MÜŞGÜL
MÜŞTƏRƏK
OBASTAN VİKİ
Müşk
Müşk - xoşqoxulu qırmızı-qonur maddədir. Onun qoxusunun 0,5-2 faizini muskon təşkil edir. Havada qoxusu birin milyarda nisbətində hiss edilir. Quru halda qoxu vermir. Yenidən nəmləndirdikdə ətri "bərpa olunur". Xalis müşk parçaya hopmamalıdır. == Hazırlanması == Maralın ayrıca növü olan "müşk maralı"dan əldə olunan müşk xüsusilə qiymətlidir. Marallarda xüsusi vəz olur ki, o, ətir ifraz edir. Vəzdəki ətir güclü olduğundan hətta uzaq məsafədən də hiss olunur. Qədimdə maralı ovlayandan sonra kəsir, emal edib ətirli maddəni alır və onu ətir kimi istifadə edirdilər.
Müşk maralı
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü. == Etimologiya == Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.. Bu türk mənşəli sözdür. == Təsnifatı == Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur. == Coğrafiyası == Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır.
Müşk sürvəsi
Müşk sürvəsi, Ənbər sürvə (lat. Salvia sclarea) və ya Dağ küncüdü — adaçayı cinsinə aid bitki növü. == Sinonim == Aethiopis sclarea (L.) Fourr. Salvia altilabrosa Pan Salvia calostachya Gand. Salvia coarctata Vahl Salvia foetida Lam. Salvia haematodes Scop. [Illegitimate] Salvia lucana Cavara & Grande Salvia pamirica Gand. Salvia sclarea var. calostachya (Gand.) Nyman Salvia sclarea var. turkestanica (Noter) Mottet Salvia simsiana Schult.
Müşk öküzü
Müşk öküzü (lat. Ovibos moschatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyunöküz cinsinə aid heyvan növü. Şimali Amerikanın tundrasında, Kanadada, və Qrelandiyada Qoyunöküzlərin sürülərinə hal hazırda rast gəlmək olur. Norveçdə, Alyaskada və Şpitsberqdə qoyunöküzlər süni şəkildə yerləşdirilmişdir. Qoyunöküzlərin hündürlükləri 145 santimetrə, çəkiləri 200-300 kiloqrama çatır, Bəzi hallarda yaşlı heyvanların çəkisi 400 kiloqrama çatır. Heyvanlar uzun yunlarının hesabına çox böyük görünürlər. Onların Yunları çox sıx və istidir. Boğazlarının altında və yanlarında tüklərin uzunluğu 90 santimetrə çarır. Qoyunöküzlərin genişalınlı başlarını Afrika camışlarının buynuzuna oxşar enli buynuzlar bəzəyir. Hədindənartıq soyuq havalarda Qoyunöküzlər bir-birlərinə bərk sixilaraq bədənlərini isti saxlayırlar.
Müşk ördəyi
Müşk ördəyi (lat. Cairina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Müşk itburnusu
Müşk itburnusu (lat. Rosa moschata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Hacı Davud Müşkürlü
İmam Hacı Davud (ləzg. Имам Гьажи Давуд; 1680, Dədəli – 1728, Kipr Respublikası) — Osmanlı hakimiyyəti dövründə (1721–1734) Şirvan hakimi. == Şirvan üsyanı == Şirvanda baş vermiş üsyana Müşkür mahalı Dədəli kəndinin sakini Ləzgi Hacı Davud başçılıq edirdi. O, silahlı kəndli dəstələrini öz ətrafına toplayaraq, Qazıqumuq hakimi Surxay xanla ittifaqda olaraq 1720-ci ilda Şabran şəhəri və Xudat qalasını tutdu. 1721-ci ilin avqustunda Hacı Davud, Surxay xan və Əli sultan İlisunun birləşmiş dəstələri şəhər əhalisindən də kömək alaraq Şamaxını tutdu. Şəhər tutulan zaman qarət va talanlar baş verdi; məsələn, o vaxt Şamaxıda olan rus tacirlari qarət edildi və öldürüldü. Şamaxı hadisələrindən dərhal sonra, 1721-ci ilin payızında Hacı Davud Qazıqumuxlu Surxay xanla birlikdə Krım xanı vasitəsilə Osmanlı sultanına məktub göndərib onları öz himayəsinə almağı və öz qoşunlarını Şirvanı qorumaq üçün göndərməyi xahiş etdilər. Bundan az sonra Hacı Davud öz nümayəndələrini İstanbula göndərdi. İstanbuldakı rus rezidenti (səfirdən aşağı dərəcəli elçi) İ. Neplyuyev 1722-ci ilin fevralında yazırdı ki, Hacı Davud və Şirvan üsyançılarının digər rəhbərləri Şamaxının tutulmasından sonra öz adamlarını Osmanlı təbəəliyinə qəbul etmək xahişi ila gizlicə sultan sarayına göndərmiş və ona sədaqətlərinin təsdiqi kimi Osmanlı Sultanı III Əhmədin adı ilə sikkə kəsməyə başlamışlar. Daha sonra Neplyuyev qeyd edirdi ki, cümə günləri onların məscidlərində Sultanın adına xütbə oxunur.
