MÜHASİBAT
MÜHAZİRƏ
OBASTAN VİKİ
Mühasirə
Mühasirə — uzun müddət davam edən hərbi əməliyyat; daha çox şəhər, yaxud qalaların hərbi blokada formasıdır. Mühasirə zamanı mühasirə edilən obyekt mühasirə edənlər (silahlı qüvvələr, əsgərlər və s.) tərəfindən üzük qaşı kimi əhatəyə alınır. Azərbaycan ədəbiyyatında çox vaxt "mühasirə" sözü "hərbi blokada" ifadəsinin sinonimi kimi işlədilir. Məsələn, A.Çakovskinin Leninqradın blokadasından bəhs etdiyi məşhur rus. "Блокада"" romanı azərbaycan dilinə "Mühasirə" adı ilə tərcümə olunmuşdur. Azərbaycan Sovet Ensiklopediyasında mühasirə haqqında yalnız bunlar yazılmışdır:"Azərbaycan dilinin izahlı lüğəti"ndə (1983) isə "mühasirə" sözü belə izah edilir: == Həmçinin bax == Hərbi blokada Kobani blokadası; Leninqradın mühasirəsi.
54 gün mühasirədə (film, 2012)
54 gün mühasirədə qısametrajlı sənədli filmi rejissor Mirsadıq Ağazadə tərəfindən 2012-ci ildə çəkilmişdir. Film 1993-cü ildə Laçın rayonunun şimal hissəsi və Kəlbəcər rayonunun işğalı zamanı erməni mühasirəsində qalan 19 nəfərin başına gələn müsibətləri əks etdirir. == Məzmun == Film 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın rayonunun şimal hissəsi və Kəlbəcər rayonunun işğalı zamanı erməni mühasirəsində qalan 19 nəfərin başına gələn müsibətləri əks etdirir. Burada Laçın rayonunun Oğuldərə kənd sakini Əli Əliyev və onların arasında yeganə qadın olan Nübar Rzayevanın (cəmi 19 nəfər) mühasirənin dəhşətlərindən bəhs edən fikirləri yer alıb. Bir ailənin timsalında millətin yaşadığı ağlasığmaz hadisələr, torpaqların itkisi ilə bərabər insanların aldığı psixoloji zərbələr də filmdə yer alan əsas məqamlardır. Əli Əliyevin mühasirə zamanı cib kitabçasında etdiyi qeydlər, mühasirədən çıxandan sonrakı ilk günlərdə çəkilmiş fotoşəkillər, onunla birgə mühasirədə olmuş şəxslər haqqında məlumatlar, eləcə də erməni işğalı zamanı ailəsinin üzləşdikləri çətinliklərin lentə alındığı kadrlar da nümayiş olunub.Real faktlara əsaslanan filmin çəkilməsində əsas məqsəd erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaqdır. == Film haqqında == Film millət vəkili Nazim Fərəcovun təşəbbüsü ilə ərsəyə gəlib. Əli Əliyev həmçinin "54 gün erməni mühasirəsində" adlı kitab da yazmışdır. Əli Əliyev 24 il sonra, 2017-ci ilin iyul ayında avto qəza nəticəsində vəfat etmişdir.
Adrianopolun mühasirəsi (378)
Adrianopolun mühasirəsi — 378-ci ildə qotların Şərqi Roma imperiyasının Adrianopol şəhərini mühasirəyə alması. Bu, Adrianopol döyüşündə qotların qələbəsindən sonra baş vermişdi. Qot qüvvələri şəhər divarlarını aşa bilməmiş və geri çəkilməli olmuşdur. Bundan sonra Konstantinapol şəhəri mühasirəyə alınmışdır.
Aninin mühasirəsi (1064)
Aninin mühasirəsi (1064) — Alp Arslanın komandanlığı altında türk ordusunun Ani şəhərini mühasirəyə alması nəzərdə tutulur. == Tarixi == XI əsrin ortalarından Səlcuqluların komandanlığı altında türk orduları Cənubi Qafqaza və ətrafına müdaxilələr etməyə başladılar. Mühüm qələbələrdən sonra bu bölgə ələ keçirildi. Bu prosesin bir parçası kimi 1064-cü ildə Ani şəhərindəki Bizans qüvvələri türk ordusu tərəfindən mühasirəyə alındı. Ani bu dövrdə möhkəm qala divarlarına sahib və əhalisi çox olan bir şəhər idi. Şəhəri əhatə edən müdafiə divarları çpx möhkəm olduğuna görə mühasirə döyüşləri ilə qalanın ələ keçirilməsi çətin hesab edilirdi. Lakin mancanaqlardan istifadə edən türk ordusu Alp Arslanın əmri ilə qalanın bəzi divarlarını dağıtmağı bacardılar və hücum edərək şəhəri ələ keçirdilər. Şəhərdəki Bizans ordusu öldürüldü və qaladakı Bizans döyüşçülərinin çox az bir hissəsi qaçıb canını qurtara bildi. Öldürülənlərin sayı o qədər çox idi ki, dövrün mənbələrinin qyd etdiyinə görə şəhərə cəsədlərin çoxluğuna görə girmək mümkün deyildi. Səlcuqlu rdusu öldürülənlərin sayından da çox əsirlər əldə etdilər.
