MƏHƏ

(Cəlilabad, Cənubi Azərbaycan, Masallı)
burğu. – Şalbannarı məheynən deşillər (Cənubi Azərbaycan)
MƏH
MƏHLƏB
OBASTAN VİKİ
Abbas Məhəmmədi
Abbas Məhəmmədi (23 avqust 1975, Kirman) — İran futbolçusu, qapıçı. == Həyatı == Abbas Məhəmmədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubunun oyunçusudur. O Traktor Sazi klubuna gəlməmişdən öncə Mis-i Kirman və Sipahan futbol klublarında oynamışdır. Abbas Məhəmmədi İran çempionatının 2010/2011 mövsümündə ən az (29) buraxan qapıçı olmuşdur.
Abdulla Məhəmmədov
Abdulla Məhəmmədov (qum. Абдулла Магьамматов, 5 aprel 1869 – 2 mart 1937) — qumuq şairi. == Həyatı == Abdulla Məhəmmədov (Mahammadov) (1869, Tersk vi­la­yətinin Yaxsay kəndi-1937). Kəndli ailəsində dünyaya göz açan Abdulla Mahammadov dərin təhsil görməmişdi. Həmin vaxt nəinki bölgədə, hətta Qafqazda belə tanınan mədrəsə onun doğulduğu kənddə fəaliyyət göstərirdi. Abdulla iti zəkası, fitri istedadı ilə yaşıdlarından seçilmiş, xalq arasında yaşayan yırları söyləyə-söyləyə özü də həmin janrda əsərlər yazmağa başlamışdır.Bolşeviklər hakimiyyətə gəldikdən sonra daim xalq arasında olan sadə insanlardan bacarıqla istifadə edərək onları öz təbliğatçılarına çevirirdilər. 1920-1930-cu illərdə kasıb ailədən çıxan, folklordan qaynaq­lanaraq sadə şeirlər yazan, xalq arasında dolaşan qazax Cambul Cabayev, ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa kimi sənətkarları reklam edərək, onlardan bacarıqla yararla­nırdılar. Qumuqlar arasında da Abdulla Mahammadov bu funk­siyanı yerinə yetirirdi. O, kolxoz quruluşunu, sosializmin qələbəsini, bolşeviklərin hünərini tərənnüm edən, kapitalizmi, köhnəliyi, adət-ənənələri tənqid edən şeirlər yazırdı. Şair qocalanda yazı-pozu öyrənmiş, şeirlərini qəzetlərə gön­dərmişdir.
Abdullah ibn Məhəmməd
Abdullah ibn Məhəmməd əl-Qureyşi (610-cu illər, Məkkə – 615, Məkkə, ərəb. عبد الله بن محمد‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan oğlu. == Bioqrafiyası == Abdullah Məhəmmədin peyğəmbərlik missiyasının başlanmasından sonra Məkkədə anadan olub. O, atasının peyğəmbərliyi başlayandan sonra doğulduğu üçün ət-Tahir (“təmiz”) və ət-Tayyib (“mehriban”, “yaxşı”) adlarını almışdır. Məhəmməd peyğəmbər ona atasının adını verir. Abdullah 615-ci ildə Məkkədə uşaq ikən vəfat etmişdir. Təfsirlərə görə, Abdullahın vəfatından sonra Məhəmməd peyğəmbərin müasirlərindən və əleyhdarlarından olan əl-As ibn Vail onun haqqında onun sonsuz olduğunu demişdir. Cavabında Kovsər surəsi nazil oldu: Əs-Suddi demişdir: “İnsanların övladları ölən zaman insanlar (ərəblər) belə deyirdilər: “O, itirdi (məhrum oldu). Məhəmməd itirdi (məhrum oldu) ” Sonra Allah nazil etdi: “Həqiqətən, sənin düşmənin sonsuzdur”.
