MÜHASİRƏ
MÜHƏRRİK
OBASTAN VİKİ
Mühəndis
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri cəhətdən əsaslanmış və empirik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir. Çağdaş cəmiyyətdə mühəndislik ali texniki Universitetlərin və ya mühəndislik fakültəsi olan Universitetlərin həmçinin İnstitutların hazırladıqları ixtisasçılar qrupu tərəfindən yerinə yetirilir. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir. Mühəndislər təbiətdə mövcud olan material və güclərdən istifadə etməklə, onları hər hansı bir məqsəd üçün texniki cəhətdən tətbiq etməyə çalışır. Mühəndislər analitiki düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. VIII əsrdən başlayaraq güclənən ərəb xəlifəsi ölkədə elmin, o cümlədən mühəndisliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu dövrdə yaşamış müsəlman mühəndislərinin işləri heç də sonralar Avropada mövcud olan mühəndislərinkindən geri qalmamışdır. Buraya Banu Musa qardaşları, Əl Cəzari, Tağıyəddin, Əl Qaracı, İbn Sina, Əl-Biruni kimi görkəmli şəxslərin işlərini göstərmək olar.Avropalılar Əndəlüsün Xaçlı yürüyüşləri zamanı işğalından sonra islam dünyasındaki bir çox elmi kəşflər və mədəniyyət nümunələriylə ilk dəfə tanış olmuşdur. Nümunə kimi Riyaziyyat elmlərindən olan Əl-Cəbr Avropada tanınmış və Algebra olaraq adlandırılmışdır. Qərbdə mühəndis kimi Ingenieur kəlməsi (it.-fr.
Hərbi mühəndis
Elçin Əliyev (mühəndis)
Elçin Rəşid oğlu Əliyev (25 dekabr 1962, Bakı) – Azərbaycan Triatlon Federasiyasının sabiq prezidenti, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, SİNAM şirkətinin rəhbəri, dosent. == Haqqında == Elçin Əliyev Bakı Dövlət Universitetinin İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının professor əvəzi vəzifəsində çalışmışdır. Elçin Əliyev 2004–2008-ci illərdə Amerika Ticarət Palatasının İKT komitəsinin sədri, 2005–2007-ci illərdə Xəzər İnteqrasiya Biznes Klubunda İT və rabitə ilə bağlı məsələlər üzrə prezident, 2009–2010-cu illərdə NATO-nun elmi proqramında həmdirektor vəzifələrində çalışmışdır. O, 2004-cü ildən SINAM şirkətinin prezidenti, 2002-ci ildən isə Azərbaycanın İnternet Cəmiyyətinin sədr müavini vəzifəsini daşıyır. == Əsərləri == О безопасности передачи данных в распределенных информационных сетях // Известия НАНА сер. Физ.техн. и мат. наук, т.ХХI, "Информатика и проблемы управления", 2001, № 2, с.21–25. Стратегия информатизации в Азербайджане // Известия НАНА сер. Физ.техн.
Fəxrəddin Məmmədov (mühəndis)
Fəxrəddin Sadıq oğlu Məmmədov — professor, Yaxın Doğu Universitetinin prorektoru, Şimali Kipr Türk Respublikasında Azərbaycan diasporunun rəhbəri və Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət Mərkəzinin sədri. == Həyatı == Fəxrəddin Məmmədov 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir. Həmin institutda aspiranturada oxumuş, orada da dosent vəzifəsinə qədər yüksələrək çalışmışdır. Dosent olduqdan sonra 1987-ci ildə Kiyev Dövlət Universitetində intensiv 10 aylıq fransız dili kursu keçmiş, dili daha da təkmilləşdirmək üçün 3 ay Fransanın Paul Valerie Universitetində oxumuşdur. 1988-ci ildə Sovet mütəxəssislərinin tərkibində Əlcəzairə getmiş, Əlcəzair və Mərakeşdə 1994-cü ilə qədər müxtəlif universitetlərdə çalışmışdır. O, müəllimliklə yanaşı 5 il Sovet Missiyasının sədri vəzifəsində də çalışmışdır. 1995-ci ildən Şimali Kipr Türk Respublikasında İngilis dilində təhsil verən Yaxın Doğu Universitetində çalışmağa başlamışdır. 1995–2000-ci illərdə universitetdə elektronik və xəbərləşmə kafedrasının müdiri kimi çalışmışdır. Professor bundan sonra 2000-ci ildən 2013-cü ilə qədər mühəndislik fakültəsinin dekanı olmuş, eyni zamanda 2001-ci ildən hal-hazıra qədər universitetin akademik işlər üzrə prorektorudur. == İstinadlar == == Ədəbiyyat == P.Sultanova, "Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır" (Fəxrəddin Məmmədovla müsahibə), 525-ci qəzet.
Hidayət Rüstəmov (mühəndis)
Həsən Hüseynov (mühəndis)
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi. == Həyatı == Həsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır.
Kamil Məmmədov (mühəndis)
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşen) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi. O, 1972–1985-ci illərdə isə yeyinti sənaye naziri olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. == Həyatı == Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşen) şəhərində anadan olmuşdur. 1951-ci ildə orada orta məktəbi əla medalla qurtararaq Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == Kamil Məmmədov 1956–1958-ci illərdə Azərbaycan SSR Ərzaq məhsulları sənayesi nazirliyində baş mexanik, 1959–1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962–1964-cü illərdə isə Bakı biskvit fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964–1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970–1971-ci illərdə Ət-süd sənayesi nazirinin müavini, 1971–1972-ci illərdə Yeyinti sənayesi nazirinin müavini, 1972–1985-ci illərdə isə Yeyinti sənaye naziri vəzifələrində işləmişdir. Məmmədov daha sonra 1985–1991-ci illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini — Respublika naziri (1985–1989), 1991–1992-ci illərdə Kənd təsərrüfatı nazirinin 1-ci müavini, 1993–1994-cü illərdə Yeyinti-sənaye şirkətinin vitse – prezidenti kimi çalışmışdır. O, 1994–1996-cı illərdə Taxıl məhsulları Dövlət şirkətinin prezidenti, 1996–1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976,1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan mineral sular zavodu, Zaqatala, Şəki və Qəbələ tütün-fermentasiya zavodları, Bakı maya kombinatı, Bakı tütün fabriki, Əli-Bayramlı hidrogenizasiya zavodu, Bakı çay və biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işləri aparılmışdır.
