MÜVƏKKİLLİK
MÜVƏQQƏTİLİK
OBASTAN VİKİ
Müvəqqəti fayl
Müvəqqəti fayl – temporary file (temp file) ~ временный файл ~ geçici dosya ~ müvəqqəti fayl – əməliyyat sisteminin, yaxud hər hansı başqa proqramın yaddaşda, yaxud diskdə yaratdığı fayl; müvəqqəti fayl iş seansı zamanı istifadə olunur, sonra isə məhv edilir. Müvəqqəti saxlama yeri – temporary storage ~ временное запоминающее устройство ~ geçici bellek ~ hesablamalar, çeşidləmə, yaxud veriliş zamanı müvəqqəti olaraq aralıq verilənləri yazmaq üçün ayrılmış yaddaş, yaxud yaddasaxlama qurğusunun bölümü. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Müvəqqəti məşqçi
Müvəqqəti məşqçi — idmanda adətən müntəzəm məşqçi vəzifədən kənarlaşdıranda və ya başqa kluba keçəndə, müvəqqəti olaraq klubu və ya komandanı idarə edir.
Müvəqqəti nikah
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Müvəqqəti prezident
Müvəqqəti prezident (ing. Acting president) və ya prezident səlahiyyətlərinin icraçısı — bir şəxsdir ki, əgər prezident mövcud olmaya (məsələn; xəstə ola və ya məzuniyyət əsasında) və ya prezident vəzifəsi boş olsa (məsələn; ölüm, zədə, istefası və ya vəzifədən azad edilməsinə görə) bir təşkilatın və ya ölkə prezidentinin rolunu müvəqqəti olaraq doldurur.
Müvəqqəti işlər vəkili
Müvəqqəti işlər vəkili (Fransızca: chargé d'affaires) əsasən müxtəlif səbəblərdən səfir göndərilməyən və ya göndərilə bilməyən ölkələrlə diplomatik əlaqələri idarə etmək üçün vəzifələndirilən və ya missiya liderinin yoxluğunda ona vəkalət eden diplomatdır. Müvəqqəti işlər vəkilinin statusu 1961-ci ildə Vyanada imzalanan Diplomatik Əlaqələr üzrə Vyana Konvensiyasında müəyyən edilib.
Müvəqqəti İnqilab Komitəsi
Azərbaycan SSR İnqilab Komitəsi — Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi. 1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, Dadaş Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, Viktor Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.
Rusiya müvəqqəti hökuməti
Müvəqqəti hökumət (2 (15) mart — 25 oktyabr (7 noyabr) 1917) — Rusiyada dövlət hakimiyyətinin Fevral inqilabı və Oktyabr inqilabı arasındakı dövrdə ali icraedici, sərəncam və qanunverici orqanı idi. Bəzi mənbələrdə bu hökumət Moskva hökuməti kimi qeydə alınıb. Dövlət dumasının Müvəqqəti komitəsi və Fəhlə və əsgər deputatların Petroqrad Şurasının icra komitəsi arasında əldə edilən razılaşma əsasında yaradılmışdır.
İraq Müvəqqəti Hökuməti
İraq Müvəqqəti Hökuməti — ABŞ və onun koalisiya müttəfiqləri tərəfindən 2005-ci ilin yanvarında keçiriləcək prezident seçkilərindən sonra yeni konstitusiyanın hazırlanmasından əvvəl İraqı idarə etmək üçün qurulan hökumət. 28 iyun 2004-cü ildən 3 may 2005-ci ilə qədər fəaliyyət göstərmişdir. Bu müddət ərzində hökurmət ABŞ, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Dövlətləri Liqası tərəfindən İraqın yeganə qanuni hökuməti kimi tanınmışdır. Əyad Ələvi baş nazir vəzifəsini öz üzərinə götürmüşdür.
Azərbaycan Müvəqqəti İnqilab Komitəsi
Azərbaycan SSR İnqilab Komitəsi — Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi. 1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, Dadaş Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, Viktor Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.
