MÜQDƏT
MÜQƏDDƏR
OBASTAN VİKİ
Müqəddəm (Urmiya)
Müqəddəm (fars. مقدم‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 349 nəfər yaşayır (95 ailə).
Müqəddəm eli
Müqəddəm eli — Azərbaycan xalqının tanınmış qurumlarından biri. Marağada yaşam sürür. == Elin tarixi == Orta çağda Bayat tayfası elinin aparıcı və nəcib tayfası Bayat tayfası eli idi. Elxanlar bu tayfadan çıxırdı. Bayat tayfası sonra Otuziki elinin tərkibindən çıxıb müstəqil elə çevrildi. Otuziki elinə müqəddəmlər başçılıq etməyə başladılar. 1606-cı ildə I Şah Abbas Qarabağı osmanlılardan azad etdi. Bu dönəmdə Bayat tayfasının başçısı Əmir Ağaxan sultan Müqəddəm idi. Şah Müqəddəm oymağına Marağa vilayətində ölkə təklif etdi. Əmir Ağaxan sultan razılaşıb, oymağı ilə birgə Marağaya köçdü.
Nasir Müqəddəm
Nasir Yaqub oğlu Müqəddəm (fars. سپهبد ناصر مقدم‎ Sepahbod Nasser Moghadam) (24 iyun 1921, Tehran – 11 aprel 1979, Tehran) — "SAVAK"ın 4-cü və sonuncu rəhbəri, general-leytenant. İranın 1970-ci il inqilabından sonra həbs edilmiş və daha sonra edam olunmuşdur. == Həyatı == Nasir Müqəddəm 24 iyun 1921-ci il tarixində Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində anadan olmuşdur. Müqəddəm təhsilini hərbi məktəbdə almışdır və daha sonra Tehran Universiteti Fakültəsində qanun dərsi almışdır.16 yanvar 1979-cu il tarixində Şah və ailəsi İrandan qaçmışdır. Fevralın 1-də Xomeyni sürgündən qayıtmış və inqilaba rəhbərlik etmişdir. Üç gün davam edən mübarizədən sonra Xomeyni idarəni ələ almışdır. Bunun nəticəsində, 11 aprel 1979 tarixində "SAVAK"ın bütün rəhbərləri (Həsən Pakrəvan, Nematolla Nəssiri və Nasir Müqəddəm) edam edilmişdir.
Rəhmətulla Müqəddəm
Rəhmətulla Müqəddəm Marağayi (fars. رحمت‌الله مقدم مراغه‌ای‎; 1921, Qoşaçay – 2012, Tehran) — İran Milli məclisinin üzvü. == Həyatı == Rəhmətulla Müqəddəm 1921-ci ildə Marağa şəhərində doğulumuşdur. O, orta məktəbi bitirdikdən sonra Paris şəhərində coğrafiya və jurnalistika fakültəsində ali təhsil almışdır. Müqəddəm Marağeyi mədəni şəxsiyyətdən daha çox, siyasi bir şəxsiyyət sayılır. O, birinci şəxsdir ki, böyük yazıçı Sadiq Hidayətin Parisdə cənazəsi başında hazır olmuşdur. Yəni Parisdəki İran səfarətinin göstərişi ilə o, səhər tezdən 1951-ci aprel ayının 10-da O görkəmli yazıçının cənazəsi başında bir fotoapartla hazır olur və bu faciəli hadisədən şəkil götürür. Müqəddəm hələ Parisdə olarkən orada nəşr olunan jurnallarla əməkdaşlıq edirdi. Onun çəkdiyi şəkillər Sadiq Hidayətin cənazəsindən çəkilən yeganə şəkillərdir. Ola bilsin ki, Fransa polisinin də əlində bu cənazədən fotolar olsun.
Ağa xan Müqəddəm
Ağa xan Müqəddəm — XVI əsrin sonları və XVII əsrin əvvəllərində fəaliyyət göstərmiş Səfəvi hərbçisi və dövlət xadimi. Marağa hakimi kimi xidmət etmişdir. == Həyatı == Ağa xan mənşə etibarilə Qızılbaş türkman tayfalarından olan Otuzikilərin Müqəddəm qoluna mənsubdur. Müqəddəmlərin Ağa xanın da mənsub olduğu oymağı Qarabağda məskunlaşmışdı. Səfəvi hökmdarı I Abbas (1587-1629) Marağanın hakimi olan və kürd Mükri tayfasına mənsub Qubad xan Mükrini vəzifəsindən azad etdikdən sonra 1609-cu ildə bu vəzifəyə Ağa xan Müqəddəmi təyin etmişdir. Bundan sonra I Abbasın əmri ilə Marağada məskunlaşan Mükri tayfasına mənsub olan kürdlər qırğınlara məruz qalmış və şəhərin hakimliyi Qacarlar dönəminin sonuna qədər müxtəlif Müqəddəm tayfasından olma şəxslərə həvalə edilmişdir. == Həmçinin bax == Marağa xanlığı Müqəddəm eli == Mənbə == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001.