Antalyanın mühasirəsi
Antalyanın mühasirəsi (1207) - Bizans-Səlcuq müharibələrinin gedişində bu mühüm liman şəhərinin türklər tərəfindən tutulması ilə nəticələnən hadisə. == Tarixi == 1204-cü ildə dördüncü səlib yürüşü nəticəsində Bizans imperiyasına müvəqqəti olaraq son qoyuldu və onun ərazisi yeni yaranan dövlətlər arasında bölüşdürüldü. "Bizansın varisi" olan Nikeya imperiyası Kiçik Asiyanın qərbində xeyli xeyli əraziyə sahiblənsə də, bu əraziləri öz əlində saxlaya bilmədi. 1204-1205-ci illərdə Kiçik Asiyadakı keçmiş Bizans mülklərinə səlcuqların uğurlu yürüşündən sonra 1207-ci ildə türklər Antalyaya doğru hərəkət etdilər (XI əsrin sonlarında türklər bu şəhəri tutmuş və bir müddət öz əllərində saxlaya bilmişlər) və qısa müddətli mühasirədən sonra şəhərə yiyələnərək Aralıq dənizinə çıxış imkanı əldə etdilər. Kiçik Asiyada türklərin hakimiyyətinin möhkəmlənməsinin yeni mərhələsi başlandı. == Mənbə == Васильев А. А. История Византийской империи. — Т. 2: Византия и крестоносцы. Эпоха Комнинов (1081-1185) и Ангелов (1185-1204). — СПб., Алетейя, 1995. — ISBN 978-5-403-01726-8 Жаворонков П. И. Никейско-латинские и никейско-сельджукские отношения в 1211—1216 гг.
Bakının mühasirəsi (1501)
Bakının mühasirəsi — Bakının 1501-ci ildə İsmayılın başçılıq etdiyi qızılbaşlar tərəfindən mühasirəyə alınması. Burada İsmayıla bildirilir ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət etməkdən və "xərac verməkdən" imtina edir. Belə olduqda İsmayıl, Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu Bakını tutmaq üçün göndərir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir. Əmirlərin müşayiəti ilə şəhərə yaxınlaşan İsmayıl qala divarlarını, qüllələri, qapıları və xəndəyi bir-bir gəzib nəzərdən keçirir. Qalaya hücumun çətinliklərlə bağlı olacağını və itkilərlə nəticələnə biləcəyini başa düşən Səfəvilər bakılılarla dialoqa girib, şəhəri təslim etməyə razı salmağı qərara alır. Qalanın müdafiəsinə, Fərrux Yəsarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi. İsmayıl öz səfirini "Qazı bəyin və onun arvadının" hüzuruna göndərir. Qızılbaş səfirinin təslim olmaq haqqında tələbinə cavab olaraq Qazı bəyin arvadı onun edam olunmasını əmr edir. Belə olanda Bakı darğası Əbülfəth bəy onu İsmayılın qəzəbi ilə qorxudaraq bu addımı atmaqdan çəkindirməyə cəgd göstərir.
Bayburtun mühasirəsi
Bayburtun mühasirəsi — Səfəvi imperiyasının əlində olan Bayburt şəhərinin Osmanlı ordusu tərəfindən mühasirəyə alınması nəzərdə tutulur. == Arxa plan == Hələ şahzadə olduğu dövrdən Səfəvilərin və onları dəstəkləyən Anadolu türk tayfalarının fəaliyyətlərini yaxından izləyən və mövcud təhlükəni görən Səlim 1512-ci ildə sultan taxtını ələ keçirdikdən sonra onlara qarşı aktiv mübarizəyə keçdi. Buna qədər Şah İsmayıl Anadoludakı özünə rəğbət bəsləyən müxtəlif türk-qızılbaş tayfalarını təşkilatlandırmış və onların vasitəsiylə Anadoluda özü üçün güclü dayaq yaratmışdı. Nəhayət 1514-ci ildə Sultan Səlim uzun hazırlıqlardan sonra Şah İsmayılın üzərinə hücuma keçdi. Elə həmin ildə baş vermiş Çaldıran döyüşündə qızılbaş ordusu böyük cəsarətlə döyüşsə də, sonda artilleriya silahlarının çatışmazlığı və Osmanlıda bu silahların çoxluğu nəticəsində məğlub oldu. Qızılbaş ordusunun məğlubiyyətindən sonra Anadoludakı Səfəvi mülkləri təhlükə altına düşdü, Osmanlı ordusu bir-bir bu qalaları və şəhərləri ələ keçirməyə başladı. == Mühasirə == Səlim Çaldıran döyüşündən sonra qışlamaq üçün Amasyaya gedərkən Trabzon valisi Bıyıklı Mehmed bəyə və Yanya valisi Mustafa bəyə ortaq qüvvə təşkil etmək və bu qüvvə ilə şimala doğru uzanan yolda mühüm əhəmiyyət kəsb edən Bayburt və Kiğıyı ələ keçirməyi əmr etdi. Osmanlı ordusu Bayburt qalasına doğru gəldiyi zaman qaladakı kiçik Səfəvi qarnizonunun komandanı Qara Maqsudiyə təslim olması üçün təslimnamə göndərildi. Bu təklifin qızılbaş ordusu tərəfindən rədd edilməsindən sonra başlanan aramsız hücumlar nəticəsində qala 17 oktyabr 1514-cü ildə ələ keçirildi. Qalaya hücumların nə zaman başladılması dəqiq bilinməməkdədir.
