MÜQƏDDƏS

\[ər.\] прил. мукъаддас (1. дин. Аллагьдиз талукь тир, илагьи, илагьи гуж авай (мес. руьгь, яд); 2. пак, михьи; саф, лекесуз; // пер. виридилай вине авай, кьакьанда авай; къарсун тийир; 3. сущ. муъмин, диндар; 4. пер. гзаф кӀани, рикӀ алай, азиз; мес. ватан).
MÜQƏDDƏRAT
MÜQƏDDƏSLİK
OBASTAN VİKİ
Beytul-Müqəddəs
Məscidül-Əqsa (yaxud Beytul-Müqəddəs) (Ərəbcə: المسجد الأقصى), İslam dinində olanlar üçün müqəddəs yerlərdən biridir. Azərbaycanca "Ən uzaqdakı məscid" mənasını verir. Qüds şəhərində yerləşir. II xəlifə Ömərin dövründə kiçik bir məscid kimi olmasına baxmayaraq, Əməvilər sülaləsinin hakimiyyətdə olduğu dövrdə böyüdülüb, genişləndirilmiş və 705-ci ildə tamamlanmışdır. Daha sonralar müxtəlif səbəblərdən bir neçə dəfə dağıdılan məscid əvvəldən inşa edilmişdir. Bugünkü məscid 1033-cü ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Fatimilər tərəfindən tikilən variantdır. Sonralar bir çox hökmdarlar tərəfindən müxtəlif elementlərlrə bəzədilmişdir. Quranda deyilən İsra hadisəsi burada cərəyan etmiştir. Başqa bir adı Həram-uş-şərif (Əll-Həram əl-Qudsi əş-Şərif). İsra surəsinin birinci ayəsində adı çəkilir.
Müqəddəs
Dini inancda müqəddəs – müstəsna dərəcədə müqəddəslik, Allaha yaxınlıq və ya bənzərlik dərəcəsinə malik olan şəxs. Ancaq müqəddəs termininin istifadəsi kontekstdən və məzhəbdən asılıdır. Katolik, Şərqi Pravoslav, Anqlikan, Antixalkidon Kilsələri və Lüteran doktrinasında Cənnətdəki bütün imanlı mərhumlar müqəddəs sayılır, lakin bəziləri daha böyük şərəfə və ya izzətə layiq hesab edilir. Rəsmi kilsədə tanınması və nəticədə ictimai ehtiram kultu, bəzi məzhəb müqəddəslərinə onların təsdiqindən sonra Katolik Kilsəsində kanonizasiya və ya Şərqi Pravoslav Kilsəsində izzətləndirmə prosesi vasitəsilə verilir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Müqəddəs ilə əlaqəli mediafayllar var.
Müqəddəs Ambrosi
Müqəddəs Ambrosi, Milanlı Ambrosi, Medilonlu Ambrosi (lat. Sanctus Ambrosius; təq. 340–4 aprel 397) dörd böyük latın kilsə mütəfəkkirindən, Roma kilsəsinin banilərindən biri, kilsə müəllimi. Ambrosi dövrünün ən böyük avtoritetli, imperator siyasətinə qarışabiləcək dərəcədə söz sahibinə malik din xadimi olmuşdur. Bununla da o, kilsə ilə dövlət münasibətləri arasında zəmin yaratmış olmuşdur. Bəxtiyar Avqusinini xristianlığa dəvət edərək onu vəftiz etmişdir. Müqəddəs Ambrosi həm katolik həm də pravoslav kilsə kanonuna qəbul edilmişdir. == Həyatı == Xristian ilahiyyatçısı 340-cı ildə Roma İmperiyasının Qalliya vilayətinin mərkəzi Trevir şəhərində (indiki Almaniyanın Trir şəhəri) dünyaya gəlmişdir. Bəzi tədqiqatçılar onun atasının prefekt (vali) olduğunu irəli sürürlər. Ambrosiusun ailəsi Xristianlığı IV əsrin əvvəllərində qəbul etmişdi.
Müqəddəs Aqnes
Müqəddəs Aqnes ya Romalı Aqnes (Aqnesa, Aqniya, Anna (lat. Agnes); təq. 291 ci il — 304 cü il) — xristianlıqda III–IV əsrlərdə yaşamış, inancına görə əzablar çəkmiş şəhid məsihçi qız. Erkən xristiyanlıqda elan edilmiş müqəddəslərdən biri. == Rəvayəti == Rəvayətə görə məsihçiliyin təqib edildiyi dövrdə imperator Domisian məsihçi Aqnesin qarşısına şərt qoyur; ya o, Roma tanrına qurban verməli ya da rüsvayçılıqla fahişəxanaya göndəriləcək. Bundan imtina edə Aqnesin fitva ilə hücum çəkən kütlə paltarını cırıb zindana salırlar. Aqnesin saçları dərhal uzanaraq onun ayıbını örtür. Bu zaman agah olan mələk ona şəffaf bir örpək gətirmiş olur. Möcüzə davam edir; qızı zorlamaq istəyən hər bir kişi onu görcək ehtirasdan düşmüş olaraq utancaq bir şəkildə fahişəxananı tərk edirlər. Onun bəxtsiz sevgilisi Aqnesə baş çəkərkən qəflətən ölür.
Müqəddəs Avqustin
Avqustín Avrélius (lat. Aurelius Augustinus Hipponensis) (354–430) — qərb Xristianlığının ən böyük ilahiyyatçılarından və filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu.Onun təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Avqustin Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın (Karfagenin) ritorika məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustin mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinin əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi. 383-cü ildə Avqustin Romaya gəlib, orada ritorika məktəbini təsis etmişdi. Daha sonra o Mediolan şəhərinə köçmüş və orada yepiskop Ambrosiusla tanış olmuşdur.
Müqəddəs Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Müqəddəs Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Müqəddəs Georgi
Müqəddəs Georgi — xristianlıqda müqəddəs, əzabkeş, xristian dünyasının ən məşhur müqəddəslərindən biri. Onun həyatının həm kanonik, həm də apokrifik versiyaları var. Kanonik versiyaya görə, o, imperator Diokletian dövründə Böyük təqiblər zamanı əziyyət çəkmiş və səkkiz günlük ağır işgəncədən sonra 303-cü ildə (və ya 304-cü) başı kəsilmişdir. Onun möcüzələrinin ən məşhur biri "Georginin ilan haqqında möcüzəsi"dir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Ковалёв-Случевский К. П. Георгий Победоносец. Жизнеописание и деяния (серия ЖЗЛ). — М.: Молодая гвардия, 2020. — 360 с. Васильев, Павел Петрович. Георгий святой, великомученик, победоносец // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Müqəddəs Kalepodi
Romalı Kalepodi və ya Müqəddəs Kalepodi (it. San Calepodio; v. 232, Roma) — Roma xristian keşişi, əzabkeşi. O, Roma imperatoru Aleksandr Sever tərəfindən xristianların təqibləri zamanı öldürülmüşdür. Roma katakombalarından biri olan Kalepodi katakombası onun adını daşıyır. Onun agioqrafiyası xatırladır ki, Kalepodi işgəncələrə məruz qalmışdır. O, ardınca boynuna dəyirman daşı bağlanaraq Tiber çayına atılmışdır.