Abdullah ibn əl-Səid Məhəmməd
Abdullah ibn Səid Məhəmməd (ərəb. عبد الله بن سعيد محمد‎; 1846[…], Darfur – 24 noyabr 1899, Kordofan[d]) — Sudanlı Mehdinin ölümündən sonra Mehdi Dövlətinin başçısı və xəlifə (1885–1898). == Həyatı == Abdullah ibn Səid Məhəmməd təxminən 1846-cı ildə Tayşa Bəqqarə qəbiləsində anadan olmuşdur. Atası Məhəmməd ət-Taki ailəsi ilə birlikdə Məkkəyə köçmək istəmiş, lakin bölgənin çətin vəziyyəti ona mane olmuşdur.Abdullah Sudanlı Mehdinin ölümündən sonra, 1885-ci ildə Mehdi Dövlətinin başına gəlmişdir. O, mehdiçilərin mərkəzləşdirilmiş feodal dövlətini gücləndirmiş, qüvvətli ordu yaratmışdı. İngilis müstəmləkəçilərinə qarşı sudanlıların müqavimət hərəkatına (1895–1898) başçılıq etmişdir. 1898-ci ildə Omdurman döyüşündə ingilislər qalib gəldikdən sonra Abdullah Sudan xalqının gerilla hərəkatına rəhbərlik etmiş və döyüşdə həlak olmuşdur.
Allahın elçisi Məhəmməd (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Alovlu məhəbbət (film, 2011)
Alovlu məhəbbət — rejissor Dreyk Doremusun 2011-ci ildə çəkdiyi film. Əsas rolları Anton Yelçin, Felsiti Cons və Cennifer Lourens ifa edirlər. == Məzmun == Film ingilis tələbə Annann amerikalı tələbə Ceykoba aşıq olmasından bəhs edir. Amerikada uzun müddət qaldığı üçün vizası ləğv olunan Anna sevgisindən ayrı düşmək məcburiyyətində qalır.
Ambaras məhəlləsi
Ambaras məhəlləsi — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Ordubadçayın sağ sahilindədir, Aşağı və Yuxarı Ambaras adlanan iki məhəllədən ibarətdir. XVIII əsrin əvvəllərində Naxçıvan sancaqının tərkibinə daxil olan Azadciran nahiyəsi Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir. Mənbələrin məlumatına görə,məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, çeşmə və bir neçə xırda dükan vardı. Meydan bütünlüklə iri çinar ağaclarının kölgələri örtürdü. Ambaras məhəlləsinin meydanı indi də məhəllə mərkəzi rolunu oynayır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 23.
Amil Məhərrəmov
Amil Məhərrəmov — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor. == Həyatı == Amil Məmmədəli oğlu Məhərrəmov 1974-cü il dekabr ayının 24-də Azərbaycan SSR-in Bakı şəhərində anadan olmuşdur. 1981–1991-ci illərdə Bakı şəhəri 54 saylı orta məktəbində oxumuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsini iqtisadi-nəzəriyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1996–2000-ci illərdə 08.00.01. – "İqtisadi nəzəriyyə" ixtisası üzrə aspiranturada oxumuşdur. 1995-ci ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamıışdır. 1999-cu ildən "Beynəlxalq iqtisadi münasibətlər və idarəetmə" kafedrasında saathesabı müəllim, 2000-ci ildən 0,5 ştat əvəzçilik yolu ilə müəllim və 2002-ci ildən tam ştat baş müəllim vəzifəsinə keçirilmişdir. 2002-ci ildən A.M.Məhərrəmov "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən dosent elmi adını almış və həmin ildən yeni yaradılmış "Gömrük işinin təşkili və idarəetmə" kafedrasında müdir əvəzi, dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2011-ci ildə yeni yaradılmış "İqtisadiyyat və idarəetmə" kafedrsının müdiri vəzifəsinə seçilmişdir.
Anuş Məhəlləh-ye Cokəndan (Talış)
Anuş Məhəlləh-ye Cokəndan (fars. انوش محله جوكندان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,162 nəfər yaşayır (457 ailə).
