MƏHSUL
MƏHSULDARLIQ
OBASTAN VİKİ
Məhsuldar qat (alt pliosen)
Alt pliosen — Azərbaycanda yerləşmiş geniş neft-qaz yığımları Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Məhsuldar qat və onun analoqu olan Qırmızı qat çöküntüləri Paleogenin və Neogenin digər stratiqrafik vahidlərinə nəzərən dana böyük qalınlığa malikdir (4500–5000 m-ə qədər). == Litoloji tərkibi == Məhsuldar qatın kəsilişi aşağıdan yuxarıya iri qırıntılı materialın ardıcıl olaraq artdığı qumlu-gilli qumlu-gilli, bəzən kobud qırıntılı süxur lay və dəstələrin ritmik növbələşməsindən ibarət olan qalın kontinental-dəniz çöküntüləri kompleksindən ibarətdir. == Geoloji inkişaf tarixi == Pont əsrinin sonunda Paleoxəzərin səviyyəsinin kəskin enməsi nəticəsində məhsuldar qat hövzəsinin Şimal Paratetisdən tam təcrid olunmasına, Paleovolqa, Paleouzboy və Paleokür kimi çay sistemlərinin geniş inkişafına səbəb olmuşdur. Çöküntütoplanma prosesi müasir Cənub Xəzərin hüdudunda yerləşən təcrid olunmuş erkən pliosen hövzəsində və həmçinin bu hövzəyə tökülən çay arteriyalarında baş vermişdir. Məhsuldar qat tavanı və dabanının yaşı vulkan külü araqatlarına görə, uyğun olaraq, 3,2 və 6,0 mln. il hesablanmışdır. Qısa geoloji dövr ərzində böyük qalınlıqlı terrigen materialın toplanması Böyük və Kiçik Qafqazın inkişafı kimi baxılır. == Qalınlığı == Minimal qalınlıq Cənubi Xəzər meqaçökəkliyinin şimal-qərbində 500–700 m-dir. Maksimal qalınlıq isə cənub-şərqdə 3000–4500 m-ə qədər çatır.
Yüksək məhsuldar zebu hibridləri (film, 1983)
== Məzmun == Zebu-hürgüclü qaramal dünyanın bir çox ölkəsində yayılmışdır. Respublikamızda təmiz cinsli Azərbaycan zebusu yetişdirilir. Zebu hibridləşdirilməsi üzrə elmi mərkəz olan S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ölkəmizdə yeganə zebuçuluq problem laboratoriyası var. Filmdə işlik və ətlik məqsədi ilə saxlanılan zebu, onun hibridləşdirilməsi, zebudan yeni ətlik cinslər yaradılması haqqında danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Adil Ələkbərov Ssenari müəllifi: A.Nikolski, Faiq Dərgahov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Bioloji məhsuldarlıq
Bioloji məhsuldarlıq – su tutarların müəyyən zaman kəsiyində təkrar olaraq əmələ gətirdiyi bütün fitoplankton, bitki və canlı orqanizmlərin kütləsinin məcmusudur. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Gətirilmə Mal-Qaradan Yüksək Məhsuldarlığın Alınması (1979)
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
Məhsuldarlıq
Məhsuldarlıq — istehsalın səmərəliliyinin müxtəlif ölçülərini təsvir edir. Çox vaxt məhsuldarlıq tədarükü ümumi bir məhsulun istehsal prosesində istifadə olunan vahid girişə və ya məcmu girişə nisbəti, yəni adətən müəyyən bir müddət ərzində giriş vahidinə düşən nəticə kimi ifadə olunur. Ən ümumi nümunə əmək məhsuldarlığı ölçüsüdür, məsələn, bir işçiyə düşən ÜDM kimi. Məhsuldarlığın bir çox müxtəlif tərifləri var və aralarındakı seçim məhsuldarlığın ölçülməsindən və ya məlumatların əldə edilməsindən asılıdır. Müxtəlif məhsuldarlıq tədbirləri arasındakı fərqin əsas mənbəyi ümumiyyətlə məhsuldarlığın belə nisbət tipli ölçüsü əldə etmək üçün məhsulların və girişlərin skalyarlara necə birləşdirildiyi ilə bağlıdır. Məhsuldarlıq firmaların və millətlərin istehsal fəaliyyətində vacib amildir. Milli məhsuldarlığın artması yaşayış səviyyəsini yüksəldə bilər, çünki daha çox real gəlir insanların mal və xidmət almaq, asudə vaxt keçirmək, mənzil və təhsili yaxşılaşdırmaq və sosial və ekoloji proqramlara töhfə vermək qabiliyyətini artırır. Məhsuldarlığın artması da müəssisələrin daha qazanclı olmasına kömək edə bilər.
