MÜTƏLLA
MÜTƏMADİ
OBASTAN VİKİ
Mütəllim Abbasov
Mütəllim Məhərrəm oğlu Abbasov - Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Reaktiv və dizel yanacaqları" laboratoriyasının baş elmi işçisi, Pedaqoji elmlər doktoru, kimya elmləri doktoru., == Həyatı == Mütəllim Abbasov 1957-ci il 20 oktyabrda Tər-Tər rayonu Cəmilli kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1975-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1975-1977-ci illərdə Tər-Tər rayonunda “Özbəkistan” kolxozunda çalışmşdır. 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki Tusi adına Azərbaycan Pedaqoji Universiteti) kimya-biologiya fakultəsinə daxil olmuş, 1982-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci ilərdə Tər-Tər rayonu Cəmilli kənd orta məktəbində müəllim işləmişdir. 1985-ci ildə AMEA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutuna (indiki Kataliz və Qeyri-Üzvi Kimya Institutuna) aspiranturaya daxil olmuşdur. 1988-ci ildə “Ga, İn//O, S üçlü sistemlərinin fiziki-kimyəvi xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-1998-ci illərdə həmin institutda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən hal-hazıradək AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
Mütəllim Dəmirov
Dəmirov Mütəllim Rəsul oğlu — xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. == Həyatı == Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb.
Mütəllim Həsənov
Mütəllim Həsənov (Həsənov Mütəllim Saleh oğlu; 25 fevral 1955. Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim. == Həyatı == Mütəllim Həsənov 25 fevral 1955-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1961–1972-ci illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. 1976–1993-cü illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir.30 oktyabr 1993-cü ildə Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildən hal-hazıra qədər Zəngilan rayonu 20 saylı orta məktəbində müəllim işləyir.Məktəb Həmkarlar Təşkilatının sədri kimi ictimai vəzifəni daşıyır. Ali kateqoriyalı müəllimdir. "İslahat" qəzetinin redaktor müavini, "Etiraf" qəzetinin redaktoru olmuşdur.Mütəllim Həsənov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatıdır.Ailəlidir. Bir oğlu və bir qızı var.
Mütəllim Mütəllimov
Mütəllim Kəblə oğlu Mütəllimov (1909, Ağcabədi, Şuşa qəzası – 1981, Bakı) — Azərbaycanlı xanəndə. == Həyatı == Mütəllim Mütəllimov 1909-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ muğam məktəbinin nümayəndəsi. 1930-cu ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çıxış edib. O, repertuar seçiminə diqqətlə yanaşmış, öz səsinə uyğun muğam və təsnifləri oxumuşdur. 1930 illərdən M.Mütəllimov Bakıda ADF-nin solisti olmuş, geniş konsert fəaliyyəti ilə məşğul olmuşdur. M. Mütəllimovun repertuarında «Çahargah», «Orta Mahur», «Bayatı-Şiraz», «Mirzə Hüseyn Segahı», «Şur» muğam-dəstgahları xüsusi yer tuturdu. O, mahir təsnif ifaçısı kimi də tanınmışdı, çox zaman təsnifləri silsilə şəklində yəni, ardıcıl olaraq «Rast» və ya «Segah» təsniflərini ifa edirdi. Muğamlara o, özünəməxsus həssaslıqla yanaşmışdır. Belə ki, «Segah» muğamının variantları onun ifasında incə lirizmi ilə, «Çahargah» və «Orta Mahur» muğamları döyüş ruhu ilə yadda qalmışdır.
Asəf Mütəllimov
Asəf Rəhman oğlu Mütəllimov (2 aprel 1966, Neftçala rayonu – 1993, Mərzili) — "Azərbaycan Bayrağı" ordeni kavaleri, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asəf Mütəllimov 1966-cı il aprel ayının 2-də Neftçala rayonunda anadan olmuşdur. == Hərbi xidməti == === Birinci Qarabağ müharibəsində iştirakı === Qarabağ döyüşləri zamanı könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş, Ağdərə, Tərtər, Ağdam ətrafında gedən döyüşlərdə xüsusi igidliklər göstərmişdir. PDM ekipajının mexaniki olaraq və onu digər iki döyüş yoldaşı Mərzili kəndi uğrunda gedən döyüşlərdə iştirak ediblər. Ermənistan Silahlı Qüvvələrinə məxsus 8 PDM-ni, 3 tankını ələ keçirib 30 canlı qüvvəsini məhv etmişdir. Asəf Mütəllimov 1993-cü ildə Ağdam rayonun Mərzili kəndində gedən döyüşlərdə həlak olmuşdur. Pirətavan qəbristanlığında dəfn edilmişdir. === Monte Melkonyanın öldürülməsi ilə bağlı === Onun və ekipajının "Abo" ləqəbli erməni terrorçusu Monte Melkonyanın maşınını atəşə tutması ilə bağlı versiya var. Nəticədə onun ekipajı tərəfindən terrorçu məhv edilmişdir. Bununla bağlı "258 nömrəli PDM-in ekipajı" sənədli film çəkilib.
Azad Mütəllimov
Azad Mütəllimov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 129 dəfə baş hakim olmuşdur. 2013-cü ildə keçirilmiş Tolerantlıq Kubokunun final oyununu idarə etmişdir.
