MƏDƏD
MƏDİ
OBASTAN VİKİ
Mədət Quliyev
Mədət Qəzənfər oğlu Quliyev (27 sentyabr 1958, Kirovabad) – Azərbaycan Respublikasının Milli Qəhramanı, general-polkovnik; Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri (2019-cu ildən), Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (2015–2019), Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini, nazir vəzifəsini icra edən (oktyabr-dekabr 2015), Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini və Penitensiar xidmətin rəisi (2011–2015), Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004–2006), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi (2006–2011), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə İdarəsinin rəisi (2002–2004), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001–2002). == Həyatı == Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirmişdir. 1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra, 1980–1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını "Hüquqşunas" ixtisası üzrə bitirmişdir. Sambo üzrə idman ustası. Triatlon idman növü ilə məşğuldur. Rus, ingilis, alman və türk dillərini bilir. === Ailəsi === Ailəlidir, 4 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1982-ci ildə — Gəncə şəhərinin Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışmışdır; 1983-cü ildən Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətə başlamışdır; 1993–1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışmışdır; 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası aldığına rəğmən, geri çəkilməmiş və cinayətkarların zərərsizləşdirilməyinə nail olmuşdur.
Mədət Qənbərov
Mədət Əzim oğlu Qənbərov (26 sentyabr 1995; Ağdam rayonu, Azərbaycan — 17 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mədət Qənbərov 26 sentyabr 1995-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Əslən Ağdam rayonunun Mollalar kəndindəndir. Kənd işğal olunduqdan sonra Mədətin ailəsi məcburi köçkün həyatı sürmüşlər. Mədət Qənbərov 2001-2012-ci illərdə Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbdə və Ağdam rayon İmamqulubəyli qəsəbə tam orta məktəbdə təhsil almışdır. 2013-2017-ci illərdə Gəncə Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra 2018-2019-cu illərdə Ağdam rayon 69 nömrəli tam orta məktəbdə müəllim olaraq çalışmışdır. Subay idi. == Hərbi xidməti == Mədət Qənbərov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir.
Mədət Xankişiyev
Mədət Vəkil oğlu Xankişiyev (15 yanvar 1998, Çünzəli, Cəlilabad rayonu – 18 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xankişiyev Mədət Vəkil oğlu 1998-ci il yanvarın 15-i Cəlilabad rayonunun Çünzəli kəndində dünyaya göz açmışdır. Orta təhsilini Çünzəli kənd məktəbində almış, məzun olduqdan sonra hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Mədət 2019-cu ildə Quru Qoşunlarının hərbi hissəsinə müraciət edərək MAXE olaraq xidmət etmək istədiyini bildirib. 6 aylıq kurslardan sonra Kiçik gizir olaraq xidmətə başlıyıb. Bir müddətlik xidmətdən sonra o, Gizir rütbəsini alıb. 27 sentyabrda başlayan II Qarabağ müharibəsində iştirak etmişdir. Oktyabrın 18-i Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxararkən başından aldığı qəlpə yarası nəticəsində ağır yaralanmışdır və həlak olmuşdur.