Müqəddəs Kitab
Müqəddəs kitab (müqəddəs mətn) — hər hansı bir din və ya məzhəbdə müqəddəs qəbul edilən və mərkəzi bir əhəmiyyətə sahib olan əsərdir (yazıdır). Müqəddəs mətnlərin Allah tərəfindən birbaşa göndərildiyinə, nəbilərə (peyğəmbərlərə) vəhy edildiyinə inanılır. İstifadəsi müxtəlif yazı vasitələri (daş kitabələr, perqament, gil lövhələr, kağız və s.) üzərində fərqli informasiya daşıyıcılarında (kitab, mikrofiş, mikrokart, elektron sənəd və digər daşıyıcılarda) əlyetərlidir.Din - mənbəyi yaradana dayanan, məxluqatı dünya və axirət xoşbəxtliyinə qovuşdurmaqla nicatlandıran ilahi inanc sistemidir. Səmavi və qeyri-səmavi olmaqla dinlər iki qrupa ayrılır. Səmavi dinlər Allah tərəfindən vasitəli (mələklər ilə) və vasitəsiz (birbaşa) olaraq peyğəmbərlərə göndərilən yaradan, yaradılış, dünya və axirət məsələləri haqqında fikir və ya hökmlər (vəhy) barədə informasiya qaynaqlarıdır. Yəhudilik, xristianlıq və İslam dini səmavi dinlərdir. Həmçinin bu dinləri haqq və həqiqi dinlər adlandırırlar.Qeyri-səmavi dinlər isə bəşər övladının şüurunun formalaşdığı dövrdən insanlar arasında təşəkkül tapmış, Allah tərəfindən peyğəmbərlərə göndərilməyən, fərqli inanc, müxtəlif tapınma sistemləridir. Belə dinlərə misal üçün, buddizmi, zərdüştlüyü, şintoizmi və sairəni göstərmək olar.Səmavi kitabların sayı üçüdür. Onların birincisi «Tövrat», ikincisi«İncil», üçüncüsü isə «Qurani-Kərim»dir.Hinduizmin Riqvedası M. Ö 1500 ilə M. Ö 1300-ci illərdə yazılmış, tarixin də ən köhnə müqəddəs mətnlərindən biri olmuşdur. Zerdüştçülüğün Avesta 'sı isə şifahi olaraq yazı əvvəlində istifadə edilmişdir.
Müqəddəs Kəbə
Kəbə (ərəb. الْكَعْبَة‎ 'Kub'), bəzən Kəbə əl-Müşərrəf (ərəb. الْكَعْبَة الْمُشَرَّف‎ 'Kəbə-i şərif') olaraq da adlandırılır, İslamın ən mühüm məscidi, Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. İslamda ən müqəddəs yerdir. Müsəlmanlar tərəfindən Beytullah ( Allahın evi ') adlandırılır və namazda müsəlmanların qibləsidir. Məlumdur ki, İslamdan əvvəlki Ərəbistan yarımadasında çoxsaylı kubik məbud evləri (Kəbə) tikilmiş, haram aylarda ərəblər tərəfindən müqəddəs sayılan yerlər və məbud evləri ziyarət edilmiş və burada müxtəlif ibadətlər yerinə yetirilmişdir. Samariyalı İbranilərin Əl-Əsatir (nağılları) və ya Musanın sirləri kitabında İsmail və onun böyük oğlu Nebayotun Kəbə və Məkkəni tikdiyinə dair bir ifadə var. Müsəlmanların, erkən İslamda Kəbəyə istiqamətlərini dəyişməzdən əvvəl namaz zamanı Qüds istiqamətinə baxdıqlarına inanılır. Kəbənin tarix boyu dəfələrlə yenidən tikildiyinə inanılır. Bunlardan ən məşhuru İbrahim və oğlu İsmayılın,Həcər və İsmayılı tərk etdikdən bir neçə il sonra Məkkə vadisinə qayıtdıqları zaman etdikləridir.
Müqəddəs Xristofor
Müqəddəs Xristofor (q.yun. Άγιος Χριστόφορος, Agios Hristoforos) — əfsanəyə görə zaman səyyahlarına kömək edən papaz. == Haqqında == Xristianlıqda müqəddəs qəbul edilən Xristofor günlərin birində bir uşağa çayı keçməkdə kömək edir. Belində daşıdığı uşağın çəkisi getdikcə artanda, Xristofor uşağın kim olduğunu öyrənmək istəyir. İlahiyyatçılara görə Xristofor həmin anda dünyanın yükünü öz çiyinlərində hiss edirdi. Həmin uşaq İsa idi. Bu əfsanəyə görə "daşıyıcı" mənasında Xristofor adını almışdır. == Anım günləri == Xristoforun Avropa Katolik kilsəsində 25 iyul anım günüdür. Xristoforu protestantlar isə 24 iyulda anır. == Mənbə == Michael Schneider: Die Christophorus-Legende in Ost und West: das Leben aus dem Glauben und seine bildhafte Darstellung in der frühchristlichen und abendländischen Tradition.
Müqəddəs Yelisey
Müqəddəs Yelisey (Qafqaz Albanlarının dilində: 𐔴𐔾𐔼𐕐𐔰) və ya Eqişe (erm. Եղիշե) - Ənənəvi olaraq Qafqaz Albaniyasına xristianlığı yayan ilk həvari kimi qəbul edilən müqəddəs. == Həyatı == Müqəddəs Yelisey ilə bağlı əfsanənin “Albaniyanın tarixi”ndə iki versiyası var. Hər iki versiyada Müqəddəs Yeliseyin Kişdə ilk kilsənin əsasını qoyduğu, Yerusəlimdə İsanın qardaşı, Həvari Yaqub tərəfindən Albaniyanın ilk patriarxı kimi təqdis olunduğu qeyd edilir. Lakin versiyalar əfsanənin davamı ilə bağlı məsələdə fərqlənir. Bu versiyaya əsasən Eqişe Müqəddəs Faddeyin tələbəsi idi. Müqəddəs Faddeyin maskutlar tərəfindən şəhid edilməsindən sonra Yerusəlimə qayıdaraq, hadisə barədə digər həvarilərə danışıb və orada Yerusəlimin ilk patriarxı, İsa Məsihin qardaşı Həvari Yakov tərəfindən təyinat almışdı. Daha sonra Yerusəlimdən İrana oradan da maskutların ölkəsinə gəlir və öz təbliğatına Çolada başlayır, oradan Uti vilayətindəki Soğarn şəhərinə gəlir. Soğarnda çoxlu şagird yığır və çoxunu dinə gətirir. 3 şagirdindən biri şəhid edilir, digər ikisi Yeliseyi tərk edir.
