MÜRĞZAR
MÜRŞÜD
OBASTAN VİKİ
Mürsəl
Mürsəl — Kişi adı. Mürsəl Bakı — Qafqaz əsilli Türkiyə hərbiçisi. Mürsəl Həmidov — Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Qocayev — Azərbaycan jurnalisti.DigərMürsəl (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Mürsəl (Ağdaş)
Mürsəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Mürsəl Babayev
Mürsəl Ələkbər oğlu Babayev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1970–1979). == Həyatı == Mürsəl Ələkbər oğlu Babayev 1929-cu ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.1952–1959-cu illərdə Azərbaycan Politexnik İnstitutunun kafedrasında assistent, avtomobil trestində böyük mühəndis, taksomotor parkının baş mühəndisi, rəisi olmuşdur. 1959–1961-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyi istehsalat-texniki şöbəsinin rəisi, 1961-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini, birinci müavini vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur.Mürsəl Babayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin VIII və IX çağırış deputatı seçilmişdir.
Mürsəl Bakı
Mürsəl Bakı (1881, Ərzurum, Ərzurum vilayəti – 2 fevral 1945, İstanbul) — Birinci Dünya Müharibəsi və Türkiyə Qurtuluş Savaşı zamanı mühüm vəzifələr tutmuş, Bakı və İzmir şəhərlərinin azad edilməsində mühüm rol oynamış, sonradan bir müddət millətvəkili kimi fəaliyyət göstərmiş Qafqaz əsilli Türkiyə hərbiçisidir. 9 sentyabr 1922-ci ildə I Süvari Diviziyasının komandiri olaraq İzmir şəhərinə daxil olan ilk türk generalıdır. == Həyatı və fəaliyyəti == Mürsəl Bakı 1881-ci ildə Ərzurumda anadan olub, 1904-cü ildə Hərbi Akademiyanı bitirərək kapitan rütbəsiylə fəaliyyətə başlamışdır. Birinci Dünya Müharibəsinin son dövrlərində Batumidə V Qafqaz Piyada Diviziyasının komandiri olmuşdur. 1918-ci ilin sentyabrında Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu ilə Bakı döyüşünə qatılaraq, Bakının azad edilməsində iştirak edib və 28 may 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsini təşkil edib.Birinci Dünya Müharibəsinin başa çatmasından sonra ingilislər tərəfindən həbs edilərək Maltaya sürgün olunub. Azadlığa buraxılmasından sonra 3 noyabr 1921-ci ildə Anadoluya gələrək Türkiyə Qurtuluş Savaşına qatılıb. Böyük Smirna Hücumu zamanı I Süvari Diviziyasının komandiri olub və Mirliva rütbəsi ilə təltif edilib. 15 sentyabr 1918-ci ildə Bakıda ilk dəfə Osmanlı bayrağını yüksəldən Mürsəl Bakı Paşa, dörd il sonra İzmirə girən ilk türk generalı oldu və İzmirdə ilk Türkiyə bayrağını Hökumət Evinin üstündə ucaldan Yüzbaşı Şərafəddinə komandirlik etdi. Bundan sonra bir müddət VII Ordu Korpusunda vəkil kimi çalışmışdır. Həmin müddətdə Cənubi Anadoluda kürdlərin mərkəzi hökumətə qarşı başladıqları Şeyx Səid üsyanının yatırılmasında iştirak edib.23 avqust 1938-ci ildə hərbi xidmətdən təqaüdə çıxmışdır.