Bağdadın mühasirəsi (1258)
Bağdadın mühasirəsi — Abbasilər xilafətinin paytaxtı Bağdad şəhərinin monqollar tərəfindən mühasirəyə alınması və ələ keçirilməsi. 1258-ci ildə Hülakü xanın başçılığı altında monqol qoşunları və onların müttəfiqləri Abbasi xilafətinin paytaxtı Bağdadı (hazırda İraqın paytaxtı) mühasirəyə almışdılar. Bağdad ələ keçirildikdən sonra talan edilmiş və yandırılmış, 100 min ilə 1 milyon arası mülki şəxs öldürülmüşdür. Bağdadın kitabxanaları, o cümlədən Hikmətlər evi monqollar tərəfindən dağıdılmış, kitablar Dəclənin axınını dayandırmaq üçün çaya atılmışdır. Bağdad şəhəri məhv edilmiş və bir neçə əsr xarabalıq olaraq qalmışdır, bu da İslamın qızıl dövrünün sonunu gətirmişdir. == Zəmin == Bağdad əsası indiki İraq olan Abbasilər xilafətinin paytaxtı idi. Abbasilər 750-ci ildə Əməviləri əvəz etmişdir və onlar 653-cü ildə vəfat edən Abbas ibn Əbdülmüttəlibin nəslindən idilər. Bağdad şəhəri öz zirvəsində olanda onun bir milyona yaxın əhalisi və 60 min nəfərlik qarnizonu var idi. XIII əsrin ortalarında xilafətin qüdrəti xeyli azalmış və əhəmiyyətsiz bir dövlətə çevrilmmişdir. Abbasi xəlifələri məmlük və səlcuqi sərkərdələrinin əlaltılarına çevrilmişdilər, lakin yenə də böyük simvolik əhəmiyyətə malik idilər.
Bağdadın mühasirəsi (1733)
Bağdadın mühasirəsi (1733) — Səfəvi ordusunun Nadir xanın komandanlığı altında Bağdadı qısa zamanlıq olsa da, güclü formada mühasirədə saxlaması nəzərdə tutulur. Bağdadın taleyi mühasirənin təşkili prosesində yox, Bağdad yaxınlığında Samarra adlanan yerdə baş vermiş döyüşdə həll edildi. Bu döyüşdə Topal Osman Paşanın komandanlığı altında Bağdadda mühasirədə olan qarnizona yardıma gələn böyük Osmanlı ordusu ilə Səfəvi ordusu qarşılaşdı və Səfəvi ordusunun komandanı Nadir xan həyatında ilk meydan döyüşü məğlubiyyətini aldı. Böyük canlı və hərbi sursat itirən Səfəvi ordusu artıq ümidsiz vəziyyətdə olan Bağdadın mühasirəsini yarım saxlayaraq geri çəkildilər. == Mühasirənin başlanması == Bağdad əyalətinin hakimi Əhməd paşa ehtiyatla Dəclə çayının sol sahilini ələ keçirdi. O, bu mövqenin Səfəvi ordusunun qarısını almaqda nə qədər əhəmiyyətli olduğunu bilirdi. Nadir çayın şərq sahilində düşərgə saldı və adamlarının çox hissəsini düşərgənin içinə, ətrafına toplayaraq Osmanlılara qarşı hiylə işlətdi. Nadir çayı təhlükəsiz keçmə üçün planlar hazırlamaqla məşğul idi. Nadir Osmanlı dəstələrinin Dəclə çayınnı o biri sahilində yerləşməsi xəbərini aldıqdan sonra mühəndislərinə dərhal çayı keçmə vasitələri düzəltməyi əmr etdi. ərindən körpü salınmasına başlasınlar.
Bursanın mühasirəsi
Bursanın mühasirəsi – Osmanlı dövləti tərəfindən Bursanı ələ keçirmək üçün həyata keçirilmiş mühasirə əməliyyatıdır. Bursa mühasirəsi 1317/1320-ci ildən 6 aprel 1326-cı ilə qədər – yəni şəhər ələ keçirilənə qədər Osmanlıların Prusanı (hal-hazırda Türkiyədə yerləşən Bursa şəhəri) ələ keçirmək üçün tədbiq etdikləri plan zamanı həyata keçirilmişdir. == Mühasirə == Osmanlılar bundan əvvəl heç vaxt şəhər ələ keçirə bilməmişdilər. Mühasirə dövrü zamanı mütəxəsislik və yetərli mühasirə vasitələrinin olmaması şəhərin ancaq altı və ya doqquz il sonra ələ keçirilməsinə səbəb oldu. Bəzi qaynaqlara görə, Osman Qazi şəhərin ələ keçirilməsindən dərhal sonra təbii səbəblərdən vəfat etmişdir. Osman Qazi vəfat etdikdən sonra Bursaya dəfn edilmişdir. == Sonrası == Şəhərin ələ keçirilməsindən sonra oğlu və ardıcılı Orxan Bursanı Osmanlının ilk rəsmi paytaxtına çevirdi və Ədirnənin paytaxt olduğu 1366-cı ilə qədər Bursa Osmanlının paytaxtı oldu. Nəticədə, Bursa Osmanlı tarixində qurucu şəhər olaraq və eyni zamanda Osmanlı memarlığının meydana çıxdığı yer olaraq da xüsusi yerə sahib oldu. Bu dövrdə Bursada tikilmiş möhtəşəm memarlıq nümunələrinə misal olaraq Bursa Ulu Məscidini, I Bəyazid Məscidini, Hüdavəndigar Məscidini və Yaşıl Məscidi göstərmək olar. Orxanın hakimiyyət illərində təmir-tikinti, hamam, məscid və karvansara kimi memarlıq nümunələrinini inşası yolu ilı şəhər daha da böyüdü.