Mədət Xələfov
Xələfov Mədət Teymur oğlu (1934, Qaryagin rayonu – 25 dekabr 1980, Bakı) — Azərbaycan SSR-nin “Əməkdar mühəndis”i (1980), SSRİ Nazirlər Şurasının mükafatı laureatı (1972, 1978). == Həyatı == Mədət Xələfov 1934-cü il aprelin 16-da Füzuli rayonunda anadan olmuşdur. Pedaqoq Teymur Xələfovun oğludur. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun tikinti fakültəsini bitirdikdən sonra Mədət Xələfov təyinatla Özbəkistan SSR-na göndərilmiş və 1959-cu ilədək tikinti sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-cu ildən başlayaraq əmək fəaliyyətini Kirovabad (Gəncə) şəhərinin Tikinti və arxitektura şöbəsində davam etdirmişdir. 1963-cü ildə Bakıya köçmüş və “AzərDövlətLayihə” Dövlət Baş layihə İnstitutunda işə başlamışdır. Mədət Xələfov ömrünün sonunadək bu təşkilatda çalışmış və qrup rəhbəri vəzifəsindən həmin İnstitutun baş mühəndisi vəzifəsinə yüksəlmişdir. Mədət Xələfov 25 dekabr 1980-ci ildə vaxtsiz vəfat etmişdir. == Fəaliyyəti == Əmək fəaliyyəti dövründə Mədət Xələfov Bakı, Kirovabad (Gəncə), Sumqayıt şəhərlərində bir sıra hündür mərtəbəli binaların, o cümlədən “Azərbaycan”, “Abşeron” və “Moskva” mehmanxanalarının, hazırda Azadlıq meydanında yerləşən 10-16 mərtəbəli yaşayış evlərinin layihələndirilməsi və inşasında müəllif və icraçı kimi iştirak etmişdir. Mədət Xələfov bir neçə inzibati binaların da aparıcı konstruktoru olmuşdur, onların sırasında hazırkı "Prezident Sarayı"nı (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin inzibati binası), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi binasını (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin yanında Partiya Tarix institutu), Azərbaycan Respublikası Milli Məclisinnin binasını (keçmiş Azərbaycan SSR-nin Ali Soveti), keçmiş “Rabitə evi”ni (hazırda burada Baş poçtamt və Azərpoçt yerləşir) qeyd etmək olar.
Mədət İsgəndərov
Mədət Əli oğlu İsgəndərov — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Mədət Əli oğlu İsgəndərov 1909-cu ildə anadan olmuşdur. 1922-ci ildə Gəncədəki Sənət Texnikumuna daxil olmuş və 1927-ci ildə oranı bitirmişdir. Təyinatla Laçına göndərilmiş və 1929-cu ilədək orada müəllim işləmişdir. Həmin ildə Bakıdakı Kənd Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1932-ci ildə oranı bitirərək aqranom ixtisasına yiyələnmiş və SSRİ Elmlər Akademiyasının (Leninqrad şəhəri) aspiranturasına daxil olmuşdur. == Elmi fəaliyyəti == M.Ə.İsgəndərov 1935-ci ildə aspiranturanı bitirmiş və elmlər namizədi dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır. 1935-37-ci illərdə Yalta şəhərində yerləşən Nikitin adına Botanika bağında Kimya laboratoriyasının müdiri, 1937-1941-ci illərdə BDU-da Üzvi kimya kafedrasının müdiri və Kimya fakültəsinin dekanı vəzifələrində işləmişdir. M.Ə.İsgəndərov 1941-ci ildə siyasi əqidəsinə görə Sibirə sürgün edilmişdir. 1956-cı ildə bəraət qazandıqdan sonra, yenidən Bakıya qayıtmış və BDU-nun Üzvi kimya kafedrasında dosent, 1965-ci ildən isə yeni təşkil olunmuş Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri işləmişdir.
Arif Mədətov
Arif Mədətov (filoloq)
Arif Mədətov (I)
Arif Səməd oğlu Mədətov — Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Arif Mədətov 15 noyabr 1948-ci ildə Beyləqan rayonu 1-ci Aşıqlı kəndində anadan olmuşdur. İxtisasca filoloqdur. İlk tamaşası olan "Həqiqət" Azərbaycamın 1 çox teatrlarında səhnəyə qoyulmuşdur. Daha sonralar Azərbayvcan Milli Dram Teatrında "Şeytan", "Aylı gecə" tamaşaları səhnələşdirilmişdir. Gürcüsatanın Kutaisi teatrı da "Aylı gecə" tamaşasını uğurla tamaşaya qoymuşdur.Bundan başqa "Sezarın qətli" , M.F.Axundovun həyatından bəhs edən "İdrak işığı" tamaşalaı da müxtəlif vaxtlarda izləyicilərə təqdim olunub. Dramaturgiyadan əlavə Arif Mədətov həm də pedaqoji fəaliyyət,biznes və xeyriyyəçiliklə də məşqul olmuşdur. Hal-hazırda Yazıçılar Birliyinin üzvüdür.