Aqşin Məhərrəmov
Aqşin Ramiz oğlu Məhərrəmov (1982, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin komandanlarından biri. == Həyatı == Aqşin Məhərrəmov 1982-ci ildə Xaçmaz rayonunda anadan olub. == Hərbi xidməti == Aqşin Məhərrəmov 17 avqust 2020-ci ildə general-mayor rütbəsi alıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə 9 dekabr 2020-ci ildə "Zəfər" ordeni, 24 dekabr "Cəbrayılın azad olunmasına görə" medalı, 25 dekabrda isə "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Arif Məhərrəmov
Arif Məhərrəmov (rəssam) — Azərbaycan rejissoru və rəssamı. Arif Məhərrəmov (hərbçi) — Hərbçi. Arif Məhərrəmov (fizik) — fizika-riyaziyyat elmləri doktoru, professor.
Arif Məhərrəmov (alim)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Arif Məhərrəmov (fizik)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Arif Məhərrəmov (hərbçi)
Məhərrəmov Arif Vəli oğlu (23 sentyabr 1965) — Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı (1998). == Həyatı == 1965-ci il sentyabr ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulub. 1983-1985-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabağda döyüşüb. Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. (səbəb: torpaqların hələ də işgaldan azad olmaması) 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Arif Məhərrəmov (rəssam)
Arif Əli oğlu Məhərrəmov (5 avqust 1948 – 9 avqust 2022) — Azərbaycan kino rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2000). == Həyatı == Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olmuşdur. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olmuşdur. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilmişdir. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Biz qayıdacağıq (film, 2007) Gəldi kosa (film, 1988) İşgüzar səfər (film, 1982) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Molla Nəsrəddin Xoca (film) Münəccimin şagirdi (film, 1983) O dünyadan salam (film, 1991) Qala (film, 2008) Qaravəlli (film, 1989) Qaravəlli-2 (film, 1992) Xrizantema yarpağı (film, 1989) Yatmaq vaxtıdır (film, 1984) Yeddi gözəl (film, 1982) == İstinadlar == == Mənbə == Xamis Muradov.
Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987)
Arif Məlikov. "Məhəbbət əfsanəsi" qısametrajlı sənədli televiziya filmi rejissor Böyükağa Məmmədov tərəfindən 1987-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun bütün dünyada məşhur olan "Məhəbbət əfsanəsi" baletindən bəhs edir. == Məzmun == Film görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun bütün dünyada məşhur olan "Məhəbbət əfsanəsi" baletindən bəhs edir. Bəstəkar baletin yaranma tarixindən, onun nəinki bizim respublikamızda, həm də keçmiş SSRİ-nin ən iri teatrlarında, o cümlədən SSRİ Böyük Teatrında, S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında, bir çox xarici ölkə teatrlarında tamaşaya qoyulması barədə danışır. Film bu sözlərlə qurtarır: "Mən "Əfsanə"nin bəstəkarıyam və hər yeni premyera mənə yeni əsərlər yazmağa impuls verir".
Asakiri Mənsurəyi Məhəmmədiyyə
Asakiri Mənsurəyi Məhəmmədiyyə (Türkcə: Məhəmmədin qalib əsgərləri), Yeniçəri ocağının Vaqiəyi-Xeyriyyə ilə aradan qaldırılmasından sonra, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan yeni ordunun adıdır. 16 iyun 1826 - 1920-ci illərdə fəaliyyət göstərmişdi. De-fakto 1912-ci ildən fəaliyyətinə son verilmişdir. Mudros sülh müqaviləsindən sonra isə fəaliyyəti tamamilə ləğv edilmişdir. Qərargahı İstanbul və Selanikdə olmuşdur. Bu ordudan Rusiya-Osmanlı müharibəsi (1877-1878), Krım müharibəsi, Osmanlı-Yunan müharibəsi (1897) zamanı istifadə edilmişdir. Dindar insanların reaksiyasını azaltmaq üçün Məhəmmədiyyə adın əlavə edildi. Keçmiş yeniçəri ağalarından olan Ağa Hüseyn Paşa birinci olaraq “sərəsgər” adı ilə Asakiri Mənsurəyi Məhəmmədiyyənin rəhbərliyinə gətirildi. Asakiri Mənsurəyi Məhəmmədiyyə “tərtibat” adlandırılan səkkiz qoşundan ibarət idi. Hər tərtibatın başında “mayor” adlandırılan bir komandir var idi.