Bəni Nadirin mühasirəsi
Bəni Nadir və ya Bəni Nəzir qəzvəsi (غزوة بني النضير) - Məhəmmədin Mədinə yəhudilərinə qarşı etdiyi qəzvələrdən birinin adıdır. Bu qəzvə Məhəmmədin Mədinə yəhudiləri ilə etdiyi ikinci müharibədir ki, hicrətin dördüncü ili Ribiüləvvəl ayında başvermişdir. Bəni Nəzirlə birlikdə Mədinədə yaşayan digər iki yəhudi qəbilələri- Bəni Qeynuqa və Bəni qureyzə- də Məhəmməd ilə müttəfiq olmalarəna baxmayarqaq hər üçü xəyanət etdilər. Bu Müharibə Müsəlmanları qələbəsi və Bəni Nadir qəbiləsinin Mədinədən sürgün edilməsi ilə nəticələndi. == Bəni Nadir tayfasının Mədinədəki tarixçəsi == İslamdan öncə Yəsribdə (Mədinə) məskunlaşan Bəni Nadir tayfasının mənşəyi haqqında müxtəlif rəvayətlər nəql olunur. Yəqubi, onları Cuzam qəbiləsindən olan yəhudi bir tayfa olduğunu qeyd edir və Nadir dağının ətrafında yaşadıqları üçün Bəni Nadir adı ilə tanınmışlar. Bəziləri isə onların Harun ibn İmranın nəslindən olduğunu, Musanın vəfatından sonra və Övs və Xəzrəc qəbilələrinin hicrətindən isə öncə orada məskunlaşdıqlarını qeyd ediblər. İbn Səd isə onların məskunlaşdığı yerin adının " Əl Ğərs" olduğunu qeyd edir. Bəni Nadir və Mədinədə yaşayan digər yəhudi qəbilələri çox zəngin idilər. Buna görə də, Ərəb olan Övs və Xəzrəc qəbilələri onlara qələbə çalmaq üçün Qəssani qəbiləsindən kömək aldılar.
Bəni Qeynuqanın mühasirəsi
Bəni Qeynuqa qəzvəsi (ərəb. غزوة بني قينقاع‎) — Hz.Məhəmmədlə Mədinə Yəhudiləri arasındadkı ilk silahlı toqquşmadır. Bu müharibə Bəni Qeynuqanın təslim olub sürgün edilməsi ilə nəticələndi. == Bəni Qeynuqanın bioqrafiyası == Bəni Qeynuqa qəbiləsi Hz. Peyğəmbərin dövründə Mədinədə yaşayan yəhudi qəbilələrindən biri idi. Bəzi tarixçilər isə onların Yəhudi olmalarına şübhə ilə şübhə ilə yanaşmış və onların Hz. Yəqubun qardaşı İyusun (Ədvam) nəslindən olduğunu qeyd edirlər. Bəni Qeynuqa qəbiləsinin adları və adət-ənənələrinin ərəb adları və adət-ənənələri ilə oxşarlıqları olduğu kimi, onların Yəhudi mənşəli olduqlarına dair etibarlı bir dəlil yoxdur. Bəni Qeynuqanın daimi məskunlaşdığı yer və Mədinəyə nə zaman hicrət etdikləri dəqiq bilinmir. Yəhudi qəbilələri bir müddət Mədinədə hakimiyyəti əldə saxladıqdan sonra üstünlük Ərəb qəbiləsi nolan Bəni Qeylə qəbiləsinə keçdi.
Diyarbəkirin mühasirəsi
Diyarbəkirin mühasirəsi — 1515-ci ildə Qara xan Ustaclının komandanlığı altındakı Səfəvi ordusunun onların hakimiyyətinə qarşı gələn Diyarbəkir əhalisiylə savaşmağa başlaması ilə başlamışdır. Təxminən 9 ay davam edən mühasirə Bıyıklı Mehmed paşa komandanlığı altındakı Osmanlı ordusunun bölgəyə daxil olması ilə sonlanmışdır. == Arxa plan == 23 avqust 1514-cü ildə Səlim komandanlığındakı Osmanlı ordusu Şah İsmayılın komandanlığındakı Səfəvi ordusunu artilleriya üstünlüyünə əsaslanaraq məğlubiyyətə uğratdı. Məğlubiyyətdən sonra Osmanlı ordusu İran və Azərbaycan bölgələrinə daxil oldular. Lakin Səfəvi ordusunun hər an hücum edə bilmə təhlükəsi, həm də yaxınlaşan qışa görə Osmanlı ordusu bu bölgələri tərk etməyə məcbur olur. Geri dönüş zamanı sultan Anadoludakı Səfəvi hakimiyyətində qalan bölgələri ələ keçirməsi üçün bölmələr göndərdi. Bu birləşmələrdən birinin komandanı olan Bıyıklı Mehmed bəy böyük uğur əldə edərək bu uğurlarına görə paşalığa yüksəldildi. O, Kemah mühasirəsində də eyni uğuru təkrarladı və Misir səfərinə görə İstanbula dönməli olan Səlim onu Səfəvi imperiyasına qarşı şərq cəbhəsini idarə etmək üçün bölgə orduları komandanlığına təyin etdi.Anadoludakı qüdrətli qızılbaşlardan olan və daha əvvəl də Osmanlı hakimiyyətinə qarşı üsyan qaldırmış Nurəli Xəlifə komandanlığı altında ordu hazırladı və ona Tunceli üzərindən Ərzincana hücum etməsini əmr etdi. Bundan xəbərdar olan Bıyıklı Mehmed paşa qüvvələrini toplayaraq gözlənilmədən hücum edərək Ovacıq döyüşündə Nurəli Xəlifənin ordusunu məğlub etdi. Döyüş də Nurəli Xəlifə də öldürüldü.Bütün bunlar baş verərkən İdris Bitlisinin təhrik etdiyi Diyarbəkir əhalisi şəhərdəki Səfəvi bölmələrini qovaraq Osmanlı sultanına bağlılığını bildirdi.
