mədhiyyə
mədrəsə
OBASTAN VİKİ
Mədinə
Mədinə — Səudiyyə Ərəbistanında şəhər. (Qədimdə Yəsrib adlanırdı (ərəbcə: يثرب Yəsrib). Erkən orta əsrlərdən isə Mədinə, Mədinətü 'n-Nəbi [ مدينة ال نبي Mədinət əl-Nəbi] (Nəbi/Peyğəmbər şəhəri) ya da Mədinətü 'l-Münəvvərə (المدينة المنورة) (işıqlandırılmış şəhər) olaraq adı dəyişdirilmişdir. Məhəmməd peyğəmbərin qəbri də bu şəhərdədir. Məkkədən 300 km şimalda yerləşir. Müsəlman aləmində Məkkə ilə birlikdə iki müqəddəs şəhərdən biri hesab olunur. Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.
Mədinə (Göyçə)
Mədinə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Əyriçayın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim ərəb dilində "şəhər" mənasında işlənən mədinə sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranıb. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 429 nəfər, 1914-cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri geri dönə bilmişdir. Burada 1922-ci ildə burada 85 nəfər azərbaycanlı yaşamış, 1923–1924-cü illərdə kəndə ermənilər köçürülmüşdür. 1926-cı ildə ermənilərdən başqa, 61 nəfər azərbaycanlı yaşamışdır.
Mədinə (ad)
Mədinə — Azərbaycan qadın adı. Mədinə xanım Qiyasbəyli — Azərbaycan maarif xadimi, pedaqоq, məktəbdar, jurnalist, tərcüməçi. Mədinə Əliyeva — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002) Mədinə Gülgün — Azərbaycan şairəsi, Azərbaycanın əməkdar incəsənət Mədinə Səduaqasova — Qazaxıstan müğənnisi.
Mədinə (dəqiqləşdirmə)
Yaşayış məntəqələriMədinə — Səudiyyə Ərəbistanında şəhər. Mədinə (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında kənd.DigərBalaş və Mədinə (film, 2003) — Balaş Azəroğlu və Mədinə Gülgünün həyat və yaradcılığından bəhs edən film.
Mədinə Gülgün
Mədinə Gülgün (doğum adı: Mədinə Nurulla qızı Ələkbərzadə; 17 yanvar 1926, Bakı – 17 fevral 1991, Bakı) — Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). == Həyatı == Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir.. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir.
Mədinə Qiyasbəyli
Mədinə Qiyasbəyli (1889-1938) — Azərbaycan maarif xadimi, pedaqoq, məktəbdar, jurnalist, tərcüməçi. == Həyatı == Mədinə Qiyasbəyli Qazax qəzasının Salahlı kəndində maarifpərvər Mehdi ağa Vəkilovun ailəsində doğulmuş, ilk dini-dünyəvi təhsilini valideynlərindən, daha sonra Tiflisdə "Müqəddəs Nina" pedaqoji məktəbində almışdır. Daha sonra birillik pedaqoji kursu bitirmiş, müəllimlik şəhadətnaməsi almışdır (1905). Təhsilini başa vurduqdan sonra 17 yaşlarında ikən doğma Salahlı kəndində – öz yaşadığı evdə birsinifli ilk kənd qız məktəbini açmışdır (1906), orada dərs demişdir. Ömrü boyu maarif və mədəniyyətin inkişafına çalışmışdır. Qazax və Gədəbəy bölgələrində məktəb təşkil etmiş, Qazax qəzasında xalq məktəblərinin inspektoru olmuşdur (1918). Bakıya köçəndən sonra burada yaşadığı mənzildə kurslar təşkil etmişdir. Sonra azərbaycanlı qızlar üçün Darülmüəllimat-qız məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqoji təhsil ocağını yaratmışdır. Sonra Bakıda orta məktəblərdə, Kənd Təsərrüfatı İnstitutunda müəllimlik etmişdir. "Şərq qadını" jurnalının yaradıcılarından biri kimi savadsızlığa qarşı mübarizəyə qoşulmuşdur.