Fransa Respublikasının Müvəqqəti Hökuməti
Fransa Respublikasının Müvəqqəti Hökuməti — İkinci Dünya Müharibəsi Fransanın bütün siyasi və iqtisadi sistemini dərindən sarsıtdı. 1875-ci ildən bəri mövcud olan üçüncü respublika ləğv edildi; Fransa istehsalçı qüvvələrinin 10% -i məhv edildi, istehsal səviyyəsi azaldı. Müharibə zamanı onun müstəmləkə imperiyasının parçalanması başladı. Müharibənin sonunda qüvvələrin yeni siyasi birləşməsi formalaşmışdı. 3 iyun 1944-cü ildən Fransada, "Azad Fransa" hərəkatının lideri General De Qoll başçılıq edən Müvəqqəti Hökumət fəaliyyət göstərib. Antihitler koalisiyası ölkələri tərəfindən tanındı (xüsusilə, Sovet İttifaqı 1944-cü il oktyabrın 23-də Londondakı Birlik hökumətlərinin nəzdində SSRİ səfirliyi vasitəsilə diplomatik əlaqələr qurdu). Müqavimət Hərəkatı partiyasının siyasi sisteminin formalaşmasına və yeni konstitusiyanın xarakterinə böyük təsir göstərmişdir. Alman işğalçıları ilə siyasət və əməkdaşlığı təhlükə altına alan siyasi partiyalar ləğv edildi. Hökumət Müqavimətə qatılan siyasi partiyaların nümayəndələrindən: Kommunistlər, Sosialistlər, Xristian Demokratlar və s. daxil idi.
Muğan Müvəqqəti Hərbi Diktaturası
Muğan Müvəqqəti Hərbi Diktaturası — Bakı Kommunasının devrilməsindən sonra Muğanda Sentrokaspi Diktaturası və Lionel Denstervil dəstəyi ilə yaradılan diktatura. "Muğan hökuməti" antiazərbaycan siyasəti yeridir, denikinçilərin Cənubi Qafqazda ağalığını təmin etməyə çalışırdı. Muğan hökuməti Azərbaycanın müstəqilliyini dəstəkləmirdi və ona Bakının Britaniya işğalı altında fəaliyyət göstərən rus polkovniki T. P. Suxorukov başçılıq edirdi. Muğan höküməti özünü "vahid və bölünməz Rusiya"nın muxtar hissəsi elan etmişdi. Bu qurumun rəhbərləri qurulmuş yeni hakimiyyəti “Muğan dövləti (respublikası)”, digər əks tərəf sovetlər isə “Muğan hərbi diktaturası” adlandırdılar. 1918-ci ildə Çar hakimiyyətinin yıxılması ilə onun əyalətlərdə olan sadiq ordusu da dağıldı. Lakin ordunun qalıqları ətrafına yerli əhalidən özünümüdafiə qüvvələri toplayaraq, “Muğan ordusu” formalaşdırmağa başladılar. Muğan ordusunun tərkibi müxtəlif etnik millətlərdən – rus, erməni, ukraynalı və azərbaycanlılardan ibarət idi. Ordunun başında milliyətcə rus olan İlyaşeviç və kapitan V.Dobrınin dururdu. Bunlarla yanaşı “Muğan ordusu”nun təşkilində leytenant Xoşev və digərləri də var idi.
Müvəqqəti Azərbaycan hökuməti (1992)
Müvəqqəti Azərbaycan Hökuməti — Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun istefasından sonra Azərbaycan Ali Sovetinin sədri və Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov tərəfindən qurulmuş müvəqqəti hökumət. 5 mart 1992-ci il tarixində Azərbaycan Ali Sovetinin sədrinin birinci müavini Ziyad Səmədzadənin sədrliyi altında Ali Sovetin fövqəladə sessiyası keçirilir. Sessiyada Ali Sovetin sədri Elmira Qafarovanın səhhəti ilə əlaqədər öz vəzifəsindən istefa verdiyi elan olunur. Slə həmin gün Ali Sovetin sədri vəzifəsinə seçkilər keçirilmiş, seçkilərdə iştirak edən deputatların 89,4%-nin səsi ilə bitərəf deputat Yaqub Cavad oğlu Məmmədov Azərbaycan Ali Sovetinin sədri seçilmişdir. Azərbaycanda baş verən hadisələr fonunda Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibov 6 mart 1992-ci il tarixində öz vəzifəsindən istefa vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 121–7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədova keçmişdir. Yaqub Məmmədov vəzifəyə keçdiyi zaman mövcud baş nazir Həsən Həsənova Nazirlər Kabinetinin yeni tərkibi haqqında təkliflər hazırlaması üçün 10 gün vaxt vermişdir. Ayaz Mütəllibovun istefasının ardınca onun baş naziri Həsən Həsənovun rəhbərlik etdiyi Nazirlər Kabineti də, yəni bütövlükdə Azərbaycan hökuməti 6 mart 1992-ci il tarixində istefa vermişdir. 4 aprel 1992-ci il tarixində Ali Sovetin sədri Yaqub Məmmədov tərəfindən imzalanan fərmanla istefası qəbul edilən Nazirlər Kabinetinin müvəqqəti fəaliyyət göstərməsi ilə bağlı qərar qəbul olunmuş, kabinetə müvəqqəti sədrlik Feyruz Mustafayevə tapşırılmışdır.
