MÜLKİYYƏT

\[ər.\] сущ. 1. садахъ авай, садан ихтиярда авай мал-мулк ва мс. гьам иеси тир затӀар; dövlət mülkiyyəti девлетдин мал-мулк; 2. са касдиз ва я затӀуниз талукьвал; иесивал, сагьибвал.
MÜLKİ
MÜLKİYYƏTÇİ
OBASTAN VİKİ
Mülkiyyət
Mülkiyyət — münasibətlər sistemi, bütün iqtisadi sistemlərin əsası. Mülkiyyət əşya, predmetlərlə bağlı olsa da əşya, şey deyildir. O, insanlar arasında sosial-iqtisadi münasibətdir. == Ümumi məlumat == İqtisadiyyat elmi mülkiyyətə çox mühüm bir kateqoriya, münasibət kimi baxır. Mülkiyyət – istehsal vasitələri və istehsalın nəticəsi olan məhsullar (nemətlər) və xidmətlərin müəyyən ictimai formada mənimsənilməsidir. Mülkiyyət real məzmuna malik olan iqtisadi kateqoriyadır. O, real olan şeylərin insanlar tərəfindən mənimsənilməsi üzrə yaranan sosial-iqtisadi münasibətləri ifadə edir. Mülkiyyət hər bir iqtisadi sistemdə aparıcı mövqeyə malikdir. Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənlikdə mülkiyyət sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur.
Mülkiyyət hüququ
Mülkiyyət hüququ — iqtisadi agentin müəyyən bir qadağan olunmamış və / və ya icazə verilən qərarlar sinifindən bir mal və ya bir qaynaq ilə əlaqədar qərar qəbul etmək hüququ. Qanuni olaraq mülkiyyət həm də bəzi mənbələrə və ya mallara sahib olmaq, istifadə etmək və sərəncam vermək qabiliyyəti kimi qəbul edilir. Mülkiyyət, istifadə və sərəncam mülkiyyətçinin ayrı-ayrı səlahiyyətləridir, bunlar birlikdə mülkiyyət hüququnun məzmununu təşkil edir . Mülkiyyət hüquqları həm hüquq elminin, həm də iqtisadiyyatın tədqiqat obyektidir, lakin mülkiyyətin iqtisadi tərifi həmişə qanuni ilə üst-üstə düşmür. Hüquq obyektinə ümumiyyətlə mülkiyyət deyilir. Konvensiyaya görə əmlak termininə aid şərtlər Daşınmaz və daşınar əmlaka aiddir Mövcud əmlaka tətbiq edilir Maddi fayda verən və fiziki əmlak olmayan aktivlərə tətbiq edilir == Hüquqlar rejimi == Mal və ya qaynaq heç kimin (sahibsiz) ola bilməz. Sahibsiz bir şey, sahibi olmayan və ya sahibi məlum olmayan bir şeydir və ya qanunlarda başqa bir hal nəzərdə tutulmayıbsa, mülkiyyətçi sahiblik hüququndan imtina etmişdir. Sahibsiz daşınar əşyaların mülkiyyəti, əldə edən resept sayəsində əldə edilə bilər, həmçinin aşağıdakı mülkiyyət rejimi mövcuddur. Sahibinin dəqiq müəyyənləşdirildiyi, fərdi və ya institusional olduğu xüsusi mülkiyyət. Nümunə bir nəfərə məxsus bir mənzil ola bilər.
Mülkiyyət toxunulmazlığı
Mülkiyyət toxunulmazlığı — Mülkiyyət toxunulmazlığı prinsipinə əsasən, heç kəs qanunda və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. == Azərbaycan qanunvericiliyində mülkiyyət toxunulmazlığı == Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması və qorunması kimi müəyyən etmişdir. Eyni zamanda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət insanın əşyaya münasibətini ifadə edir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur.
Xüsusi mülkiyyət
Özəl, şəxsi mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz , həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
İcarə (mülkiyyət)
İcarə (lat. arrendare — icarəyə vermək) — mülkiyyətin müəyyən məbləğə müvəqqəti olaraq başqasının idarəçiliyinə verilməsi. == Maraqlı faktlar == Honkonqun Kozvey Bey küçəsi dünyanın ən bahalı icarə küçəsidir. Cushman & Wakefield şirkətinin tədqiqatlarına görə bu küçədə 2012-ci ilin birinci yarısında bir kvadrat metrə icarə haqqı 22 307 avro təşkil edib.
