MƏHƏR
MƏHƏT
OBASTAN VİKİ
Məhərrəm
Məhərrəm — Hicri təqviminin 1-ci ayı.
Məhərrəm (ad)
Məhərrəm — ad. Oğlan uşaqlarına daha çox Məhərrəm ayı ilə bağlı verilir. Bu adı olan tanınmışlarMəhərrəm Əsədov —Məhərrəm ƏliyevMəhərrəm Əliyev (şəhid) — şəhid.
Məhərrəm Abuşov
Məhərrəm Abuşov (tam adı: Məhərrəm Qubad oğlu Abuşov; 7 iyul 1962, Əliquluuşağı, Qubadlı rayonu – 2 oktyabr 1994, Füzuli rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abuşov Məhərrəm Qubad oğlu 1962-ci il 7 iyulda Qubadlı rayonunun Əliquluuşağı kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası- Həndəsə, Cəbr müəllimi Anası- Həkim. 1988-ci ildə Azərbaycan Texniki Universitetini bitirərək " Bakı Neft-Kimya sənayesi "zavodunda Mühəndis vəzifəsində çalışmışdır.1992-ci ildə könüllülərdən ibarət dəstəyə daxil olaraq, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə "Baş leytenant" hərbi rütbəsinə qədər irəliləmişdir.1994-cü il oktyabrın 2-si Füzuli rayonunda qəhrəmancasına şəhid olmuşdur. == Qarabağ müharibəsi və döyüşlərdə iştirakı == ==== Laləzar körpüsündə döyüş ==== 1992-ci ilin Mart ayının 17-si idi. Həmin gün Məhərrəm nədənsə çox narahat idi. Tez-tez postlara baş çəkir, kəndlə əlaqə saxlayırdı. Bir yandan da rayondan qayıdan avtobus gecikirdi. Axşamın düşməyinə az qalırdı amma avtobus hələdə yox idi.
Məhərrəm Ayvazov
Məhərrəm Ağalaroğlu
Məhərrəm Ağalar oğlu Əliyev (18 noyabr 1985, Qışlaqabbas, İliç rayonu) — 18 noyabr 1985-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayon Qışlaqabbas (keçmiş İbadulla Sovetliyi) kəndində təvəllüd almışdır. 1992-ci ilin 1 sentyabr tarixində İbadulla kənd orta ümumtəhsil məktəbdə birinci sinfə getmiş, 2001-ci ildə isə ailəsi ilə birlikdə paytaxt Bakıya köçmüş və 236 saylı orta məktəbdə təhsini davam etmişdir. 236 Saylı məktəbdə təhsilini davam etdirən zaman 20 Yanvar, Xocalı soyqırımı kimi Azərbaycan xalqının tarixinə düşən qanlı səhifələrin ildönümünü şagird yoldaşları ilə birgə təşkil etmiş, həmin tədbirlərdən başlayaraq vətənpərvərlik və məhəbbət mövzularında şerlər yazmışdır. İlk şeri 2002-ci ildə "Xural" qəzetində, daha sonra bir sıra qəzetlərdə dərc olunmuşdur. 2003-cü ildə orta məktəbi bitirib Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Universitetdə oxuyarkən mətbuatda məqalələri dərc olunmuşdur. 2007-ci ildə universiteti bitirib müddəti hərbi xidmətə getmiş və 2008-ci ilin iyul ayında Ermənistanla təmas xəttindən Manqa komandiri olaraq tərxis olunmuşdur. 2009-cu ildən müxtəlif KİV-lərdə ştatdankənar müxbir vəzifəsində işləmişdir. 2011-ci ildə "Üç nöqtə" qəzetində stat üzrə müxbir vəzifəsində işə büaşlayıb, 2012-ci ildə öz ərizəsi ilə qeyd edilən qəzetdən ayrılıb. Həmin ildən başlayaraq "İki sahil" qəzetində müxbir vəzifəsində çalışmaqdadır.
Məhərrəm Babayev
Babayev Məhərrəm Pirverdi oğlu - kənd təsərrüfatı elmləri doktoru (1981), professor (2000), AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü (2014). == Həyatı == Məhərrəm Babayev 13 yanvar 1937-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Azərbaycan SSR Torpaqşünaslıq və Aqrokimya İnstitutunda fəaliyyətə başlamışdır. Babayev 1963-1966-cı illərdə institutun əyani aspirantı kimi təhsilini davam etdirmişdir.12 yanvar 2022 — AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Məhərrəm Babayev 1966-1971-ci illərdə institutda elmi işçi, 1971-1975-ci illərdə baş elmi işçi olaraq çalışmışdır. Akademik 1975-1981-ci illərdə laboratoriya rəhbəri, eyni zamanda 1981-1985-ci illərdə Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunda direktor vəzifəsini icra etmişdir. O, 1986-1989-cu illərdə Aqrar Sənaye Komitəsinin sədr müavini vəzifələrində çalışmışdır.Məhərrəm Babayev 1995-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının rəhbəri olmuş, 2001-2014-cü ilədək isə institutun direktoru kimi fəaliyyət göstərmişdir. == Əsas elmi nailiyyətləri == Azərbaycan torpaqlarının genezisi, təkamülü, morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı, xəritələşdirilməsi, torpaqların torpaq-coğrafi məlumat bazasının hazırlanması. == Elmi əsərlərinin adları == Деградация почв под влиянием возрастающего антропогенного воздействия.