Müvəqqəti Rus Milli Komitəsi
Müvəqqəti Rus Milli Komitəsi— Milli mənsubiyyət prinsipi əsasında yaradılmış və Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ictimai-siyası təşkilatlardan biri. 1918-ci il sentyabrın 21-də tanınması barədə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə müraciət etmiş, sentyabrın 22-də isə Nazirlər Şurasının sədrinə məktubunda qarşıya qoyduğu vəzifələri açıqlamışdı: 1918-ci il sentyabrın 25-də şəhər dumasının və şəhər özünüidarəsinin milliyyətcə rus olan bütün deputatları və rəsmi nümayəndələri komitənin tərkibinə daxil edildi. Beləliklə, komitənin tərkibinə 18 nəfər daxil oldu və daha 12 nəfər tam üzv kimi tərkibə salındı. M.F.Podşivyakin komitənin sədri seçildi. Komitə öz fəaliyyətini böyük Rusiya dövlətini bərpa etmək ideyasında görürdü. Buna görə də öz nümayəndəsini parlamentə göndərmək barədə Azərbaycan hökumətinin çağırışına cavab olaraq, komitə 1918-ci il noyabrın 28-dəki iclasında Ümumrusiya Müəssislər məclisi çağırılana qədər yerli qanunvericilik orqanlarının yaradılmasını lüzumsuz sayaraq, bu təklifi qəbul etməməyi qərara aldı. Komitənin 13 noyabr tarixli iclasında A.İ.Neşşertsov belə bir sorğu vermişdi.: “Rus Milli Komitəsi Bakıda törədilmiş vəhşiliklərə nə üçün vaxtında etirazını bildirməmişdir. Rus Milli Komitəsinin aldığı 100 min rubl nə üçün digər millətlər arasında bölünməmiş, bütünlüklə, Rus Komitəsi tərəfindən götürülmüşdür” və s. Lakin bu sorğu iclasda müzakirə olunmamışdı. 1919-cu ilin mayın 23-də komitədə Kiçik Şura yaradıldı.
Müvəqqəti Xüsusi İdarəetmə (Qarabağ)
Müvəqqəti Xüsusi İdarəetmə — Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin müvəqqəti xüsusi idarəetmə ilə idarə olunması. 2020-ci il oktyabrın 29-də xüsusi fərman ilə yaradılıb. Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi təxribatlara cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamışdır. Əks-hücum əməliyyatları nəticəsində işğalda olan Azərbaycan Respublikasının bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər ərazilər azad edilmişdir. Bu işğaldan azad edilmiş ərazilərin idarə olunması üçün oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. İ.Əliyev işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq belə bir fərman imzalayıb. Fərman 15 bənddən ibarətdir. Əsas məqsədi zad edilmiş ərazilərin hərbi vəziyyət bitənə qədər idarəetməsidir. Fərmanın birinci bəndinə görə İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq. İkinci bəndə əsasən isə Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edəcək və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkili ilə məşğul olacaq.