Eretriyanın mühasirəsi
Eretriyanın mühasirəsi (e.ə. 490-cı il) — Datis və II Artafernin Yunanıstana yürüşü zamanı yunan Eretriya şəhərinin İran qoşunları tərəfindən mühasirəyə alınması və ələ keçirilməsi. İranlıların yunan ərazilərinə ilk zorla girmələrinin səbəbi yunanların İoniya üsyanında iştirak etmələri idi. Belə ki, eretriyalılar və afinalılar İran hökmranlığından qurtulmaq istəyən İoniya şəhərlərinə kömək üçün qüvvələr göndərmişdilər. Eretriyalılar və afinalılar Sardis şəhərini zəbt edib yandıra bildilər, lakin sonra ağır itkilərlə geri çəkilmək məcburiyyətində qaldılar. İran hökmdarı I Dara eretriyalılar və afinalılardan intiqam almağa qərar verdi. Ioniya üsyanı Lada döyüşündən sonra tam yatırıldı və ondan sonra Dara Yunanıstanın fəthi üçün planlar qurmağa başladı. E.ə. 490-cı ildə Datis və II Artafernin komandanlığı altında hərbi dəniz qüvvəsini Egey dənizinə göndərdi. Daranın əmri Kiklad adalarının tabe edilməsi və sonra Afina və Eretriyaya qarşı cəza ekspedisiyaları həyata keçirməkdən ibarət idi.
Gəncənin mühasirəsi (1606)
Gəncənin mühasirəsi — 1606-cı ildə, 1603–1618-ci illərin Səfəvi–Osmanlı müharibəsi əsnasında, Mehmed paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Şah Abbasın öndərliyi altındakı Səfəvi qüvvələri arasında baş vermiş döyüş. Mühasirə Səfəvi ordusunun müvəffəqiyyəti və Gəncə qalasının 18 il sonra yenidən Səfəvi idarəsinə keçməsi ilə nəticələnmişdir. == Zəmin == Səfəvilər şəhəri 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin bir nəticəsi olaraq, Osmanlılara verməli olmuşdular. Şah Abbas Osmanlı imperiyasının 1578–1590-cı illərdə gerçəkləşmiş Səfəvi–Osmanlı müharibəsi nəticəsində ələ keçirdikləri əraziləri geri almaq üçün 1603-cü ildə başlatdığı hücumda əhəmiyyətli uğurlar qazanmışdır. O, 1603-cü ildə Nəhavənd və Təbrizi, eləcə də İranın bütün qərbini zəbt edə bilmiş, 1604-cü ildə isə uzunmüddətli bir mühasirədən sonra İrəvan şəhərini dövlətinin ərazilərinə qata bilmişdi. Bir tərəfdən Avstriya ilə uzun bir müddətdir vuruşan, digər tərəfdən isə Cəlali üsyanları ilə məşğul olan Osmanlı imperiyası 1603-cü ildə taxta yeni sultanın oturmasının da təsiri ilə qərb sərhədlərində bu qəfil hadisələrə tez bir cavab verə bilmədi. 1604-cü ildə şərq-sərdar təyin edilən Cığalızadə Yusif Sənan Paşanın İrana yürüşü uğursuz olmuş, 1605-ci ildə yenə Sənan Paşanın öndərliyindəki Osmanlı ordusu Urmiya döyüşündə böyük bir məğlubiyyətə uğramışdı. Bu böyük məğlubiyyətdən sonra Osmanlı hərbi komandanlıq rütbələrindəki sarsıntılar və 1607-ci ilə qədər Suriya ilə Cənub-şərqi Anadoluya təsir göstərən Canpoladoğlu üsyanının çıxması ilə Cənubi Qafqazdakı son Osmanlı qoşunları da yardımsız qalmış, Şah Abbas isə 1606-cı ildə Azərbaycan və Gürcüstandakı köhnə torpaqlarını geri almaq üçün ordusu ilə bu bölgələrə soxulmuşdu. == Mühasirə == Osmanlı ordusu təhlükəsini aradan qaldıran Şah Abbas Gəncə şəhərini mühasirə etməyə aprel ayı kimi əlverişli bir vaxtda başlamışdır. Gəncə şəhərində təxminən 5.000 nəfərlik Osmanlı qarnizonu köhnə Təbriz qubernatoru Mehmed Paşanın öndərliyi altında idi.Təslimiyyət təklifinin rədd edilməsindən sonra qızılbaş ordusu atəş açır.