Məhəmmədhəsən xan Müqəddəm
Məhəmmədhəsən xan Müqəddəm (1843, Marağa, Şərqi Azərbaycan ostanı – 1896, Tehran)-İranda çap işinin yaradıcılarından biri, tərcüməçi == Həyatı == Məhəmmədhəsən xan Hacı Əli xan oğlu 1843-cü ildə Marağa şəhərində andan olmuşdu. Tehran Darülfünunu bitirmişdi. O, Iran dövlətinin böyük şəxsiyyətlərindən biri idi. Cənubi Azərbaycanda və Iranda еlmi dərnəklərin təşkilində, rəsmi qəzеtlərin yaradılmasında, yayılmasında, maraqlı əsərlərin tərcüməsində, yеni əsərlərin yazılmasında onun böyük xidməti vardı. Iyirmi bеş il ərzində mətbuat və maarifin ağırlığı Məhəmmədhəsən xanın çiyninə düşmüşdü. Məhəmmədhəsən xan Müqəddəm 1869-cu ildə Səniüddövlə ləqəbini almış, dövlət nəşiriyyat idarəsinə, еləcə də saray tərcümə idarəsinə başçılıq еtmişdi. 1871-ci ildə dövlət, milli və еlmi qəzеtlərin nəşri ona tapşırılmışdı. Məhəhəmmədhəsən xan sonralar Еtimadüssəltənə ləqəbini daşıyırdı. XIX yüzilin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başladı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı.
Əhməd xan Müqəddəm
Əhməd xan Hacı Əliməhəmməd xan oğlu Müqəddəm (?-1806) — Müqəddəm elindən Marağa xanı, Cənubi Azərbaycan bəylərbəyi, İrəvan xanı. == Həyatı == Əhməd xan Hacı Əliməhəmməd xan oğlu Müqəddəm 1742-ci ildə Marağa şəhərində anadan olmuşdu. Onun ailəsi türk tayfalarından biri olan Müqəddəm tayfasından idi. Əhməd xan atası Əliməhəmməd xanın ölümündən sonra 1763-cü ildə Marağa xanı oldu. 1797-ci ildə Fətəli şah Qacarın əmri ilə Əhməd xan Təbrizin qubernatoru, 1806-cı ildə isə İrəvanın xanı təyin edildi. Bəzi mənbələrdə o, bütün Azərbaycanın bəylərbəyisi kimi təqdim edilsə də, bəzi qaynaqlarda onun yalnız Marağa və Təbrizin hakimi olduğu da yazılmışdır. 1790-cı illərdə Cəfərqulu xanın Qafqazda qaldırdığı üsyanın yatırılmasında iştirak etmişdir.İngilis yazıçısı Morier onu varlı Marağa hakimi kimi təqdim edirdi. Həmin bu şair və ətrafı Təbrizdəki vəliəhd şahzadə Abbar Mirzə Qacarı ziyarət edərkən Əhməd xanın evində qonaq qalmışdırlar: Bizim Marağaya gəlməmizdən bir gün sonra kürdlərə qarşı yürüşdən yenicə geri qayıtmış Əhməd xan Britaniya səfirini öz qonaqpərvərliyini göstərmək üçün ziyarət etdi. Bu hökmdar şərqdə tez-tez rast gəlinən xarakterə sahib idi - onun hərəkətləri Müqəddəs Kitablarda necə patriarxların yaşamalı və davranmalı olduğu təsvirinin nümayişi idi. Təxminən 90 yaşı olsa da, sağlamlıq və fəaliyyətdən nur saçır.
Hacı Əli xan Müqəddəm
Hacı Əli xan Hüseyn xan oğlu Müqəddəm (1807-1867) — Qacarlar dövlətinin ictimai-siyasi xadimi. == Həyatı == Əli xan Hüseyn xan oğlu 1807-ci ildə Marağa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Hacı Əli xan Məhəmməd şah Qovanlı-Qacar və Nasirəddin şahın hakimiyyəti illərində sarayda çalşmışdı. 1845-ci ildə nazir (maliyyə məmuru) vəzifəsini daşımışdı. Məhəmməd şahın qadınlarından biri ondan şikayət etmiş, şah onun varidatını müsadirə edib, çubuqlatdırmışdı. O, canının qorxusundan Qum şəhərinə qaçmış, Həzrəti Məsumənin türbəsində bəstə oturmuşdu. Haci Mirzə Ağası Bayat Qumun valisinə əmr etmişdi ki, onu zəncirə vurub Tehrana göndərsinlər. Əli xan Təbrizə Nasirəddin mirzənin yanına gəlir və Mələk Cahan xanım Məhdi Ülya tərəfindən dəstəklənmişdi. Xanımın Həcc səfərində iştirak etmişdi.
