MÜKƏLLƏF

ə. 1) bir vəzifəni yerinə yetirməyə və ya bir işi görməyə məcbur edilən; 2) yetkinlik, həddi-büluğa çatmış; 3) məsul, cavabdeh, borclu; 4) təntənəli, dəbdəbəli, təmtəraqlı.

MÜKƏHHƏL
MÜKƏLLƏFİYYƏT
OBASTAN VİKİ
Azərbaycanda vergi və mükəlləfiyyət sistemi
Qədim dövrün vergi növləri- hali sinfi strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyuşçülər, 3) katiblər, 4) vergi verənlər. Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini – əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastarioşan-salar dururdu. Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və xarq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini can vergisi mənasında işlənib. Əvvəllər Torpaq vergisi zekat adlanirdi.Ümumiyyətlə, vergi mənasında olan xaraq termini də elə həmin dövrdə (III-IV əsrlər) torpaq vergisinə aid edilib. Vergilərin başçısı olan xarqbed – Sasani dövlətinin idarə aparatında yüksək mövqe tuturdu. I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya alınırdı. Torpaq siyahısı hələ Kavadın dövründə tutulmağa başlanmış, oğlu I Xosrovun zamanında başa çatdırılmışdır. Vergi vahidi 1/10 hektara bərabər olan qarib sayılmağa başladı.
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun — Azərbaycan Xalq Cümhuriyyətində orduya çağırış və hərbi səfərbərlik işini tənzimləyən hüquqi sənəd. == Qanunun qəbul edilməsi == Azərbaycan Hökuməti tərəfindən 1918-ci il oktyabrın 11-də qəbul edilmişdir. Azərbaycan Hökumətinin hərbi qanunvericilik sahəsində qəbul etdiyi ilk mühüm sənədlərdən biri idi. Həmin qanuna görə 17 yaşına çatmış hər bir gənc hərbi mükəlləfiyyətli hesab edilirdi. 18 və 19 yaşlarında olanlar xidmətqabağı 2-ci dərəcəli ehtiyatda sayılırdılar. Bu gənclər yalnız müharibə vaxtı xidmətə cəlb olunurdular. 20 yaşlı gənclər zərurətdən asılı olaraq ya tam, ya da qismən xidmətə çağırılırdılar. Hərbi xidmət müddəti piyada və nəqliyyat qoşunlarında 2 il, digər qoşun növlərində isə 3 il idi. Hərbi xidməti başa vurduqdan sonra keçmiş əsgərlərin 1-ci dərəcəli ehtiyatda xidməti piyadalar üçün 40 yaşına, digər qoşun növlərində olanlar üçün isə 38 yaşınadək davam edirdi. Müvəqqəti qanunun böyük hissəsi çağırışdan möhlətə və güzəştlərə həsr edilmişdi.

Digər lüğətlərdə

заковы́ристость из интере́са насле́дство непереноси́мо понаве́дываться рекорди́ст чебачо́к гума́нно комба́товский пове́рье разлага́ющее солевыно́сливый устана́вливать хмырь пляжка arses artiste braburner encurl Jogjakarta output sour cherry wastry насильно украдкой