Sərt diskin məhsuldarlığı
== Tarixçə == Sabit disklər əvvəl yerlərinə istifadə olunan storage vahidləri "maqnetik zolaqlar" və "maqnetik davul" adlandırılan terminlərdir. 1950-ci ildə edilmiş olan ilk ticarət maşın (nümunə ERA 110) maqnetik davul, 1 megabit (1 bit = 1/8 bayt) məlumat saxlayabilməkdə və bir sözü 5000 saniyədə oxuyabilməkdəydi. Mövzu ilə əlaqədar digər əhəmiyyətli tarixlər: 1956 - IBM firması 50 ədəd 61 sm diametrində diskdən ibarət 5 MB-lıq 305 RAMAC'ı çıxardı. 1973 - IBM 3340 Winchester markalı 30 MB-lıq məşhur sabit diski çıxardı, bəzi ölkələrdə sabit disk hələ bu şəkildə adlandırılmaqdadır. 1980 - Seagate firması günümüzdəki 5,25 düymlük CD sürücülərinin iki qatı yüksəklikdəki 5 MB-lıq ST 506 modelini çıxardı. 1983 - IBM çıxardığı PC / XT kompüterləri ilə birlikdə sabit disk bir çox fərdi kompüter üçün təməl təchizat halına gəldi. 1985 - Günümüzdəki 5,25 düymlük CD sürücülərinin böyüklüyündə (1,6 düym yüksəklikdə) sabit disklər çıxarıldı. 1987 - 3,5 düymlük, 500 MB'a çatan böyüklüklərdə sabit disklər çıxarıldı. 1997 - IBM masaüstü kompüterlər üçün 16,8 GB-lıq bir sabit diski bazara sürdü. 1998 - 25 GB-lıq disklər bazara çıxdı.
Yüksək məhsuldarlıqlı emal
Yüksək məhsuldarlıqlı emal — (və ya Qərbdə yayılmış: High Performance Cutting -HPC) adi emala nisbətən həddən artıq yüksək kəsmə sürəti və verişlə aparılan emal üsuludur. Yüksək sürətli emaldan fərqli olaraq burada kəsmə sürəti nisbətən aşağı, kəsmə dərinliyi isə çox yüksək olur. Bununla vahid zamanda iri həcmdə material qatı çıxarmaq mümkündür. Texnoloji sistemdə yaran yüksək qüvvə nəticəsində proses zamanı səthin keyfiyyəti nisbətən pis alınır. HPC təkcə kəsmə prosesini yox, həm də istehsal prosesinə təsir edən bütün faktorları birləşdirərək məhsuldarlıq və etibarlığın təmin olunmasını qarşısına məqsəd qoyur. Bu üsul əsasən ştamp və tökmə avadanlıqlarının formalarının hazırlanmasında tətbiq olunur. Böyük material həcmi əsasən yüksək verişlə əldə olunduğundan, emal zamanı kəsmə qüvvəsi artır və dəzgahın düyümlərinə və alətə düşən yükün artmasına gətirib çıxarır. Buna baxmayaraq, bu üsullu HSC-yə nisbətən uyğun alətlə adi dəzgahlarda da yerinə yetirmək mümkündür. Buna görə də, yüksək kəsmə qüvvəsi kələkötürlüyün qiymətinin artmasına səbəb olur və nazik divarlı hissələrin emalına imkan vermir. Minimal həddə yağlamaya ehtiyac yoxdur, çünki kəsmdə yaranan istilik yonqarla kənarlaşdırılır.
Məhsuldarlıq proqram təminatı
Məhsuldarlıq proqram təminatı (ing. productivity software; habelə şəxsi məhsuldarlıq proqram təminatı (ing. personal productivity software) və ofis məhsuldarlığı proqram təminatı (ing. office productivity software) kimi də adlandırılır) — sənədlər, prezentasiyalar, cədvəllər, databazalar və s. informasiya istehsalı üçün istifadə olunan tətbiqi proqram təminatı. Adını xüsusilə ofis işçilərinin iş məhsuldarlığını artırmasından alır.

Digər lüğətlərdə

выщела́чивание джаку́зи жгу́честь жиро́нда отло́го спервонача́ла губе́рнский домоуправле́ние жа́ждать замполи́т непря́деный полистиро́л просте́ть мягкий фильман declining ignore manufacturability motorbus peach-colour philibeg red cattle донашивать донкихотство иероглифический