İctimai mülkiyyət
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
Şəxsi mülkiyyət
Özəl, şəxsi mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz , həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Əqli mülkiyyət
Əqli mülkiyyət – qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada vətəndaşın, yaxud hüquqi şəxsin intellektual yaradıcılığın nəticələrinə, yaxud ona bərabər tutulan məhsulların, yerinə yetirilən iş və xidmət növlərinə (firma adı, əmtəə nişanı, xidməti nişan və s.) müstəsna hüquqdur. Əqli mülkiyyət hüquqları – müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlar. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ing. World Intellectual Property Organization; həmçinin Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı) — BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı. Stokholm konvensiyasına uyğun olaraq yaradılmışdır və Cenevrə şəhərində yerləşir. ÜƏMT-nin hazırkı Baş Direktoru 2008-ci il oktyabrın 1-də vəzifəsinin icrasına başlamış Frensis Harridir. Üzv dövlətlərin sayı 189-dur. Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür. Əqli mülkiyyət sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqdur. ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, texniki və hüquqi yardım göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir. Rəhbər orqanları Baş assambleya (məclis), əlaqələndirm üzrə komitə, konfrans, sənaye mülkiyyətinə dair informasiya üzrə daimi komitə və beynəlxalq bürodur.
Torpaq fondunun mülkiyyət növləri
Torpaq fondunun mülkiyyət növləri - Hər bir dövlətin vahid torpaq fondunu onun hüdudları daxilində olan torpaqlar təşkil edir. Azərbaycanda torpaq islahatı zamanı respublikanın vahid torpaq fondu dövlət mülkiyətində saxlanılan (dövlət torpaqları), bələdiyyə mülkiyyətinə verilən (bələdiyyə torpaqları) və xüsusi mülkiyyətə verilən torpaqlara ayrılmışdır. Relyef, iqlim şəraitinin və bitki örtüyünün müxtəlifliyi respublikamızın vahid torpaq fondunu təşkil edən torpaqların müxtəlif dərəcədə eroziyaya, şorlaşmaya və şorakətləşməyə uğramasını şərtləndirən səbəblərdəndir. == Dövlət torpaqları == Azərbaycan respublikasının vahid torpaq fondunun 4.925.197 ha-ı dövlət mülkiyyətində saxlanılmışdır. Bura dövlət hakimiyyəti orqanlarının və dövlət obyektlərinin yerləşdiyi torpaqlar; yay, qış otlaqları və meşə fondu torpaqları, su fondu torpaqları, xüsusi mühafizə olunan ərazilərin torpaqları, daxildir. Bundan başqa elmi-tədqiqat və tədris müəssisələrinin, eləcə də dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan, həmçinin dövlət ehtiyat fondu torpaqları da bura aid edilir. == Bələdiyyə torpaqları == Bələdiyyə torpaqlarına respublikanın vahid torpaq fondunun 2,054.293 hektarı bələdiyyə mülkiyyətinə verilmişdir. Bura ümumi istifadə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. Bələdiyyə torpaqlarına həmçinin şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları və əhalinin mal-qara üçün istifadə etdikləri örüş sahələrinin torpaqları aiddir. == Xüsusi mülkiyyətdəki torpaqlar == Xüsusi mülkiyyətdəki torpaqları 1.662.016-ha təşkil edir.
