MƏHƏMMƏDVƏLİ
MƏHƏRRƏM
OBASTAN VİKİ
Məhər Quliyev
1924-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1941-1945 Böyük Vətən Müharibəsinin iştirakçısı olub. İlk pedaqoji fəaliyyətinə Xatınlı kənd 7 illik orta məktəbində başlayıb. Daha sonra A.S.Puşkin, Y.Sadıqov və N.Tusi adına orta məktəbdə ixtisası üzrə dərs deyib. Fəaliyyəti dövründə Tovuz rayonunda kimya olimpiyadaları təşkil edərək gəncləri elmə cəlb edib. Azərbaycan SSR üzrə "respublika kimya olimpiyadası"nın Y.Sadıqov adına orta məktəbdə keçirilməsinə nail olub. Həmin dövrdə ən böyük və zəngin kimya laboratoriyasını yaradıb. (İndi həmin laboratoriyadan əsər-əlamət qalmayıb.) Yetirmələri ən yüksək vəzifələrdə çalışır. SSRİ Maarif əlaçısı, metodist müəllim, Qabaqcıl maaarif xadimi,Böyük Vətən Müharibəsi Veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın əməkdar müəllimi fəxri adlarına və prezident təqaüdünə layiq görülüb.
Abel Məhərrəmov
Abel Məmmədəli oğlu Məhərrəmov (5 yanvar 1950, Ağdam) — BDU-nun keçmiş rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin sabiq III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri. == Həyatı == Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur. 1966-cı ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-cı ildə akademik N. S. Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur. 15 noyabr 2018-ci ildə Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.Oğlu Anar Məhərrəmov Azərbaycanın İspaniyadakı səfiridir.
Adil Məhərrəmov
Adil Məmmədəli oğlu Məhərrəmov (1 fevral 1952, Ağdam rayonu) — 2008–2021-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini. == Həyatı == Adil Məhərrəmov 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olmuşdur. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1973–1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin "Azon" zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləmişdir. 1983–1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışmışdır. 1986–2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliynin (sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) "Ulduz" Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləmişdir. 2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət əmlakı nazirinin müşaviri olmuşdur. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi inkişaf nazirinin müşaviri vəzifəsində çalışmışdır. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir. 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 2015-ci ilin dekabr ayında yenidən Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 2486 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Akif Məhərrəmov
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Akif Məhərrəmov (şəhid)
== Həyatı == Akif Məhərrəmov 6 yanvar, 1972-ci ildə Azərbaycanda anadan olub. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmət keçmək üçün Rusiyanın Kalininqrad şəhərinə gedir. O Rusiyada xidməti yarımçıq qoyaraq, Azərbaycana qayıdır. O zaman Rusiyada xidmət məcburi idi. Akif Məhərrəmov torpağlarımızın erməni tapdağlarından azad etmək üçün döyüşür. 16 iyul, 1994-cü ildə Tərtər istiqamətində qəhrəmancasına həlak olur. 22 yaşında müqəddəs zirvəyə ucalan Akif Məhərrəmov, ikinci fəxri xiyabanda dəfn olunub.
Amil Məhərrəmov
Amil Məhərrəmov — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor. == Həyatı == Amil Məmmədəli oğlu Məhərrəmov 1974-cü il dekabr ayının 24-də Azərbaycan SSR-in Bakı şəhərində anadan olmuşdur. 1981–1991-ci illərdə Bakı şəhəri 54 saylı orta məktəbində oxumuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsini iqtisadi-nəzəriyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1996–2000-ci illərdə 08.00.01. – "İqtisadi nəzəriyyə" ixtisası üzrə aspiranturada oxumuşdur. 1995-ci ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamıışdır. 1999-cu ildən "Beynəlxalq iqtisadi münasibətlər və idarəetmə" kafedrasında saathesabı müəllim, 2000-ci ildən 0,5 ştat əvəzçilik yolu ilə müəllim və 2002-ci ildən tam ştat baş müəllim vəzifəsinə keçirilmişdir. 2002-ci ildən A.M.Məhərrəmov "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən dosent elmi adını almış və həmin ildən yeni yaradılmış "Gömrük işinin təşkili və idarəetmə" kafedrasında müdir əvəzi, dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2011-ci ildə yeni yaradılmış "İqtisadiyyat və idarəetmə" kafedrsının müdiri vəzifəsinə seçilmişdir.