Ağacavad Mütəllimzadə
Ağacavad Ələsgər oğlu Mütəllimzadə (14 avqust 1997, Maştağa – 22 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağacavad Mütəllimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağacavad Mütəllimzadə oktyabrın 22-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ​ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Firəngiz Mütəllimova
Firəngiz Mütəllimova (Firəngiz Bəhər qızı Mütəllimova; 1 may 1959, Ağcabədi) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü (2019). == Həyatı == Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb. Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Qumral ("Əliqulu evlənir", Sabit Rəhman), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Mələk ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Gülnaz ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Gülruh ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gülnaz ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Sonya ("Sizi deyib gəlmişəm", Anar), Firəngiz ("Təhminə və Zaur", Anar), Anna ("Həyatın dibində", Maksim Qorki), Reya ("Böyük Romul", F. Dürrenmatt), Tereza ("Biganələr oteli", Rüstəm İbrahimbəyov), Əsmər ("Günah", R. Əlizadə), Nisə xanım ("Lənkəran xanın vəziri", Mirzə Fətəli Axundzadə), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Nədidə ("Qanlı Nigar", Sadıq Şəndil), Aysulu ("Sokratı anma gecəsi", Çingiz Aytmatov və M. Şahanov), Arvad ("Mənim ərim dəlidir" ("Diaqnoz D"), Gülzar ("Poçt şöbəsində xəyal", Elçin), Sevər ("Bu dünyanın adamları", Hidayət Orucov), Həvva ("Varlı qadın", Əli Əmirli), Raisa ("Mesenat", Əli Əmirli), Nigar ("Qanlı Nigar", Sadıq Şəndil), Kərbəlayi Fatmanisə ("Almaz", Cəfər Cabbarlı) və s.
Mətləb Mütəllimli
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. == Həyatı == Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.Mətləb Mütəllimov ailəlidir, üç övladı var.
Mətləb Mütəllimov
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. == Həyatı == Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.Mətləb Mütəllimov ailəlidir, üç övladı var.
Nigar Mütəllimzadə
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. == Həyatı == Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Qəzənfər Mütəllimov
Qəzənfər Ədalət oğlu Mütəllimov (27 yanvar 1992; Sumqayıt, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qəzənfər Mütəllimov 1992-ci il yanvarın 27-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Qəzənfər Mütəllimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəzənfər Mütəllimov oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Tellur Mütəllimov
Tellur Uzdan oğlu Mütəllimov (8 aprel 1995-ci ildə Xaçmazda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qəbələ" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Qəbələ === Mütəllimov Avrokuboklarda debütünü 2016-cı ildə Gürcüstanın "Samtredia" klubuna qarşı oyunda etmişdir. UEFA Avropa Liqası 2016/2017 mövsümünün birinci təsnifat mərhələsində "Qəbələ" "Samtredia"ya 5-1 hesabı ilə qalib gəlmişdir. === Zirə === 30 dekabr 2017-ci ildə Mütəllimov Zirə klubu ilə iki illik müqavilə imzalamışdır. == Milli karyerası == Mütəllimov Azərbaycan milli komandası ilə debütünü 2017-ci ildə Qatar millisinə qarşı yoldaşlıq oyununda etmişdir. == Klub karyerası == === Klub === 19 Mart 2017 tarixində yenilənib === Milli komanda === 9 mart 2017-ci il məlumatlarına əsasən.
Tofiq Mütəllimov
Tofiq Mütəllimov — rejissor == Filmoqrafiya == Aman, ayrılıq (film, 1989) Astana (film, 1988) Azərbaycan-88 (film, 1988) Azərbaycan məktəbinin 60 illiyi (film, 1980) Azərbaycan Oktyabrın 70 illiyinə (film, 1986) Bizim Nəsibə xanım (film, 1991) Canlı naxışlar (film, 1987) Dağ rayonlarında ətlik heyvandarlıq (film, 1985) Dünyada yeganə (film, 1989) Füzuli-500 (film, 1997) Hüseyn Cavid (film, 1988) Hüseyn Ərəblinski (film, 1982) Xaldanda görüş (film, 1980) İcarədarlar (film, 1990) İmam Mustafayev. Ömürdən səhifələr (film, 1989) Molla Pənah Vaqif (film, 1990) Monoloq (film, 1987) Nəsirəddin Tusi (film, 1984) Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989) Poeziya bayramı (film, 1982) Şəbi-hicran (film, 1993) Torpaq haqqı (film, 1986) Yol hərəkətinin təhlükəsizliyi (film, 1988) Yüz ilin bir günü (film, 1987) 100 ilin astanasında (film, 1992)(II) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Təhsin Mütəllimov
Təhsin Mütəllim oğlu Mütəllimov (18 yanvar 1932, Naxçıvan) — Azərbaycan ədəbiyyat nəzəriyyəsi sahəsində görkəmli alim, tanınmış pedaqoq, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər bölməsi üzrə müxbir üzvü, professor, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru. == Həyatı == Təhsin Mütəllimov 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. T.Mütəllimov orta təhsilini Bakı şəhər 13 saylı məktəbdə başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1951-ci ildə Rəssamlıq məktəbində təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1957–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsində Məsləhət məntəqəsinin müdiri vəzifəsində çalışmışdır. 1961–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, 1963–1965-ci illərdə baş müəllimi vəzifələrində çalışmışdır.1978-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur. T.Mütəllimov 1961-ci ildə "Ə.Əbülhəsənin bədii nəsri" mövzusunda namizədlik, 1975-ci ildə isə "Ə.Haqverdiyevin sənətkarlığı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1965–1978-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, 1978-ci ildən isə professorudur. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.Ədəbiyyat nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis hesab olunan T.Mütəllimov görkəmli ədəbiyyatşünas və tənqidçi kimi şöhrət qazanmışdır. Alim 55 ilə yaxındır ki, Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərir.

Значение слова в других словарях

бескоры́стие гродена́плевый по-черепа́шьи погоре́вший пу́ля никако́й пога́ность приба́вка причёска соотве́тствовать электротя́га здоровый anuclear bugleweed cross-grained fawning glide indemnitee interviewee loge portside sancho дизель надеть шумиха