Mədinə Sadvakasova
Mədinə Bakıtjanovna Sadvakasova (qaz. Мәдина Сәдуақасова, d. 8 sentyabr 1979, Almatı) — Qazaxıstan pop müğənnisi, "Jas Kanat" müsabiqəsinin qalibi (1999), Qızılorda vilayətinin "İlin adamı", Prezident orkestrinin və "Qulder" ansamblının keçmiş solisti, teleaparıcı, ali təhsilli psixoloq.. == Həyatı == Mədinə Sadvakasova Almatı şəhərində anadan olmuşdur. Hələ uşaq olarkən onun ailəsi cənuba – Qızılordaya köçmüşdür. Orada diş həkimi olan atası dəmiryolçu, müəllim olan anası isə evdar qadın olur. Orta məktəb illəri, tələbə həyatı, musiqi məktəbi – bunların hamısı müğənni üçün Qızılorda şəhəri ilə bağlıdır. Kiçik qızın boya-başa çatması və müğənni olmaq istəyi də orada yarandı.Mədinə hələ uşaqlıqdan onu əhatə edənlərdən diqqət və sevgi görmüşdü. Bunun səbəbi təkcə onun cazibədarlığı deyildi. Onun hər təbəssümündə, ədasında, tərzində və hətta yerişində bir sirr var idi.
Mədinə Səduaqasova

Mədinə müdafiəsi
Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة‎, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi. Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi.
Mədinə xurması
Xurma latın dilindən tərcümədə xurma “allahın qidası” deməkdir. İqlimi tropikdir. Misir, Əlcəzair, Tunis, Səudi Ərəbistan, Suriya, İraq, Pakistan, İran kimi Şərq və Cənub Qərb ölkələrində bol miqdarda yetişdirilməkdədir. Tünd qəhvəyi çalarda xurmanın təzə halda rəngi (növündən asılı olaraq) əsasən qırmızıdır. Xurma qlükoza, A və C vitaminləri, alma və limon turşusu, dəmir, kalsium, mis, maqnezium və digər vitaminlərlə də zəngindir. == Sağlamlığa faydaları == Beyni gücləndirirXurmanın insan orqanizminə böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Xurmanın təsirli olduğu bir başqa sahə də sinir sistemidir. Xurmanın sakitləşdirici bir xüsusiyyəti vardır.
Mədinə Əliyeva
Mədinə Vaqif qızı Əliyeva (4 may 1965, Bakı) — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2008). "Qızıl Dərviş" və "Zirvə" mükafatı laureatı. == Həyatı == Mədinə Vaqif qızı Əliyeva 4 may 1965-ci ildə Bakıda anadan olmuşdur. 1983-cü ildə Bakı Xareoqrafiya Məktəbini bitirmiş, 1985-1986-cı illərdə Moskva Xareoqrafiya Məktəbində təcrübə keçmişdir.Mədinə Əliyeva 1983-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aparıcı balerinası və balet truppasının rəhbəri olmuşdur. == Fəaliyyəti == 1999-cu ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində Gülyanaq obrazını ifa etmişdir. 2012-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Motsartın "Hamı belə edir" operasında rəqslərə quruluş vermişdir.2014-cü ildə Belarusun paytaxtı Minsk şəhərində səhnəyə qoyulmuş Fikrət Əmirovun "Min bir gecə" baletinin quruluşçu-baletmeysteri olmuşdur. == İstinadlar == == Ədəbiyyat == "Belarus səhnəsində əsrarəngiz "Min bir gecə"", Mədəniyyət. — 2014. — 19 fevral. — Səh.
