MÜRƏKGƏF
MÜRGƏNƏ
OBASTAN VİKİ
Asırğalyarpaq mürgəkotu
Asırğalyarpaq mürgəkotu (lat. Epipactis veratrifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU C2a(ii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovları qısadır. Gövdənin hündürlüyü 40-100 sm-dir. Çiçək qrupu oxu ilə birlikdə üst tərəfdə az əyilmiş, alt tərəfdə 3-4 qınlıdır. Yarpaqları böyükdür. Alt yarpaqları enli-ellipsvaridir, ortadakılar ellipsvaridir.
Batdaxlı mürgəkotu
Epipactis palustris (lat. Epipactis palustris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii)+2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovları böyük deyil, sürünəndir, qalınlığı 1 sm-ə qədərdir. Gövdəsinin hündürlüyü 40-70 sm-dir. Alt yarpaqları uzunsov, uzunluğu 4-sm-ə qədərdir. Yuxarıdakılar lansetşəkilli, sivri, tədricən çiçəkaltlığına keçir. Çiçək qrupu çoxçiçəkli salxım şəklindədir.
Xırdayarpaq mürgəkotu
Epipactis microphylla (lat. Epipactis microphylla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir.Kökümsovları kiçikdir. Gövdənin hündürlüyü 15-40 sm-dir. Yarpaqları lansetşəkilli, xırdadır, uzunluğu 1,5 - 3,5 sm, eni 1 sm-ə qədərdir. Çiçək qrupu oxu salxım şəklindədir, uzunluğu 3-12 sm-ə qədər çatır. Çiçəkləri xırdadır, zəif qərənfil ətirlidir. Çiçəkyanlığının ləçəkləri itidir, uzunluğu 5-6 mm, yaşılımtıl, qırmızı, bənövşəyi-kölgəli, içəri hissədə ağımtıl-yaşılımtıldır. Çiçək dodaqlarının kənarları ağımtıl, arxa hissəsi dərinləşmiş, ön hissəsi ürəkşəkilli-yumurtşəkilli, ziyillidir.
Mürgəkotu
Mürgəkotu (lat. Epipactis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
автосва́рщик достри́чься зата́рить льго́тник пана́ш переда́ться ро́мовый северя́к це́рковка витьё вы́кричаться иденти́чный иллюзиони́стский подпа́сть расса́живать сна́йперский тоталитари́ст форт duck-mole lighten logger-road velaria взбежать дотоле марево