MÜTƏĞƏYYİR

sif.zərf [ ər. ] Dəyişmiş, başqalaşmış, əsil hal və surətini itirmiş, başqa hala (şəklə) düşmüş.
Padşahın qızı (mütəğəyyir): – Söylə, söylə! Ə.Haqverdiyev.
Fərhad bilirdi ki, Aslan onun halını mütəğəyyir görüb tez soracaq. C.Cabbarlı.

□ Mütəğəyyir olmaq – halı, sir-sifəti dəyişmək, haldan, sifətdən dönmək, pozulmaq.
Saqi, mütəğəyyir oldu halım; Söyləməyə qalmadı məcalım! Füzuli.

MÜTƏFƏKKİRANƏ
MÜTƏHƏRRİK

Digər lüğətlərdə