Mədinə xanım Qiyasbəyli
Mədinə Qiyasbəyli (1889-1938) — Azərbaycan maarif xadimi, pedaqoq, məktəbdar, jurnalist, tərcüməçi. == Həyatı == Mədinə Qiyasbəyli Qazax qəzasının Salahlı kəndində maarifpərvər Mehdi ağa Vəkilovun ailəsində doğulmuş, ilk dini-dünyəvi təhsilini valideynlərindən, daha sonra Tiflisdə "Müqəddəs Nina" pedaqoji məktəbində almışdır. Daha sonra birillik pedaqoji kursu bitirmiş, müəllimlik şəhadətnaməsi almışdır (1905). Təhsilini başa vurduqdan sonra 17 yaşlarında ikən doğma Salahlı kəndində – öz yaşadığı evdə birsinifli ilk kənd qız məktəbini açmışdır (1906), orada dərs demişdir. Ömrü boyu maarif və mədəniyyətin inkişafına çalışmışdır. Qazax və Gədəbəy bölgələrində məktəb təşkil etmiş, Qazax qəzasında xalq məktəblərinin inspektoru olmuşdur (1918). Bakıya köçəndən sonra burada yaşadığı mənzildə kurslar təşkil etmişdir. Sonra azərbaycanlı qızlar üçün Darülmüəllimat-qız məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqoji təhsil ocağını yaratmışdır. Sonra Bakıda orta məktəblərdə, Kənd Təsərrüfatı İnstitutunda müəllimlik etmişdir. "Şərq qadını" jurnalının yaradıcılarından biri kimi savadsızlığa qarşı mübarizəyə qoşulmuşdur.
Mədinə Əliyeva (baletmeyster)
Mədinə Vaqif qızı Əliyeva (4 may 1965, Bakı) — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2008). "Qızıl Dərviş" və "Zirvə" mükafatı laureatı. == Həyatı == Mədinə Vaqif qızı Əliyeva 4 may 1965-ci ildə Bakıda anadan olmuşdur. 1983-cü ildə Bakı Xareoqrafiya Məktəbini bitirmiş, 1985-1986-cı illərdə Moskva Xareoqrafiya Məktəbində təcrübə keçmişdir.Mədinə Əliyeva 1983-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aparıcı balerinası və balet truppasının rəhbəri olmuşdur. == Fəaliyyəti == 1999-cu ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində Gülyanaq obrazını ifa etmişdir. 2012-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Motsartın "Hamı belə edir" operasında rəqslərə quruluş vermişdir.2014-cü ildə Belarusun paytaxtı Minsk şəhərində səhnəyə qoyulmuş Fikrət Əmirovun "Min bir gecə" baletinin quruluşçu-baletmeysteri olmuşdur. == İstinadlar == == Ədəbiyyat == "Belarus səhnəsində əsrarəngiz "Min bir gecə"", Mədəniyyət. — 2014. — 19 fevral. — Səh.
Mədinə əz-Zəhra
Mədinə əz-Zəhra (ərəb. ‎الزارمدينن الالزهران "Madīnat al-Zahrā; isp. La ciudad brillante — "parlayan şəhər") — İspaniyanın Syerra-Morena dağ silsiləsində, Kordova şəhərindən 8 kilometr qərbdə yerləşən, xəlifə III Əbdürrəhmanın əmri ilə X əsrdə inşa edilmiş saray-şəhər.2018-ci ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.1923-cü ildən Mədinə əz-Zəhra arxeoloji ərazisi İspaniyanın milli mədəniyyət abidəsi elan edilib.Əl-Məqqari kimi tarixçilər şəhərin adının etimologiyası ilə bağlı bildirirlər ki, Mədinə əz-Zəhra sarayı III Əbdürrəhmanın sevimli cariyəsinin adı ilə bağlıdır və girişdə onun heykəli vardır. Şəhərdə heykəllərin olmasına baxmayaraq, Merian Barrukan belə bir heykəlin mövcud olmadığını iddia edir. Digər tərəfdən, Feliks Arnold daha sadə bir izah təqdim edərək, şəhərin adının həm də "parlayan şəhər" və ya "parlaq" mənasında olduğunu deyir.
Mədinənin mühasirəsi
Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة‎, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi. Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi.
Mədinəqışlağı (Xudafərin)
Mədinəqışlağı (fars. مدينه قشلاقي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (26 ailə).

Значение слова в других словарях

благосостоя́тельность взметну́ть засма́ркиваться неумы́тый осведомлённость отдели́тель подстре́ливание прижи́мочный флегматиза́ция исчеза́ть незнако́мец перезанима́ть прокоси́ть райсобе́с трансформа́ция фа́брика-автома́т еман à outrance acme Anglo- diaeresis garment lemon squeezer toe circle блёкнуть