Arif Mədətov (aktyor)
Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Arif Mədətov (filoloq)
Arif Səməd oğlu Mədətov — Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Arif Mədətov 15 noyabr 1948-ci ildə Beyləqan rayonu 1-ci Aşıqlı kəndində anadan olmuşdur. İxtisasca filoloqdur. İlk tamaşası olan "Həqiqət" Azərbaycamın 1 çox teatrlarında səhnəyə qoyulmuşdur. Daha sonralar Azərbayvcan Milli Dram Teatrında "Şeytan", "Aylı gecə" tamaşaları səhnələşdirilmişdir. Gürcüsatanın Kutaisi teatrı da "Aylı gecə" tamaşasını uğurla tamaşaya qoymuşdur.Bundan başqa "Sezarın qətli" , M.F.Axundovun həyatından bəhs edən "İdrak işığı" tamaşalaı da müxtəlif vaxtlarda izləyicilərə təqdim olunub. Dramaturgiyadan əlavə Arif Mədətov həm də pedaqoji fəaliyyət,biznes və xeyriyyəçiliklə də məşqul olmuşdur. Hal-hazırda Yazıçılar Birliyinin üzvüdür.
Atababa Mədətzadə
Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu 5 noyabr 1948, Kürdəxanı – 17 aprel 2004, Bakı) — Azərbaycan şairi. == Həyatı == Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub.
Eynulla Mədətli
Eynulla Mədətli (tam adı: Eynulla Yadulla oğlu Mədətli; 18 aprel 1954, Naxçıvan) — 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş konsulu və Azərbaycan səfirliyinin müşaviri (Tehran,1996–2001). Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri (2001–2002). Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstanda (iqamətqahı İslamabad olmaqla) Fövqəladə və Səlahiyyətli səfiri (2002–2010). Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri (2010–2015). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparıcı elmi işçi (2016–2017), 2017-ci ildən Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru. == Həyatı == == Elmi əsərlər == "Azərbaycan həqiqətləri İran tarixşünaslığında" Bakı, 2011, "XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında" Bakı, 2017, "İranda Azərbaycan tarixi məsələləri" Bakı, 2020, "Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlili" Həmmüəllif, Bakı, 2020. "Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın zəfər yolu" Bakı, 2021, "Tarix və tarixşünaslıq məsələləri" Bakı, 2022. == Mükafatları == Azərbaycan Respublikası diplomatik xidmətinin 90 illiyi yubiley medalı (2009). 2014-cü ildə Azərbaycan ilə Ukrayna arasında humanitar münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi və genişləndirilməsində xidmətlərinə görə "İlin adamı" proqramının Ali Akademik Şurasının qərarına əsasən diplomatiya sahəsində beynəlxalq mükafata layiq görülüb.
Fariz Mədətov
Fariz Əlövsət oğlu Mədətov (18 aprel 1972, Varvara, Yevlax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == 18 aprel 1972-ci il Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1979–1989-cu illərdə burada təhsil almışdır. 1990–1992-ci illərdə hərbi xidmətdə olmuşdur. O, xidmətini başa vurub qayıtdığı zaman Qarabağ müharibəsi artıq başlamışdı. == Döyüşlərdə iştirakı == Milli Ordu sıralarında döyüşlərə girir. İlk döyüşü Qubadlı rayonunun Başarat kəndində olur. Sonra onu Füzuli rayonuna göndərirlər. Yağlıvənd, Tuğ, Horadiz kəndlərində qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq səhifələri yazdı.