Ümümdünya Əqli Mülkiyyət Təşkilatı
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ing. World Intellectual Property Organization; həmçinin Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı) — BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı. Stokholm konvensiyasına uyğun olaraq yaradılmışdır və Cenevrə şəhərində yerləşir. ÜƏMT-nin hazırkı Baş Direktoru 2008-ci il oktyabrın 1-də vəzifəsinin icrasına başlamış Frensis Harridir. Üzv dövlətlərin sayı 189-dur. Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür. Əqli mülkiyyət sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqdur. ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, texniki və hüquqi yardım göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir. Rəhbər orqanları Baş assambleya (məclis), əlaqələndirm üzrə komitə, konfrans, sənaye mülkiyyətinə dair informasiya üzrə daimi komitə və beynəlxalq bürodur.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra "əqli mülkiyyət hüquqları") sahəsində dövlət siyasətini həyata keçirən, normativ-hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır. == Haqqında == Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Agentlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai birliklər və digər hüquqi şəxslərlə əlaqəli şəkildə qurur. 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. == Əsas vəzifələri == əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların icrasını təmin etmək; əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı dövlət tənzimlənməsini həyata keçirimək əqli mülkiyyət sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının və bu sahənin subyektləri olan hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi işində köməklik göstərmək; əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; elm, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcı şəxslərin və digər hüquq sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdən cəmiyyətin tələblərinə uyğun kütləvi istifadə yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması və əqli mülkiyyəti əmtəəyə çevirmək məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsinə aid təkliflər hazırlamaq və lazımlı tədbirlər görmək; əqli mülkiyyətin müasir iqtisadiyyatda artan roluna əsaslanan və əqli mülkiyyət sənayesinin inkişafına yönəldilmiş investisiya mühitini yaxşılaşdırmaq məqsədi ilə müasir elmi-texniki potensiala və beynəlxalq təcrübəyə uyğun olaraq əqli mülkiyyət sahəsinə aid olan normativ sənədləri müntəzəm şəkildə təkmilləşdirmək və bu istiqamətdə müvafiq tədbirlər görmək; rəqəmli informasiya texnologiyalarının və elektron ticarətin inkişafının tənzimlənməsi məqsədi ilə əqli mülkiyyətin bu istiqamətdən irəli gələn yeni obyektlərinə olan hüquqların qorunmasına aid mexanizmlərin yaradılmasına dair təkliflər hazırlamaq və müvafiq tədbirlər görmək; əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatını aparmaq, onların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək; əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatını aparmaq, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəm təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək; tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onlara qanunvericilikdə müəyyən edilmiş qaydada və gömrük orqanlarının müraciəti əsasında gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərmək; öz səlahiyyətləri daxilində əqli mülkiyyətin beynəlxalq mübadiləsini və bu sahədə əməkdaşlığı təmin etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. == Strukturu == Agentliyin strukturuna rəhbərlik, Müəllif hüquqlarının qorunması, əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı və əmlak hüquqları, iqtisadiyyat və maliyyə, ümumi işlər sahələri üzrə şöbə və sektorlar daxildir. Agentlikdə sədrdən (kollegiya sədri), sədr müavinindən, Agentliyin aparat rəhbərindən, struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya fəaliyyət göstərir. Kollegiya öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və həmin məsələlər haqqında müvafiq qərarlar qəbul edir. Əqli mülkiyyət sahəsində elmi-texniki nailiyyətlərin, yeni texnologiyaların tətbiqinin və mədəni sənayedə əqli mülkiyyət hüquqlarının təmin olunması üzrə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, habelə dövlət qeydiyyatına alınmaq üçün təqdim olunan əqli mülkiyyət obyektlərinin orijinallığının müəyyən edilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən və tərkibində sahələr üzrə ekspert komissiyaları olan mütəxəssislərdən və alimlərdən ibarət Elmi-metodik Şura fəaliyyət göstərir.
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi (alm. Der Ursprung der Familie, des Privateigenthums und des Staats‎) — Fridrix Engelsin əsəri. == Məzmunu == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabında insan cəmiyyətinin inkişafının ilkin mərhələlərində onun tarixinin dialektik-materalist təhlili verilir, qəbilə quruluşunun dağılması və xüsusi mülkiyyətə əsaslanan sinfi münasibətlərin meydana gəlməsi prosesi göstərilir, ailə formalarının təkamülü tədqiq olunur, sinfi hökmranlıq silahı olan dövlətin mənşəyi izah edilir və mahiyyəti açılır, sinifsiz cəmiyyətə – kommunizmə keçilməsi ilə dövlətin məhv olmasının labüdlüyü əsaslandırılır.Əsər 9 fəsildən ibarətdir. 1–2-ci fəsillərdə qəbilə quruluşunadək insanların həyat şəraitinin təhlili, sinifli cəmiyyətdə ailə-nikah münasibətlərinin inkişafınınn tədqiqi, burjua ailəsinin tənqidi verilir. 3–9-cu fəsillərdə sinifli cəmiyyətdən əvvəlk cəmiyyətin əsas özəyi olan qəbilə quruluşunun xüsusiyyətlərindən bəhs edilir, ibtidai "kommunizm" xarakterizə olunur. Fridrix Engels qəbilə quruluşunun dağılmasını izləyərək, cəmiyyətin qəbilə quruluşunu onun inkişafının yüksək mərhələsində sarsıdan, sonra isə sivilizasiyaya keçməklə əlaqədar olaraq, onu tamamilə aradan qaldıran iqtisadi şərtləri tədqiq etmişdir. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsü və onun məhsuldarlığının artması ilə özgə əməyinin məhsullarını mənimsəmək imkanlarının necə yarandığını, insanın insan tərəfindən istismarının və cəmiyyətin düşmən siniflərə parçalanmasının, bunun nəticəsində isə istismarçılar sinfinin məzlum sinfi əzmək silahı olan dövlətin necə meydana gəldiyini göstərmişdir. Fridrix Engels dövlətin müxtəlif konkret formalarını nəzərdən keçirərək onların sinfi təbiətini açıq göstərir, burjua dövlətinin sonrakı inkişaf meyllərini araşdırır. == Yazılması və nəşri == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabı 1884-cü ildə yazılmış və nəşr olunmuşdur. Vladimir Lenin bu əsəri "müasir sosializmin əsas əsərlərindən biri" kimi qiymətləndirmişdir.
