MÜRD

f. ölmüş, gəbərmiş (əsasən heyvan haqqında).

MÜRAVİDƏ
MÜRDƏ
OBASTAN VİKİ
Alva Mürdal
Alva Myurdal — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur. 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı. Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür.
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya "Jen Mironosits" pravoslav kafedral kilsəsi — Bakıda kilsə, Bakı yeparxiyasının mərkəzi. Hal-hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödənməsindən ötrü dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Leonid Miltıxdır. == Tarixi == Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak etmişdir. İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. === Sovet dövrü === 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnmişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır. 1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çökmüş, divarlar isə çatlamışdır.
Mürdad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Mürdüq (Marağa)
Mürdüq (fars. ‎‎‎مردوق‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (173 ailə).
Mürdəkətan (Əhər)
Mürdəkətan (fars. مرده كتان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (24 ailə).
Mürdəşər
Mürdəşər (lat. Frangula) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi.
Qaya mürdəşəri
Qaya mürdəşəri (lat. Frangula rupestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, nahamar, tünd boz rəngli, çox budaqlanan gövdəli, az mərciməkli, sürünən koldur. Yarpaqları möhkəm yarımdərili, parlaq yaşıl, üstü tutqun, alt tərəfi açıq yaşıl, enli-oval, enli əks-yumurtavaridən uzunsov-ovaladək dəyişir, uzunluğu 1,5-5 sm, eni 1-4 sm, qısa, ucu biz, bünövrəsi yumru, 7-10 cüt çox çıxan damarcıqlıdır. Yarımçətirləri mürəkkəb çiçəkləri, 2-10 ədəd olmaqla uzun çiçək saplağında yerləşir. 1-2 ədəd çiçək altlığı vardır. Çiçəkləri yumru, uzunluğu 0,25-0,3 sm olub, üstü açıq yaşıl və ya sarımtıl, içərisi sarıdır. Meyvələri əvvəlcə qırmızı, sonradan bənövşəyi-qara rəng alır. May-iyunda çiçəkləyir, avqust-sentyabrda meyvə verir == Ekologiyası == İstisevən bitkidir, rütubətə və küləyə davamlıdır.
Qızılağacabənzər mürdəşər
Qızılağacabənzər mürdəşər (lat. Frangula alnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Avropanın meşə və meşə-çöl zonasında, Qərbi Avropanın mərkəzi rayonlarında, Kiçik Asiyanın şimalında, Krımda, İranda və Qafqazda, Orta Asiyanın şimal rayonlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə çatan kol və ya kiçik ağacdır. Gövdəsi və budaqları tünd qonurdur. Gövdəsi hamar, tikansızdır. Tünd qabığı mərciməkli, mantar qatının altında qırmızı qat vardır. Yarpaqları ellipsvari formalı, uzunluğu 4–10 sm, kənarları bütöv, 6–8 cüt paralel yan damarcıqlı, qısa saplaqlarda (1,5 sm-dək) yerləşir. Yarpaqların yerləşməsi — növbəli və ya əyri-üzbəüzdür. Çiçəkləri ikicinsli, beş hissəli, kasacığı zəngvari olmaqla yarpaqların qoltuqlarında yerləşir, uzunluğu 2–3,5 mm-dir.
İriyarpaq kövrək mürdəşər
İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir.
Xırdayarpaq mürdəşər
Xırdayarpaq mürdəşər (lat. Frangula microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılıb. == Botaniki təsviri == Budaqları pırpızlaşmış, alçaq boylu yerə yatan koldur. Cavan budaqlarının qabığı tünd qəhvəyi rəngdədir. Yarpaqları topa halında yerləşərək oturan, oval və ya ellipsvari, uc tərəfdən sivrilənmiş olur. Qaidə tərəfdən dəyirmi və ya enli pazvaridir, üstdən tünd yaşıl, altdan qızılı sarı, parlaqdır. Çiçəkləri xirda, ensiz zəngvari, yarpaq qoltuğunda 2-3-ü birgə yerləşir. Meyvəsi tünd qonurdur. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust ayinda yetişir.
İriyarpaqlı mürdəşər
İriyarpaqlı mürdəşər (lat. Frangula grandifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda, İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, tünd boz və ya təxminən qara qabıqlı şaxələnmiş koldur. Budaqları qonur və ya sarımtıl-boz, tünd mərciməkli, çılpaqdır. Yarpaqları qısa saplaqlı, nazik, üstü tünd yaşıl, hamar, alt tərəfi açıq sarımtıl, seyrək tükcüklü, ellipsvari və ya enli ellipsvari, simmetrik olub, uzunluğu 18 sm və eni 6-10 sm-dir. Yarpaqları ucunda enli üçkünc və uzanmış bizli, bünövrəsində yumru, kənarları xırda dişli, 11-14 cüt olub, qonur, təxminən düz damarcıqlıdır. Çiçəkləri uzun çiçək saplaqlarında, çətirvari çiçək qrupunda yerləşir. Çiçəkləri 6-12 ədəd enli, uzunluğu 0,3-0,4 sm, zəngvari, tükcüklüdür. Aprel-iyunda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Госпла́н квёлый лафи́т ло́бзиковый накла́дывать нераспа́ханность упоко́й участковый воздержа́ние запрессо́вываться ло́кон охва́тывать пропеча́тать хва́ливать чва́нно чино́вный chicken track lei nit-picker snake surface-to-surface missile больной застучать ослышаться столоначальник