MÜTTƏHİM
MÜVƏQQƏTİ
OBASTAN VİKİ
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
5 mart 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında Fərman imzalamışdır. Ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdə öz əksini tapmış bu yeniliklər 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə edilmiş dəyişikliklər nəticəsində ölkə Konstitusiyasında təsbit edildi. == Ombudsman == Elmira Süleymanova ilk dəfə 2002-ci il 2 iyul tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçilmişdir. Ombudsmanın seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanılmışdır.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili
5 mart 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında Fərman imzalamışdır. Ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdə öz əksini tapmış bu yeniliklər 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə edilmiş dəyişikliklər nəticəsində ölkə Konstitusiyasında təsbit edildi. == Ombudsman == Elmira Süleymanova ilk dəfə 2002-ci il 2 iyul tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçilmişdir. Ombudsmanın seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman)-Naxçıvanda Ali Məclis tərəfindən seçilən ombudsman. == Tarixi == Naxçıvan Muxtar Respublikasında İnsan hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilmiş və yeni təsisat - Ombudsman təsisatı yaradılmışdır. 30 dekabr 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edilmişdir. Həmin qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi və onun statusu ilə bağlı əlavə və dəyişikliklər edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 fevral 2006-cı il tarixli üçüncü çağırış ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmişdir. == Müvəkkillər == Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ülkər Bayramova, ilk dəfə 11 iyul 2006-cı il tarixdə keçirilən üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin üçüncü sessiyasında, ikinci dəfə 28 dekabr 2013-cü ildə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında bu vəzifəyə seçilib. Hazırkı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva 16 iyul 2022-ci il tarixdə keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında bu vəzifəyə seçilib.
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalı
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 29 iyun 2022-ci ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalı Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 565-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Yubiley medalı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin, səmərəli əməkdaşlığın təşkilində və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə bu sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalının təsviri 2022-ci il 29 iyun tarixli 565-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Daxili çevrənin xaricində aşağı sol tərəfdən başlayaraq, qövs boyunca qızılı rəngli fonda "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatı" sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin aşağı hissəsinin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur. Daxili çevrənin içərisində yerləşən üzəri göy rəngli mina ilə örtülmüş dairəvi lövhənin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərdən yuxarı hissəyə doğru qövs boyunca dəfnə çələngləri təsvir olunmuşdur. Yuxarı hissənin mərkəzində dəfnə çələnglərinin arasında diametri 3 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur. Səkkizguşəli ulduzun aşağısında üç sətrə bölünməklə "20 il" sözləri və "2002–2022" rəqəmləri yazılmışdır. Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir.

Значение слова в других словарях

покуроле́сить спа́хиваться взбеси́ться вы́емчатый гала́нтно до последнего издыха́ния имби́рь отдаля́ть отшварто́вываться полеми́чный поучи́ться предпи́сывать предъявля́ть струи́ться твердоло́бость уплести́сь фитопланкто́н хуторя́нин дороб deposit-receipt hooter post partum prosper высокорентабельный дозволенный