MÜSBƏT
MÜSƏDDİQ
OBASTAN VİKİ
Aşıq Müseyib
Aşıq Müseyib (Nəsibov Müseyib Qasım oğlu; d. 1909 – v. ?) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Müseyib 1909-cu ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Göyçə mahalının Cil kəndində dünyaya gəlmişdir. Aşıqlar nəslinin nümayəndəsi olan Aşıq Müseyibin daha üç qardaşı Aşıq Oruc, Aşıq Kazım və Aşıq Əli bu sənətin, yəni atası Aşıq Qasımın sənət davamçıları olmuşlar. Aşıq Müseyibin müəllifi oldugu "Qaragöz" mahnisi və öz ifasında yüksək zil səslə oxuduğu bir çox belə mahnıları hələ də xalq tərəfindən sevilməkdədir. O, 1988-ci ildə ermənilər tərəfindən başlanmış siyasi münaqişələrdən sonra Azərbaycana köçmüşdür və Bakıda yaşayıb dünyasını dəyişmışdir.
Müseyib Allahverdiyev
Allahverdiyev Müseyib Abdulla oğlu (22 aprel (5 may) 1909, Dağ Kəsəmən, Qazax qəzası – 19 may 1969, Qazax) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Müseyib Allahverdiyev 1909-cu ildə Qazax rayonun Dağkəsəmən kəndində dünyaya göz açmışdır. 1936-cı ildə hərbi siyasi məktəbi bitirib və 1941-ci ildə könüllü olaraq orduda xidmətə getmişdir. Böyük Vətən müharibəsində batalyon komandiri olub. Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarında Moskva altındakı döyüşlərdən başlayaraq Budapeştə qədər döyüş yolu keçmişdir. Mayor Müseyib Allahverdiyevin komandir olduğu batalyon Dnepri keçərək Macarıstan ərazilərində ağır döyüşlərdə iştirak etmişdir. Batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilmiş və 2200 nəfəri əsir alınmışdır. M. Allahverdiyev Budapeştin azad edilməsi əməliyyatında da iştirak etmişdir.Müharibədə göstərdiyi şücaətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.Qazax və Ağstafa rayonlarının yeganə Sovet İttifaqı Qəhrəmanıdır.19 may 1969-cu ildə vəfat edib. Qazax avtovağzalının qarşısında büstü qoyulub. == İstinadlar == == Xarici keçidlər == Аллахвердиев Мусеиб Абдулла оглы 9may.az.
Müseyib Bağırov
Müseyib Bağırov (tam adı: Bağırov Müseyib Bağır oğlu; 30 iyun 1915 - 17 may 1981) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Gəncə şəhərində dünyaya göz açmış, Bakı dənizçilik texnikumunu qurtarmış (1933) və 1941-ci ildə orduya xidmətə getmişdir. Hərbi məktəbi 1943-cü ildə bitirərək 4-cü ordu tərkibindəki 69-cu qvardiya atıcı diviziyasında bölmə komandiri olmuşdur.Qvardiya baş leytenant M.Bağırov Paltava vilayətinin Zenkov şəhəri ətrafındakı döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş, düşmən səngərinə birinci girərək onlarla faşisti məhv etmiş və ağır yaralansa da döyüş meydanını tərk etmişdir. 1944-cü ilin 22 fevralında ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Kapitan M.Bağırov 1945-ci ilin oktyabrında hərbi xidmətdən tərxis edilərək Bakıda işləməyə başlamışdır.
Müseyib Cəfərov
Müseyib Cəfərov — cüdo üzrə dəfələrlə Azərbaycan çempionu və məhkum qatil. == Həyatı == Müseyib Cəfərov 11 oktyabr 1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə yeniyetmələr arasında Azərbaycan çempionudur. 2000-ci ildə Ankara turnirində II yer, Avropa Birinciliyində III yer, İzmir turnirində I yer, Gürcüstan turnirində III yer. 2002-ci ildə Azərbaycan Birinciliyinin qalibi olub.