Mürsəl Bədirov
Mürsəl Tağı oğlu Bədirov (27 oktyabr 1931, Mahaçqala – 26 fevral 2003, Bakı) — Azərbaycanın bariton səsli opera müğənnisi, Azərbaycan SSR Xalq artisti (1979). == Həyatı == Mürsəl Bədirov 27 oktyabr 1931-ci ildə Dağıstanda anadan olub. O, orta təhsilini Dağıstanda alıb. 1951-ci ildə Azərbaycan Milli Konservatoriyasının Vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizodik rollarda oynayıb. 1956-cı ildə təhsilini başa vuran Mürsəl Bədirov Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.Mürsəl Bədirov teatrda işlədiyi illərdə bir çox tamaşalarda fərqli obrazları canlandırıb. O, Jorj Bizenin "Karmen" (Eskamilo və Morales, Dankayro), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puççininin "Toska" və "ÇioÇio-San" (Sezar Anjelotti, Şarples), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsanın taleyi" (Andrey Sokolov), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər) operalarında ifa edib.Mürsəl Bədirov həmçinin azərbaycanlı bəstəkarların da yaradıcılığına müraciət etmişdir. O, Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa edib.Opera müğənnisi Mürsəl Bədirov 1972-ci ildən etibarən Konservatoriyanın vokal kafedrasında çalışıb. Habelə 1992-ci ildə professor elmi adını alıb. == Vəfatı == Mürsəl Bədirov 2003-cü il fevral ayının 26-da Bakı şəhərində vəfat edib.
Mürsəl Həkimov
Həkimov Mürsəl İsmayıl oğlu (20 may 1929, Qazax rayonu – 2006) — ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989), Milli azadlıq hərəkatının fəal üzvü (1988-1991), AXCP ağsaqqallar şürasının üzvü, ADPU-nun sabiq dekan müavini, ADPU "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasında rəhbər, SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Türkiyə Atatürk Kultur Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən). Bir sıra dövlət mükafaları olmuşdur. == Həyatı == Mürsəl Həkimov 1929-cu il mayın 20-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Qazax ikiillik Müəllimlər İnstitutunda təhsil almışdır (1947-1949). Əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə rayonu Babacan kənd məktəbində müəllim kimi başlamışdır. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1950-1953). Marneuli rayonu Aşağı Saral kənd orta məktəbində müəllim olmuşdur (1953-1955). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1955-1960). "Aşıq Hüseyn Cavanın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan və dünya ədəbiyyatı kafedrasında laborant, müəllim, baş müəllim, dekan müavini olmuşdur (1960-1989).
Mürsəl Həmidov
Həmidov Mürsəl Lələkişi oğlu (1952) == Həyatı == Həmidov Mürsəl Lələkişi oğlu 1952-ci il dekabr ayının 25-də Laçın rayonun Lolabağırlı kəndində anadan olub. 1971-ci ildə Qorçu kənd orta məktəbini bitirib. 1972-1974-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1974-1975-ci illərdə Bakı Dəniz Limanında fəhlə işləyib. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalcə-profilaktika fakültəsinə daxil olub və 1982-ci ildə həmin ali məktəbi bitirib. 1982-ci ildə təyinatla Başı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasında işə başlayıb. 1984-cü ilə qədər səyyar həkim vəzifəsində işləmişdir. 1984-cü ildən 1992-ci ilə qədər Sabunçu, Xəzər və Yasamal rayonlarında Köməkçi Təcilli Tibbi yardım Stansiyalarının müdiri işləyib. 1992-ci ildə Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş həkimin müavini vəzifəsinə təyin olunub. 29 mart 2015-ci ildə Respublika Təcili Yardım Stansiyasının direktoru vəzifəsinə təyin olunub.
Mürsəl Kazımlı
Mürsəl Kamil oğlu Kazımlı (23 iyul 1992, Bakı, Azərbaycan — 23 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mürsəl Kazımlı 23 iyul 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə alıb. 2002-2007-ci illərdə 36 saylı musiqi məktəbinin tar sinfində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 2010-cu ildə 613 balla UNEC-in Mühasibat uçotu və audit fakültəsinə daxil olub. 2014-ci ildə universiteti zərbəçi kimi bitirib. Məzun olduqdan sonra həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini Gəncə, Naftalan və Tərtər artilleriya korpusunda rabitəçi kimi başa vurub. Əmək fəaliyyətinə 2016-cı ildə 2 saylı Tibb kollecində mühasib kimi başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mürsəl Kazımlı Füzulinin azad edilməsində savaşıb.