Müqəddəs dil
Müqəddəs dil — başqa dildə danışan insanların dini məqsədlər üçün istifadə etdikləri dil. Dilin işləkliyi, ancaq dini kitab və mətnlərin oxunması, öyrənilməsi və dinin ardıcılları üçün bəzi ritual və duaların o dildə istifadəsinin mövcudluğu ilə məhdudlaşır. Bu gün bu dillərin bir çoxu ölü dil halına gəlib. Avesta dili — Müqəddəs dil kimi zərdüştilər işlədirdilər. Avesta bu qədim dildə yazılmışdır. Bu dil iki min il bundan əvvəl tərk edilmişdir. Klassik Ərəb dili (VII əsr) — Müsəlmanlar üçün. Quranın mətni və hədislər orijinalda bu dildədir. Bəzən müsəlmanlar duaları da bu dildə əzbərləyib istifadə edirlər. İbrani dili — yəhudilər üçün olan və xristianların da müqəddəs hesab etdiyi Əhdi-ətiq və başqa yəhudi dini qaynaqların dili.
Müqəddəs gərməşov
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Müqəddəs ibis
Müqəddəs ibis (lat. Threskiornis aethiopicus) — leyləkkimilər dəstəsinin ibislər fəsiləsinə aid quş növü. Ağaclarda koloniyalar halında və çox vaxt leyləkkimilərin digər nümayəndələrilə, məsələn vağlarla, bir ərazidə yaşayırlar. Yuvalarını çör-çöplə qururlar və 2-3 yumurta qoyurlar. Müqəddəs ibis balıq, qurbağa və cücülərlə qidalanır.
Müqəddəs müharibə
"Svyaşennaya voyna" (rusca: "Священная война") – "Müqəddəs müharibə" – Aleksandr Aleksandrovun (Sovet himninin bəstəkarı) 1941-ci ildə Vasili Lebedev-Kumaçın eyni adlı şerinə bəstələdiyi vətənpərvər Sovet mahnısı idi. İkinci Dünya müharibəsində bütün Sovet İttifaqında bir qeyri-rəsmi müdafiə himni kimi tanılırdı. Mahnı Almaniyanın faşist rejimini tənqid edir, Sovet vətəndaşlarını faşizmə qarşı mübarizə aparmağa çağırırdı. Mahnı 1941–1945-ci illərdə hər səhər mərkəzi radioda səsləndirilirdi.
Müqəddəs torpaqlar
Müqəddəs torpaqlar (ivr. ‏אֶרֶץ הַקּוֹדֶשׁ‏‎, lat. Terra Sancta, ərəb. الأرض المقدسة‎) — İordan çayı ilə Aralıq dənizi arasında yerləşən və İbrahimi dinlər, yəni yəhudilik, xristianlıq və İslam üçün böyük əhəmiyyət kəsb edən torpaqlara verilən ad. "Müqəddəs torpaq" dedikdə adətən müasir İsrail dövlətinin ərazisi, Fələstin dövləti, Qərbi İordaniya və cənubi Livanın bir hissəsi, eləcə də cənub-şərqi Suriya torpaqları nəzərdə tutulur. == İudazim və müqəddəs torpaqlar == Yəhudilər əksərən İsrail torpaqlarını “Müqəddəs torpaqlar” adlandırmırlar. Bu ərazilər haqqında Tanaxda "Müqəddəs Torpaq" ifadəsi sadəcə bir pasajda işlədilmişdir. Tanaxa görə israillilərin müqəddəsliyi dedikdə tanrı tərəfindən israillilərə verilən torpaqlar nəzərdə tutulur yəni bu torpaqlar onların tanrı ilə olan sazişlərinin bir hissəsi sayılan “vədd edilmiş torpaqlar”dır. 1906-cı ildə nəşr edilən yəhudi ensiklopediyasına əsasən Müqəddəs İsrail dövləti dedikdə “4 müqəddəs şəhər” : Yerusəlim, Əl Xəlil, Safed və Tiberiya nəzərdə tutulur. Yerusəlim şəhəri burada yerləşən məbədə görə xüsusi əhəmiyyətə malikdir.
Müqəddəs Üçlük
Üç üqnum (ərəb dilində üqnum أقنوم, yunan dilində hipostasis ὑπόστᾰσις — mahiyyət, sifət deməkdir) və ya təslis — xristianlıqda Tarının üç sifətdən ibarət olması əqidəsi. Xristianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu ağla zidd hesab etmirlər. Üç üqnum əqidəsini bəsit bir “üç tanrı” inancı kimi nəzərdən keçirmək yanlışdır. Xristian əqidəsinə görə Tanrı birdir və sifətləri üçdür — Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianların Müqəddəs Kitabı olan Bibliyada Tanrının bir olması dəfələrlə təsdiq olunmaqda və eyni zamanda Tanrının Ata, Oğul və Müqəddəs Ruh olduğu da deyilməkdədir.Xristianlıq tarixi boyunca Oğlun (İsanın) və Ruhun (Müqəddəs Ruhun) Tanrı olduğunu inkar edən təriqətlər meydana gəlmişdir. Bunlar bir qayda olaraq bütün xristian kilsələri tərəfindən bidət sayılmışdır. Hal-hazırda dünyada Üç üqnum inancını inkar edən ən böyük və məşhur bir təriqət Yehovanın Şahidləridir. Ümumiyyətlə, pravoslav, katolik və protestant olmaqla bütün xristian kilsələri Üç üqnum əqidəsini qəbul edirlər. Pravoslavlıqda Müqəddəs Ruh varlığın yeganə bünövrəsi Ata-Tanrıdan, katolisizmdə isə o, mücəssəmələrini bitişdirən məhəbbət kimi həm Ata-Tanrıdan, həm də Oğul-Tanrıdan gəlir.