Mirzə Hüseyn xan Müqəddəm
Mirzə Hüseyn xan Müqəddəm (?-1865) — Qacarlar dövlətinin diplomatı, nizaməddövlə, sahibixtiyar. == Həyatı == Mirzə Hüseyn xan Marağa şəhərində anadan olmuşdu. Hərbi xadim, diplomat Hüseyn xan adyutantbaşı, Nizamuddövlə, Sahibi-ixtiyar ləqəblərinə malik olub, Fətəli şah, Məhəmməd şah və Nəsrəddin şah dövründə yaşamışdır. Əvvəlki iki padşahın dövründə mühüm dövlət işlərində xidmət etmişdir. O, məshur Səfəvi əmirlərindən, Otuziki elindən olan Ağa xan Muqəddəmin nəslindəndir. Məhəmmədhüseyn xan Muqəddəm 1826-1828-ci illərdə bas vermis Rusiya İran muharibəsi zamanı Abbas mirzə Naibussəltənənin komandanlıq etdiyi Azərbaycan ordusunun sərkərdələrindən olan , əmiri-nizam Məhəmməd xan Zəngənənin təklifi ilə orduya bas yavər təyin olunmus və Abbas mirzə vəfat etdikdən sonra da həmin vəzifədə qalmısdı. O, Məhəmməd sah zamanında Azərbaycan qosununun baş komandanı kimi 1837-ci ildə Herata gondərilmisdi. Herat yurusundə uğurla calısdığı ucun Məhəmməd sah ozu Simnan səhərində 20 min Azərbaycan ordusuna baxıs kecirərək, bas adyutant Hüseyn xanı general-mayor rutbəsinə yuksəltmis, ona qiymətli daş-qaşla bəzədilmis xəncər və qırmızı lent bağıslamısdır. Fövqəlada səfir Hüseyn xanın Avropada diplomatik fəaliyyəti uğurlu olmusdur. Məhəmməd şah və onun sədr-əzəmi (Bas nazir) Mirzə Ağası İrəvanı 1838-ci ildə Hüseyn xanı İstanbul və Parisə numayəndə kimi danısıqlar aparmağa gondərmisdir.
Əmir Ağaxan sultan Müqəddəm
Əmir Ağaxan sultan Müqəddəm - Qızılbaş sərkərdəsi, vilayət hakimi, elbəyi == Həyatı == Əmir Ağaxan sultan XVI yüzilin sonu, XVII yüzilin önlərində yaşamışdı. Otuziki elinin Müqəddəm oymağındandır. Arazbar qəzasının Xanarxı kəndinə doğulmuşdu. I Şah Abbas Qarabağda olarkən Otuziki elinin başçısı Əmir Ağaxan sultan Müqəddəmi Marağaya hakim təyin edib, oranı basqınçı kürdlərdən təmizləməsini istədi. Əmir Ağaxan sultan Müqəddəm doğma oymağı ilə Marağaya köçdü. Oranı kürdlərdən təmizləyəndən sonra özü Marağaya hakim, oymağı isə vilayətin axar-baxarlı yurdlarına sakin oldi. Şah bütün oymağı çobanbəyi, çöpbaşı vergilərindən azad etdi. Əmir Ağaxan sultanın Hüseynqulu xan adlı oğlu vardı. Onun soyu Rza şah Pəhləvinin hakimiyyətinə qədər Marağanı idarə etdi. == Mənbə == Ənvər Çingizoğlu, Müqəddəm eli, "Soy" dərgisi, 5 (25), 2008.
Qışlaq Müqəddəmşabandeh (Xudafərin)
Qışlaq Müqəddəmşabandeh (fars. قشلاق مقدم شابنده‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (59 ailə).

Digər lüğətlərdə

бра́шно девяностоле́тний жиротопле́ние околи́чности подда́кнуть пустозво́нно счётно- сюрреали́зм шифро́вка электрифици́роваться молокоотсо́с пелето́н проворо́нить турне́ шпиль жичина conversation pit entente ichthyosaurus long-lived talmi-gold императорский муравей нетребовательность простаивать