Kompüter üzrə mühəndis
== İxtisas haqqında anlayış == Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. == İxtisas üçün lazım olan xüsusiyyətlər == Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Murad Mahmudov (mühəndis)
Mahmudov Murad Nəbiyeviç (1930, Bakı) — texnika elmləri doktoru, professor Mahmudov Murad Nəbiyeviç 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1954-1955-ci illərdə "Artyomneft" trestinin neft mədənlərində texnik, sahə rəisi işləmişdir. 1955-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun qaz-neft-mədən fakültəsini fərqlənmə ilə bitirmişdir. 1957-1970-ci illərdə AzNKİ-da elmi-tədqiqat sektorunun, problemli elmi tədqiqat işləri şöbəsinin rəhbəri, elmi işlər üzrə prorektor olub. 1961-ci ildə "Quyuların sementlənməsi prosesinə bəzi faktorların təsirinin tədqiqi" mövzusunda namizədlik, 1975-ci ildə isə "Quyuların sementlənməsinin bəzi hidravlik problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1970-1979-cu illərdə - Sumqayıt Ali texniki idarəsinin rektoru, "Mexanika" kafedrasının rəhbəri olub. 1979-1988-ci illərdə "Neftkimya-avtomat" elmi tədqiqat və layihə institutunun "Qazıma müəssisələri", "Riyazi informasiya təminatı" Avtomatik İdarəetmə Sistemləri (AİS) laboratoriyalarının rəhbəri işləmişdir. 1988-2000-ci illərdə ADNA-da "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "İstehsalatın idarə edilməsinin iqtisadiyyatı və təşkilatı" kafedrasının rəhbəri, "Sənayenin Təşkilatçıları", "Beynəlxalq İqtisadi Münasibətlər" fakültələrinin dekanı, xalq təsərrüfatı işçilərinin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması üzrə mərkəzin rəhbəri, "Xarici iqtisadi əlaqələrin idarə edilməsi" laboratoriyasının elmi rəhbəri, SSRİ, Azərbaycan Təhsil Nazirliyinin İBM (ABŞ) korporasiyası ilə birgə yaratdığı Biznes Mərkəzinin baş direktoru, ADNA-da "Neft emalı və neft-kimya sahələrində iqtisadiyyat və menecment" kafedrasının professoru olmuşdur. 2002-2003-cü illərdə Rostov Dövlət İqtisad Universitetinin Dağıstan filialının rektoru işləmişdir. 2003-cü ildən bu günə qədər ADNA-da xarici iqtisadi əlaqələr problem laboratoriyasının elmi rəhbəri və eyni zamanda DənizneftqazDETLİ-da baş elmi işçidir.
Mustafa Mustafayev (mühəndis)
Mustafayev Mustafa Hacı Rəhim oğlu (17 oktyabr 1895, Qazax rayonu – 1972) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı real məktəbini bitirmişdir (1914). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Fransaya göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Mustafayevin təhsilini uğurla davam etdirməsi, Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında isə təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Tələbəlik illərində M.Mustafayev dünya şöhrətli "Reno" şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçmiĢdir. Tuluza İnstitutunda təhsilini başa vurduqdan sonra ona "Reno" şirkətində mühəndis yerini tutmaq təklif edilmişdi. Fransada ailə həyatı quran Mustafayev 1927-ci ildə ildə Azərbaycana qayıtmış, sənayeləşmə illərində mühəndis-energetik kimi 15 il bir sıra elektrik stansiyalarını və Bakı tramvay xəttinin tikintisində çalışmışdır. İkinci dünya müharibəsi başlayanda fransız həyat yoldaşı Səmərqənd şəhərinə (Özbəkistan), Mustafayev özü isə Şimali Qazaxıstana sürgün edilmişdir (1942). O, 1943-cü ilin noyabrında azad edilərək, Səmərqəndə gəlmiş, 1961-ci ilədək burada ixtisası üzrə işləmişdir. Bakıya qayıtdıqdan sonra Bakı Dövlət Universitetində və Sənaye İnstitutunda riyaziyyat və fransız dili fənlərindən dərs demişdir.
Məmməd Əhmədov (mühəndis)
Məmməd Nəcəf oğlu Əhmədov (1900 – 1963, Bakı) — Azərbaycan sovet mühəndisi və kimyaçısı, quyuların yeraltı təmiri üzrə sexin rəisi, Əliheydər Qarayev adına Neft Emalı Zavodunun baş mühəndisi, Stalin mükafatı laureatı. Bakı politexnik institutunun texnologiya fakültəsini neft və qazın emalı üzrə kimyaçı-texnoloq ixtisası ilə bitirmişdi Məmməd Əhmədov Bakı zavodlarında qabaqcıl neft emalı proseslərinin yaradılmasında iştirak etmiş mütəxəssislərdən idi. A. Andreyev adına zavodun sex rəisi olan dövrdə Məmməd Əhmədov Böyük Vətən müharibəsi illərində neft emalı prosesləri qurğularının texnoloji təkmilləşdirilməsi üçün işlər görürdü. Məhz onun təklifi əsasında ağır neftlərin emalı şəraitində neft kolonundan qalığın çəkilməsi güncləndirilmişdi. Bu əvvəlki enerjini saxlamaqda kömək edirdi, halbuki qabaq bu güc təxminən 25 fazə qədər düşürdü. Stalin mükafatı — motor yanacağının yeni modelinin yaradılmasına görə Методы ведения технологического режима на нефтеперерабатывающих установках : Из опыта работы завода им. А. А. Андреева / Ред. чл.-кор. АН СССР проф. В. С. Гутыря и канд.