Mahir Mədətov
Mahir Mahir oğlu Emreli (əvvəlki adı Mahir Anar oğlu Mədətov; 1 iyul 1997, Tver) — azərbaycanlı futbolçu. Xorvatiyanın "Dinamo Zaqreb" klubunda və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edir. "Bakı" Futbol Klubunun yetirməsi olan Emreli, uzun müddət klubun aşağı yaş qruplarında və əvəzedici heyətində oynayıb. 2015-2021-ci illərdə "Qarabağ"da çıxış edən futbolçu, 5 dəfə Azərbaycan Premyer Liqasının və 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub. == Həyatı == Mahir Emreli 1 iyul 1997-ci ildə Rusiyanın Tver şəhərində anadan olub. Orta təhsilini 47 nömrəli tam orta məktəbdə tamamlamışdır. Futbola 2007-ci ildə 10 yaşında Bakı Futbol Klubunda başlamış, 2014-cü ilə qədər də Bakı FK-nın müxtəlif yaş qruplarında və əsas heyətində oynamışdır. Aşağı yaş qruplarında oynayarkən Bakı FK-nın Atletiko Madrid və Lans klubları ilə əməkdaşlıqları çərçivəsində bu klubların futbol akademiyalarında olmuş və məşqlərdə iştirak etmişdir. == Klub karyerası == === Bakı FK === 2014/15 mövsümünü "Bakı"nın heyətində çıxış edib. Daha əvvəllər Bakı klubunun aşağı yaş qruplarında çıxış etsədə peşəkar olaraq 2014-cü ildən əsas heyətdə oynamağa başlayıb.
Mirzəcan Mədətov
Mirzəcan Mədətov (1809, Çanaqçı – 1851, Şuşa) — erməni əsilli Azərbaycan şairi. == Həyatı == Mirzəcan Mədətov Valerian Qriqoryeviç Madatovun (Arustam Quqo oğlu Mədətovun) qardaşı oğludur. Vərəndə mahalının Çanaqçı kəndində anadan olmuşdu. Tiflis canişinliyi dəftərxanasında çalışmışdı. Podpolkovnik rütbəsinədək yüksəlmişdi. Əvvəllər Tiflis dəftərxanasında işləyən sənətkar sonralar Azərbaycan aşıq şeiri formalarında bir çox qoşma və gəraylıların müəllifi oldu. Onun yaradıcılığı əsasən Aşıq Pəri ilə dəyişmələrdən və məktublaşmalardan ibarətdir. Aşıq Pərinin şeirlərinə dərindən yanaşanda məlum olur ki, Mirzəcan Mədətovla çox yaxın olmuş, bir sənət yoldaşı kimi onun xatirini çox istəmişdir. İstər dəyişmələrində, istər də ithaflarında biz bunların şahidi oluruq. Şeirlərindən məlum olur ki, Mirzəcan Mədətovun ölümü Aşıq Pərini dərindən sarsıtmış, ona xüsusi qoşma həsr etmişdir.
Mübariz Mədətov
Mübariz Mədətov (d. 8 noyabr 1952, Bakı – ö. 23 noyabr 2018, Bakı) — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinin üzvü, uzaq səfərlər kapitanı, Azərbaycanın əməkdar mühəndisi. == Həyatı == Mübariz Mədətov 1952-ci il noyabrın 8-də Bakı şəhərində doğulub. 25 mömrəli məktəbin səkkizinci sinfini bitirdikdən sonra o, 1968-ci ildə Bakı Dəniz Yolları Məktəbinə daxil olub. 1972-ci ildə həmin məktəbdə texnik gəmi sürücüsü, 1973-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində mühəndis gəmi sürücüsü ixtisaslarına yiyələnib. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının gəmilərində matros kimi başlayıb, sonralar 1973-1986-cı illərdə müxtəlif gəmilərdə kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyib. Mahir gəmi sürücüsü olan Mübariz Mədətov uzaq səfərlər kapitanı kimi dünyanın onlarla ölkəsinin limanlarına səfərlər edib. 1995-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar xidmətinin rəisi vəzifəsinə irəli çəkilib. İki bu vəzifədə çalışıb, 1997-ci ildə Gəmiçiliyin Sosial məsələlər və təsərrrüfat xidmətinin rəisi təyin edilib.
