MÜDRİK

dərin dərrakəli, çox ağıllı, çox dərin düşünən, aqil, dünyagörmüş; kamala yetmiş.
MÜDAVİM
MÜDRİKƏ
OBASTAN VİKİ
Müdrik
Müdrik — müdrikliyə malik, mütəfəkkir, böyük zəka sahibi insan. Qədim Yunanıstanda "müdriklər" (sophoi) və "müdrikliyi sevənlər" (philosophoi) – filosoflar var idi. Tarixən "müdriklər"i "filosoflar" əvəz etmişdir. Karl Marks yazmışdır ki, "Sofos yunan filosofunun qarşımızda göründüyü ilk obrazdır. O, mifoloji cəhətdən yeddi müdrikdə, praktiki olaraq Sokratda və stoiklər, epikürçülər, yeni akademiklər və skeptiklər arasında ideal kimi görünür". Pifaqorçu insan anlayışına görə, müdrik öz sağlamlığına laqeyd yanaşmır. O, bədəni diqqətin ən vacib (və ya yeganə) obyekti hesab etmir, onu ruhun xeyrinə idarə edir. Müdrik psixoloji arxetiplərdən biridir.
Yeddi müdrik
Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər. Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər. Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir.
Gəncəli müdrik (roman)
Gəncəli müdrik — Əlisa Nicatın Mirzə Şəfi Vazehdən bəhs edən və ilk dəfə 1990-cı ildə çap edilmiş bioqrafik romanı. == Məzmun == Kitab azərbaycanlı mütəfəkkir, şair və tanınmış tarixi şəxsiyyətlərindən olan Mirzə Şəfi Vazehin həyatı və həyat mübarizəsi haqqındadır. == Nəşr və tərcümə == Roman ilk dəfə 1984-cü ildə kiril qrafikalı Azərbaycan əlifbası ilə çap edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə 2019-cu ildə Pergament Yayın Evində 334 səhifədə 100 tirajla çap edilib.
Xəlvətdə qalmış müdrik (film, 2014)
Xəlvətdə qalmış müdrik — UNESCO-nun 2013-cü ili Azərbaycanın dahi şəxsiyyəti Seyid Yəhya Bakuvi ili elan etməsilə və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi çəkilmiş sənədli film. Film XIV əsrdə yaşamış azərbaycanlı övliya Seyid Yəhyanın həyatından bəhs edir. Filmi rejissoru azərbaycanlı rejissor Adil Azaydır. Seyid Yəhyanın həyatı və onun yaratdığı xəlvətilik sufi təriqəti haqqında çəkilən sənədli filmin premyerası 2014-cü ilin oktyabr ayında baş tutmuşdur.
Müdriklik dərsləri. III hissə (kitab)
Sion müdriklərinin protokolları
Sion müdriklərinin protokolları (rus. Протоколы сионских мудрецов) — naşirləri tərəfindən yəhudilərin dünyanı idarə etmək planlarını təsdiqləyən sənədlər kimi təqdim etdikləri və XX əsrin əvvəlində ortaya çıxan saxta mətnlər toplusu. Protokollar ilk dəfə 1903-cü ildə Sergey Nilus tərəfindən Sankt-Peterburqda dərc olunan "Znamya" qəzetində çap olunmuşdur. Nilus iddia edirdi ki, bu 1897-ci ildə İsveçrənin Bazel şəhərində keçirilmiş Sionist konqresinin iştirakçılarının hesabatlarının protokollarıdır. Mətnlərdə yəhudilərin dünya ağalığını əldə etmə planları, dövlət idarəetmə qurumlarına daxil olma, qeyri-yəhudilərin itaət altına alınması, digər dinlərin kənarlaşdırılması planları açıqlanır. "Sion müdriklərinin protokolları" yəhudi-mason qəsdinin mövcudluğunun təsdiq edilməsində mühüm rol oynayır. 1930-cu illərdə və sonrakı dövrdə aparılmış bir çox araşdırmalarla bu mətnlərin plagiat və mistifikasiya olması təsdiq olunsa da, hazırda bir çox ölkələrdə və xüsusilə müsəlman dünyasında bu protokollar həqiqi hesab edilir və onlara istinad edilir. Protokolların 1864-cü ildə Fransada Moris Joli tərəfindən imperator III Napoleonun əleyhinə yazılan və həmin il qadağan edilən "Cəhənnəmdə Monteskyö və Makiavelli arasındakı dialoq və ya Makiavellinin XIX əsrdəki siyasəti" pamfletinin əsasında tərtib edildiyi güman edilir.
Yeddi yunan müdriki
Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər. Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər. Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir.
Müdriklər bayramı
"Müdriklər bayramı" (q.yun. Δειπνοσοφισταί) — Afineyin qədim yunan dilində 15 hissədən ibarət geniş əsəri. Birinci, ikinci kitablar və üçüncü kitabın əvvəli yalnız konspekt ("epitomlar") şəklində qorunub saxlanılmışdır. == Nəşrlər == Athenaei Naucratitiae. Deipnosophistarum libri XV / rec. G. Kaibel. — Lipsiae: Teubner, 1887—1890 Athenaeus. The Deipnosophists / Ed. and transl. by Ch.

Значение слова в других словарях