Müqəddəs İohann
Vəftizçi İohann (ivr: יוחנן המטביל, Yoḥanan ha-mmaṭbil, ərəb. يوحنا المعمدان‎ Yuhanna Al-Ma'madan,arami və ya süryani: ܝܘܚܢܢ ܡܥܡܕܢܐ Yoḥanan Mamdana, qədim erm. Yovhannēs Mkrtičʿ, qədim yunan: Ἰωάννης ὁ βαπτίζων, yun. Ὁ Ἅγιος/Τίμιος Ἐνδοξος, Προφήτης, Πρόδρομος, καὶ Βαπτιστής Ἰωάννης Ho Hágios/Tímios Endoxos, Prophḗtēs, Pródromos, kaì Baptistḗs Ioánnes) - səyyar vaiz, Xristianlıq, İslam (Yəhya ibn Zəkəriyyə kimi tanınır), Bəhailik və Mandayizmdə əsas dini obrazlarından biridir.İohannın günahların bağışlanması üçün bənzərsiz vəftiz təcrübəsinə malik olması qeyd edilir. Əksər tədqiqatçılar İohannın İsanı da vəftiz etdiyini qəbul edirlər. Araşdırmaçılar İsanın İohannın ardıcılı olmasını bildirirlər, bəzi Əhdi-Cədid məlumatları isə İsanın erkən ardıcıllarının da İohannın ardıcılları olduğuna işarə edirlər. Vəftizçi İohann haqqında məlumatlar həm də qədim yəhudi tarixçisi İosifin əsərində verilir. Bəzi tədqiqatçılar İohannın, apokalipsisi gözləyən və vəftizi xatırladan dini ritual keçirən yəhudi dini sektalarından biri olan yarım-asketik Essenilərin təsiri altında olduğunu bildirsələr də, bunu sübut edəcək birbaşa dəlillər yoxdur. Əhdi-Cədidə görə İohann özündən daha böyük bir mesianik fiqurun gəlməsini gözləyirdi və İsa özü onun yanına gəlmişdi. İsa haqqında müjdələr verdiyinə görə, xristianlar iohannı daha çox carçı və ya elçi kimi qəbul edirlər.
Müqəddəs İosif
İosif (e.ə. 30, Nazaret, Yəhudi çarlığı – ən tezi 12 və ən geci 29, Nazaret, İudeya[d], Roma imperiyası) — Əhdi-Cədidə görə Müqəddəs Məryəmin həyat yoldaşı. İosif Roma-Katolik kilsəsi, Şərqi pravoslav kilsəsi, Antixalkidon kilsə, Anqlikanlıq və Lüteranlıqda Müqəddəs İosif olaraq qəbul edilir.
Müqəddəs İttifaq
Müqəddəs İttifaq (alm. Heilige Allianz‎; rus. Священный союз) — Rusiya, Avstriya və Prusiya monarxları tərəfindən yaradılan koalisiya. İttifaq 1815-ci il 26 sentyabrda Napoleonun son məğlubiyyətindən sonra rus çarı I Aleksandrın təklifi ilə Parisdə yaradılmışdır. == Yaradılması == 1815-ci il 26 sentyabrda Rus çarı I Aleksandr, Avstriya imperatoru I Frans və Prussiya kralı III Fridrix Napoleonun məğlubiyyətinin ardından II Paris sülhü zamanı İttifaq yaratdılar. Siyasi və ictimai həyatda Xristianlıq prinsiplərinə bağlılığı gücləndirməyi qarşısına məqsəd qoydan "Monarxların və xalqların Müqəddəs İttifaq"a Çar Aleksandr başçılıq etməyə başladı.İngiltərə əvvəlcə faktiki olaraq onun bütün işində iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə hər hansı inqilabi çıxışı silahlı şəkildə yatırmağa hazır idi. Sonradan İngiltərə vəliəhd şahzadəsi, Osmanlı padşahı və papa istisna olmaqla bütün Avropa hökmdarlarının qatıldıqları ittifaq çox təsirli olmadı. Avstriya Xarici işlər Naziri Şahzadə Klement Metternix və İngiltərə xarici işlər naziri Vikont Kastlereağ isə Müqəddəs İttifaqın əhəmiyyətsiz və keçici bir birlik olaraq qiymətləndirmişlər. Tədqiqatçılar "Müqəddəs İttifaqın" mövcudluq və tarixini üç dövrə bölürlər: Birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu "Müqəddəs İttifaqın" ən qüdrətli dövrüdür.
Müqəddəs Şupxalişay
Müqəddəs Şupxalişay (erm. Շուփհաղիշոյ) - Alban Həvari kilsəsinin V-VI əsrlərdə yaşamış Partav arxiyepiskopu. == Həyatı və fəaliyyəti == Adı süryani dilində "İsanın izzəti" (klass. süry. ܫܘܒܚܐܠܝܫܘܥ) mənasına gəlir. Şupxalişay haqqında Alban ölkəsinin tarixində Yerusəlimdən gəldiyi qeyd edilir. 498-ci ildəki Aluen kilsə məclisi barədə sənəddə adı III Vaçaqandan sonra Partav arxiyepiskopu kimi çəkilir. Bundan başqa 506-cı ildə alban ruhanilərinin nümayəndə heyətinin tərkibində erməni katolikosu I Babken (490-515) tərəfindən Dvində (Dəbildə) çağırılmış erməni-alban-iber kilsə məclisində də iştirak etmişdir. Onun nə zaman müqəddəsləşdirildiyi ilə bağlı məlumat yoxdur. Heç bir xristian kilsəsi tərəfindən belə qəbul edilmir.
Müqəddəs Əmanətlər
Müqəddəs Əmanətlər və ya Əmanət-i Mübarəkə - Məhəmməd peyğəmbərə, dostlarına və bəzi peyğəmbərlərə aid olub, İslam dinində müqəddəs sayılan əşyalardır. Yavuz Sultan Səlimin 1517-ci ildə Misiri fəthindən sonra İstanbula gətirilmiş, bir hissəsi də İslam ölkələrindən yığılmışdır. Müqəddəs əmanətlər Topqapı sarayı içərisində olan Has Odanın Müqəddəs Əmanətlər Dairəsində mühafizə və nümayiş etdirilməkdədir.
Müqəddəs Ərdəbili
Müqəddəs Ərdəbili (XVI əsr, Ərdəbil – 1585, Nəcəf) — Hicri təqvimi ilə 10-cu əsrdə anadan olub. Əhməd ibn Məhəmməddir. O, əhlibeyit (ə) aşiqi ailəsindən idi. Bir çox elmi mərhələləri ələ gətirdikdən sonra elm və mərifətini artırmaq məqsədi ilə Nəcəf əşrəfə səfər etdi. Orada müttəqilərin ağası həzrət Əli ibn Əbitalibin (ə) aramgahının kənarında əlm və mərifəti mənimsəməyə məşğul oldu. O ustad seyyid Əli Saiğin və digər ustadların biliklərindən istifadə edərək hədis və fiqh elimlərini öyrəndi. Seyyid Əli Saiğ mərhum Şəhid Saninin seçilmiş şagirlərindəndir ki, ustadın ona çox məhəbbəti var idi. O həmişə, bütün ömrü boyu elm axtarışında idi. Hər bir yerdə bir alimin olmasından xəbərdar olsaydı, onun xidmətinə gedər, elm və mərifətindən istifadə edərdi. Bu səbəbdən bir müddət məşhur alim və filosof Cəmaləddin Məhmudinin məhzərindən istifadə etməq məqsədi ilə Şiraza səfər etdi.
"Müqəddəs Anna" ordeni
Müqəddəs Anna ordeni — 1735-ci ildə təsis edilmiş Rusiya imperiyasının ali mükafatı. == Xarici keçidlər == (rus.) Order of St. Anna Arxivləşdirilib 2008-11-07 at the Wayback Machine (rus.) History of the order of St.