Müseyib Dadaşov
Müseyib Mirzə oğlu Dadaşov (23 mart 1896, Balaxanı, Bakı qəzası – 13 avqust 1981, Bakı) — Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X deputatı, Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon, Astara Rayon və Gədəbəy Rayon komitələrinin birinci katibi. == Həyatı == Müseyib Dadaşov 1896-cı ildə Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1912–ci ildən Xəzər-Qara dəniz mexaniki emalatxanalarının çilingəri olaraq işləməyə başlamışdır.1957-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Müseyib Dadaşov 13 avqust 1981-ci ildə vəfat etmişdir. Vəfatı ilə bağlı "Kommunist" qəzetinin 14 avqust 1981-ci il tarixli nəşrinin 2-ci səhifəsində məlumat verilmiş, məlumatın sonunda Heydər Əliyev, Kamran Bağırov, Həsən Seyidov, Süleyman Tatlıyev, Lidiya Rəsulova, Ramiz Mehdiyev, Həsən Həsənov kimi dövlət xadimlərinin imzası əlavə olunmuş idi. O, Fəxri Xiyabanda dəfn olunmuşdur. == Siyasi fəaliyyəti == Müseyib Dadaşov 1917-ci ilin mart ayında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına daxil olmuşdur. Fevral inqilabından sonra Balaxanı Rayon Deputatları Sovetinin deputatı olmuşdur. Bakı Kommunası dövründə Müseyib Dadaşov Balaxanı Rayon Qızıl Qvardiya Qərargahının üzvü olmuşdur.Aprel işğalından sonra aktiv siyasi fəaliyyətinə açıq şəkildə davam edən Müseyib Dadaşov Azərbaycan LKGİ-nin I Qurultayının təşkilatçılarından olmuş və Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvü seçilmişdir.1921-ci ildə Müseyib Dadaşov Kommunist İnternasionalının III Konqresində iştirak etmişdir.Müseyib Dadaşov 1933-cü ilədək Azərbaycan Kommunist Partiyası Nuxa, Şamaxı, Lənkəran qəza komitələrində çalışmış, 1933–1937-ci illərdə Azərbaycan Kommunist Partiyası Yardımlı, Astara və Gədəbəy rayon komitələrinin birinci katibi vəzifəsində çalışmışdır. 1938-ci ildən isə rəhbər təsərrüfat işində fəaliyyətə başlamışdır.
Müseyib Dilbazi
Müseyib Osman ağa oğlu Dilbazi (9 sentyabr 1923, Musaköy – 9 sentyabr 2011, Qazax) — Qazax şəhər sovetinin deputatı, Qazax Rayon Veteranlar Şurasının sədri. == Həyatı == 1923-cü il sentyabrın 9-da Xanlıqlar kəndində anadan olmuşdur. Gəncədə 5-ci komsomol məktəbini bitirmişdir. Bu şəhərdə Tibb Texnikumunda diş həkimliyi ixtisasına yiyələnmişdir. Atası Osman ağa 1938-ci ildə basmaqəlib "xalq düşməni" ittihamı ilə həbs edildikdən sonra ailəliklə çətin günlər görmüşdür. Texnikum təhsilini başa vurduqdan sonra bir müddət Qazaxdan aralı yerlərdə — 1939-cu ildən 1941-ci ilin iyun ayınadək Bərdədə həkim, o mahalın Şirvanlı kənd həkim məntəqəsinin müdiri işləmişdir. Böyük Vətən müharibəsi başlanandan bir neçə gün sonra — iyunun 26-da könüllü olaraq cəbhəyə yollanan Müseyib Dilbazi Qərbi Ukraynada döyüşlərə qatılır, onun xidmət etdiyi hərbi hissə İvanovo-Frankovskdan Kiyevə qədər ağır müdafiə döyüşləri apara-apara geri çəkilir. "Diviziyamız canlı qüvvə sarıdan böyük itkilər vermişdi. Kiyev ətrafından bizim hissəni götürüb Tula ətrafında gedən vuruşmalar rayonuna atdı- lar, orada yaralandım. Sağaldıqdan sonra yenidən öz hissəmə — 151-ci diviziyaya gəldim", — deyə Müseyib Dilbazi xəyalən o illərə qayıdaraq danışırdı.