Vyetnamın Müvəqqəti Mərkəzi Hökuməti
Vyetnam Müvəqqəti Mərkəzi Hökuməti (fr. Gouvernement central provisoire du Viêt‑Nam., vyet. Chính phủ Trung ương lâm thời Việt Nam) — 1948–1949-cu illərdə Vyetnam ərazisi üzərində hakimiyyət iddiasında olan Fransayameylli hökumət. İkinci Dünya müharibəsindən əvvəl Vyetnam Hind-Çin İttifaqının müstəmləkə bölməsinin bir hissəsi idi. İkinci Dünya müharibəsindən sonra, 2 sentyabr 1945-ci ildə bütün Vyetnam ərazisində kommunistlər tərəfindən Vyetnam Demokratik Respublikası (VDR) elan edilmişdir. 6 mart 1946-cı ildə Fransa Hind-Çin İttifaqının bir hissəsi kimi Vyetnam Demokratik Respublikasının müstəqilliyini tanımış və 2 iyun 1946-cı ildə Fransanın Vyetnamdakı müstəmləkə hakimiyyəti Koxinxina Muxtar Respublikasını elan etmişdir. 6 iyul 1946-cı ildə Fontenbloda Fransa–Vyetnam Sülh Konfransı başlamışdı. Ho Şi Min VDR-nin Fransa ilə birləşməsinə və Koxinxina Muxtar Respublikasının tanınmamasına razı olduğunu bildirmişdi, 1946-cı ilin sonlarında Hind-Çin müharibəsi başlamışdır. 1947–1948-ci illərdə münaqişənin siyasi həllini tapmağa çalışan Fransa milliyətçilərə arxalanmağa qərar vermişdi. Danışıqlar Honkonqda yaşayan keçmiş imperator Baoday ilə başlamış, lakin o, məsələ həll olunana qədər geri qayıtmaqdan imtina etmişdi.
Koreya Respublikası Müvəqqəti Hökuməti
Koreya Müvəqqəti Hökuməti (KMH), rəsmi adı ilə Koreya Respublikası Müvəqqəti Hökuməti (kor. 대한민국 임시정부) — Koreyanın Yaponiya işğalı zamanı Çində yerləşən sürgündə olan Koreya hökuməti.
Müvəqqəti Xüsusi İdarəetmə (Dağlıq Qarabağ)
Müvəqqəti Xüsusi İdarəetmə — Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin müvəqqəti xüsusi idarəetmə ilə idarə olunması. 2020-ci il oktyabrın 29-də xüsusi fərman ilə yaradılıb. Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi təxribatlara cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamışdır. Əks-hücum əməliyyatları nəticəsində işğalda olan Azərbaycan Respublikasının bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər ərazilər azad edilmişdir. Bu işğaldan azad edilmiş ərazilərin idarə olunması üçün oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. İ.Əliyev işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq belə bir fərman imzalayıb. Fərman 15 bənddən ibarətdir. Əsas məqsədi zad edilmiş ərazilərin hərbi vəziyyət bitənə qədər idarəetməsidir. Fərmanın birinci bəndinə görə İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq. İkinci bəndə əsasən isə Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edəcək və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkili ilə məşğul olacaq.
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun — Azərbaycan Xalq Cümhuriyyətində orduya çağırış və hərbi səfərbərlik işini tənzimləyən hüquqi sənəd. Azərbaycan Hökuməti tərəfindən 1918-ci il oktyabrın 11-də qəbul edilmişdir. Azərbaycan Hökumətinin hərbi qanunvericilik sahəsində qəbul etdiyi ilk mühüm sənədlərdən biri idi. Həmin qanuna görə 17 yaşına çatmış hər bir gənc hərbi mükəlləfiyyətli hesab edilirdi. 18 və 19 yaşlarında olanlar xidmətqabağı 2-ci dərəcəli ehtiyatda sayılırdılar. Bu gənclər yalnız müharibə vaxtı xidmətə cəlb olunurdular. 20 yaşlı gənclər zərurətdən asılı olaraq ya tam, ya da qismən xidmətə çağırılırdılar. Hərbi xidmət müddəti piyada və nəqliyyat qoşunlarında 2 il, digər qoşun növlərində isə 3 il idi. Hərbi xidməti başa vurduqdan sonra keçmiş əsgərlərin 1-ci dərəcəli ehtiyatda xidməti piyadalar üçün 40 yaşına, digər qoşun növlərində olanlar üçün isə 38 yaşınadək davam edirdi. Müvəqqəti qanunun böyük hissəsi çağırışdan möhlətə və güzəştlərə həsr edilmişdi.