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Mühəndis Qoşunları
Mühəndis geologiyası
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Məmməd Məmmədov (mühəndis)
Məmməd Əli oğlu Məmmədov (2 iyun 1954, Şıxlar, Ağdam rayonu) — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir–tikinti şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri, Əməkdar mühəndis. 1954-cü ildə Ağdam rayonunun Şıxlar kəndində anadan olub. 1968-ci ildə Mingəçevir Politexnik Texnikumunun Sənaye və mülki tikinti fakültəsinə qəbul olmuş, 1972-ci ildə həmin Texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ümumi texniki fənlər fakültəsinə daxil olmuş, 1980-ci ildə həmin İnstitutu Fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin İnstitutu müvəffəqiyyətlə başa vurmuşdur. M. Ə. Məmmədov 1972-ci ildə "Azərenerji" İstehsalat Birliyinin tikinti-quraşdırma trestində quraşdırıcı-təlimatçı kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildə Nazirlər Sovetinin İşlər İdarəsi Təsərrüfat İdarəsinin təmir-tikinti idarəsində tikinti ustası, iş icraçısı və baş iş icraçısı vəzifələrində çalışmış, 1989-cu ildən Nazirlər Soveti İşlər İdarəsi Təsərrüfat İdarəsinin İnzibati Binalar İdarəsinin baş mühəndisi, rəis əvəzi, İşlər İdarəsi Təsərrüfat İdarəsinin Əsaslı tikinti şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1975–1977-ci illərdə Sovet Qoşunlarının Almaniya qrupunda hərbi xidmət keçmişdir. 1992-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Əsaslı tikinti sektorunun müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildən 10 aprel 2014-cü ilədək İşlər İdarəsinin təmir-tikinti şöbəsində müdir müavini vəzifəsində işləmişdir.
Nadir Nadirov (mühəndis)
Nadir Nadirov (qaz. Нәдір Кәрімұлы Нәдіров; rus. Надир Каримович Надиров; 6 yanvar 1932, Naxçıvan və ya Naxçıvan Muxtar Respublikası – 24 avqust 2021, Almatı) – Azərbaycan kürdlərindən olan Qazaxıstan mühəndisi. O, 6 yanvar 1932-ci ildə Sədərək, Naxçıvan MSSR-də anadan olmuşdur. Nadir Nadirovun ailəsi 1933-cü ildə Qazaxıstana deportasiya edilmişdir. O, Qazaxıstanda Kürd asosiasiyasının prezidenti və Qazaxıstan Mühəndislik Akademiyasının ilk vitse-prezidenti olmuşdur. O, həmçinin, Neft elmi mərkəzinin direktoru olmuşdur. 1992-ci ildə o, 1930 və 1940-cı illərdə keçmiş Sovet İttifaqında kürdlərin kütləvi deportasiya hesabları ilə ictimaiyyətə çatdırıldı. N.K. Nadirov, A.P. Popov, Neftdən zülal, ABŞ Ortaq Nəşrlər Araşdırma Xidməti, Sprinqfild, Virciniya, 1974. N.K. Nadirov, N. S. Nametkin, Podsolevye nefti Prikaspiĭskoĭ vpadiny, 302 pp., Izdvo Nauka Kazakhskoi SSR, 1983 (Rusiyada).
Nazim Babayev (mühəndis)
Nazim Həbib oğlu Babayev (14 iyul 1937, Ordubad – 12 iyul 2014, Sumqayıt) — professor, texnika elmləri doktoru. 12 iyul 2014-cü ildə Sumqayıt şəhərində vəfat etdi. Nazim Babayev 14 iyul 1937-ci ildə Ordubad şəhərində anadan olmuşdur. Uşaqlığı çox pis dövrə düşüb. Bu haqda sonralar o, belə demişdi: "Aclıq idi, çörək tapılmırdı. Anam gilas yığıb gətirib Horadiz tərəflərdə buğdaya dəyişirdi." Orta məktəbdə oxuduğu illər də çox çətin keçmişdir. Mal-qoyun otarmaqla yanaşı, evin bütün təsərrüfat işləri ilə də məşğul olmuş. Amma çətinliklərə baxmayaraq, dərslərindən geri qalmırdı. 8-ci sinifdə oxuyanda o, elektromühərrik düzəldib məktəbə aparır. Bu hadisə nəinki məktəbdə, ölkə səviyyəsində maraqla qarşılanır.
Nazim İbrahimov (mühəndis)
İbrahimov Nazim Allahverdi oğlu — Azərbaycanın əməkdar mühəndisi. 1936-cı ildə Goranboy rayonunda anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfat İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş və 1959-cu ildə təyinatla Xanlar şərab zavodunda işləmişdir. Zavodda şərabçılıq işlərinə dərindən bələd olduqdan sonra onu Şampan sexinə rəis təyin edirlər. 1964-cü ildə qiyabi aspiranturaya daxil olmuş və 1968-ci ildə Şampan şərabları üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Şampan şərabları üzrə tanınmış mütəxəssis Nazim İbrahimov 1971-ci ildə Bakı 1№-li şərab zavoduna direktor vəzifəsinə irəli çəkilir. Bu vəzifədə 1990-cı illərin əvvəllərinə qədər işləmişdir. Nazim İbrahimov bu arada 32 elmi əsərin, o cümlədən 3 elmi ixtiranın və 3 elmi monoqrafiyanın müəllifi olmuşdur. O, Respublikanın əməkdar mühəndisi və xeyriyyəçilik sahəsində H.Z.Tağıyev adına mükafata layiq görülmüşdür. Azərbaycan şərablarının texnologiyası monoqrafiyasında sırf şərabçılıq məsələləri, onun texnologiyası, şərabın kimyası, şərabçılıq avadanlıqları, şərabların xəstəliyi və onun müalicəsi, şərabçılıq tullantılarından istifadə etmək usulları ətraflı izah edilmişdir.