Ağalıq (torpaq mülkiyyəti)
Ağalıq (türk. Ağalık) — Osmanlı imperiyasında vergi yığan mülkədar olan ağa tərəfindən idarə olunan feodal vahidi. Bosniya tarixində "ağalıq" adətən bir ağaya məxsus torpaq mənasında işlənir.
Bələdiyyə mülkiyyəti
Bələdiyyə mülkiyyəti — torpaq sahələri, daşınar və daşınmaz əmlaklar daxil olan bələdiyyənin əmlak kompleksidir. Bələdiyyə forması adından bələdiyyə mülkiyyətinə sərəncam vermə səlahiyyətləri daxilində yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. == Ədəbiyyat == Г. Ю Ивлева.
Dövlət mülkiyyəti
Dövlət mülkiyyəti — istehsal vasitələri və məhsulları da daxil olmaqla, mülkiyyət, tam olaraq dövlətin mülkiyyətindədir və ya ortaq və ya ortaq mülkiyyət əsasında. Dövlət müxtəlif mülkiyyət formalı səhmdar cəmiyyətlərində səhmlərə sahib ola bilər, bundan əlavə dövlət öz funksiyalarının həyata keçirilməsi üçün zəruri olan hər hansı bir əmlaka sahib ola bilər. SSRİ-də dövlət mülkiyyəti mülkiyyətin ən yüksək forması hesab olunurdu və sosialist dövlətinin iqtisadi sisteminin əsasını təşkil edirdi, əmr-inzibati iqtisadiyyatın əsasını təşkil edirdi. Xüsusi, yerli özünüidarəetmə mülkiyyəti ilə yanaşı mövcud olan, müəyyən iqtisadi obyektlər üzərində dövlətin sərəncamvermə, sahibolma və idarəetmə hüquqlarının məcmusunu əhatə edən mülkiyyət növü. Ölkənin bütün vətəndaşları eyni dərəcədə bu mülkiyyətin sahibləridir. Bunu dövləti təmsil edən orqan idarə edir. Ölkədə torpaq, yerin təki, sular və meşələr dövlətin müstəsna mülkiyyətidir. Sənayedə, tikintidə və kənd təsərrüfatında əsas istehsal vasitələri, nəqliyyat və rabitə vasitələri, dövlət bankları dövlət tərəfindən təşkil edilmiş ticarət və kommunal müəssisələrinin, başqa müəssisələrin əmlakı, şəhərlərin mənzil fondunun bir qismi, məktəblər, xəstəxanalar, eləcə də dövlətin vəzifələrinin həyata keçirilməsi üçün lazım olan başqa əmlak dövlət mülkiyyətidir. Bazar iqtisadiyyatlarında dövlət varlıqları çox vaxt səhmdar şirkətləri kimi idarə olunur və idarə olunur, hökumətin şirkətin bütün hissəsinə və ya nəzarət payına sahibdir. Bu forma tez-tez dövlətə məxsus bir müəssisə olaraq adlandırılır.
Hass (torpaq mülkiyyəti)
Hass (osm. خاص, ərəb. خاص‎; mənası – "xüsusi") — Osmanlı imperiyasında mütləq şəxsi hərbi xidmətlə əlaqəli olmayan böyük bir torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir hassdan illik gəlir 100 min akçadan çox olmuşdur.Hass sahibi bəy idi. Hökumət hərbi yürüş təşkil edərsə, bəy hər 5 min akça gəliri olan bir cəbəli verirdi.