Mürsəl Nəcəfov
Nəcəfov Mürsəl Nəcəfqulu oğlu (20 sentyabr 1918, Bakı – 1997) — Azərbaycan sənətşünası, sənətşünaslıq doktoru (1969), professor (1972), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). 1946–1948 illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri, 1977–1982 illərdə isə katibi olmuşdur. == Həyatı == Mürsəl Nəcəfov 20 sentyabr 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Rəssamlıq Texnikumunda oxumuş, oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. 1936-cı ildən əmək fəaliyyətinə başlamış, Azərbaycan SSR Nazirlər Sovetində Təsviri sənət bölməsinə rəhbərlik etmişdir. İki ildən sonra Rəssamlıq Texnikumunun direktoru təyin olunmuş və Azərbaycan Rəssamlar İttifaqının məsul katibi seçilmişdi. O, sərgilərdən aldığı təəssüratlarını dövri mətbuatda obyektiv şəkildə dərc etdirirdi. İkinci Dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş, Yuqoslaviyaya qədər döyüş yolu keçmişdir. "Qırmızı ulduz" ordeni və müxtəlif medallara layiq görülmüşdür. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, eyni zamanda Bakı Rəssamlıq Texnikumunun direktoru vəzifəsinə təyin olunmuşdur.
Mürsəl Qarayev
Mürsəl Əbülfəz oğlu Qarayev (4 noyabr 1919, Fatmayı, Bakı qəzası – 26 sentyabr 1975, Bakı) — Azərbaycan cərrahı, tibb elmləri doktoru, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı. == Həyatı == Mürsəl Qarayev 4 noyabr 1919-cu ildə Fatmayıda həkim-pediatr, Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. 1938-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1942-ci ildə buranın müalicə-profilaktika fakültəsini bitirmişdir. O, hələ institutun sonuncu kursunda oxuyarkən hospital cərrahiyyə kafedrasında subordinator kimi cərrahi fəaliyyətə başlamışdır.Mürsəl Qarayev institutu bitirdikdən sonra 1942-ci ilin avqustun 25-də sovet ordusu sıralarına çağırılır. O, Qafqaz cəbhəsi 65-ci xüsusi moto-atıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah çalışır. Yaralandıqdan və bir müddət müalicə olunduqdan sonra 1943-cü ilin avqust ayından 1945-ci ilin oktyabrınadək döyüşən orduda, 482-ci Tibb-Sanitar Batalyonunda həkim-cərrah kimi xidmət edir. O, müharibə dövründə ön cəbhələrdə olmuşdur. 10-cu qvardiya korpusunun 4-cü briqadasında xüsusi atıcı qvardiya batalyonunda həkim-cərrah vəzifəsində çalışmışdır. M. Qarayev Novorossiysk, Mozdok, Qroznı, Georgiyevsk və Krasnodar uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Kursk dairəsi döyüşlərində isə hərbi eşalonun baş həkimi olmuşdur. Budapeşt ətrafındakı döyüşlərdə daha bir dəfə yaralandıqdan sonra o, ordudan tibb xidməti kapitanı rütbəsində tərxis olunmuş, bir sıra orden, medal və başqa təltiflərə layiq görülmüşdür.M. Qarayev Vətən Müharibəsi Veteranları Cəmiyyətinin üzvü olmuşdur.