Pərviz Abdullayev (mühəndis)
Pərviz Abdullayev — texnika elmlər doktoru, professor. Pərviz Şahmurad oğlu Abdullayev 1967-ci ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Amasiya rayonunun Əzizbəyov kəndində (keçmiş Qaraçanta kəndi) anadan olmuşdur. Süleymanlılar tayfasının nümayəndələrindəndir. Orta təhsilini rayon mərkəzində Amasiya kənd məktəbində tamamlamışdır. 1990-cı ildə Leninqrad Mexanika İnstitutunu «Uçuş aparatlarının mühərrikləri» ixtisası üzrə bitirmişdir. 1990-1993-cü illərdə Bakı Aviasiya İstehsalat Birliyində müxtəlif mühəndis vəzifələrində çalışmışdır. 1993-cü ildə Azərbaycan Milli Aviasiya Akademiyasında (MAA) müəllimlik fəaliyyətinə başlamışdır. 2003-cü ilin may ayından müsabiqə yolu ilə «UA və AM K və İ» kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Abdullayev P.Ş. həmin vəzifəni icra edir. 2001-ci ilin oktyabrında Sankt-Peterburq Mülki Aviasiya Akademiyasının İxtisaslaşdırılmış Şurasında «Hava nəqliyyatının istismarı» ixtisası üzrə «Uçuş informasiyası əsasında qaz turbin mühərriklərinin diaqnozlaşdırma metodikasının təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasının müdafiəsini keçərək Rusiya Federasiyası Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmlər doktoru elmi dərəcəsini almış, professordur.
Qasım Abdullayev (mühəndis)
Qasım İsrafil oğlu Abdullayev (10 oktyabr 1957, Tovuz) – texnika elmləri doktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Kommunikasiya tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri (2018–), "Azərtunelmetrotikinti" ASC İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi (1999–2014), "Şöhrət" ordeni laureatı (2007), Azərbaycan Respublikasının əməkdar mühəndisi (2017). Abdullayev Qasım 10 oktyabr 1957-ci Tovuz Aşağı Quşçu ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev İsrafil Qazax rayonu Muğanlı kənd orta məktəbinin fizika-riyaziyyat müəllimi işləmişdir. 1964-cü ildə Qazax rayonu Muğanlı kənd tam orta məktəbinə gedib, 1974-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol inşaatı fakültəsinə qəbul olunub və 1980-ci ildə həmin təhsil müəssisəsini körpü və tunellər ixtisası üzrə bitirib. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 oğlu, 1 qızı və 6 nəvəsi var. Qızı Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, tibb elmləri üzrə fəlsəfə doktorudur. Oğlu isə İngiltərənin Keele Universitetinin beynəlxalq əlaqələr fakültəsini və London Universitet Kollecinin siyasət, təhlükəsizlik və inteqrasiya üzrə magistratura pilləsini bitirib, dövlət qulluqçusudur. 1980-ci ildə təyinatla gənc mütəxəssis kimi "Bakımetrotikinti" İdarəsinin 7 nömrəli Tunel dəstəsində növbə rəisi kimi əmək fəaliyyətinə başlayıb.
Qasım Qasımov (mühəndis)
Rafiq Qasımov (mühəndis)
Rafiq Qasımov — "Əməkdar Mədəniyyət işçisi", İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun texnika üzrə müavinidir. İxtisasca mühəndis-radio texnikdir. 1968-ci ildə Azərbaycan Radio Televiziya Mərkəzində (İndiki AzTV) əmək fəaliyyətinə başlayıb. Bir neçə il Teleteatrın rəisi, 1981-ci ildən isə AzTV-də videoyazı şöbəsinin rəisi işləyib. Rəhbərlik etdiyi qrupla birgə keçmiş SSRİ məkanında cəmi beş rəngli Səyyar Televiziya Stansiyasının birini ilk dəfə olaraq Azərbaycana gətirib. “Əməkdar Mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir. Azərbaycanda televiziyanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Rahib Əliyev (mühəndis)
Rahib Oruc oğlu Əliyev (d. 20 fevral 1937, Lənkəran şəhəri – v. 3 oktyabr 2020, Bakı şəhəri) — Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı üzrə əməkdar mühəndisi (2007), texnika elmləri doktoru, alim, "Azdövsutəslayihə" institutunun 6-cı direktoru. Rahib Əliyev 1937-ci ilin 20 fevral tarixində Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1955-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) hidromeliorasiya fakültəsinin "Su elektrik stansiyaları və çay qurğularının hidrotexniki tikintisi" ixtisasına qəbul olunmuş və 1960-cı ildə institutu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1969–1970-ci illərdə Yəmən Ərəb Respublikasının Xodeyda şəhərində su təsərrüfatı sahəsində tikinti işlərini aparan sovet mütəxəssis qrupunun rəhbəri olmuşdur. 1970–1973-cü illərdə "Azərsutikinti" Baş İdarəsinin Lənkəran şəhərində yerləşən 2 saylı trestinin müdiri, 1973–1975-ci illərdə Bakı şəhərində "Azərsutikinti" Baş İdarəsində qrup rəhbəri, "Su tikintisinin təşkili və texnologiyası" trestində 1975-ci ildə şöbə müdiri, 1976–1983-cü illərdə isə trestin müdiri vəzifəsində çalışmışdır. Respublikamızda mütəxəssis kadrların hazırlanması sahəsində də R.Əliyevin böyük xidmətləri var. Onun rəhbərliyi altında 6 aspirant və dissertant dissertasiya işlərini yazaraq, müxtəlif elmi şuralarda müvəffəqiyyətlə müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsini almışdır.1983–2000-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Hidrotexniki tikinti" ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.