Aqşin Məhərrəmov
Aqşin Ramiz oğlu Məhərrəmov (1982, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin komandanlarından biri. == Həyatı == Aqşin Məhərrəmov 1982-ci ildə Xaçmaz rayonunda anadan olub. == Hərbi xidməti == Aqşin Məhərrəmov 17 avqust 2020-ci ildə general-mayor rütbəsi alıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə 9 dekabr 2020-ci ildə "Zəfər" ordeni, 24 dekabr "Cəbrayılın azad olunmasına görə" medalı, 25 dekabrda isə "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Arif Məhərrəmov
Arif Məhərrəmov (rəssam) — Azərbaycan rejissoru və rəssamı. Arif Məhərrəmov (hərbçi) — Hərbçi. Arif Məhərrəmov (fizik) — fizika-riyaziyyat elmləri doktoru, professor.
Arif Məhərrəmov (alim)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Arif Məhərrəmov (fizik)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Arif Məhərrəmov (hərbçi)
Məhərrəmov Arif Vəli oğlu (23 sentyabr 1965) — Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı (1998). == Həyatı == 1965-ci il sentyabr ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulub. 1983-1985-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabağda döyüşüb. Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. (səbəb: torpaqların hələ də işgaldan azad olmaması) 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Arif Məhərrəmov (rəssam)
Arif Əli oğlu Məhərrəmov (5 avqust 1948 – 9 avqust 2022) — Azərbaycan kino rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2000). == Həyatı == Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olmuşdur. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olmuşdur. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilmişdir. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Biz qayıdacağıq (film, 2007) Gəldi kosa (film, 1988) İşgüzar səfər (film, 1982) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Molla Nəsrəddin Xoca (film) Münəccimin şagirdi (film, 1983) O dünyadan salam (film, 1991) Qala (film, 2008) Qaravəlli (film, 1989) Qaravəlli-2 (film, 1992) Xrizantema yarpağı (film, 1989) Yatmaq vaxtıdır (film, 1984) Yeddi gözəl (film, 1982) == İstinadlar == == Mənbə == Xamis Muradov.
Ariz Məhərrəmov
Ariz Fərzulla oğlu Məhərrəmov (10 dekabr 1982, Krasnoselski, Saatlı rayonu – 20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ariz Məhərrəmov 1982-ci il dekabrın 10-da Saatlı rayonunun Qara Nuru kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ariz Məhərrəmov oktyabrın 20-də Madagizin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ariz Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Asif Məhərrəmov
Fred Asif və ya Asif Məhərrəmov (tam adı: Asif Yusif oğlu Məhərrəmov; 26 iyul 1952, Ağdam – 1 iyul 1994, Yalta, Krım Muxtar Respublikası) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == === Erkən illəri === Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. On bir uşağı olan böyük bir ailənin ilki idi. Uşaqlığı yoxsulluq içində keçib. Uşaqlıqdan boks və futbolla məşğul olub.1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır.1971-ci il 31 oktyabr ayında Ağdam kinoteatrında davada iştirakına görə, onu həbs edirlər. Asifə iki il iş kəsilir, və o, onun səkkiz ayını həbsxanada yatır. Asifin qardaşı Ədalət Məhərrəmov xatırlayır: 1976-cı ildə Asif qız qaçırıb və onunla qısa ömür sürəndən sonra qəfil avtomobil qəzasına tuş gəlir. Təsadüf nəticəsində "Təcili yardım" maşınını vurulmasına görə, ona 4,5 il iş veriblər.1980-ci illərin sonunda həbsxanadan qurtardıqdan sonra, Asif Moskvadakı dostlarının yanına getdi. O, bir müddət sonra, Ağdama qayıtdı və restoran sahibi idi. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === Qarabağ müharibəsi dövründə Allahverdi və Eldar Bağırovla yaxın dost olub.1991-ci ilin 15 noyabrında "Haqq Cəbhəsi" batalyonunu yaratmışdır.