Mürsəl Qocayev
Qocayev Mürsəl Eyvaz oğlu - jurnalist. == Həyatı == 1926-cı il martın 21-də Zəngilan rayonunun Sarallı Xəştab kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibati ərazisinə daxil idi) anadan olmuşdur. 1944-cü ilin oktyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakultəsinə daxil olmuş, 1948-ci ildə bitirmişdir. 1948-49 tədris ilində Qubadlı qəsəbə orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, 1953-55-ci illərdə tədris hissə üzrə direktor müavini işləmişdir. 1955-ci ilin yanvarında Qubadlı rayon partiya komitəsində ideoloji şöbə müdiri, 1957-ci ilin oktyabrında isə rayon “Avanqard” qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmişdir. 1961-ci ildə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş Zəngilan, Qubadlı, Cəbrayıl rayonları üzrə istehsalat birliyi təşkil olunmuşdur. Bu zaman həmin birlik üzrə Azərbaycan MK və Azərbaycan NS-nin həftədə 4 dəfə dərc olunan rayonlararası “Kolxozçu” qəzeti nəşr olunmağa başlamışdır. O, həmin qəzetin Qubadlı və Zəngian üzrə xüsusi müxbiri təyin olunmuş və 1963-cü ilin əvvəlinə kimi işləmişdir. 1963-cü ildə Qubadlı, Zəngilan və Laçın rayonu üzrə rayonlararası “Kənd həyatı” qəzeti təşkil olunarkən həmin qəzetin redaktoru təyin olunmuş və 1965-ci ildə həmin rayonlar ayrılıb özlərində qəzet buraxmağa başlanandan sonra o, “Kənd həyatı” rayon qəzetində redaktor fəaliyyətini davam etdirmişdir. 1986-cı ildə təqaüd yaşına çatsa da onu vəzifədən azad etməmişlər.
Mürsəl bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mürsəl İbrahimov
Mürsəl Qorxmaz oğlu İbrahimov (20 sentyabr 1970, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2023). == Həyatı == Mürsəl Qorxmaz oğlu İbrahimov 1970-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. M. İbrahimov 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib. M. İbrahimov 1992–1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində taqım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib. 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Bir müddət "Kapital Bank" ASC Təhlükəsizlik Departamentin direktoru olub. Azərbaycan Prezidenti İlham Əliyevin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Mürsəl İsayev
Mürsəl İsayev (tam adı: İsayev Mürsəl Məhəmmədhüseyn oğlu; 1 yanvar 1949, Xok, Noraşen rayonu) — 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri. == Həyatı == İsayev Mürsəl Məhəmmədhüseyn oğlu 1 yanvar 1949-cu ildə Şərur rayonunun Xok kəndində anadan olub. 1973-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. 1986-cı ildə SSRİ Daxili işlər Nazirliyinin Ali Milis Akademiyasının Rostov filialını bitirmişdir. == Fəaliyyəti == 1976-cı ildən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi sistemində bir sıra məsul vəzifələrdə, o cümlədən 1988-ci ildən Naxçıvan şəhər daxili işlər şöbəsinin rəisi,1989-cu ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi cinayər axtarış şöbəsinin rəisi,1993-cü ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirinin müavini vəzifələrində çalışmışdır. 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri olmuşdur. 2001-ci ildən istifedadır.1995-ci ildən olan polis general-mayorudur. == Təltif və mükafatları == SSRİ-nin əməkdar çekisti-1986. Azərbaycan Respublikasının "əlaçı polis işçi", == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı.
Mürsəl Əliyev
Mürsəl Əliyev (tam adı: Mürsəl İldırım oğlu Əliyev; 31 dekabr 1959, Sırxavənd, DQMV) — texnika elmləri doktoru, professor, Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində çalışmışdır. == Həyatı == Mürsəl İldırım oğlu Əliyev 31 dekabr 1959-cu ildə Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar vilayətinin Ağdərə rayonunun Sırxavənd kəndində anadan olmuşdur. 1977-ci ildə M.Ə.Sabir adına Sırxavənd kənd orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Neft-kimya İnstitutunun (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mexanika fakültəsinə qəbul olmuşdur. 16.01.1978-ci ildə Bakı Məişət Kondisioner Zavodunda əmək fəaliyyətinə başlamışdır. 1979-81-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra Bakı Məişət Kondisioner Zavoduna yenidən işə qəbul olunmuş və eyni zamanda Ali təhsilini davam etdirmişdir. Mürsəl İldırım oğlu Əliyev 21 fevral 2003-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Qərarı ilə "Texnika elmləri namizədi" Alimlik dərəcəsini, 3 iyul 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ətraf mühitin aerokosmik monitorinqi kafedrası üzrə Dosent elmi adını almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 oktyabr 2008-ci il tarixli qərarı ilə Mürsəl Əliyevə Texnika Elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 6 iyun 2012-ci il tarixli qərar ilə Mürsəl İldırım oğlu Əliyev "Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və metodları" ixtisası üzrə Professor elmi adına layiq görülmüşdür. == Ailəsi == Ailəlidir, 3 övladı, 8 nəvəsi var.