Mədətkənd
Mədətkənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Madataşen adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Mədətkənd kəndinin əhalisinin faktiki sayı 90 nəfər, qeydiyyatdakı əhalinin sayı 94 nəfər təşkil edirdi. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Mədətkəndə
Mədətkənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Madataşen adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Mədətkənd kəndinin əhalisinin faktiki sayı 90 nəfər, qeydiyyatdakı əhalinin sayı 94 nəfər təşkil edirdi. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Mədətli
Mədətli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mədətli oyk. Cəlilabad r-nunun Şorbaçı i.ə.v.-da kənd. Düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrda mədətli nəsli saldığı üçün belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 605 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədətsiz dağı
Mədətsiz dağı - Orta Toros (Tavr) dağlarında, Bolkar dağları üzərində yerləşən 3524 metr (11.562 ft) yüksəkliyində dağ. Bolkar dağları Orta Torosların ən hündür dağlarıdır. Mədətsiz dağı Bolkarların şimal-şərq hissəsində yerləşir. Niğdənin Uluqışla vilayəti ilə Mersinin Çamlıyayla rayonlarının sərhədləri Mədətsiz dağında kəsişir. Zirvə Çamlıyayla sərhədində yerləşir. Ağdənizə uzaqlığı kuş uçuşu ilə 65 km-dir. Tarsus rayonu Gülək kəndindən Mədətsiz zirvəsinə qalxarkən Türk İstiqlal Müharibəsi türk-fransız çatışmasına ithafən 37°18′04.16″K 34°43′29.36″D koordinatında Qarboğazı şəhidliyi yaradılmışdır.Mədətsiz dağı dağçılıq baxımındn çox populyardır. Əksər hallarda dırmanış Uluqışla istiqamətindən başlanır.
Nazim Mədətov
Nazim Mədətov (d. 4 yanvar 1952, Kirovabad , Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. == Həyatı və fəaliyyəti == 4 yanvar 1952-ci ildə Kirovabad şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun avtomatik elektrik rabitəsi ixtisasını bitirmişdir. 1974-cü ildən təyinatla Azərbaycan Respublikasının Rabitə Nazirliyinin Məlumat Hesablama Mərkəzinin böyük mühəndisi vəzifəsində calışmışdır. 1976-cı ildə qrup rəhbəri, 1982-ci ilə şöbə rəisi və 1987-ci il tarixdən başlayaraq MHM-nin direktor müavini vəzifəsində çalışır. == Mükafatları və fəxri adları == 1986 — "Əməkdə Fədakarlıq" medalı; 2004 — Azərbaycan Rabitə Ustası; 05.12.2006 — Azərbaycan "Əməkdar Mühəndis".
Qaraş Mədətov
Qaraş Əli oğlu Mədətov (10 fevral 1928, Qarabağlar, Naxçıvan MSSR – 1 iyul 1993, Bakı) — AMEA-nın müxbir üzvü (1983), AMEA A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın 1941–1945-ci illər tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru (1965), professor (1968), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1980). == Həyatı == AMEA-nın müxbir üzvü Qaraş Mədətov 1928-ci il fevralın 10-da indiki Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1953–1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almış, 1983-cü ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. Qaraş Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna işə qəbul edilmiş, 1957–1958-ci illərdə AMEA Tarix İnstitutunda elmi katib, 1958–1968-ci illərdə baş elmi işçi olmuş və 1968-ci ildən ömrünün sonunadək "Azərbaycanın müasir dövr tarixi" şöbəsinə rəhbərlik etmişdir. Naxçıvan MR-in yaranması, Azərbaycan İkinci dünya müharibəsində mövzularında tədqiqatlar elmi fəaliyyətində əsas yer tutur. 5 monoqrafiyanın və bir neçə kitabçanın, 150-dən çox elmi məqalənin və s. əsərlərin müəllifidir. Qaraş Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941–1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə yönətlmişdir.