"Müqəddəs Georgi" ordeni
"Müqəddəs Georgi" ordeni — 1769-cu ildə Rusiya imperatoru II Yekaterina tərəfindən təsis olunmuşdur. Rus imperiyasının süqutuna qədər dövlətin ən ali hərbi ordeni sayılırdı. == Təsnifatı == Ordenin dörd dərəcəsi vardı: birinci dərəcəli orden ən yüksək hesab olunurdu. Ordenin devizi belə idi: "Əla xidmət və cəsurluğa görə". "Müqəddəs Georgi" ordeninə yalnız "fövqəladə, xüsusi rəşadət, mərdlik, əla əskəri qəhrəmanlıq göstərən" hərbi qulluqçular layiq görülürdülər.
"Müqəddəs Stanislav" ordeni
Müqəddəs Stanislav ordeni — 1831-ci ildən 1917-ci ilə qədər Rusiya imperiyası ordeni. == Dərəcələri == I dərəcəli — gümüş ulduz, böyük qızıl xaç və sol tərəfə taxılan böyük lent II dərəcəli — qızıl xaç və kiçik ölçülü lent III dərəcəli — kiçik qırmızı xaç (sinə üzərinə taxılır) IV dərəcəli — 1839-cu ilə qədər mövcud olmuşdur. == Sayı == I dərəcəli — təxminən 20 000 ədəd II dərəcəli — təxminən 92 000 ədəd III dərəcəli — 752 000-dən çox == Ədəbiyyat == Серков С. Р. Орден Святого Станислава // Военно-исторический журнал. — 1990. — № 6. — С. 90–91. Norbert Wójtowicz, "Praemiando Incitat. Order Świętego Stanisława", Варш. 2007 Шишков С., "Награды России. 1698–1917 гг.", т.
"Müqəddəs Yanuari" əməliyyatı (film, 1966)
Müqəddəs Yanuari əməliyyatı (it. Operazione San Gennaro) — rejissor Dino Rizinin 1966-cı ildə çəkdiyi komediya filmidir. Filmin operatoru Aldo Tontidir. == Məzmun == Amerikan oğru bandası İtaliyanın Neapol şəhərindəki "Müqəddəs Yanuari" qızıllarını oğurlamaq üçün bura gəlirlər. Bunun üçün oğru bandası Don Vinçentsoya müraciət edirlər. Don Vinçentso isə hal-hazırda türmədədir. Vinçentso (Toto) onları şagirdi Duduya göndərir. Dudu bu işdə onlara kömək etməyə razı olur. Onlar əməliyyat zamanı müxtəlif macəralarla qarşılaşırlar… Sonda "Müqəddəs Yanuari" qızılları Neapolda qalır. == Maraqlı faktlar == Müqəddəs Yanuarinin qızıllarını oğurlamaq planı yalnız filmdə göstərilmişdir.
"Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. == Nizamnamə == Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
"Müqəddəs böyük Yekaterina" ordeni (Rusiya Federasiyası)
Müqəddəs böyük Yekaterina ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == Müqəddəs böyük Yekaterina ordeni Rusiya Federasiyasının Prezidenti D. Medvedyevin 3 may 2012-ci il tarixli 573 saylı "Yaxşılıq Uğrunda" Müqəddəs böyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında" fərmanı ilə yaradılmışdır. == Ordeninin statutu == 1. Müqəddəs böyük Yekaterina ordeni yüksək dini-mənəvi mövqeyi ilə tanınmış və Rusiya Federasiyasının vətəndaşlarına və xarici dövlətlərin vətəndaşlarına sülhməramlı, humanitar və xeyriyyəçilik fəaliyyətində, mədəni irsinin qorunmasında verdiyi töhfəyə görə təqdim edilir. 2. Müqəddəs böyük Yekaterina ordeni lenti sinənin sağ tərəfində daşınır. Müqəddəs böyük Yekaterina ordeni lentini sinənin sağ tərəfində Rusiya Federasiyasının digər dövlət mükafatları ilə birlikdə daşımağa icazə verilir. Müqəddəs böyük Yekaterina ordeninin ulduzu çiynin sol tərəfində "Vətənə xidmətə görə" ordenin ulduzu altında daşınır. 3. Xüsusi hallarda Müqəddəs böyük Yekaterina ordeninin lentini sinənin sağ tərəfində daşınmasına icazə verilir.
"Müqəddəs xəzinə" ordeni
"Müqəddəs xəzinə" ordeni (瑞宝章, Zuiho-şo) – Yaponiya ordenlərindən biri. Həm yapon, həm də əcnəbi şəxslərə Yaponiya dövləti qarşısındakı xidmətlərə görə təqdim olunur. == Tarixi == "Müqəddəs xəzinə" ordeni 4 yanvar 1888-ci ildə İmperator Meyci tərəfindən "Meyci" ordeni adı ilə təsis olunmuşdur. Ancaq kişilərə təqdim olunması planlaşdırılsa da, 1919-cu ildə qadınlara da verilməsi barədə qərar verilmişdir. Orden 2003-cü ilə qədər 8 dərəcə üzrə təqdim olunmuşdur. 2003-cü ildə VII və VIII dərəcələr ləğv edilmiş, 6 dərəcə üzrə təqdim olunmağa başlamışdır. == Dizayn == Orden Yaponiyanın iki müqəddəs xəzinəsini – Yata güzgüsünü və Yasakani cəvahiratını özündə əks etdirir. Orden pavlovniya çiçəklərinin və yarpaqlarının formasında dizayn edilmişdir.
Assizli Müqəddəs Fransisk kilsəsi (Praqa)
Assizli Müqəddəs Fransisk kilsəsi və ya Serafimli müqəddəs Fransisk kilsəsi (çex. Kostel svatého Františka Serafinského (z Assisi)) — Praqanın katolik orden kisəsidir. Bina tarixi Stare Mesto rayonunun Krjijovnitske meydanında (çex. Křižovniské náměstí) yerləşir. Kilsə Çexiyanın Qırmızı xaçlı cəngavər ordeninin əsas binası hesab olunur. == Tarix == İndiki Assizli Müqəddəs Fransisk kilsəsinin sələfi, həmin yerdə xəstəxana və monastır ilə birlikdə 1252-ci ildə Qırmızı xaçlı cəngavər ordeninin sərəncamı ilə təsis edilmiş qotik üslublu Müqəddəs Ruh məbədi idi. Monastır kompleksində 1378-ci ildə baş vermiş yanğın zamanı Müqəddəs Ruh məbədi əhəmiyyətli dərəcədə zədələnmişdi, lakin təmirdən sonra etibarlı bir şəkildə 1679-cu ildə yeni kilsə üçün yenidənqurma işlərinə kimi uğurla fəaliyyət göstərmişdi. Müasir Fransisk kilsəsi 1679—1685-ci illər arasında yüksək barokko üslubunda, fransalı memar Jan-Baptist Matei və italiyalı ustalar Domeniko Kanevalle və Qaudensio Kazanovanın rəhbərliyi altında inşa olunmuşdur. Kilsə 1688-ci ildə Praqa arxiyepiskopu Yan Bedrjix fon Valdşteyn tərəfindən Assizli müqəddəs Fransisk şərəfinə təqdis edilmişdir. Müxtəlif vaxtlarda kilsə orqançalanları içərisində Yozef Seger, Kristof Villibald Qlük və Antonin Dvorjak kimi istedadlı insanlar iştirak edirdilər.
