mə'zun
mıx
OBASTAN VİKİ
Mığmığa qızdırması
Pappataçi qızdırması, mığmığa qızdırması və ya üçgünlük qızdırma — mığmığaların sancması nəticəsində virusların orqanizmə keçməsindən törəyən xəstəlik. Xəstəlik inkubasiya dövründən sonra (3–6 gün) kəskin başlayır, temperatur yüksəlir (3–5 gün), başağrısı, gözü hərəkət etdirdikdə, baldır əzələlərində, bel-oma nahiyəsində ağrı olur. Xəstəlik başlayandan 24–26 saat sonra xəstənin qanında virus tapılır. Pappataçi qızdırması isti ölkələrdə, yəni Afrika, Asiya, Amerika, Avropanın Aralıq dənizi sahillərində geniş yayılmışdır. Krımda, Moldovada, Mərkəzi Asiya və Qafqazda rast gəlmək olur. Xəstəlik mığmığaları qırmaqla ləğv edilir.

Digər lüğətlərdə