Azər Məhərrəmov
Azər Məhərrəmov — Azərbaycanlı idmançı, Armrestlinq üzrə usta idmançı. Azərbaycan Respublikasının Milli qəhrəmanı Asif Məhərrəmovun oğlu. == Həyatı == İdmançı 16 yanvar 1977-ci ildə Ağdamda anadan olub. Ağdamın Rusiya silahlı qüvvələrinin dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Bakı şəhərinə köçur. Sonradan Rusiya Federasiyasına gedir. == Karyerası == Azər Məhərrəmov uşaqlıda Konq-fu ilə məşğul olub, Ancaq 1997-ci ildə Armrestlinq idman növünə marağı yaranır və bu idman növu ilə məşğul olmağa başlayır. Bir neçə dəfə Azərbaycan çempionu olur. 2008-ci ildə Norveçin Sarpborg şəhərində təşkil edilmiş və Avropanın ən güclu idmançılarının toplandığı "European Armwrestling Championships 2008" yarışında böyuklər arasında 100+ kq çəki dərəcəsində sol qol ilə yarışlarda 16-cı, sağ qol ilə yarışlarda isə 9-cuyeri tutur.2010-cu ildə Rusiyada təşkil edilmiş "European Armwrestling Championships 2010" turnirində öz hesabına Azərbaycanı təmsil edir. Turnirdə böyuklər arasında 90 kq çəki dərəcəsində sol qol ilə yarışlarda 10-cu, sağ qol ilə yarışlarda isə 12-ci yeri tutur.Bir müddət yarışlara qatılmayan Azər Məhərrəmov, 2017-ci ildə Polşada təşkil edilmiş "XXVII EUROPEAN ARMWRESTLING CHAMPIONSHIP" turnirinə qatılır. Böyuklər arasında 110 kq çəki dərəcəsində sağ qol ilə 11-ci, ustalar arasında 100+ kq çəki dərəcəsində isə 5-ci yeri tutur.
Aşıq Azər Məhərrəmov
Aşıq Azər Məhərrəmov (azərb. Məhərrəmov Azər Xanlar oğlu‎; 27 aprel 1983, Tovuz rayonu – 12 may 2018, Bakı) — Azərbaycan aşığı. == Həyatı == Azər Məhərrəmov 27 aprel 1983-cü ildə Tovuz şəhərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Xanlar Məhərrəmovun ailəsində dünyaya gəlib. Bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xaricdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil edib. 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi.Gənc yaşlarından ustadlıq səviyyəsinə yüksəlib, Türkiyədə, İranda, Gürcüstanda və digər ölkələrdə də tanınmışdır. Musa Nəbioğlu Azərin yaradıcılığı haqqında bunları yazırdı: === Vəfatı === 12 may 2018-ci ildə hepatit xəstəliyindən dünyasını dəyişib.