Mürsəl Ocağı Türbəsi
Mürsəl ocağı türbəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Haqqında == Şəhərin mərkəzi bazarının yanında olan "Mürsəl ocağı" türbəsi şəhərin Əttarlar məhəlləsindəki köhnə qəbiristanlıqda tikilib. Sovet dövründə 1954-cü ildə qəbiristanlığın ərazisində şəhər mərkəzi bazarı salınmışdır. Türbə indi həmin bazarın ərazisindədir. Türbə restavrasiya olunaraq XX əsrə aid memarlıq abidəsi kimi qorunur.
Mürsəl bəy Sədrəddinbəyov
Mürsəl bəy Həsən bəy oğlu Sədrəddinbəyov (Şəki)— Nuxa Qəza Polis İdarəsinin rəisi, Nuxa qubernatoru, Müsavat Partiyasının üzvü. == Həyatı == Mürsəl bəy Sədrəddinbəyov Şəkidə anadan olmuşdur. Hacı Çələbi xanın nəslindəndir. Müsavat Partiyasının Şəki özəyinin üzvü olmuşdur. O, partiyaya cəlb etdiyi polis idarəsinin əməkdaşları Əhmədağa Yusifbəyov və Zahidin vasitəsi ilə Müsavat ideyalarını təbliğ edir, onun sıralarını artırırdı. Mürsəl bəyin qurduğu təbliğat sisteminin təsir dairəsi Şəkinin hüdudlarını aşaraq Qəbələ və Ərəş nahiyələrini də əhatə edirdi. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında Şəkidən Şirəli bəy Əmircanov, Mürsəl bəy Sədrəddinbəyov iştirak edirdilər. == Ailəsi == Yazıçı Bəhram Çələbinin atası Nütvəli bəyin ata bir, ana ayrı qardaşıdır. Mürsəl bəyin atası Həsən bəy bir neçə dəfə evlənmişdir. Sonuncu izdivacından üç oğul: Nütvəli, Ələkbər, Niyazi və bir qız Təhminə xanım dünyaya göz açmışlar.
Mürsəl bəy Şahsuvarov
Şahsuvarov Mürsəl bəy Adilxan bəy oğlu (19 iyun 1900, Minkənd, Zəngəzur qəzası – 6 may 1971, Bakı) — Cümhuriyyət tələbəsi, həkim, professor. == Həyatı == Mürsəl bəy Adilxan bəy oğlu 1900-cü ilin iyun ayının 19-da Zəngəzur qəzasının Minkənd kəndində anadan olmuşdu. Mürsəl Şahsuvarov əvvəlcə Gəncədə, sonra isə Tiflisdə təhsil almışdır. Arxivdə onun Tiflisdəki İmperator Aleksandrın adına gimnaziyanı bitirməsi barədə sənəd vardır. 310 saylı Kamal Şəhadətnaməsindən məlum olur ki, Şahsuvarov Mürsəl Ədilxan oğlu 1913-cü ildə Tiflis oğlan gimnaziyasına daxil olmuş və oranı 1918-ci il fevralın 18-də bitirmişdir. 1919-cu il noyabr ayının 23-də M. Şahsuvarovun Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinə ünvanladığı ərizəsində deyilir: "Sizdən xahiş edirəm ki, məni Almaniyaya Tibb İnstitutuna daxil olmaq üçün hökumət hesabına ezam edəsiniz." Mürsəl bəy Şahsuvarov Münhen Universitetinin tibb fakültəsini uğurla bitirib… Vətənə qayıtmamışdır. İstedadlı gənc təbibi alman həmkarları Hamburq şəhərində ixtisasına görə işlə təmin etmişlər. O, bir neçə il Tropik Xəstəliklər İnstitutunda çalışmışdır. Gənc alim burada dissertasiya müdafiə edərək, tibb elmləri doktoru adını almışdır. Azərbaycanlı alim Hamburqda tanış olduğu alman qızı Marqarita xanımla nikah bağlayıb, ailə qurmuşdur.