Attaher Məhəmməd Əl-Mahcub
Attaher Məhəmməd Əl-Mahcub — Liviyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Attaher Məhəmməd Əl-Mahcub Liviyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Ayaqyalın məhəbbət (film, 1916)
Ayaqyalın məhəbbət qısametrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. Filmdə əsas rolları A. Panova-Potyomkina, Regina Lazareva, Yevgeni Muromski və V. Lenin ifa edirlər. == Məzmun == Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq == Rollarda == A.Panova-Potyomkina Regina Lazareva Yevgeni Muromski V.Lenin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ayətullah Məhəmməd Fazil Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük fəqih,elm və əxlaq sahibi olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". == Təhsil == Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Ağa Məhəmməd xan Qacar
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağa Məhəmməd Şah Qacar
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağa Məhəmməd Şah Qacar (pyes)
Ağa Məhəmməd Şah Qacar (pyes) — Ə. Haqverdiyev 1905-ci il inqilabından sоnra Rusiya dövlət dumasına Gəncə qubеrniyası üzrə nümayəndə sеçilir və Pеtеrburqda qalır, “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır. 1907-ci ildə yazıçı yеnə həmin faciəyə aid əlavə məlumat tоplamaq üçün İrana səyahət еdir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qоyulmuş və оndan sоnra da böyük müvəffəqiyyətlə uzun zaman səhnədə оynanılmışdır. “Ağa Məhəmməd şah Qacar” ədəbiyyat tariximizdə Nəriman Nərimanоvun- “Nadir şah”ından (1898) sonra ikinci tarixi faciə idi. N.Nərimanоv da, Ə.Haqvеrdiyеv də yaradıcılıqlarında rеalist M.F.Axundоv ədəbi məktəbinin görkəmli davamçıları idilər. == Əsərin mövzusu == Ə.Haqvеrdiyеv tarixi həqiqətlərə sadiq qalaraq, faciədə İranın qəddar şahı оlan Ağa Məhəmməd şah Qacarın istilaçı siyasətini, Tiflis və Qarabağa hücumunu təsvir еtmişdir. 1907-ci ildə və оndan sоnra, uzun zaman böyük müvəffəqiyyətlə səhnədə nümayiş еtdirilən faciənin müasir ruhunu gücləndirən əsas səbəblərdən biri də Qacar simasında işğalçı müharibənin ifşası idi. Pyеsin tamaşaya qоyulduğu illər İranda inqilabın yüksəldiyi, irticanın quduzlaşdığı dövr idi. Pyеsdə müəllif tək bir müstəbidi ifşa еtməklə kifayətlənməmiş, ümumiyyətlə Şərqin özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulunu və оnun törətdiyi vəhşilikləri tənqid еtmişdir. Bütün yaradıcılığı bоyu rеalist оlan Haqvеrdiyеv, qəhrəmanın faciəsini bəhs еtdiyi dövrün ictimai münasibətləri və tarixi şəraiti ilə əlaqələndirərək, Qacarın fəaliyyətini və ölümünü tarixi bir zərurət kimi şərh еtmişdir.
Ağa Məhəmməd şah
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Aşağı Məhəmmədağa (Çaldıran)
Aşağı Məhəmmədağa (fars. محمداقاسفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (6 ailə).
ви́лы заклёпывать оголода́лый радиочастота́ снасме́шничать сти́льно сызве́ку трести́рованный без задних ног госпита́льный запотева́ть крахма́листость повремени́ть ри́мляне air-gas anthelmintic bestrew cheep momentariness seraglio theft-bote zoocarp драпануть писцовый садовод