Aşıq Məhərrəm Hüseynli
Aşıq Məhərrəm Hüseynli (26 iyul 1959, Tovuz) — Azərbaycanlı aşıq. == Həyatı == 1959-cu il iyul ayının 26-da Tovuz rayonunun Qaradaş (Seyidlər) kəndində doğulub. Gözünü açandan dünya şöhrətli Aşıq İmranla Aşıq Əkbər Cəfərovun səsinin sehrinə qapılaraq, Türk dünyasının əzəmətli ozanı Mikayıl Azaflının, Aşıq Yusifin, Xatınlı Ələkbərin, Məhəmməd Covdaroğlunun, Huseyn Cavan kimi sənətçilərin şeir-sənət dunyasına könül verib. Onların ifa texnikasına, danışıq və toy-səhnə mədəniyyətinə məhəbbətlə yanaşan Məhərrəm Hüseyinli Aşıq Mikayıl Azaflını özünə bilavasitə ustad seçib. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Onun sənətdə bir daha kamilləşməsi tələbəlik illərinə təsaduf edir. Böyük məclislərə dəvət alan Məhərrəm ustad Mikayıl Azaflı ilə məclis və konsert salonlarında qoşa, qabaq-qarşı calıb-çağırıb, necə deyərlər, elin gözü qarşısında püxtələşib. Böyük ustad aşıqlarla dostluq və dərin sənət münasibətlərində bulunan sənətçinin arxivində onlarla aşıqla apardığı söhbətlərin audio və videoyazıları mövcuddur. 1981-ci ildə xalq şairi Hüseyn Arifin cağırışına ilk qoşulanlardan biri kimi Məhərrəm Huseynlinin də çalışmaları Azərbaycan Aşıqlar Birliyinin (AAB) təməl daşının qoyulmasında rol oynamış, 1984-cü ildə Azərbaycan aşıqlarının uzun aradan sonra keçirilən növbəti – IV Qurultayına nümayəndə seçilmişdir. Aşıq hələ gənc yaşlarından üzvü olduğu Birliyin keçirdiyi tədbirlərdə yaddaqalan çıxışlar edib.
Aşıq Xanlar Məhərrəmov
Aşıq Xanlar Məhərrəmov (1950, Əlimərdanlı, Tovuz rayonu – 1998, Bakı) — Azərbaycan aşığı == Həyatı == Aşıq Xanlar Məhərrəmov 1950-ci ilin yanvar ayında Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur.Aşıq Əmrah, Aşıq Ədalət, Aşıq Kamandar, Aşıq Əkbər kimi onun da öz ifaçılıq yolu olmuşdur. Aşıq Xanlar 48 il ömür sürsə də, onun sazda ifa etdiyi musiqilər hələ də yaddaşlardadır. 1997-ci ildə İstanbul Bələdiyyəsinin keçirdiyi festivalın laureatı olub. Mükafatı Rəcəb Təyyub Ərdoğan təqdim etmişdir. 1998–ci ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Solo saz ifaçısı Aşıq Azər Xanlaroğlu Aşıq Xanlar Məhərrəmovun oğludur. Azər 2013-cü ildən "Hepatit B" xəstəliyindən əziyyət çəkirdi. 12 may 2018 ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Sərvər Şirin “Portret” rubrikasında mərhum Aşıq Xanlar Məhərrəmovu dostu Aşıq Əli Quliyevlə xatırlayır.
Babək Məhərrəmov
Məhərrəmov Babək Cəfərqulu oğlu (14 mart 1967, Mollakənd, Kürdəmir rayonu – 12 yanvar 1994, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — şəhid. == Həyatı == 1967-ci ilin mart ayının 14-də Kürdəmir rayon Mollakənd kəndində dünyaya göz açmışdır. 1973-cü ildə Kürdəmir rayon Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinə 1-ci sinfinə qəbul olmuşdur. 1982-ci ildə Kürdəmir 115 nömrəli kənd ortatexniki peşə məktəbinin qaynaqçı ixtisasına qəbul olmuşdur. 1985-ci ilin iyul ayının 15-də Kürdəmir rayon 115 nömrəli kənd orta texniki peşə məktəbinin traktor-maşinist ixtisasını bitirmişdir 1985-ci ilin dekabr ayının 3-dən Sovet Ordusu sıralarında Moskva şəhəri yaxınlığında hərbi xidmət keçmişdir.1987-ci ilin dekabr ayının 28-də həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. 1988-ci ilin may ayının 3-də AzKTSÇT-də III dərəcəli betonçu vəzifəsinə 68 nömrəli əmrlə qəbul olunmuşdur. 1990-cı ilin oktyabrın 18-də Kürdəmir şəhər AzKTSÇT idarəsində II dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuşdur. 1992-ci ilin iyun ayının 10-da “Azərneft” birliyinin Carlı KRİ İstehsalat-təchizat şöbəsinə yardımçı fəhlə vəzifəsinə qəbul edilmişdir. 1992-ci ilin dekabr ayının 7-də neft və qaz quyularının qazılması üzrə 3-cü dərəcəli qaz köməkçisi vəzifəsinə keçirilmişdir. 1992-ci ildə Qarabağ müharibəsi başladı.