Azərbaycanda müqəddəs şəxslərin siyahısı
Azərbaycanda müqəddəs şəxslər – Azərbaycanda yaşamış və ya burada olduğu iddia edilmiş şəxslərin siyahısı. == İbrahimi dinlər == Nuh. Əfsanəyə görə Naxçıvan şəhəri Nuh peyğəmbər tərəfindən salınıb. Erməni və fars mənbələri şəhərin salınması ili olaraq eramızdan əvvəl 1539-u verir. Əshabi-Kəhf. Azərbaycan əfsanəsinə görə onların Əshabi-Kəhf (mağara)da qaldığı fikirləşilir. == İslami == === İmam ailəsi === Şahzadə İsmayıl. İmam Məhəmməd əl-Baqirın qız nəvəsidir, imamzadəsi Bərdədədir. Şahzadə İbrahim. İmam Məhəmməd əl-Baqirın oğludur, imamzadəsi Gəncədədir.
Bütün Müqəddəslər kilsəsi (Praqa)
Bütün Müqəddəslər kilsəsi (çex. Kostel Všech svatých, alm. Allerheiligenkapelle‎) — Praqa şəhərinin tanınmış Praqa qəsri qala kompleksinə daxil olan qədim kilsə və eyni zamanda da kapella. Kilsə Zadəganlar institutu adı ilə tanınan Köhnə sarayın şərq divarı ilə həmsərhəddir. Onun qotik üslublu presbiterisi qəsr mənzərəsinin əhəmiyyətli bir hissəsidir. == Tarix == Bütün Müqəddəslər kilsəsi ondan daha da qədim saray kapellasının yerində XII əsrdən bəri yerləşir. 1339-cu ildə hələ o zamanlar Moraviya bölgəsinin markqrafı olmuş IV Karl kilsə ərazisində kollegial kapitulun əsasını qoymuşdu. Mövcud kilsənin inşası isə Peter Parler tərəfindən tərtib edilmiş plana uyğun olaraq 1372-ci ildə başlamış və 1386-cı ilə kimi tamamlanmışdı. Kilsənin inşasında bu cür tanınmış memarın iştirakını triforiumdakı yazılı mətn təsdiqləyir: Petervə yuxarıda göstərilən müddətdə müqəddəslərin xorunu başlamış və tamamlamışdı. Qusçular hərəkatından əvvəl kilsənin artıq retrit otağı (Retrit - inanclı insanların cəmiyyətdən uzaqlaşmaq arzusu və özgəninkiləşdirilməsi deməkdir) və nefləri inşa edilmişdi.
Bütün müqəddəslərin günü
Bütün Müqəddəslər Günü, Bütün Müqəddəslər Bayramı, Bütün Müqəddəslərin Təntənəsi və Halloumas kimi də tanınır, kilsənin istər tanınmış, istərsə də naməlum olan bütün müqəddəslərinin şərəfinə qeyd edilən xristian təntənəli bayramıdır. 4-cü əsrdən etibarən müxtəlif yerlərdə, Pasxa və Pentikost bayramları yaxınlığında müxtəlif tarixlərdə bütün xristian şəhidlərinin xatirəsinə həsr olunmuş ziyafətlər keçirilmişdi. 9-cu əsrdə Britaniya adalarında bəzi kilsələr noyabrın 1-də bütün müqəddəslərin anım mərasimini keçirməyə başladı və 9-cu əsrdə bu, Papa IV Qriqori tərəfindən bütün katolik kilsəsinə yayıldı. Qərb xristianlığında hələ də 1 noyabrda Roma-Katolik kilsəsi, eləcə də bir çox Protestant kilsələri, Lüteran, Anqlikan və Metodist ənənələri kimi qeyd olunur. Şərqi Pravoslav Kilsəsi və onunla əlaqəli Şərqi Katolik və Şərqi Lüteran kilsələri bunu Pentikostdan sonrakı ilk bazar günü qeyd edirlər. Şərq Kilsəsi və Roma ilə birlikdə olan Suriya-Malabar Kilsəsi və Xaldey Katolik Kilsəsi Pasxa bazarından sonrakı ilk cümə günü Bütün Müqəddəslər Gününü qeyd edir. Kopt pravoslav ənənəsində Bütün Müqəddəslər Günü 11 sentyabrda qeyd olunan Nayruzdadır. Bu gün həm Koptların yeni ilinin başlanğıcı, həm də onun ilk ayı olan Thout günüdür. == Liturgik şənliklər == Qərb xristian praktikasında liturgik bayram Vespersdə oktyabrın 31-də, Bütün Müqəddəslər ərəfəsində (Bütün Müqəddəslər ərəfəsində) başlayır və noyabrın 1-də başa çatır. Beləliklə, möminlərin xatirəsini yad edən Bütün Ruhlar günündən bir gün əvvəldir.
Ceymstaun (Müqəddəs Yelena adası)
Ceymstaun (ing. Jamestown, 15°55′ c. e. 5°43′ q. u.) — Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunya Britaniya dəniz ərazisinin paytaxtı, şəhər, liman. == Mənbə == "Ceymstaun (Müqəddəs Yelena adası)". 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.
Dubay Beynəlxalq Müqəddəs Quran Mükafatı
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Dörd müqəddəs şəhər
Dörd müqəddəs şəhər - Yəhudi mədəniyyətində Qüds, Hebron, Tiberiya və Safed şəhərlərinə verilən ümumi ad.
III Ferdinand (Müqəddəs Roma imperatoru)
III Ferdinand (13 iyul 1608[…], Qras – 2 aprel 1657[…], Vyana) — Müqəddəs Roma imperatoru. Atası imperator II Ferdinand, anası isə Bavariyalı Anna Mariyadır. Bəstəkar olaraq bilinən ilk Habsburq monarxıdır. == Mənbə == Hengerer, Mark (2012). Kaiser Ferdinand III. (1608-1657): Eine Biographie (in German). Wien - Köln - Weimar: Böhlau Verlag. ISBN 978-3-205-77765-6 Höbelt, Lothar (2008). Ferdinand III. (1608–1657). Friedenskaiser wider Willen (in German). Graz: Ares Verlag.