Gəncənin mühasirəsi (1734)
Gəncənin mühasirəsi — 1734-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1730-1736) çərçivəsində Gəncə şəhərini Osmanlılardan geri almasıyla nəticələnən toqquşma. == Tarixi == Nadir xan Əfşar Qafqazda Osmanlı təsrini aradan qaldırmaq üçün 1734-cü ildə Şimali Azərbaycana daxil oldu. Nadir xanın qoşunları 1734-cü ildə Şamaxıya daxil olduqdan sonra, noyabr 3-də Gəncəyə çatdılar.Gəncə qalası iki divarla və üç xəndəklə əhatə olunmuşdu. Qala daxilində Osmanlı qüvvələrindən başqa Krım xanlığından göndərilmiş tatar dəstəsi də var idi. Nadirin yaxınlaşması xəbəri eşidiləndə Gəncə şəhəri boşaldıldı və hamı qala daxilinə daşındı. Eyni zamanda qala daxilində uzun sürən mühasirəyə davam gətirmək üçün hərbi hazırlığa başlandı.Nadir şah əvvəlcə diplomatik yolla qalanın təslim olunmasını istəsə də buna nail ola bilmədi. Qala 4 ay mühasirədə saxlanılsa da Nadir xanın topxanası zəif olduğu üçün qalanın alınması çətinləşirdi. Bu vaxt Səfəvi və Çar Rusiyası arasında imzalanacaq Gəncə sülh müqaviləsinə görə Nadir xanın düşərgəsində olan knyaz Sergey Qolitsin Nadirə kömək təklif etdi və onun razılığından sonra Rusiyanın Dağıstandakı qoşunlarının komandanı general Luvaşov xeyli ağır top göndərdi.Bu vaxt Nadir xan Qarsda olan Osmanlı paşası Abdulla Köprülünün Gəncəyə hərəkəti və ya Gəncə qalasına yardımı ilə bağlı məlumatlar almağa başladı. Belə olduqda qoşunun bir hissəsini Gəncənin mühasirəsi üçün saxlayan Nadir xan 1735-ci ilin Novruz bayramından bir neçə gün sonra Qarsa yollanıb oranı mühasirəyə aldı. O, 25 may 1735-də Arpaçayı keçərək Qarsın cənub-şərqinə çəkildi.
Harputun mühasirəsi
Harputun mühasirəsi — Səfəvi imperiyasının əlində olan Bayburt şəhərinin Osmanlı ordusu tərəfindən mühasirəyə alınması nəzərdə tutulur. == Arxa plan == Hələ şahzadə olduğu dövrdən Səfəvilərin və onları dəstəkləyən Anadolu türk tayfalarının fəaliyyətlərini yaxından izləyən və mövcud təhlükəni görən Səlim 1512-ci ildə sultan taxtını ələ keçirdikdən sonra onlara qarşı aktiv mübarizəyə keçdi. Buna qədər Şah İsmayıl Anadoludakı özünə rəğbət bəsləyən müxtəlif türk-qızılbaş tayfalarını təşkilatlandırmış və onların vasitəsiylə Anadoluda özü üçün güclü dayaq yaratmışdı. Nəhayət 1514-ci ildə Sultan Səlim uzun hazırlıqlardan sonra Şah İsmayıl üzərinə hücuma keçdi. Elə həmin ildə baş vermiş Çaldıran döyüşündə qızılbaş ordusu böyük cəsarətlə döyüşsə də, sonda artilleriya silahlarının çatışmazlığı və Osmanlıda bu silahların çoxluğu nəticəsində məğlub oldu. Qızılbaş ordusunun məğlubiyyətindən sonra Anadoludakı Səfəvi mülkləri təhlükə altına düşdü, Osmanlı ordusu bir-bir bu qalaları və şəhərləri ələ keçirməyə başladı.Bunun ardınca Kəmax, Diyabəkir mühasirələrində və Ovacıq döyüşündə Səfəvi ordusu məğlub oldu. == Mühasirə == Şərqi Anadolunun fəthi üçün Diyarbəkir bəylərbəyi Bıyıklı Mehmed Paşaya Qaraman bəylərbəyi Hüsrəv Paşa komandanlığında bir ordu göndərildi. Bu yardım qüvvələri Mardin dolaylarında olan Mehmed paşaya qatılmadan öncə Harputu mühasirəyə aldı. 23 martda başlayan mühasirə üç gün davam edən döyüşdən sonra Osmanlı ordusunun qələbəsi ilə nəticələndi. Qala təslim alındıqdan sonra Hüsrəv paşa Mardində olan Bıyıklı Mehmed paşanın ordusu ilə birləşdi.
II Gəncə mühasirəsi (1734)
Gəncənin mühasirəsi — 1734-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1730-1736) çərçivəsində Gəncə şəhərini Osmanlılardan geri almasıyla nəticələnən toqquşma. == Tarixi == Nadir xan Əfşar Qafqazda Osmanlı təsrini aradan qaldırmaq üçün 1734-cü ildə Şimali Azərbaycana daxil oldu. Nadir xanın qoşunları 1734-cü ildə Şamaxıya daxil olduqdan sonra, noyabr 3-də Gəncəyə çatdılar.Gəncə qalası iki divarla və üç xəndəklə əhatə olunmuşdu. Qala daxilində Osmanlı qüvvələrindən başqa Krım xanlığından göndərilmiş tatar dəstəsi də var idi. Nadirin yaxınlaşması xəbəri eşidiləndə Gəncə şəhəri boşaldıldı və hamı qala daxilinə daşındı. Eyni zamanda qala daxilində uzun sürən mühasirəyə davam gətirmək üçün hərbi hazırlığa başlandı.Nadir şah əvvəlcə diplomatik yolla qalanın təslim olunmasını istəsə də buna nail ola bilmədi. Qala 4 ay mühasirədə saxlanılsa da Nadir xanın topxanası zəif olduğu üçün qalanın alınması çətinləşirdi. Bu vaxt Səfəvi və Çar Rusiyası arasında imzalanacaq Gəncə sülh müqaviləsinə görə Nadir xanın düşərgəsində olan knyaz Sergey Qolitsin Nadirə kömək təklif etdi və onun razılığından sonra Rusiyanın Dağıstandakı qoşunlarının komandanı general Luvaşov xeyli ağır top göndərdi.Bu vaxt Nadir xan Qarsda olan Osmanlı paşası Abdulla Köprülünün Gəncəyə hərəkəti və ya Gəncə qalasına yardımı ilə bağlı məlumatlar almağa başladı. Belə olduqda qoşunun bir hissəsini Gəncənin mühasirəsi üçün saxlayan Nadir xan 1735-ci ilin Novruz bayramından bir neçə gün sonra Qarsa yollanıb oranı mühasirəyə aldı. O, 25 may 1735-də Arpaçayı keçərək Qarsın cənub-şərqinə çəkildi.