Ramiz Qasımov (mühəndis)
Ramiz Əlicavad oğlu Qasımov (rus. Рами́з Алиджава́д оглы́ Гасу́мов) — Rusiya Federasiyasının əməkdar elm xadimi, "Qazprom" ASC-nin və "Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu" (ŞimQafETLİ) ASC-nin baş direktoru, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin laureatı, "Qazprom" ASC-nin laureatı, N.K.Baybekov adına mükafatın laureatı, A.Nobel adına mükafatın laureatı, Qaz sənayesinin fəxri işçisi, RF-nin Sənaye və Energetika nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Bütün dünyada istifadə olunan 540-dan çox elmi işin (məqalə, kitab, tezis və s.), 120-dən ixtira və 18 elmi əsərin müəllifi. Ramiz Əlicavad oğlu Qasımov 1958-ci il avqustun 23-də Sabirabad rayonunun Qarasu kəndində çoxuşaqlı ailədə anadan olub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (Bakı) daxil olmuşdur. 1977-ci ildən 1979-cu ilədək olan dövrdə onu dəfələrlə Nijnivartovsk şəhərinə inşaat dəstələrinə göndəriblər. 1979-cu ildə SSRİ-nin ən yaxşı tələbələrinin tərkibində keçmiş Yuqoslaviyanın respublikalarına istehsalat praktikasına göndərilib. 1981-ci ildə fərqlənmə diplomu ilə Neft, qaz və mədən fakultəsinin "Neft və qaz quyularının qazılması" ixtisasını bitirib və dağ mühəndisi dərəcəsini alıb. İnstitutu bitirdiyi vaxtdan R.Ə.Qasımovun əmək fəaliyyəti qaz sənayesi ilə sıx bağlıdır. 1981-ci ildən 1991-ci ilədək o, "Türkmənqazprom" BİB-nin Cərcov axtarış qazma idarəsində texnoloq, rayon mühəndislik-texnoloji xidmətinin baş texnoloqu, mühəndis, baş mühəndis, texnoloji şöbənin müdiri, "Türkmənqazprom" BİB-nin, "Türkmənburqazprom" İB-nin baş texnoloqu.
Rasim Quliyev (mühəndis)
Rasim Kamil oğlu Quliyev (28 fevral 1950, Yevlax rayonu – 8 dekabr 2021) — Mənzil-kommunal təsərrüfatı nazirinin müavini (1992), Abşeron Regional Səhmdar Su Cəmiyyətinin Prezidenti (1995), Azərbaycan Respublikasının Əməkdar mühəndisi. 1950-ci il 28 fevral Yevlax rayonunda anadan olmuşdur. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil alıb. 1998-ci ildə dissertasiya müdafiə edərək, Texnika elmləri namizədi, Alimlik dərəcəsinə layiq görülmüşdür. 2 elmi ixtirası, 9 elmi məqaləsi vardır. Təyinatla SSRİ Sugeo Elmi Tədqiqat İnstitutunun Bakı filialına göndərilib. 1973-1975-ci illərdə Sərsəng (Ağdərə) su anbarının tikintisində mühəndis, şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 1975-1979-cu illərdə "Azərkəndsutikinti" Nazirliyində mühəndis, tikilməkdə olan müəssisələr birliyinin direktoru vəzifəsində çalışıb. 1979-1983-cü illərdə Su Artezian idarəsinin rəisi vəzifəsində işləyib. Cəbrayıldan Horadizə 564 km olan su xəttinin çəkilişinə rəhbərlik edib.
Ekol Mühəndislik Xidmətləri
Ekol Mühəndislik Xidmətləri QSC — 2006-cı ildə yaradılan, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü xidmətlər göstərən şirkət. Şirkətin pay sahibləri ARDNŞ (51%) və Panamanın "Lancer Services S. A." şirkətidir (49%). Panama şirkətinin sahibi "Union Grand Energy" şirkəti vasitəsilə Anar Əlizadədir. 2010-cu ildə Niderlandın AA Services şirkəti ilə birləşərək AAS — EKOL MMC şirkəti yaradılıb. 2010-cu il üçün şirkətin tabeliyində Kompleks Tədqiqatlar Laboratoriyası, Tullantıların emalı sahəsi, mexaniki təmizləyici qurğusu, Parafin təmizləmə sexi, Elektromexanika sexi var idi.
Ekologiya mühəndisliyi
Ekologiya mühəndisliyinin məqsədi texnika ilə ətraf mühit arasında münasibətləri harmonizasiya etməkdir. == Ekologiya mühəndisliyi == Ekologiya mühəndisliyinin predmetini müəssisə, sənaye kompleksi və ya bütöv regionun texnosferi təşkil edə bilər. Ekoloji iqtisadiyyatın tələbi ilə yeni texnikanın layihələşdiril- məsi və yaradılmasının məqsədləri dəyişilir. Texniki obyekttlərə olan tələblərdən biri, onların "ekologiyalılığıdır. Bu anlayış texniki obyektlərin ətraf mühitlə (təbii və sosial) qarşılıqlı təsirini — (maddə, enerji, informasiya) səciyyələndirir. Ekologiya mühəndisliyində ekoloji yanaşma texniki obyektlərin ətraf mühitlə əlaqəsini təsvir edən əsas vasitə kimi çıxış edir. Onun əsasında texniki sistemə və onunla qarşılıqlı əlaqədə olan ətraf mühitin ayn-ayn komponentlərinə vahid münasibət mümkündür. Ekoloji yanaşma texniki sistemlərin hərtərəfli sosial-ekoloji qiymətləndirilməsində vacib əhəmiyyət kəsb edir. İndiyə kimi texniki sistemin onun üzərinə qoyulmuş funksiyanı nə dərəcədə yaxşı yerinə yetirməsi faydalı iş əmsalı (FİƏ) ilə ölçülürdü, lakin FİƏ sistemin itirdiyi enerjini xarakterizə edir və texniki sistemin qiymətləndirilməsinin obyektiv kriterisi kimi yararsızdır. Texiniki məqsədə nail olmaqla mahiyyət etibarilə texniki sistemlərin effektinin mövcud olan göstəriciləri qiymətləndirilmir.
