is. [
ər. ]
1. Bir məsələ haqqında danışmaq üçün düzəldilən yığıncaq, toplaşmış adamlar heyəti; toplanış, iclas.
…Çünki bu bir məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə.
Hərzə nə şura və nə məclis bilir; Nə düşünür yaxşı, nə bir pis bilir. M.Ə.Sabir.
Qüdrət danışdıqca məclisin sükutu daha da ağırlaşırdı… M.Hüseyn.
// Həmin toplanışın düzəldiyi yer.
2. Toy, şənlik, yas və s. bu kimi yerlərdə toplanan yığıncaq. Toy məclisi. Şənlik məclisi. Təziyə məclisi.
– Oxunur məclisdə xoş kəlimatı; Ox kimi bağrını dələr, ağlarsan. M.V.Vidadi.
…Qızlar, gəlinlər də yığışıb gəlmiş, … gözəl bir məclis düzəlmişdi. M.Rzaquluzadə.
3. Türkiyədə və İranda qanunverici orqanın, parlamentin adı.
…Tehranda məclisi topa tutublar. C.Məmmədquluzadə.
□ Məclisi-müəssisan, yaxud müəssislər məclisi – burjua dövlətlərində: əsas qanun (konstitusiya) hazırlamaq üçün yaradılan müvəqqəti nümayəndəli orqan.
Məclisi-müəssisan seçkilərində xalq siyasi firqələr ətrafında toplaş(dı)… S.Hüseyn.
…Milli konqres özünü məclisimüəssisan elan etdi. M.İbrahimov.
4. Teatr tamaşalarının ayrı-ayrı hissəsi; pərdə, şəkil.
Birinci məclis Rüstəm bəyin evində vaqe olur. Ü.Hacıbəyov.
İkinci məclis vaqe olur bir balaca otaqda. N.Vəzirov.