I Gəncə mühasirəsi (1606)
Gəncənin mühasirəsi — 1606-cı ildə, 1603–1618-ci illərin Səfəvi–Osmanlı müharibəsi əsnasında, Mehmed paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Şah Abbasın öndərliyi altındakı Səfəvi qüvvələri arasında baş vermiş döyüş. Mühasirə Səfəvi ordusunun müvəffəqiyyəti və Gəncə qalasının 18 il sonra yenidən Səfəvi idarəsinə keçməsi ilə nəticələnmişdir. == Zəmin == Səfəvilər şəhəri 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin bir nəticəsi olaraq, Osmanlılara verməli olmuşdular. Şah Abbas Osmanlı imperiyasının 1578–1590-cı illərdə gerçəkləşmiş Səfəvi–Osmanlı müharibəsi nəticəsində ələ keçirdikləri əraziləri geri almaq üçün 1603-cü ildə başlatdığı hücumda əhəmiyyətli uğurlar qazanmışdır. O, 1603-cü ildə Nəhavənd və Təbrizi, eləcə də İranın bütün qərbini zəbt edə bilmiş, 1604-cü ildə isə uzunmüddətli bir mühasirədən sonra İrəvan şəhərini dövlətinin ərazilərinə qata bilmişdi. Bir tərəfdən Avstriya ilə uzun bir müddətdir vuruşan, digər tərəfdən isə Cəlali üsyanları ilə məşğul olan Osmanlı imperiyası 1603-cü ildə taxta yeni sultanın oturmasının da təsiri ilə qərb sərhədlərində bu qəfil hadisələrə tez bir cavab verə bilmədi. 1604-cü ildə şərq-sərdar təyin edilən Cığalızadə Yusif Sənan Paşanın İrana yürüşü uğursuz olmuş, 1605-ci ildə yenə Sənan Paşanın öndərliyindəki Osmanlı ordusu Urmiya döyüşündə böyük bir məğlubiyyətə uğramışdı. Bu böyük məğlubiyyətdən sonra Osmanlı hərbi komandanlıq rütbələrindəki sarsıntılar və 1607-ci ilə qədər Suriya ilə Cənub-şərqi Anadoluya təsir göstərən Canpoladoğlu üsyanının çıxması ilə Cənubi Qafqazdakı son Osmanlı qoşunları da yardımsız qalmış, Şah Abbas isə 1606-cı ildə Azərbaycan və Gürcüstandakı köhnə torpaqlarını geri almaq üçün ordusu ilə bu bölgələrə soxulmuşdu. == Mühasirə == Osmanlı ordusu təhlükəsini aradan qaldıran Şah Abbas Gəncə şəhərini mühasirə etməyə aprel ayı kimi əlverişli bir vaxtda başlamışdır. Gəncə şəhərində təxminən 5.000 nəfərlik Osmanlı qarnizonu köhnə Təbriz qubernatoru Mehmed Paşanın öndərliyi altında idi.Təslimiyyət təklifinin rədd edilməsindən sonra qızılbaş ordusu atəş açır.
Kemahın mühasirəsi
Kəmaxın mühasirəsi — Osmanlı ordusunun Səfəvi dövlətinin əlində olan Kəmax qalasını mühasirəyə alması nəzərdə tutulur. == Arxa plan == Çox önəmli bir mövqeyi olan Kəmax qalası Anadolunun şimal qoluna nəzərat etmək üçün önəmli istehkam idi. Buna görə də, İldırım Bəyazid zamanında bu qala Osmanlı ordusu tərəfindən ələ keçirilmişdi. Teymurun Anadolunu fəth etməsindən sonra isə, bəzi türk bəylikləri bu qalaya hakim olmuşdur. XVI əsrin əvvəlində isə sürətlə böyüyən Səfəvi dövlətinin himayəsinə girən qala Osmanlının Səfəvilər üzərinə etdikləri səfərlərində əsas hədəflərdən biri halına gəldi. Bir çox hücum edilsə də, qalanın ələ keçirilməsi mümkün olmadı. Əksinə, buradan hərəkət edən Səfəvi ordusu davamlı olaraq yaxınlıqdakı Osmanlı mülklərinə yağma yürüşləri təşkil edirdilər. Bu yağma yürüşləri qalanın ələ keçirilməsini Osmanlı üçün daha da vacib hala gətirmişdi. Çaldıran döyüşündən sonra qışlamaq üçün Amasyaya gələn Osmanlı sultanı bu işi yaza qədər ertələmək qərarına gəldi. Yürüşə komandan kimi isə sevimlisi olan Bıyıklı Mehmed Paşanı təyin etdi.
Kobaninin mühasirəsi
Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir. Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd. Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir. Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir. Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPG və PKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər.