Bakı Şəhərinin Müvəqqəti Hərbi İnqilab Komitəsi
Hərbi İnqilab Komitəsi — 1917 il dekabrın 12-də Bakı qarnizonunda və şəhərdə asayişi bərpa etmək adı altında yaradılmış hakimiyyət orqanı. == Yaradılması == Bakı Şəhərinin müvəqqəti inqilab komitəsi 1917 il dekabrın 12-də yaradılmışdı. Bakı Fəhlə və Əsgər Deputatları Soveti İcraiyyə Komitəsinin təcili iclasında təşkil edilmişdi. Bakı Soveti yanında yaradılmış Hərbi inqilab komitəsinə "ən geniş səlahiyyət" verilmişdi. Hərbi inqilab komitəsinin hakimiyyəti, bütünlükdə, qarnizon və şəhərə şamil edilmişdi. == Fəaliyyəti == Bakı Soveti İcraiyyə Komitəsinin qərarına əsasən, "qarnizonun rota, polk və s. komitələri özlərini hissələrdə hərbi inqilab komitələri elan edir" və hərbi inqilab komitəsinin "qərar və sərəncamlarını rəhbər tutaraq, yerlərdə ən ciddi surətdə hərtərəfli fəaliyyət" göstərirdilər. Hərbi inqilab komitəsi öz tərkibindən hərbi inqilab məhkəməsi təşkil etmişdi. Komitə əhaliyə müraciətlərində qərarlarının danışıqsız yerinə yetirilməsini tələb edir, sovet hakimiyyətinin düşmənlərinə qarşı amansız mübarizə aparmağa çağırır, lazım gəldikdə silahlı qüvvə də tətbiq ediləcəyini bildirirdi. Bakı şəhərinin müvəqqəti hərbi inqilab komitəsi Bakıda mart soyqırımı zamanı yaradılmış inqilabi müdafiə komitəsi tərkibində işini davam etdirmişdir.
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin reallıqla hesablaşaraq, qəbul etdiyi müvəqqəti qərarlardan biri. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətə başladığı dövrdə dövlət quruluşunun, bütövlükdə, siyasi sistemin dəyişdirilməsi yeni qanunların qəbulunu zəruri edirdi. Lakin bunun üçün müvafiq təşkilati tədbirlər və qanunvericilik prosesi tələb olunurdu. Buna görə də, çıxış yolu kimi müvəqqəti olaraq köhnə qanunvericilik sistemi saxlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məqsədlə 1918-ci il 23 iyun tarixli qərarı ilə idarəetmə və məhkəmənin bütün sahələri üzrə mövcud olan qanunları, həmin qanunlar hökumət tərəfindən ləğv olunana və ya dəyişdirilənədək qüvvədə saxlanıldı. Eyni zamanda, Milli Şura, Parlament və Hökumət qanunvericilik sahəsində gərgin çalışaraq, bu qanunlann xeyli hissəsini ləğv etməyə və yenilərini qəbul etməyə nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998; Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б., 1998.
Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökuməti
Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökuməti (CVRMİH, vyet. Chính phủ Cách mạng Lâm thời Cộng hòa miền Nam Việt Nam) — Şimali Vyetnam tərəfindən 8 iyun 1969-cu ildə Vyetnam Respublikasının (Cənubi Vyetnam) hökumətinə qarşı yaradılmış kölgə hökuməti, Sayqonun süqutundan sonra 30 aprel 1975-ci ildən 2 iyul 1976-cı ilə qədər Vyetnam Respublikası (vyet. Cộng hòa miền Nam Việt Nam) adlanmış de-fakto müstəqil ölkə. Onun yaradılmasında Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin nümayəndələri, eləcə də bir neçə kiçik qrup iştirak edirdi. CVRMİH əksər sosialist dövlətlər tərəfindən Cənubi Vyetnam hökuməti kimi tanınmışdır. O, 1973-cü il Paris sülh müqaviləsini həm Cənubi Vyetnamdan, həm də Şimali Vyetnamdan ayrı olan müstəqil bir qurum kimi imzalamışdır. 30 aprel 1975-ci ildə Sayqonun süqutundan sonra Cənubi Vyetnam Respublikası adlanmış və Cənubi Vyetnamın nominal hökuməti olmuşdur. 2 iyul 1976-cı ildə Cənubi Vyetnam Respublikası və Şimali Vyetnam (Vyetnam Demokratik Respublikası) Vyetnam Sosialist Respublikasını yaratmaq üçün birləşmişdir. == Tarixi == 1960-cı ildə Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi yaradılmışdır. Sonrakı 9 il ərzində təşkilat Vyetnam Respublikası ərazisində müxalifət olaraq Sayqon rejiminə qarşı mübarizə aparmışdır.

Digər lüğətlərdə