Venesuelanın federal mülkiyyəti
Federal mülkiyyət (isp. Dependencias Federales), Venesuelanın federal mülkiyyəti hərdən səhvən: Ştat federal mülkiyyət (isp. Estado Dependencias Federales) — Venesuelanın ayrı bir inzibati və ərazi vahidi, Karib və Venesuela Körfəzində adalarından (12 ada qrupu) əksəriyyətini birləşdirən ada.
Çiftlik (torpaq mülkiyyəti)
Çiftlik və ya çiflik (türk. Çiftlik; "çift" – cüt sözündən) — Osmanlı imperiyasında irsi torpaq mülkiyyəti forması. Bu, XVI əsrin sonlarından başlayaraq yayılmış və 1919-cu ildə dövlət süqut edənə qədər davam etmişdir. Sistem tənəzzülə uğrayan imperiyanın iqtisadiyyatına ümumilikdə mənfi təsir göstərirdi. Türk mülkədarları ilə xristian kəndliləri arasında etnik gərginlik səbəbindən çoxsaylı üsyanlar baş vermişdir. XIX əsrin əvvəllərində onlardan biri Yunanıstan İstiqlaliyyət müharibəsinə səbəb olmuşdur. "Çiftlik" termini sonradan ümumi olaraq böyük torpaq mülkiyyətini ifadə etməyə başlamışdır.
Mülkiyyətçi proqram təminatı
Sahibli proqram təminatı — pulsuz və açıq mənbə proqram təminatı icmasının fikrinə görə, onun yaradıcısına, yayımçısına, digər hüquq sahibinə və ya hüquq sahibi tərəfdaşına müasir müəllif hüququ və əqli mülkiyyət hüququ ilə qanuni inhisar verən proqram təminatı. Bu, alıcını proqram təminatını sərbəst şəkildə paylaşmasının, onu dəyişdirməsinin, proqram təminatından özbaşına istifadə etməsinin (bəzi hallarda, bəzi patent yüklü və istifadə qaydaları ilə əlaqəli proqram təminatında olduğu kimi) və bununla da onların azadlıqlarını məhdudlaşdırmasının qarşısını alır.Sahibli proqram təminatı qeyri-azad proqram təminatının alt çoxluğudur. Bu termin pulsuz və açıq mənbəli proqram təminatından fərqli olaraq müəyyən edilir. CC BY-NC kimi qeyri-kommersiya lisenziyaları mülkiyyət hüququ hesab edilmir, lakin azad deyillər. Sahibli proqram təminatı qapalı mənbəli proqram təminatı və ya mənbədə mövcud olan proqram təminatı ola bilər. == Növləri == == Mənşəyi == 1960-cı illərin sonlarına qədər kompüterlər – böyükhəcmli və bahalı meynfreymlər, xüsusi kondisionerli kompüter otaqlarındakı maşınlar satılmaq əvəzinə, adətən müştərilərə icarəyə verilirdi. Xidmət və mövcud olan bütün proqram təminatı adətən 1969-cu ilə qədər istehsalçılar tərəfindən ayrıca ödənişsiz təmin edilirdi. Kompüter satıcıları adətən müştərilərə quraşdırılmış proqram təminatının mənbə kodunu təqdim edirdilər. Proqram təminatı hazırlayan müştərilər çox vaxt onu pulsuz olaraq ictimaiyyətə təqdim edirdilər.1969-cu ildə ona qarşı antiinhisar məhkəmələri aparılan IBM aparat və proqram təminatını ayırmış, meynfreymn proqram təminatı və xidmətlər üçün ayrıca ödəniş etməyə başlamışdır. Beləliklə, bu, sənaye dəyişikliyinə səbəb olmuşdur.1976-cı ildə Bill Qeytsin "Hobbiçilərə açıq məktub"u kompüter həvəskarlarının proqram təminatının, xüsusən də "Microsoft"un "Altair BASIC" tərcüməçisinin müəllif hüquqlarının geniş şəkildə pozulmasını qınamış və onların icazəsiz formada istifadə olunmasının özünün keyfiyyətli proqram təminatı istehsal etmə qabiliyyətinə mane olduğunu iddia etmişdi.

Digər lüğətlərdə

вы́кус доса́живать закле́ить клятвопреступле́ние на со́весть оологи́ческий отрезвля́ть подготови́тель поосвежи́ть гидропо́нный гнутьё крести́ны маршру́тный напля́шешься! несвоевре́менный огоро́д городить подключа́ться семе́йственность шту́цер распашка disingenuous sensitizer извлечь купальщик секира