Müseyib Müseyibov
Müseyib Ağababa oğlu Müseyibov (5 may 1927, Qaraxanlı, Tovuz rayonu – 4 sentyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı == Müseyib Müseyibov 1927-ci il may ayının 5-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. Orta və ali məktəbi İkinci dünya müharibəsi illərində bitirmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) aspiranturaya daxil olmuş, 1954-cü ildə "Ceyrançölün geomorfologiyası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, 27 yaşında coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır. == Fəaliyyəti == 1954-cü ildən ADU-nun Fiziki coğrafiya kafedrasında çalışmış, 1955-ci ildə dosent vəzifəsinə seçilmiş və 1960-cı ildən həmin kafedraya rəhbərlik etməyə başlamışdır. Müəllimləri Heydər Əfəndiyev, Məmmədəmin Salayev, Hadı Əliyev, Abdulla Şahbazov və başqalarının əhatəsində elmi fəaliyyətini davam etdirərək, 1963-cü ildə "Orta Kür əyilməsinin geomorfologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1964-cü ildə professor elmi adı almışdır. Ötən əsrin 70-ci illərindən keçmiş SSRİ Ali Təhsil Nazirliyinin Ali Coğrafiya Təhsili elmi-metodik şurasının (hazırda Rusiya Federasiyasında) üzvü, Azərbaycan SSR Ali Təhsil, sonralar Təhsil Nazirliyi elmi-metodik şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən BDU-nun Coğrafiya fakültəsinin dekanıdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə ekspert şurasının üzvüdür. Onun rəhbərliyi ilə 20-dən artıq elmlər doktoru və elmlər namizədi yetişmişdir.
Müseyib Zeynalov
Müseyib Saleh oğlu Zeynalov (27 yanvar 1978; Salyan, Azərbaycan SSR — 6 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Müseyib Zeynalov 1978-ci il yanvarın 27-də Salyan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Müseyib Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müseyib Zeynalov noyabrın 6-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub.
Müseyib İlyasov
Müseyib İlyasov (1884, Oğuldərə, Laçın rayonu – 1944, Karaqanda vilayəti) — Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri. == Həyatı == Müseyib İbrahim oğlu İlyasov 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur. M. İlyasov Minkənd kəndində olan Rus-Tatar məktəbində təhsil almağa başlamış sonra isə Şuşa şəhərində təhsilini davam etdirmişdir. Burda təhsilini tamamladıqdan sonra Qori Müəllimlər Seminariyasına daxil olmuş 1912-ci ildə Seminariyanı bitirmişdir. Şəxsiyyətə pərəstiş dövrünün acı havası xalqımızın minlərlə zəkalı və istedadlı oğullar kimi, maarif fədaisi olan Müseyib İlyasovu da ədalətsizlik məngənəsinə salmışdır. O, 1941-ci ilin sentyabr ayında cinayətkarcasına təşkil edilmiş saxta ittiham əsasında həbs edilmiş, cinayəti sübut olunmasada, 8 il həbs cəzası ilə azadlıqdan məhrum edilmişdir. 1944-cü idə 60 yaşında Karakanda şəhərində həbsdə vəfat etmişdir. 1956-cı ildə onun cinayət işində heç bir cinayət tərkibi olmadığı aşkar edilmiş və Müseyib İlyasova ölümündən sonra bəraət verilmişdir. == Fəaliyyəti == Müseyib İlyasov Seyid Əzim Şirvaninin nəvəsi olam Mir Fazilin müdir olduğu məktəbə müllim təyin edilmiş və 1920-ci ilədək Bakıda,Qubada məktəbdə işləmişdir. 1920-ci ildə Şuşa şəhərində açılan Müəllimlər Seminariyasının dərilmüllimin yaradıcılarından olmuş və 1925-ci ilədə Seminariyanın direktoru olmuşdur.
