MÜDDƏİ

is. [ ər. ] köhn.
1. hüq. İddia edən, tələb edən, tələbkar, iddiaçı.
// Prokuror. Müddəinin tələbi.
– Cəmilə [azərbaycanca] və rusca olaraq bir müddəi kimi danışıb deyirdi: – Biz gərək xalq malına öz malımız kimi baxaq!… S.Hüseyn.
Sanki müddəilərdən sonra hakim danışacaq, bu vaxta qədər söylənmiş ittihamlara dair öz ədalətli hökmünü bildirəcəkdi. M.Hüseyn.

2. klas. Düşmən, rəqib, bədxah.
Gər sənə əfğanimi bihudə dersə müddəi; Ol sözə tutma qulaq, mən çəkdiyim əfğanə tut! Füzuli.
[Əvvəlinci:] Bu hökmranların hamısı biri-birilə müddəidir. Ə.Haqverdiyev.

□ Müddəi çıxmaq – ədavətə başlamaq, düşmənçilik etmək.
[Səkinə xanım:] Bu bihəya qardaşımın arvadı mənə müddəi çıxıb pulun yetişməyini təxirə saldı. M.F.Axundzadə.

Müddəi olmaq – düşmən olmaq; ədavət etmək.
İki axund ad və şöhrət üstə həmişə bir-birilə müddəi olarlar. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜDDƏİ müddəi bax düşmən 1, 2
MÜDDƏA
MÜDDƏİYİ-ÜMUMİ

Digər lüğətlərdə

неоглобали́зм пина́ние припусти́ть расса́сывание кинока́мера обезжи́ривание оканто́вывание теи́н холо́пка anthem appropriate beam tetrode belike biggish clod drophead coupé huckstery instigate lateral rush squamae trabuch Перун циклопический штандарт