Elektrik mühəndisliyi
Elektrik mühəndisliyi — elektrik, elektronika və elektromaqnetizmdən istifadə edən avadanlıqların, cihazların və sistemlərin öyrənilməsi, layihələndirilməsi və tətbiqi ilə məşğul olan mühəndislik sahəsidir. Elektrik mühəndislyi 19-cu əsrdən etibarən telefon, teleqraf, elektrik enerjisinin istehsalı, paylanması və geniş miqyasda istifadəsi ilə birlikdə ayrıca bir elm sahəsi kimi meydana çıxmışdır. Elektrik mühəndisliyi müasir dövrdə geniş sahələrə bölünür. Bura daxildir: elektronika, rəqəmli kompüterlər, elektroenergetika, telekommunikasiya, idarəetmə sistemləri, radioelektronika, siqnalların emalı, cihazqayırma və mikroelektronika. Elektrik mühəndisləri bir qayda olaraq, elektrik mühəndisliyi və ya elektronika mühəndisliyi dərəcəsinə sahibdirlər. Bu işlə məşğul olan mühəndislər peşəkar sertifikatlaşdırma və peşəkar birliyin üzvləri ola bilər. Belə birliklərə Elektrik mühəndisləri İnstitu və Mühəndislik və Texnologiya İnstitutu daxildir. == Tarix == Elektrik sözü fizika və texnikanın inkişafı prosesində bir çox dəyişikliyə uğramışdır. Sadə elektrik və maqnit hadisələri, bəzi cisimlərin (məs., kəhrəbanın) sürtünmə nəticəsində yüngül cisimləri özünə çəkməsi, yəni elektriklənmə xassəsi və s. hələ qədimdən məlum idi.
Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu
Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutu (Institute of Electrical and Electronics Engineers, IEEE) – rabitənin fiziki səviyyəsini və OSI/ISO modelinə uyğun olan lokal şəbəkədə kanalın səviyyəsini göstərən IEEE 802 standartının işləyib hazırlanması sayəsində məşhurlaşmış mühəndis gəlişdirmələri və elektronika sahəsində peşəkarların təşkilatı. 1963-cü ildə ABŞ-nin IAEE və IRE cəmiyyətlərinin birləşməsi nəticəsində yaranıb. 160 ölkədə 400 000-dən çox üzvü var. Texniki konfranslara, simpoziumlar və seminarlara təşkilatçılıq və sponsorluq edir, böyük nəşr və təhsil fəaliyyəti ilə məşğul olur. 1 yanvar 1963-cü ildə radioelektronika və elektrotexnika üzrə standartların hazırlanması sahəsində dünya lideri, texnika sahəsi üzrə mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan Elekrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE – Institute of Electrical and Electronics Engineers) əsası qoyulmuşdur. IEEE 1912-ci ildə yaradılmış Radiotexniklər İnstitutu (ing. Institute of Radio Engineers) və 1884-cü ildə yaradılmış nun (ing. American Institute of Electrical Engineers) birləşdirilməsi nəticəsində meydana gəlmişdir. IEEE-nin əsas məqsədi elektrotexnika, elektronika, kompüter texnikası və informatikada elmi fəaliy-yətin təşkili və inkişafı üçün mütəxəssislərə informasiya və maddi dəstəyin verilməsi, onların nəticələrinin cəmiyyətin xeyrinə istifadəsi, həmçinin IEEE-nin üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. IEEE və onun qurucu təşkilatlarının tanınmış başçıları Elihu Tomson (AIEE, 1889–1890), Aleksandr Graham Bell (AIEE, 1891–1892), Charles Proteus Steinmetz (AIEE, 1901–1902), Robert H. Marriott (IRE, 1912), Lee De Forest (IRE, 1930), Frederick E. Terman (IRE, 1941), Villiam R. Hevlett (IRE, 1954), Ernst Veber (IRE, 1959; IEEE, 1963) və İvan Getting (IEEE, 1978).
Genetik mühəndisliyi
Genetik mühəndisliyi — genetik maddənin qurulşunda və funksiyasında, həmçinin onların əldə edilməsində və hüceyrələrə, yaxud nuklein turşuları molekullarına köçürülmə üsullarını bilməklə onların üzərində müxtəlif manipulyasiyalar aparmaq. Genetik mühəndisliyinin əsasında ayrı ayrı nukleotid ardıcıllıqlarına parçaladıqdan sonra DNT-nin bakteriya plazmidləri və faqların genomu vasitəsilə prokariot və eukariot hüceyrələrə köçürülməsi durur. Nəticədə əmələ gəlmiş belə hüceyrələr – hibridlər yad gen fraqmentlərinə malik olmaqla köçürülmüş genin ekspressiyasını təmin edir. Gen mühəndisliyi son məqsədlərindən biri müəyyən genin kodlaşdırıldığı məhsulun və ya əlameətin resipient orqanizmdə təmin edilməsindən ibarətdir. Bunun üçün əvvəlcə həmin məhsulu, yaxud əlaməti kodlaşdıran gen seçilir. Göstərilən DNT molekuluna müəyyen orqanizmdən almaq, yaxud onu kimyəvi və ya fermentativ yolla sintez etmək mümkündür. Son dövrdə genetikanın uğurlariından biri də genetik klonun, yəni genetic surətlərin yaradılmasıdır. Genetik klon ilk dəfə keçen əsrin sonlarında Şotland alimləri Yan Velhmut və Ken Kembpell tərəfindən yaradılmısdır. Onlar yetkin qoyunun somatik huceyrəsinin nüvəsini digər qoyun nüvəsiz yumurtahüceyrəsinə köçürməklə somaktik hüceyrə nüvəsinə malik ziqota əldə etmişlər. Bu yolla alınmış ziqotanın üçüncü qoyunun balalığında inkişafını təmin etməklə onlar ilk dəfə olaraq onunla tam indentik genotipə malik olan Dolli adlı qoyun bütün dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir.