Müseyib Şahbazov
Müseyib Əli oğlu Şahbazov (1898, Petrovsk-Port, Dağıstan vilayəti – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, inqilabçı, Azərbaycan SSR xalq maarif komissarı (1932–1933, 1935–1937). == Həyatı == Müseyib Əli oğlu Şahbazov 1898-ci ildə Dağıstan vilayətinin Petrovsk-Port şəhərində (hazırkı Mahaçqala) xırda tacir ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində aldıqdan sonra atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirmişdir. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq etmişdir, onda ictimai işlərlə maraqlanmağa başlamışdır.Məktəb yaşlarından ictimai həyatla yaxından maraqlanaraq bədii dərnəklərə qoşulmuş və qadağan edilmiş kitablar oxumuşdur. Tədricən marksist ədəbiyyatını öyrənməyə, fəhlə yığıncaqları və mitinqlərə getməyə başlamışdır. Onun inqilabi fəaliyyətinin ilk dövrləri Dağıstanda keçmişdir. Sonra hökumət tərəfindən təqiblərə məruz qalmış və Həştərxana getmişdir. 1918-ci il aprelin əvvəlində Həştərxana gələn Müseyib Şahbazov, Nəriman Nərimanovun başçılıq etdiyi RK(b)P quberniya komitəsi yanında təşkil edilmiş müsəlman bölməsi ilə əlaqə yaratmış və partiya sıralarına qoşulmuşdur.Müseyib Şahbazov RK(b)P quberniya komitəsinin zəmanəti ilə Moskvaya oxumağa göndərilmiş, Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutunu bitirdikdən sonra XIII Ordunun siyasi şöbəsində işləməyə səfərbər edilmişdir. 1918-ci ildən həmin ordunun siyasi şöbəsində təbliğatçılıq etmiş, Həştərxanda "Hümmət" təşkilatının katibi, Dərbənd inqilab komitəsinin katibi, RK(b)P Cənubi Dağıstan və və Qaytaq-Tabasaran dairə komitələrinin katibi olmuşdur.1921-ci ildə Sovet Azərbaycanına gəlmiş, əvvəlcə əksinqilabla mübarizə aparan Fövqəladə Komissiyada işləməyə başlamış, sonra Gəncə Qəza İcraiyyə Komitəsinə rəhbərlik etmiş, Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləmişdir. 1923-cü ildən AK(b)P MK-nın təbliğat-təşviqat şöbəsinin müdiri, AK(b)P Gəncə Qəza Komitəsinin katibi işləmişdir.Müseyib Şahbazov 22 iyun 1929-cu ildə Tağı Şahbazinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Dövlət Universitetinə rektor seçilmişdir.
Müseyib Əmirov
Müseyib Arif oğlu Əmirov (24 dekabr 1963, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006). == Həyat və yaradıcılığı == Müseyib Əmirov 1963-cü ildə Bakıda rəssam Arif Əmirovun ailəsində dünyaya gəlmişdir. 1979-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1996-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam müəyyən müddət Azərbaycan Rəssamlıq Akademiyasında "Eksperimental rəsm" sinfi üzrə dərs demişdir.Rəssam bir çox beynəlxalq layihələrdə, eləcə də Parisdə, Vaşinqtonda, Lüksemburqda keçirilmiş sərgilərdə iştirak etmişdir. Onun bir sıra fərdi sərgiləri keçirilmişdir. Bunlardan 2014-cü ildə Bakıda "YARAT" Müasir İncəsənət Məkanında, 2015-ci ildə Müasir İncəsənət Muzeyində, həmçinin 2019-cu ildə Moskvada təşkil olunmuş sərgiləri qeyd etmək olar. Rəssamın əsərləri bir sıra muzey və qalereyalarda, Azərbaycan, Rusiya, ABŞ, İsveç, Fransa, Almaniya, Litva, Böyük Britaniya, Türkiyə, İtaliya, Danimarka və Norveçdə şəxsi kolleksiyalarda saxlanılır.Müseyib Əmirov Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülmüşdür.Azərbaycan SSR xalq maarifi komissarı Müseyib Şahbazovun nəvəsidir.