Konstantinopolun mühasirəsi (1391)
Konstantinopolun mühasirəsi (1391) – Osmanlı dövləti Konstantinopolu Bizans imperiyasından alana qədər bir neçə dəfə şəhəri mühasirəyə almış, lakin sonda uğursuz olmuşdurlar. Osmanlının 1391-ci il mühasirəsi Konstantinopolun ələ keçirilməsinə qədər baş vermiş bir neçə mühasirəsindən birincisidir. == Arxa plan == V İonnisin ölümünün ardından Bursada əsir olaraq saxlanılan oğlu Manuilin Konstantinopola gedərək II Manuil adı ilə taxta çıxması I Bəyazidin qəzəblənməsinə səbəb olmuşdu. Sultanın qəzəblənməsinin səbəbi Manuilin bunu edərkən ondan icazə almaması və bu işdə onun razılığının soruşulmaması idi. Buna cavab olaraq I Bəyazid ödənən vergilərin artırılmasını, paytaxtda türklər üçün məhəllə yaradılmasını, məscid tikilməsini və şəhərdəki türklərin məhkəmələrinə qazıların baxmasını tələb etmişdir. Manuilin bu tələbləri rədd etməsindən sonra Çandarlı Əli paşa komandanlığı altındakı Osmanlı ordusu şəhər qalasının divarları önünə gələrək mühasirəyə başlamışdır. == Mühasirə == Manuil mühasirənin yeddinci ayında ikən şəhərin iaşə problemlərinə görə, Osmanlı tələblərini qəbul etməyə məcbur etdi. Osmanlılar da manar ordusunun Osmanlı torpaqlarına girməsinə görə, mühasirəni davam etdirməkdən çəkindi. Mühasirənin qaldırılmasından sonra şəhərin müdafiə divarlarının xaricindəki ərazilər ələ keçirilmiş, şəhər xaricində qarnizon buraxılaraq, təcridə davam edilmiş və şəhərə giriş-çıxışlar nəzarət altına götürülmüşdür. Osmanlılar macarlar ilə olan problemlərini həll etdikdən sonra 1394-1396-cı illər arasında şəhəri yenidən mühasirədə saxladılar.
Kut-ül Amarə mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Leninqradın mühasirəsi
Leninqradın blokadası (8 sentyabr 1941-27 yanvar 1944) İkinci Dünya müharibəsində zamanı Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin alman-fin qoşunları tərəfindən 872 gün davam edən hərbi blokadası. == Tarixi == Leninqradı zəbt etmək almanların strateji və siyasi məqsədlərində mühüm yer tuturdu. Müharibənin ilk günlərindən Leninqrad ətrafında bir neçə zolaqdan ibarət müdafiə sistemi yaradıldı. Müdafiə sədlərinin tikintisində şəhərin 100 minlərlə sakini iştirak edirdi. Sovet qoşunlarının müqavimətinə baxmayaraq alman qoşunları 1941-ci il sentyabrın 8-də Leninqradın qurudan yolunu kəsməyə nail oldular. Şəhərin blokadası başlandı. Şəhərlə əlaqə yalnız Ladoqa gölü və hava vasitəsi ilə saxlanılırdı. Hitler komandanlığı şəhəri bombardman edir və atəşə tuturdu. Blokada yalnız 1943 ilin yanvarında yarıldı. Həmin ay Leninqrad və Volxov cəbhələrinin birgə əməliyyatları ilə 8–11 km enində "dəhliz" açıldı (şəhər buradan təchiz edilirdi).
Malazgirdin mühasirəsi (1054)
Malazgirdin mühasirəsi — 1054-cü ildə Malazgird şəhərinin Basileios Apokapis komandanlığındakı Bizans qüvvələri tərəfindən Sultan Toğrul komandanlığındakı səlcuqlulara qarşı uğurlu müdafiəsidir. == Mühasirə == Səlcuqlu sultanı Toğrul Malazgird şəhərini 30 gün boyunca mühasirə mexanizmaları ilə mühasirəyə aldı. O dövrün tarixçiləri 30 gün boyunca mühasirəçilər tərəfindən yüngül "tısbağalardan" uğurlu müdafiənin səbəbi kimi qalanın müdafiəçilərini və mühasirə mexanizmalarını atılan alovlardan qoruyan hərəkətli sığınacaqları göstərmişdir. Basileios Apokapisin irəliləyən "tısbağalardan" qalaya atılanları yığıb, tədricən təkrar olaraq mühasirəyə alanlara qarşı istifadə etdiyi qaynaqlarda qeyd olunmuşdur. Şəhər 3 qat müdafiə divarı və su qaynaqlarının bolluğuna görə səlcuqluların hücumlarına tab gətirə bildi.17 il sonra bir digər Səlcuqlu hökmdarı Alp Arslan komandanlığındakı türklər Roman Diogenə qarşı böyük zəfər əldə etdilər və şəhər 1071-də məşhur Bizans məğlubiyyətindən sonra Səlcuqluların əlinə keçdi.
Mühasirə günü: 11 sentyabr 1683-cü il
Mühasirə günü: 11 sentyabr 1683-cü il (ing: The Day of the Siege: September Eleven 1683, pol: Bitwa pod Wiedniem, it: 11 settembre 1683) — polyak-italyan müştərək istehsalı olan tarixi-dram janrında çəkilmiş olan filmdir. Film 2012-ci ildə ingilis dilində çəkilmişdir. Filmin rejissoru Renço Martinellidir. == Süjet xətti == Film 1683-cü il sentyabrın 11-də Yan Sobieskinin komandanlığı altında olan Müqəddəs Liqa ordusunun Osmanlı İmperiyasının Avstriyanın paytaxtı Vyananı və oradan da Avropanın digər ərazilərini işğal etməsi planlarını pozduğu Vyana döyüşünü və bu döyüş zamanı Avropada baş verən hadisələri göstərir. Eyni zamanda bu hadisələr zamanı Xristian Avropasında rahib Marko d'Avianonun oynadığı rola da diqqət yetirilir.

Значение слова в других словарях

бустила́т вощи́нный засе́иваться легитими́стка медоваре́ние перема́лывание приса́сывать проме́ниваться ту́ес щур верте́ться в голове́ высокопа́рность изворо́тец одева́ть сциенти́ст зун матерьял callable card-case domic geo- pensive pitchout whispery доктринёрский