II Ferdinand (Müqəddəs Roma imperatoru)
II Ferdinand (9 iyul 1578[…], Qras – 15 fevral 1637[…], Vyana) — Müqəddəs Roma imperatoru. Atası Avstriya hersoqu II Karl, anası isə Bavariyalı Anna Mariyadır qatı katolik olan valideynləri lüteran zadəganlardan uzaq tutmaq məqsədilə onu 1590-cı ildə İnqolştadtda təhsil almağa yolladılar. Ancaq həmin ilin iyulunda atası vəfat etdi və 12 yaşlı Ferdinand Avstriya hersoqluğuna yüksəldi. Övladı olmayan əmisi oğlu Müqəddəs Roma imperatoru II Rudolf o illərdə Habsburq ailəsinə rəhbərlik edirdi və Avstriya torpaqları onun tərəfindən təyin edilən naiblər tərəfindən idarə edildi. Ferdinand 1596-cı ildə rəsmi hakimiyyəti ələ aldı və Osmanlılarla davam edən müharibədə bölgənin müdafiə işləriylə məşğul olmağa başladı. Bundan başqa bölgədəki dini gərginliyi azaltmaq məqsədilə 1598-ci ildən etibarən sərt tədbirlər aldı. İlk növbədə bütün protestant alimlər və müəllimlər sürgün edildi, daha sonra katolik inancını dəstəkləyən dini komissiyalar təşkil etdi. II Rudolf və qardaşı Matvey arasında gedən taxt mübarizəsinin başlanğıcında, Ferdinand Matveyi dəstəkləyirdi. Ancaq onun sonrakı illərdə Macarıstan, Bohemiya və Avstriyadakı protestantları dəstəkləməsi ikili arasındakı münasibətləri pisləşdirdi. == Mənbə == Kontler, László (1999).
II Rudolf (Müqəddəs Roma imperatoru)
II Rudolf (18 iyul 1552, Vyana – 20 yanvar 1612[…], Praqa, Bohemiya tacı torpaqları[d]) — Müqəddəs Roma imperatoru. == Mənbə == Frucht, Richard C., ed. (2005). Eastern Europe. ABC-CLIO. p. 252. ISBN 978-1-57607-800-6 Wendell E. Wilson, Joel A. Bartsch & Mark Mauthner, Masterpieces of the Mineral World: Treasures from the Houston Museum of Natural Science, Houston Museum of Natural Science Harry N. Abrams/New York, 2004. ISBN 0-8109-6751-0 Simon Winder. Danubia. pp 129–130.
IV Lüdviq (Müqəddəs Roma İmperatoru)
Bavariyalı IV Lüdviq (alm. Ludwig‎; 1 aprel 1282 - 11 oktyabr 1347), Vittelsbax sülaləsindən Müqəddəs Roma İmperatoru idi. Lüdviqin 1314-cü ildə imperator seçilməsi mübahisəli idi, çünki onun Habsburq qohumu Gözəl Fridrix eyni vaxtda ayrı-ayrı kürfürstlər tərəfindən hökmdar seçilmişdi. Lüdviq 1322-ci ildə Müldorf döyüşündə Fridrixi məğlub etdi və nəticədə iki tərəf barışdılar. O daha sonra fransız papa XXII İoanna qarşı çıxdı və kilsədən xaric edildi; Lüdviq də öz növbəsində papanı vəzifədən salmağa və antipapa təyin etməyə cəhd etdi. Lüdviq 1294-1301-ci illərdə böyük qardaşı I Rudolf ilə birlikdə Yuxarı Bavariya hersoqu idi, 1323-cü ilə qədər Brandenburq markqrafı və 1329-cu ilə qədər Reyn qraf-palatini idi və 1340-cı ildə Aşağı Bavariya hersoqu oldu. 1742-ci ilə qədər Almaniyanın hökmdarı olmuş son bavariyalı idi. 1345-ci ildə həyat yoldaşı Marqaret bu torpaqları miras aldıqda o həmçinin Eno, Hollandiya, Zelandiya və Frislandiya qrafı oldu. == Hersoq kimi == Lüdviq 1282-ci ildə Münhendə, Yuxarı Bavariya hersoqu II Lüdviq və Matilda Habsburqun (Almanların kralı I Rudolfun qızı) ailəsində anadan olub. Lüdviqin qismən Vyanada təhsil almasına və 1301-ci ildə Habsburqlu anası və dayısı I Albertin dəstəyi ilə Yuxarı Bavariyada qardaşı I Rudolfun qəyyumu olmasına baxmayaraq, 1307-ci ildə Aşağı Bavariyadakı mülklərinə görə Habsburqlarla münaqişə içində idi.
I Ferdinand (Müqəddəs Roma imperatoru)
I Ferdinand (10 mart 1503[…], Alkala-de-Enares[d] – 25 iyul 1564[…], Vyana) — 1526-cı ildən Macarıstan və Bohemiya kralı, 5 yanvar 1531-ci ildən Almaniya kralı (Roma kralı), 1556-cı (formal olaraq 1558-ci) ildən Müqəddəs Roma İmperiyasının imperatoru, Habsburqlar sülaləsinin kiçik (Avstriya) qolunun soybaşı. O, həmçinin Avstriya ershersoqu olmuşdur və məhz onun hakimiyyəti dövründə 1529-cu ildə Avstriya Vyana döyüşündə türklərə qalib gəldi. Ferdinand, I Filip və Kastiliyalı I Yuannanın dördüncü övladı idi. O, ana tərəfindən Araqon kralı II Ferdinand və Kastiliyalı I İzabellanın, atası tərəfindən isə I Maksimilyan və Burqonlu Mariyanın nəvəsi idi. İmperator V Karl onun böyük qardaşı idi. == Həyatı == Ferdinand babası Ferdinand Katolikin (adını məhz ondan almışdır) sarayında böyümüşdür. İspan dili onun ana dili idi, ispanlar isə onu çox sevirdilər, bu da böyük qardaşı Karlda ona qarşı etibarsızlıq hisslərini oyadırdı. O, Ferdinandı svitasından uzaqlaşdırdı və 1518-ci ilin yazında Niderlanda göndərdi. V Karlın imperator seçilməsindən sonra, sonuncu Vorms reyxstaqında Ferdinandı onun yoxluğunda canişi təyin etdi və onu yeni qurulmuş imperiya hökumətinin başına qoydu. 1521-ci ildə Ferdinand, Çexiya və Macarıstan kralı Layoşun (öz növbəsində Ferdinandın bacısı Mariya ilə evli idi) bacısı Anna Yagellonka ilə evləndi.
I Fransisin müqəddəs ailəsi (Rafael)
X Leonun iki kardinalla portreti (it. Sacra Famiglia di Francesco I) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. X Leonun iki kardinalla portreti əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.
