MÜXƏMMƏS

is. [ ər. ] ədəb. Hər biri beş misradan ibarət klassik şeir forması; beşlik. Vaqifin “Görmədim” rədifli müxəmməsi.
– Gəl danışma müxəmməsdən, qəzəldən; Şerihəqiqətdən, mədhi-gözəldən. M.V.Vidadi.
Nə qədər söyləsəm sənin şanına; Yaraşar müxəmməs, qəzəl, sevdigim! M.P.Vaqif.

Этимология

  • MÜXƏMMƏS Ərəbcə xəmsə sözü ilə qohumdur. Bizdə “beşləmə” kimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜXƏLLƏFAT
MÜXƏNNƏS
OBASTAN VİKİ
Müxəmməs
Müxəmməs (ərəbcə – beşlik) – orta əsrlər klassik Şərq, o cümlədən Azərbaycan, habelə aşıq poeziyasında lirik şeir şəkillərindən biri. Müxəmməs 5 misralı bir neçə (əsasən, 5-6) bənddən ibarət olur. Bəndlərin sayı 10-15-ə də çata bilər. Son bəndin misralarından birində müəllifin təxəllüsü verilir. Klassik poeziyada qafiyə quruluşu belədir: aaaaa, bbbba, cccca, çççça və s. Aşıq şeirində orta müxəmməs, qoşayarpaq müxəmməs, cığalı müxəmməs və s. şəkilləri var. Məşhur türkmən şairi Molla Henesin "Tahir və Zöhrə" dastanında da müxəmməs şəklinə müraciət olunmuşdur. Müxəmməs ictimai mövzulu olmaqla, çox zaman məhəbbət və gözəlliyi tərənnüm edən şeir formasıdır. == Quruluşu == === 1-ci bənd: aaaaa === Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər, Göftarü bəlağət bu fəsahət sənə, dilbər, Bu nazü nəzakət, bu təravət sənə, dilbər, Məxtum olub ol hüsnü lətafət sənə, dilbər, Naz etmə, gəl üşşaqə, əmanət sənə, dilbər!

Значение слова в других словарях

Артеми́да бре́нькать зазвуча́ть пауко́вый пол- ритмиза́ция эски́зность боя́рышниковый выда́лбливать гепати́тный гре́шный каменоло́мня копы́то паску́дный простова́то табле́точный горшок макать сардонка businessman's risk canicular year drop-fly jugglery switchback universe побрызгать