Rövşən Mədətov
Rövşən Vüqar oğlu Mədətov (7 iyul 1998; Şəmkir, Azərbaycan — 9 noyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rövşən Mədətov 7 iyul 1998-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. 2005-2016-cı illərdə Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Rövşən Mədətov 8 iyul 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlamışdır. 2018-ci ilin yanvar ayında hərbi xidmətini başa vuraraq mülki fəaliyyətinə geri qayıtmışdır. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Rövşən Mədətov səfərbər olunmuşdur. 22 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rövşən Mədətov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Röyal Mədətov
Röyal Şahin oğlu Mədətov (14 may 1992; Qazax rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Mədətov 1992-ci il mayın 14-də Qazax rayonunun Hüseynbəyli kəndində anadan olub. 1998-2009-cu illərdə A. Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Röyal Mədətov 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb və yaralanıb. Azərbaycan Ordusunun kiçik giziri olan Röyal Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyal Mədətov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Hüseynbəyli kəndində dəfn olunub.
Rəhim Mədətov
Mədətov Rəhim Səlim oğlu 1949-cu ildə Azərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə təhsilini tamamlamış və Dəvəçi rayon Xalq Maarif şöbəsində fizika müəllimi vəzifəsində çalışmışdır. O, 1973-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirir. == Elmi fəaliyyəti == Elmi fəaliyyətinin ilk dövrünü Azərbaycan EA-nın Fizika İntitutunda akademik H.B.Abdullayevin və prof. E.Y. Bəkirovun rəhbərliyi ilə keçirmişdir.1977-ci ildə Azərbaycan EA-nın Rəyasət Heyətinin qərarı ilə EA-nın Radiasiya Tədqiqatları Sektoruna kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. İlk tədqiqat işlərində özünü nəzəri və praktiki cəhətdən hazırlıqlı eksperimentator kimi göstərmişdir. Bu keyfiyyəti nəzərə alan Elmi Şura ona “Ge-Si bərk məhlulu əsasında fotoqəbuledicilərin hazırlanması və onların elektrik və fotoelektrik xassələrinin tədqiqi” mövzusunda elmi tədqiqat institutlarına, o cümlədən Moskva “ Старт” (Start) Elmi Yaradıcılıq Birliyinə ezam olunur və Ge-Si bərk məhlulu əsasında p-n keçidlərin hazırlanma texnologiyasının elmi əsasını yaradır. 1981-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış fotodiodların fotoelektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və SSRİ Ali Attestasiya Komitəsinin qərarı iləfizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə isə baş elmi işçi adına layiq görülüb. 1982-1985-ci illər ərzində əldə etdiyi elmi nəticələr Azərbaycan və SSRİ-nin EA-nın mühüm nəticə kimi qəbul edilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür.
Zaur Mədətov
Zaur Kamal oğlu Mədətov (16 noyabr 1999; Sumqayıt, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaur Mədətov 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Abşeron rayonunun ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbinə qəbul olub. Daha sonra təhsilini Nizami rayonunun 277 nömrəli tam orta məktəbində davam edib və 2017-ci ildə təhsilini bitirib. İdmanın cüdo növü ilə məşğul olub, Azərbaycan daxili və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb. Subay idi. == Hərbi xidməti == Zaur Mədətov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra SHXÇDX-yə müraciət edib və sentyabrın əvvəllərində döyüşlərə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Mədətov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
ку́таться мезогле́я переве́шивать приживля́ться сноха́чество сре́дственный ужа́ление хлори́рование амбразу́ра видеоустро́йство кусти́стый о. последний долг кому-л привнесе́ние пелюстка anthropopathism bobby pin crack-skull empoison pantyleg stockings parturition statuette unacknowledged ко претор рамки