Bakir Məhərrəmov
Bakir İsmayıl oğlu Məhərrəmov (7 may 1960) — neftçi-geoloq, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (2005), "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti (2014–2015). [mənbə göstərin] == Həyatı == Bakir İsmayıl oğlu Məhərrəmov 7 may 1960-cı ildə Gədəbəy rayonunda, Şınıx mahalının Göyəlli kəndində ziyalı ailəsində anadan olmuşdur.1977-ci ildə, Çayrəsullu 10 illik kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1978-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nə qəbul olunmuş və əmək fəaliyyətini dayandırmadan axşam şöbəsində təhsil almışdır. 1979–1981-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilimi davam etdirərək, 1987-ci ildə universitetin "Geoloji-kəşfiyyat" fakultəsinin "Dağ mühəndisi-hidrogeoloq" ixtisasını bitirmişdir, 1984-cü ildən Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə başlamış, 1984–2006-cı illər ərzində "Geoloji-kəşfiyyat işlərinin araşdırılması və layihələndirilməsi" laboratoriyasında böyük texnik, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1994–1995-ci illərdə könüllü olaraq cəbhəyə getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə taqım komandiri kimi iştirak etmişdir. 2005-ci ildə "Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsi və Şamaxı-Qobustan rayonunun onunla həmsərhəd zolağının geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyasını "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 2006–2011-ci illərdə SOCAR-ın ""Neftqazelmitədqiqatlayihə" İnstitutunun" "Quyuların qazılmasının geoloji əsaslandırılması" laboratoriyasında müdir vəzifəsində, 2011–2014-cü illərdə "Axtarış-kəşfiyyat işlərinin təhlili və quyuların qazılma şəraitinin əsaslandırılması" laboratoriyasında müdir müavini vəzifəsində işləmiş, 2014-cü ildə həmin laboratoriyanın müdiri təyin edilmişdir. 2008–2013-cü illərdə "Amerika Neftçi Geoloqları Assosasiyası"nın bölməsi olan "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin vitse-Prezidenti, 2014-2015-ci illərdə isə "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti vəzifəsində çalışmışdır. 2006-cı ildən "Neft-qaz yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı"elmi- texniki şura bölməsinin,2014-cü ildən "AzNEFT"İB-də "Axtarış-kəşfiyyat, Neft və qaz Ehtiyatları, Neft və qaz yataqlarının işlənməsi üzrə Daimi fəaliyyət göstərən Komissiya"nın, 2017-ci ildən AMEA-nın "Geologiya və Geofizika İnstitutu"nun Yer elmləri üzrə dissertasiya müdafəsinin elmi seminarının üzvüdür. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 iyul tarixli qərarı ilə dosent elmi adı verilmlşdir. 2017-ci ildə "Neft və qaz sənayesinin inkişafında xüsusi xidətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Fəxri Fərmanı ilə təltif edilmişdir.
