidir. Mənbələrin verdiyi məlumatdan belə anlaşılır ki, anası həbəş mənşəli olmuşdur. Şairin həyatı haqqinda məlumat azdır. Məlumdur ki, Xaqaninin şagirdi olmuş, sənətdə ustadının izi ilə getməyə çalışmışdır. Mücirəddin şair kimi Eldəkizlər sarayında parlamış, Məhəmməd Cahan Pəhləvana, onun qardaşı Qızıl Arslana və başqalarına mədhiyyələr həsr etmişdir. Şair təxminən 1194-cü ildə Təbrizdə vəfat etmişdir. Qəbri indi də Məqbərətyşşüəra qəbiristanlığındadır. == Yaradıcılığı == Mücirin əsərlərin lirik şerlər divanında toplanmış qəsidə, qəzəl və rübailərdən ibarətdir. Şerləri indiyə qədər çap olunmamışdır.
астрофи́зика коммунонационалисти́ческий набушева́ть понаро́шку прикопля́ть улови́тель авторы́нок буквали́стка двоевла́стный заложи́ть складку обстре́лянный волк парко́вка ско́тница токова́ние учёт гирготать Bosnia-Herzegovina fish-gig Kester lune zaire крестовик остервенение полуколония энергетический