I Jozef (Müqəddəs Roma imperatoru)
I Jozef (26 iyul 1678[…], Vyana – 17 aprel 1711[…], Vyana) — Müqəddəs Roma imperatoru. Atası İmperator I Leopold və anası isə onun üçüncü xanımı Elyanora Maqdalenadır. Atasının İspaniya taxtı uğrunda Fransa kralı XIV Lüdoviklə girişdiyi taxt mübarizəsini davam etdirən Jozef qardaşı Karlın taxt iddiasını davam etdirsə də, bu cəhdləri heç bir nəticə vermədi. == Mənbə == David Crowe (2004): A History of the Gypsies of Eastern Europe and Russia (Palgrave Macmillan) ISBN 0-312-08691-1 p. XI p. 36–37 Eder, Karl (1961), "Ferdinand III.", Neue Deutsche Biographie (in German), vol. 5, Berlin: Duncker & Humblot, pp. 85–86 Louda, Jirí; MacLagan, Michael (1999). Lines of Succession: Heraldry of the Royal Families of Europe (2nd ed.). London: Little, Brown and Company.
I Leopold (Müqəddəs Roma imperatoru)
I Leopold (9 iyun 1640[…], Vyana – 5 may 1705[…], Vyana) — Müqəddəs Roma imperatoru. 46 il 9 ay davam edən səltənətiylə Habsburq sülaləsinin ən uzun müddət taxtda qalan monarxıdır. İmperator III Ferdinand və onun ilk xanımı Mariya Annanın ikinci oğlu olan Leopold, böyük qardaşı Ferdinandın ölümünün ardından 1654-cü ildə taxtın varisi oldu. Atasının ölümünün ardından keçirilən seçimlərdə qalib gəldi və 1658-ci ildə Müqəddəs Roma imperatoru seçildi. Onun səltənəti Osmanlı imperiyası ilə gedən müharibə və uzaq qohumu olan Fransa kralı XIV Lüdoviklə olan çəkişmələri ilə bilinir. 10 il davam edən müharibənin ardından şərq cəbhəsində qələbə qazandı və bağlanan Karlovitsa sülhüylə, 1526-cı ildən bəri Osmanlı idarəsində olan Macarıstan krallığının, demək olar ki, tamamilə geri aldı. == Mənbə == O'Connor, John T. (1978). Negotiator out of Season. Athens, GA: University of Georgia Press. ISBN 0-8203-0436-0 Mckay, Derek (1997).
I Maksimilian (Müqəddəs Roma İmperatoru)
Habsburqlu I Maksimilian (22 mart 1459, Viner-Noyştadt[d], Müqəddəs Roma imperiyası – 12 yanvar 1519[…]) — Müqəddəs Roma İmperatoru. 1493-cü ildən ölümünə qədər hakimiyyətdə olmuş, müharibələr və nikah diplomatiyası nəticəsində Habsburq sülaləsinin nüfuzunu xeyli artırmışdır. == İlk illəri == Maksimilian Müqəddəs Roma imperatoru III Fridrixlə (1415–1493) portuqaliyalı Eleanorenin oğludur. Atası 1440-cı ildə Alman kralı, 1452-ci ildə Müqəddəs Roma İmperatoru olmuşdur. Bundan əlavə Avstriya hersoqu olan atası oğlunun təhsilinə xüsusi əhəmiyyət verirdi. Maksimilian 1477-ci ildə Burqundiya hersoqu Pis Karlın yeganə qızı Burqundiyalı Merrylə evlənərək, 1477-ci ildə, Nansi döyüşündə Fransa kralı XI Lüdovikə (1423–1483) məğlub olaraq, öldürülən qayınının ardından Burqundiya hersoqu oldu. Həyat yoldaşından, sonradan imperator olan V Karlın atası olan Yaraşıqlı Flipp, Avstriyalı Marqaret və kiçik yaşda ölən Frans adlı 3 uşağı olan Maksimilian, yoldaşının 1482-ci ildə ölməsindən sonra Burqundiya hersoqu ünvanını itirdi. Ancaq vaxtı ilə qayınatası Pis Karlın ələ keçirdiyi Burqundiya Flandriyasını qorumağı bacardı. Atası III Fridrix tərəfindən vəkil elan edildi və atası ölənə qədər bu ünvanını qorudu. 16 fevral 1486-cı ildə Roma kralı (Rex Romanorum) elan edilən Maksimilian, Flandriyanı oğlu Flippə verdi.
Karapi Müqəddəs Georgi kilsəsi (Kldisubani)
Karapi Müqəddəs Georgi kilsəsi (gürc. კლდისუბნის წმ. გიორგის ეკლესია) – Qədim Tbilisinin ən qədim rayonlarından biri olan Kldisubani ərazisində yerləşən Gürcü pravoslav kilsəsi. Kilsə, 1991-ci ilə kimi Erməni Həvari kilsəsinə aid olmuş, sonradan isə Gürcü pravoslav kilsəsinə verilmişdir. Qomi küçəsindən kilsənin şimal-şərq tərəfinə pilləkən qalxır. == Tarixi == Kldisubanidəki Müqəddəs Georgi kilsəsinin inşa edildiyi dağlıq yamac ərazisində, kilsənin inşasına qədərki dövrdə 1600-cü ildə qədim kafedral mövcud olmuşdur. Müasir kilsə binası Petros Zöhrabyan və onun həyat yoldaşı Lalitanın maddi vəsaiti hesabına inşa olunmuşdur. XIX əsrdə kilsə əsaslı təmir olunmuş və bu zaman onun memarlığına zəng qülləci və günbəz əlavə edilmişdir. Bu restavrasiya işlərini göstərən elementlərdən biri də daş hörgü arasına qatılmış kərpic sıralarıdır. Bu zaman kilsənin fasadı kərpicdən hörülmüş romb və xaç dekorları ilə bəzədilmişdir.Şahzadə Vaxtuşi tərəfindən 1735-ci ildə hazırlanmış Tbilisi xəritəsində kilsənin qərb tərəfində zəng qülləsinin olması göstərilmişdir.XX əsrdə kilsənin şimal fasadına bitişik qanunsuz yaşayış binaları inşa edilmiş, SSRİ dövründə binada oyuncaq və laklama emalatxanaları fəaliyyət göstərmiş, daha sonra isə bina göyərçinxanaya çevrilmişdir.1991-ci ildən Müqəddəs Georgi kilsəsi Gürcü pravoslav kilsəsinin tabeliyindədir.Gürcü pravoslav kilsəsinin səyləri nəticəsində Müqəddəs Georgi kilsəsində təmizləmə və yenidənqurma işləri aparılmış, bundan sonra 23 noyabr 1991-ci ildə kilsənin ithaf mərasimi keçirilmişdir.

Значение слова в других словарях

вселя́ться выпрямля́ться зачи́нщик надма́чивать нау́рская обсыпа́ться поломо́ечный эзоте́рика альпини́стка захва́тчик лиша́ть промена́д созда́тельница стасо́вывать ЦРУ черемша́ чать caesurae chink innovatory moustache Queen-mother ионийский курага провозной