MÜFİDƏ

faydalı, mənfəətli, xeyirli, əlverişli; yarayan, ibrətamiz.
MÜFİD
MÜFTİ
OBASTAN VİKİ
Müfidə İlhan
Müfidə İlhan (11 fevral 1911 – 2 fevral 1996, Bodrum, Muğla ili) — türk ictimai və dövlət xadimi. O, Türkiyədə vilayət inzibati idarəetmə vahidi səviyyəsində seçilmmiş ilk qadın bələdiyyə başçısıdır. == Həyatı == Müfidə İlhan 19 fevral 1911-ci ildə İstanbulda anadan olub. Atası Mustafa Nazif ordu zabiti, anası Əminə evdar qadın idi. Birinci Dünya Müharibəsində atası Nafiz həlak olduğu zaman dörd yaşında idi. Müharibədən sonra Ankaraya göndərildi. Əmisi Fevzi Çakmakın himayəsində böyüdü. Ankarada ibtidai məktəbi dayısının uşaqları ilə bitirdikdən sonra təhsilini İstanbulda Qəndilli Qızlar Liseyində davam etdirdi. Orta məktəbi bitirdikdən sonra İstanbul Müəllim Məktəbində ibtidai sinif müəllimliyi üzrə təhsil aldı. 1928-ci ildə ordu zabiti Nuri Çətinkaya ilə evlənmiş və Türkiyənin müxtəlif şəhərlərində əri ilə birgə yaşadıqdan sonra ərinin hərbi attaşesi vəzifəsinə təyin olunması ilə Almaniyanın Berlin şəhərinə köçmüşdür.
Müfidə Fərid Tək
Müfidə Fərid Tək (29 aprel 1892, Kastamonu, Kastamonu ili – 24 mart 1971, İstanbul) — türk roman müəllifi, türkçülük axınının roman sahəsindəki ilk təmsilçilərindən biri. Türkiyə İstiqlaliyyət müharibəsinə qələmi vasitəsiylə qatılmış qadın yazıçıdır. Türkiyənin ilk daxili işlər naziri Əhməd Fərid Təkin həyat yoldaşıdır. Sənət tarixçisi Əməl Əsinin anasıdır. == Həyatı == Atası Kemahlı Mazhar paşanın oğlu və hürriyyət tərəfdarı zabit olan Şövkət bəy, anası Plevne şəhidlərindən Zaimzadə İsmayıl Əfəndinin qızı Fəridə Xanımdır. Atasının vəzifəsinə görə, ibtidai təhsilinə Trablüsqərbdə başladı. Orada hələ türk məktəbi olmadığı üçün italyanların hakimiyyəti altında olan Müqəddəs İosif Rahibə Məktəbində oxudu. Məktəbdə italyanca və fransızca öyrəndi. Bundan əlavə, xüsusi dərs vasitəsiylə ərəbcə və farsca öyrəndi. O illərdə İstanbulda olan Hərb Məktəbində qanundan kənar fəaliyyətlərə görə, Fizana sürgün edilən bir qrup tələbə arasında Əhməd Fərid ilə Yusif Akçura da var idi.
акценти́ровать варио́метр встопо́рщиваться коро́бочка луда пода́грик поды́скивать размя́ться фрази́роваться числи́тельный беспробу́дный капра́л подзажа́ть си́кось-на́кось со всех ног стремле́ние темногла́зый титр бомба coenzyme lawbreaker strike in top-level townsfolk хм