Vüqar Mürsəl oğlu Ələkbərov
Vüqar Ələkbərov (boksçu) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. Vüqar Ələkbərov (gizir) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, Vətən müharibəsi şəhidi.
Əflatun Mürsəl oğlu Həsənov
Mürsəl İbrahimov (SHÇDX rəisi)
Mürsəl Qorxmaz oğlu İbrahimov (20 sentyabr 1970, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2023). == Həyatı == Mürsəl Qorxmaz oğlu İbrahimov 1970-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. M. İbrahimov 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib. M. İbrahimov 1992–1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində taqım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib. 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Bir müddət "Kapital Bank" ASC Təhlükəsizlik Departamentin direktoru olub. Azərbaycan Prezidenti İlham Əliyevin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Mürsəl İbrahimov (dövlət xadimi)
Mürsəl Qorxmaz oğlu İbrahimov (20 sentyabr 1970, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2023). == Həyatı == Mürsəl Qorxmaz oğlu İbrahimov 1970-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. M. İbrahimov 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib. M. İbrahimov 1992–1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində taqım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib. 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Bir müddət "Kapital Bank" ASC Təhlükəsizlik Departamentin direktoru olub. Azərbaycan Prezidenti İlham Əliyevin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Anar Mürsəliyev
Anar Səfər oğlu Mürsəliyev (21 noyabr 2001, Xaçmaz – 22 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Mürsəliyev 21 noyabr 2001-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 2009-2019-cu illərdə orta təhsil almışdır. == Hərbi xidməti == Anar Mürsəliyev 8 yanvar 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.. Azərbaycan Ordusunun əsgəri olan Anar Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Mürsəliyev 22 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 25 oktyabrda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mürsəliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Mürsəliyev
Azər Mürsəliyev (6 iyun 1957, Bakı) — Azərbaycan mənşəli rus jurnalisti. == Həyatı == Azər Mürsəliyev 1957-ci il 6 iyulda Bakıda anadan olmuşdur. 1980-ci ildə Jdanov adına Leninqrad Dövlət Universitetini bitirmişdir. Müxtəlif vaxtlarda "Vışka", "Komsomolskaya pravda", "Moskovskie novosti" qəzetlərində xüsusi müxbir kimi çalışmışdır. 1996-cı ildən Kommersant qəzetində işləyir. 2005-ci ilə qədər siyasi şöbənin müdiri, 2005–2008-ci ilərdə baş redaktorun müavini vəzifəsini icra etmişdir. 2009-cu ilin yanvar ayından Kommersant qəzetinin baş redaktorudur.
Elməddin Mürsəlzadə
Elməddin Cəsur oğlu Mürsəlzadə (7 avqust 2000; əhmədbəyli, Samux rayonu, Azərbaycan — 17 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Mürsəlzadə 7 avqust 2000-ci ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə orta təhsil almışdır. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsinin “Bədən tərbiyəsi və idman müəllimliyi" ixtisasına qəbul olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Mürsəlzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü, kəşfiyyatçı və radiotelefonçu olaraq iştirak etmişdir. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Mürsəlzadə 17 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Nəşi doğulduğu Samux rayonunun Əhmədbəyli kənd qəbirsanlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mürsəlzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mürsəlzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mürsəlzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Elvin Mürsəliyev