Hidayət Rüstəmov (yol mühəndisi)
Kimya mühəndisliyi
Kimya mühəndisliyi — kimya, fizika, riyaziyyat, biologiya və iqtisadiyyatın prinsiplərindən istifadə edərək enerji və materiallardan istehsalatı, istehsalatın dizaynını, nəqliyyatını və transformasiyasını təmin edən mühəndislik sahəsidir. Kimya mühəndislərinin işi laboratoriyada nano-texnologiya və nano-materialların istifadəsindən kimyəvi maddələri, xammalları, canlı hüceyrələri, mikroorqanizmləri və enerjini faydalı forma və məhsula çevirən genişmiqyaslı sənaye proseslərinə kimi ola bilər. Kimya mühəndisləri zavod layihələşdirməsi və istismarının təhlükəsizlik və risk qiymətləndirilməsi, proses dizaynı və analizi, modelləmə, idarə etmə mühəndisliyi, kimyəvi reaksiya mühəndisliyi, nüvə mühəndisliyi, biomühəndislik, tikinti xüsusiyyətləri və idarə təlimatları kimi sahələrində xidmət edirlər. Kimya mühəndisləri əsasən Kimya Mühəndisliyi və ya Proses Mühəndisliyi dərəcəsinə sahib olurlar. Təcrübələrlə məşğul olan mühəndislər bu sahə üzrə peşəkar qurumların sertifikatına sahib ola və ya bu orqanların üzvü ola bilirlər. Belə qurumlara Kimya Mühəndisləri İnstitutu (ing. IChemE) və ya Amerika Kimya Mühəndisləri İnstitutu (ing. AIChE) daxildir. Kimya mühəndisliyi dərəcəsi digər mühəndislik sahələri ilə birbaşa əlaqədardır. == Etimologiya == Elm Tarixi haqqında İngilis jurnalının (ing.
Kliniki mühəndislik
Müxtəlif təşkilatlarda (universitetlər, xəstəxanalar, dövlət və sənaye və s.) səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün mühəndislik perspektivlərinin, üsul və metodlarının tətbiqi. == Tədqiqat sahələri == Üçüncü sahədəki işlər çox sürətli bir inkişaf göstərməkdədir. Klinik mühəndis, klinik qrupun bir parçasını təşkil edir. Klinik mühəndislərin vəzifələri aşağıdakı kimi ümumiləşdirilə bilər: - Xəstəxana işçilərinin prosedurların müəyyənləşdirilməsinə, cihazların seçilməsinə və nəzarətinə kömək etmək; - Qeyri-kommersiya məqsədləri üçün elektron cihazların həyata keçirilməsi; - Cihazların işləməsinə nəzarət və kalibrləmə üçün üsullar inkişaf etdirmək; - Təhlükəsizlik standartlarını müəyyənləşdirmək və bu məsələ ilə bağlı məsləhətləşmələr aparmaq; - Həyat dəstək sistemlərinin idarə edilməsi; - Xəstəxanalarda istifadə edilməyə başlanan kompüter və avtomatlaşdırma mərkəzləri üçün məsuliyyət daşıyır . Xəstəxanalarda kompüterlər çox müxtəlif məsələlərin həllində istifadə edilməkdədir. Bu məsələlər arasında klinik kimya laboratoriyaları, reanimasiya modulları, əməliyyatxana və elektrokardioqram laboratoriyaları kimi klinik laboratoriyaları, laboratuvar hesabatlarının təşkil edilməsi, xəstələrin tariflərinin və ödənişlərinin müəyyən edilməsi, klinikadakı elektron qurğuların idarəsi kimi inzibati işlər, tədqiqat və profilaktik səhiyyə xidmətləri üçün məlumatların saxlanması kimi inzibati işlər daxildir.
Kompüter mühəndisliyi
Kompüter mühəndisliyi — elektrik mühəndisliyi və kompüter elmlərininin müxtəlif sahələrini özündə birləşdirən və kompüter sistemlərini yaradan mühəndislik sahəsi. Kompüter mühəndisləri elektron mühəndislik, kompüter elmləri, aparat-proqram təminatı inteqrasiyası, proqram təminatı dizaynı və proqram mühəndisliyi üzrə bilik tələb edir. O, elektrik mühəndisliyi və kompüter elminin texnika və prinsiplərindən istifadə edir və süni intellekt (AI), robototexnika, kompüter şəbəkələri, kompüter arxitekturası və əməliyyat sistemləri kimi sahələri əhatə edə bilər. Kompüter mühəndisləri fərdi mikrokontrollerlərin, mikroprosessorların, fərdi kompüterlərin və superkompüterlərin dizaynından tutmuş dövrə dizaynına qədər hesablamanın bir çox aparat və proqram təminatı aspektlərində iştirak edirlər. Mühəndisliyin bu sahəsi təkcə kompüter sistemlərinin necə işlədiyinə deyil, həm də onları daha geniş mənzərəyə necə inteqrasiya edəcəyinə diqqət yetirir. Robot texnikası kompüter mühəndisliyinin tətbiqlərindən biridir. Kompüter mühəndisliyi adətən quraşdırılmış mikrokontrollerlər üçün proqram təminatı və proqram təminatının yazılması , VLSI çiplərinin dizaynı, analoq sensorların dizaynı, qarışıq siqnal dövrə lövhələrinin dizaynı və əməliyyat sistemlərinin layihələndirilməsi daxil olmaqla sahələrlə məşğul olur. Kompüter mühəndisləri həmçinin mühərriklər, rabitə və sensorlar kimi elektrik sistemlərini idarə etmək və izləmək üçün rəqəmsal sistemlərdən istifadə etməyə əsaslanan robototexnika tədqiqatları üçün də uyğundur. Bir çox ali təhsil müəssisələrində kompüter mühəndisliyi tələbələrinə kiçik və yuxarı kurslarda dərindən öyrənmə sahələrini seçməyə icazə verilir, çünki kompüterlərin dizaynında və tətbiqində istifadə olunan biliklərin tam genişliyi bakalavr dərəcəsinin əhatə dairəsindən kənardadır . Digər üniversiteler kompüter mühəndisliyini əsas diqqət mərkəzi kimi elan etməzdən əvvəl mühəndislik tələbələrindən bir və ya iki illik ümumi mühəndisliyi bitirmələrini tələb edə bilər.
