MÜSADİRƏ
MÜSAHİBƏ
OBASTAN VİKİ
Mirhaşım Talışlı Müsafir
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Müsafir ibn İbrahim
Müsafir ibn İbrahim (v. 1067) — Salarilərin hakimiyyətdə olmuş son nümayəndəsi. Qardaşı Cüstanı əvəz etmiş, 1062-ci ildə Toğrul bəyə 100.000 dinar bac vermişdi. Həmin il Xaşxaşilər tərəfindən öldürülmüşdür.
Məhəmməd ibn Müsafir
Məhəmməd ibn Müsafir əl-Deyləmi əl-Kanqari (v. 953) — Salarilərin banisi, Tarım hakimi. == Həyatı == Həyatının ilkin dövrlərinə aid məlumat yoxdur. 916-cı illərdə artıq Tarım hakimi kimi bilinirdi. === Cüstanilərlə münasibətlər === 919-cu ildə III Cüstanın öldürülməsi onun üçün Cüstanilərin işinə qarışmağa bəhanə oldu və taxta çıxan qardaşı Əli ibn Vəhsudanı və ondan sonra digər qardaş Xosrov Firuzu məğlub etdi. Taxta onun oğlu Mehdi Siyahçeşmi oturaraq Cüstaniləri öz vassalına çevirdi. === Ziyarilərlə münasibətlər === 930-cu ildə Mərdavicin hücumuna məruz qalan Məhəmməd onunla diplomatik danışığa getdi və vassalı olduğu Əsvar ibn Şiruyəyə üsyan qaldırmağa sövq etdi. Məhəmmədin köməyi ilə Mərdavic üsyan qaldırdı və Ziyarilər dövlətini qurdu. == Devrilməsi == Məhəmmədin zülmkar hakimiyyəti 941-ci ildə oğulları Mərzban və Vəhsudan tərəfindən devrilməsinə gətirib çıxardı. O Tarımda həbs olunaraq hakimiyyəti Vəhsudana verməli oldu.
Əbül-Müsafir Fəth
Əbül-Müsafir Fəth ibn Əbu Sac (İran – 929, Ərdəbil) — Məhəmməd ibn Əbu Sacın ikinci oğlu, Sacilərin son əmiri. 928-ci ilin fevralında hakimiyyətə başlamış, 929-cu ildə öz qulamı tərəfindən öldürülmüşdür. Oğlu Əbül Fərəc xəlifə ordusunda sərkərdə idi. Azərbaycan əmirliyinə ondan sonra Vasif əl-Şirvani gətirildi. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R. N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249.
Şeyx Adi bin Müsafir
Şeyx Adi bin Müsafir (ərəb. عدي بن مسافر الاموي‎; kürd. Şêx Adîyê Şamiyê kurrê Misafirî) - Yezdanizm inancının əsas filosoflarından biri. Yezidilər tərəfindən müqəddəs olaraq qəbul edilən şəxs. Şeyx Adi bin Müsafir Adâvv’îyye Sufi təriqətinin qurusucu hesab olunur. 1075-1162-ci illər arasında yaşamışdır. Qısaca Şeyx Adi olaraq adlandırılan Şeyx Adi bin Müsafir bu gün Livan ərazisində yerləşən Bekka vadisində 1075-ci ildə dünyaya gəlmişdir. Dönəminin tanınmış filosları Əbu Hamid əl-Qəzali və Qadiriyyə təriqətinin qurucusu olan Əbdülqadir Gilaniin əsərlərindən təsirlənmişdir. 1116-cı ildə Məkkəni ziyarət etdikdən sonra, İraqın şimalında yerləşən Laliş məbədində yaşamağa başlamışdır. 1162-ci ildə vəfat etməsinin ardından həmin məbəddə dəfn olunmuşdir.
Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası
Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası — yaşayış evi və müsafirxana Hacı Mahmud əfəndinin yaşayış evi Aslanbəyli kəndinin qərb qurtaracağında yerləşir. Bu ev qonşuluqdakı müsafirxana (qonaq evi) və məscid ilə birlikdə vahid bir kompleks təşkil edir. Yerli daşdan tikilən bina XIX yüzilliyin imkanlı kənd sakinlərin mülkləri üçün səciyyəvi olan bir görkəmə malikdir. Soykökü Aslanbəylidən olan Hacı Mahmud əfəndi 150 il əvvəl Türkiyədə dini təhsilini başa vurandan sonra doğma yurda qayıtmışdır. Öz kəndində əsl din adamı kimi tanınır. O camaatın mənəvi atası, müəllimi, həm də himayədarı olmuşdur. Hacı Mahmud əfəndi Türkiyənin Amasiya şəhərində ustadı və mürşidi Seyyid Nigarinin qəbri üstündə böyük bir məscid tikdirmişdir. Məscid indi də durur və onun üzərində Hacı Mahmud əfəndi tərəfindən tikdirilməsi haqqında lövhə vurulub. Hacı Mahmud əfəndinin nüfuzundan ehtiyatlanan çar hökuməti onu Şeyx Şamilin dəstəkləməsində günahlandırıb qazamata salır. Xeyli qazamatda saxladıqdan sonra xalqın mənəvi atasını azad etməyə məcbur olur.

Значение слова в других словарях

би́знес-семина́р газо́новый обвя́ление плаце́нта по-воро́ньи препну́ть промётывать расколупа́ть акрихи́н газообме́н насажда́ть сто́чный электора́т choiceful effranchise fat test folder green ban necessitous paint thinner smokescreen staring-quarter stenopaic завершаться рыболовецкий