Müşkabad (Sultaniyə)
Müşkabad (fars. مشك اباد‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (103 ailə).
Müşkapat
Müşkapat — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kəndxurd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Müşkapat kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Müşkapat kəndi XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra bu ərazidə Türkiyənin Muş əyalətindən gəlmə ermənilər yerləşdirilmişdi. Oykonim "Muş kəndi" mənasındadır. Oykonimin Müşqapat, Muşkanat variantlarına da təsadüf edilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Müşklü kenquru siçovullar
Müşklü kenquru siçovullar (lat. Hypsiprymnodontidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Müşkülqazma
Müşkülqazma — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Müşkülqazma kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim Müşkül (Müşkür tarixi adının təhrif forması) və qazma komponent­lərindən düzəlib, "Müşkür düzündəki qazma­lar" mənasındadır. == Əhalisi == Əhalisinin sayı 10 nəfərdir (2009-cu il).
Müşkür
Müskür sancağı
Müşkür (Xaçmaz)
Müşkür (əvvəlki adı: Pavlovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Pavlovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pavlovka kəndi Müşkür kəndi, Pavlovka kənd inzibati-ərazi vahidi Müşkür kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Müşkür bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müşkür düzü
Müşkür düzü — Quba və Xaçmaz inzibati rayonlarının ərazisindəki yerin adı, etnonimik oronim. Bu coğrafi ad eramızın əvvəllərində Qafqaz Albaniyasının şimal-şərqində yaşamış maskut xalq adının təhrif formasıdır. Sonuncu dəfə bu oroqrafik obyekt adı "Maskut" yazılış formasında XVI əsr ingilis səyyahı, taciri və diplomatı Antoni Cenkinsonun Azərbaycanda olması haqda yazdığı yol qeydlərində rast gəlinirYalnız XVII əsrin ortalarında Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streys "müşkür" oronimini "muskar" kimi yazmışdır. Deməli, təxminən bir əsr müddətində "muskat" sözü "müskür" və "müşkür" formasına çevrilmişdir. XVII əsrin sonlarında isə toponimin adı artıq "muskur" kimi çəkilir. Çox qəribədir ki, "maskut" etnonimi özünün ilkin formasında müasir Xaçmaz və Quba inzibati rayonları arasında mövcud olan "Maskatar düzü" oronimində indiyədək saxlanmışdır. Oronim "maskut" (Maskat) və ləzgi dilindəki "ar" şəkilçisindən ibarət olub "Maskut düzü" mənasını daşıyır.
Müşkür mahalı
Müskir mahalı — Quba xanlığında mahal. İndiki Xaçmaz Dərbənd mahalından cənubda Müşkür mahalı yerləşirdi. Bu mahal Xəzər sahilində Samurçay və Vəlvələçay arasındakı ərazini əhatə edirdi. Müşkür mahalının naibi Yəhya bəy olmuşdur.
Müşkəmir
Müşkəmir — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Tağlabiyan kənd Sovetinin Müşkəmir kəndi Zərnava kənd Sovetinin tərkibinə verilmişdir. == Coğrafiyası və iqlimi == Kənd "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesindən 2 km kənarda yerləşir. Kəndə son 2 km yolu yayda avtomobillə, qış mövsümündə isə piyada və ya atla getmək olar. Kənddən Zərnava kəndinə və Lahıc qəsəbəsinə piyada cığırlar vardır. == Əhalisi == Kəndin əhalisi 36 nəfərdir ki, onun da 21 nəfəri kişi, 15 nəfəri qadındır. == İqtisadiyyatı == Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir.
İlqar Müşkiyev
İlqar Müşkiyev (ing. Ilgar Mushkiyev 5 oktyabr 1990, Gəncə şəhəri). azərbaycanlı cüdoçu. 2 qat dünya mükafatçısı, 3 qat avropa mükafatçısı, 2 qat Grand Prix qalibi, 2 dünya kubokunun sahibi, 5 qat respublika çempionu, ilin ən yaxşı idmançısı (2011), əməkdar idman ustası, Azərbaycan milli komandasının üzvü (2007-2017). == Həyatı == Ilqar Müşkiyev 5 oktyabr 1990-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 1996-cı ildə Samara vilayətii Togliatti şəhərində 21 nömrəli məktəbdə almışdır. 2002-ci ildə Bakıda 277 nömrəli (UGIM)da təhsilini davam etdirmişdir. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilini davam etdirmişdir. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik akademiyasina qəbul olmuşdur.

Digər lüğətlərdə

...заря́дный мо́щность по направле́нию подса́чить проны́рство сморка́ние шля́мбур эсперанти́стка вы́дувка выстила́ние ничто́же перемени́ть опака фортель anthologist cart-way heave gate mucky piroshki strati transit workers windless взыграть диктор плакать