Müseyib bəy Əxicanov
Müseyib bəy Əxicanov, Axıcanov və ya Axıcanlı (Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov; 12 oktyabr 1892, Cavad qəzası – 30 aprel 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Bakı quberniyasının qubernatoru, Bakı quberniyası qubernatorunun köməkçisi. == Həyatı == Əxicanov Müseyib bəy Qəhrəman bəy oğlu 1892-ci ildə Cavad qəzasının Tomarxanlı kəndində (indiki İmişli rayonu) (sonradan onun yaxın və uzaq qohum əqrabası indiki İmişli rayonu Cəfərli kəndi yaxınlığına köçmüşlər və həmin ərazi Axıcanlı kəndi adlanır) anadan olmuşdur. O da Rəşid bəy Axundzadə ilə bir yerdə Kiyev Universitetinin Hüquq fakültəsini bitirib. Yusif Vəzir Çəmənzəminlinin ən yaxın dostlarından biri olub. Müseyib bəy Əxicanov Süleyman Ələsgərovun xalası oğludur. == Siyasi fəaliyyəti == Müseyib bəy 1918-ci ildə türk ordusu Bakını alandan sonra Fəthi bəy Bakının qubernatoru olanda onun müavini vəzifəsində çalışıb. Sonra bir müddət qubernator və Cümhuriyyət parlamentinin üzvü olmuşdur.Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na (1918, 19 noyabr) əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. "Müsavat" və bitərəflər fraksiyasının üzvü idi. == Xatirəsi == Məhəmməd Əmin Rəsulzadə 1954-cü ilin 28 mayında Ankarada Kültür Dərnəyindəki çıxışında "adları və xatirələri hamımıza əziz olanların" sırasında Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Səməd Paşa Mehmandarov, Abuzər bəy və Şeyxzamanovla yanaşı Müseyb bəy Axıcanovun da adını çox böyük ehtiramla çəkmişdi. Məhəmməd Əmin Rəsulzadə Müseyib bəy Əxicanovu Azərbaycanın İstiqlal Şəhidi adlandırmışdır.
Nəcəf Müseyibli
Nəcəf Müseyibli — Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, arxeoloq, tarix elmləri doktoru, professor. == Həyatı == Müseyibli Nəcəf Ələsgər oğlu 1964-cü il avqustun 2-də Naxçıvan MR-nın Sədərək kəndində doğulub. 1 №-li Sədərək orta məktəbini bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 1983–1985-ci illərdə hərbi xidmətdə olub. 1989-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyir. 1998-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyasını (mövzu: "Azərbaycanın qayaüstü işarə və damğaları (Qobustan və Gəmiqaya abidələrinin materialları əsasında)"), 2016-cı ildə isə elmlər doktoru dissertasiyasını (mövzu: "Ön Asiya-Qafqaz xalkolitində Leylatəpə mədəniyyəti") müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11 oktyabr 2019-cu il tarixli qərarı ilə "Arxeologiya" ixtisası üzrə professor elmi adını almışdır. 1998-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir.
Ülvi Müseyibli
Ülvi Şakir oğlu Müseyibli (27 noyabr 1991; İsmayıllı rayonu, Azərbaycan — 5 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Müseyibli 1991-ci il noyabrın 27-də İsmayıllı rayonunun Xəlilli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülvi Müseyibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Müseyibli noyabrın 5-də Hadrutun azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях

загу́бник заку́ривать отма́нивать палочкови́дный пома́ргивание разъярённо сме́ряться устраши́ться палатализа́ция сестри́ца субстантиви́рованный тетёшкаться трусить федери́рование глодать benthoscope colour film farraginous psychics room divider scamper suspension bridge вымучить латиноамериканский разноречивость