Kostruktiv mühəndislik
Konstruktiv mühəndislik – konstruksiyanın gözlənilən ömrü ərzində məruz qalacağı yüklərin müəyyən edilməsi, konstruksiya elemetlərinin müvafiq bir şəkildə yerləşdirilməsinin müəyyən edilməsi, elementlərin ölçülərinin və materialının seçilməsi, elementlərin yığılması prosesinin müəyyən edilməsi və son olaraq kanstruksiya yığıldıqdan sonra və ehtimal ki, konstruksiyanın bütün ömrü boyu monitorinqinin aparılması ilə məşğul olan bir elm sahəsidir.
Krım Mühəndis-Pedaqoji Universiteti
Krım Mühəndis-Pedaqoji Universiteti (ukr. Кримський інженерно-педагогічний університет, krımtat. Qırım müendislik-pedagogika universiteti) təhsil mərkəzi 1993-cü ildə deportasiyadan qauıdan xalqların ehtiyacını nəzərə alaraq təsis edilmişdir. Universitetin mütəxəsislərinin böyük qismi IV dərəcəyə sahibdirlər. Əvvəlki adları: Krım Dövlət Mühəndis-Pedaqoji Universiteti, Krım Dövlət İndestrial-Pedaqoji Universiteti. Universitetdə yeddi fakültədə 10000 tələbə oxuyur ki, onlarda 23 ixtisas üzrə təhsil alırlar. 32 kafedra, 500-dən çox müəllim çalışır. 43 doktor, 266 elmlər namizədi və dosentdir. Universitetin Cankoy, Kerç və Evporiyada filialları fəaliyyət göstərir. Universitetdə Krımtatar dilinin elmi-araşdırma və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir.
Mexanika mühəndisliyi
Maşınqayırma — ağır sənayenin bir sahəsi olub müxtəlif maşınlar, avadanlıqlar, cihazlar, həmçinin müdafiə əhəmiyyətli məhsullar və istehlak malları istehsal edən iqtisadiyyat sahəsi. İqtisadiyyatın bütün sahələrini əmək aləti ilə təmin etdiyinə görə mütəxəssislər maşınqayırmanı sənayenin ürəyi adlandırırlar. Maşınqayırma elmtutumlu sahədir və elmi-texniki tərəqqinin bələdçisidir. O eyni zamanda elmi-texniki nailiyyətlərin sınaqdan keçirilməsi poliqonudur. Yeni texniki, texnoloji, təşkilati, estetik, erqonomik ideyalar burada yaranır, burada həyata vəsiqə alır. Əhalinin daha savadlı hissəsi burada çalışır. Maşınqayırma klassik mühəndislik elmi olub, təkcə maşınların, mühərriklərin və ötürmələrin hazırlanması ilə məhdudlaşmır. Müasir maşınqayırma texnikanın başqa sahələri ilə kəsişən bir çox yeni sahələri də əhatə edir. Bu sahənin kökü fizikaya əsaslanan mexanika, termodinamika, materialşünaslıq və o cümlədən konstruksiyaetmə, simulyasiya, modelləşdirmə kimi müasir informasiya texnologiyası ilə də bağlıdır. Maşınqayırma özü-özlüyündə 100-dən çox ayrı-ayrı istehsallar, sahələr, yarımsahələr, elmi-texniki komplekslərdən ibarətdir.
Mühəndisi geologiya
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Mühəndislik
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri cəhətdən əsaslanmış və empirik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir. Çağdaş cəmiyyətdə mühəndislik ali texniki Universitetlərin və ya mühəndislik fakültəsi olan Universitetlərin həmçinin İnstitutların hazırladıqları ixtisasçılar qrupu tərəfindən yerinə yetirilir. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir. Mühəndislər təbiətdə mövcud olan material və güclərdən istifadə etməklə, onları hər hansı bir məqsəd üçün texniki cəhətdən tətbiq etməyə çalışır. Mühəndislər analitiki düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. VIII əsrdən başlayaraq güclənən ərəb xəlifəsi ölkədə elmin, o cümlədən mühəndisliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu dövrdə yaşamış müsəlman mühəndislərinin işləri heç də sonralar Avropada mövcud olan mühəndislərinkindən geri qalmamışdır. Buraya Banu Musa qardaşları, Əl Cəzari, Tağıyəddin, Əl Qaracı, İbn Sina, Əl-Biruni kimi görkəmli şəxslərin işlərini göstərmək olar.Avropalılar Əndəlüsün Xaçlı yürüyüşləri zamanı işğalından sonra islam dünyasındaki bir çox elmi kəşflər və mədəniyyət nümunələriylə ilk dəfə tanış olmuşdur. Nümunə kimi Riyaziyyat elmlərindən olan Əl-Cəbr Avropada tanınmış və Algebra olaraq adlandırılmışdır. Qərbdə mühəndis kimi Ingenieur kəlməsi (it.-fr.

Digər lüğətlərdə