Elvin Mürsəliyev (17 avqust 1988, Bakı) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2015-ci il Avropa Oyunlarının qalibi. == Karyerası == Elvin Mürsəliyev 2005-ci ildə Albaniyanın Tirana şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. 2006-cı ildə Elvin Mürsəliyev 17 yaşında Avropa Çempionatlarında debüt elədi. Rusiyada baş tutan turniri Elvin Mürsəliyev 15-ci pillədə başa vurdu. 2006 və 2007-ci illərdə gənclər arasında Avropa Çempionatlarında müvafiq olaraq 12-ci və 7-ci pillələrdə qərarlaşan Elvin Mürsəliyev 2007-ci ilin avqustunda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Həmin ilin sentyabrında isə 18 yaşlı Elvin Mürsəliyev Dünya Çempionatlarında debüt elədi. Amma bu debüt uğursuz oldu və o, turniri 45-ci pillədə başa vurdu. 2008-ci ildə isə Elvin Mürsəliyev İstanbulda gənclər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.2009-cu ilin əvvəlində Elvin Mürsəliyev Fransada Kristo Lutte beynəlxalq turnirində gümüş medala sahib olsa da, il ərzində Avropa Çempionatı və Qızıl Qran-Pri beynəlxaq turnirini müvafiq olaraq yeddinci və beşinci pillələrdə başa vurdu. 2010-cu ilin aprelində isə Elvin Mürsəliyev Azərbaycanda baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.2011-ci ildə Elvin Mürsəliyev ciddi uğura imza ata bilmədi və sadəcə Qızıl Qran-Pri beynəlxalq turnirinin gümüş medalına sahib oldu. 2012-ci ildə də Elvin Mürsəliyev uğura imza ata bilmədi və il ərzində sadəcə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
Minaxanım Mürsəlova
Minaxanım Əli Ağa qızı Mürsəlova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Minaxanım Əli Ağa qızı Mürsəlova 1932-ci il avqustun 10-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1950-ci ildə Bakı şəhər 46 saylı orta məktəbi gümüş medalla bitirdikdən sonra, həmin ildə Azərbaycan Sənaye İnstitutunun (ASİ) neft-texnologiyası fakültəsinə daxil olmuşdur. 1955-ci ildə ASİ-ni neft və qaz ixtisası üzrə bitirdikdən sonra, 1955-58-ci illərdə Yeni Bakı Neftayırma zavodunda operator və baş operator vəzifələrində işləmişdir. == Elmi fəaliyyəti == 1958-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və onun Sumqayıt Filialında kiçik və böyük elmi işçi vəzifələrində elmi fəaliyyətdə olmuşdur. 1974-95-ci illərdə Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, laboratoriya müdiri və direktorun elmi işlər üzrə müavini vəzifəsində işləmişdir. 1995-ci ildən indiyə kimi “Dənizneftqazlayihə” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda “Səthi-aktiv maddələr” laboratoriyasına rəhbərlik edir. 1965-ci ildə “Alkilbenzolsulfatlar və onların sinergetik kompozisiyalarının xassələrinə aktiv əlavələrin təsirinin tədqiqi”mövzusunda namizədlik, 1996-cı ildə isə “Neft, qaz kondensatı yataqları üçün çoxfunksiyalı parafin və duz çökmə inhibitorları” mövzusunda “Neft-kimyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. M.Ə.Mürsəlova asfalt-qatran-parafin, qeyri-üzvi duzların çökməsi, emulsiyaların əmələ gəlməsi və neft-kondensat xammalının hasilatı, yığılması, hazırlanması, nəqli və emalı sistemlərində qarşıya çıxan mürəkkəbləşmələrin qarşısının alınması kimi mühüm və aktual elmi-texniki məsələlərin həll edilməsi istiqamətində tədqiqatlar aparmışdır. Onun tərəfindən aparılan sistemli tədqiqatlar nəticəsində neft və qaz sənayesində çoxməqsədli yüksək təsir effektivliyinə malik inhibitorların yaradılmasının yeni istiqamətinin elmi əsasları müəyyən edilmişdir.
Mürsəliqışlaq
Mürsəliqışlaq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Mürsəlli
Mürsəlli (İmişli) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Mürsəlli (Sabirabad) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.

Значение слова в других словарях

застила́ть Ориони́ды попу́таться разрисо́вка фильмоста́тный всплыва́ние гибри́дный игре́ц куда́ лега́льный неправдоподо́бие рои́ться Стри́бог текстово́й aerodynamic cellular telephony eventilation municipality open secret pea green Shoshone sixty-fourth выжать зажужжать пререкаться