Bəhruz Məhərrəmov
Bəhruz Abdurrəhman oğlu Məhərrəmov (22 avqust 1983 və ya 1983, Ağabağı, Zərdab rayonu) — hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü. == Həyatı == Bəhruz Məhərrəmov 22 avqust 1983-cü ildə Zərdab rayonunun Ağabağı kəndində anadan olub. Rayonun Ağabağı və Gəndəbil kənd məktəblərində, 1996-cı ildən isə Bakı şəhər 194 saylı və paytaxtda məskunlaşmış Zəngilan rayon 24 saylı məktəblərdə təhsil alıb. 2000–2004-cü illərdə BDU Jurnalistika fakültəsində təhsil alıb. 2007–2011-ci illərdə BDU Hüquq fakültəsinin tam ali təhsil kursunu başa vurmuş, 2012–2015-ci illərdə BDU Hüquq fakültəsinin Hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alımış, "Avropa İnsan hüquqları məhkəməsinin qərarlarının milli məhkəmələr tərəfindən tətbiqi" mövzusunda dissertasiya işi müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-ci ildə Prezident yanında Ali attestasiya komissiyasının qərarı ilə dosent elmi adı almışdır. 2004–2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı bölüyünün tərkibində İraq respublikasında ABŞ Dəniz Piyadalari korpusunda hərbi xidmətdə olub. Hazırda BDU hüquq fakültəsinin Hüquq üzrə elmlər doktoru proqramı üzrə doktorantıdır, İnsan hüquqları, İnformasiya hüququ sahəsində elmi araşdırmalar aparır. 2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Ceyhun Məhərrəmov
Məhərrəmov Ceyhun Məhərrəm oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhərrəmov Ceyhun Məhərrəm oğlu 1973-cü il oktyabrın 28 Biləsuvar rayonu Xırmandalı (Biləsuvar) kəndindananadan olmuşdur. Orta təhsilini böyüyüb boya-başa çatdığı Xırmandalı kənd orta məktəbində alıb. 24 iyun 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən qanlı döyüş Ceyhun Məhərrəmovun son döyüşü oldu. == Təltifləri == Məhərrəmov Ceyhun Məhərrəm oğlu Xırmandalı (Biləsuvar) kənd tam orta məktəbi Ceyhun Məhərrəmov adını daşıyır.
Cəmşid Məhərrəmov
Cəmşid Məhərrəmov - (4 avqust 1983) Azərbaycanlı futbolçu
Elmar Məhərrəmov
Elmar Məhərrəmov (şahmatçı) — azərbaycanlı şahmatçı, qrossmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrossmeysteri. Elmar Məhərrəmov (tarixçi) — tarix üzrə fəlsəfə doktoru.
Elməddin Məhərrəmov
Elməddin Şahlar oğlu Məhərrəmov (13 noyabr 1999, Məşrif, Siyəzən rayonu – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Məhərrəmov 1999-cu il noyabrın 13-də Siyəzən rayonunun Məşrif kəndində anadan olub. Siyəzən rayon Məşrif kənd məktəbini bitirib. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Məhərrəmov (2019-cu ildə hərbi xidmətə yollanıb) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər (Murovdağ), Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Məhərrəmov 5 oktyabrda Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Elməddin Məhərrəmov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Məhərrəmov
Elnur Nərbala oğlu Məhərrəmov (18 may 2001; Şəkər, Göyçay rayonu, Azərbaycan — 15 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Elnur Məhərrəmov 18 may 2001-ci ildə Göyçay rayonunun Şəkər kəndində anadan olmuşdur. 2007–2018-ci illərdə Göyçay rayon Şəkər kənd tam orta məktəbində orta təhsil almışdır. 2018-ci ildə Azərbaycan Universitetinin "Biznes və iqtisadiyyat" fakültəsinə daxil olmuşdur. Ali təhsil aldığı müddətdə restoranlarda çalışmışdır. Subay idi. == Hərbi xidməti == Elnur Məhərrəmov 2021-ci ildə maddi səbəblərdən ötrü təhsilini dondurmağa qərar vermişdir. Həmin il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli hərbi xidmət etmişdir.
башлычо́к бронемаши́на испо́льщина кредитозаёмщик продлева́ть раззелене́ться разна́шивание резедо́вый у́стерса карт надзира́тельница обса́живать пересда́ча распека́ть совпада́ть цементи́роваться boorish fender-bender galumph Guy heli- senatus заземление излишек карательный