Məhərrəm Bayramov
Məhərrəm Bağır oğlu Bayramov (13 may 1928, Aşağı Necili, İrəvan qəzası – 6 yanvar 1981, İrəvan) — Amasiya rayonu Partiya Komitəsinin birinci katibi (1969–1974), Ermənistan KP MK-nın üzvü, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini, Ermənistan SSR Ali Sovetinin deputatı (VIII–X çağırış), "Sovet Ermənistanı" qəzetinin baş redaktoru (1974–1981), Ermənistan SSR əməkdar jurnalisti[mənbə göstərin]. == Həyatı == Məhərrəm Bağır oğlu Bayramov 13 may 1928-ci ildə İrəvan yaxınlığındakı Uluxanlı (Masis) rayonunun Aşağı Necili (Sayat Nova) kəndində doğulmuşdur. Burada yeddiillik kənd məktəbini bitirdikdən sonra təhsilini İrəvan pedoqoji məktəbində davam etdirmiş və doğulduğu kənddə bir il müəllim işləmişdir. O, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, 1952-ci ildə buranı bitirdikdən sonra Azərbaycan LKGİ MK-da təlimatçı kimi fəaliyyət göstərmişdir. İki il Bakıda işlədikdən sonra 1954-cü ildə İrəvana qayıtmış və burada Ermənistan LKGİ MK-da təlimatçı işləmişdir. O, 1955-ci ildə Ermənistan KP MK təlimçisi vəzifəsinə yüksəlir. Məhərrəm Bayramov 1964–1966-cı illərdə Ararat (Vedi) rayon komitəsinin katibi, 1966–1969-cu illərdə "Sovet Ermənistanı" qəzetinin redaktor müavini vəzifəsində işləmişdir. O, 1969-cu ildən 1974-cü ilə qədər Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən ömrünün sonuna qədər "Sovet Ermənistanı" qəzetinin baş redaktoru olmuşdur. Məhərrəm Bayramov bu illərdə həm də Ermənistan SSR Ali Sovetinin deputatı və Rəyasət heyətinin müavini olmuşdur. O, "Ermənistan SSR əməkdar jurnalisti" fəxri adı, "Şərəf nişanı" ordeni və digər medallarla təltif olunmuşdur.Məhərrəm Bayramov 6 yanvar 1981-ci ildə İrəvanda "Polyak" ləqəbli şəxs tərəfindən güllələnərək qətlə yetirilmişdir.[mənbə göstərin] == Ədəbi fəaliyyəti == O, həm də yazıçı və dramaturq idi.
Məhərrəm Bədirzadə
Məhərrəm Əlisəftər oğlu Bədirzadə — Azərbaycanın televiziya rejissoru, əməkdar incəsənət xadimi (2006). == Həyatı == Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya göz açıb. Uşaqlıq çağları Novxanı bağlarında keçib. 190 saylı orta məktəbi bitirdikdən sonra həmin ildə də də Mirzə Ağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub. Məhərrəm Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosentidir. Sevdiyi peşəsini tələbələrə şövqlə, can yanğısı ilə öyrədir. 8 aprel 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. == Filmoqrafiya == Mənim günahım (film, 1985) "Qayınana" əməliyyatı (film, 1999) Bağdada putyovka var... (film, 2000) Gəl qohum olaq (film, 2001) Mən sənin dayınam (film, 2001) Gəlinlər (film, 2002) Yol yoldaşları (film, 2003) Sonuncu şahid (film, 2004) Mənim üçün varsan (film, 2005) Təlatüm (film, 2006) Gürzə (2008) Mürafiə vəkillərinin hekayəti (film, 2011) Ünvansız eşq (2011) Səni axtarırıq...
Məhərrəm Cəfərli
Məhərrəm Allahqulu oğlu Cəfərli — azərbaycanlı folklorşünas alim, filologiya elmləri doktoru (2003). == Həyatı == Məhərrəm Cəfərli 1946-ci il yanvarın 5-də Naxçıvan MSSR-in Şərur rayonunun Xok kəndində anadan olub. 1964-1969-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1984-ci ildə "Osman Sarıvəlli və şifahi xalq ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2003-ci ildə filologiya elmləri doktoru dərəcəsi almaq üçün "Azərbaycan məhəbbət dastanlarının poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir. 40 ilə yaxındı Naxçıvan Dövlət Universitetində dərs deyir. 2004-ci ildən AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiridir. Naxçıvan MR, folklorşünaslıq tarixi və nəzəri tədqiqi və öyrənilməsi folklor toplamaqla məşğuldur. == Elmi fəaliyyət == Məhərrəm Cəfərli dərc olunmuş 150-dən çox elmi məqalənin, 25 kitabın müəllifidir. "Yazıçı və folklor" Azərbaycan folklorşünaslığının inkişafı problemlərinə, dastan poetikasına, aşıq sənətinə həsr edilmişdir.
Məhərrəm Dadaşov
Dadaşov Məhərrəm (tam adı: Dadaşov Məhərrəm Əkbər oğlu) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 1912-ci ildə Salyan rayonunun Beştalı kəndində anadan olmuşdur. 1941-ci ildə xidmətə traktorçu peşəsindən çağırılmışdır. 233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-ci ildən döyüş cəbhələrində olmuşdur. 1942-ci ilin oktyabrından 1943-cü ilin yanvarınadək 223-cü atıcı diviziyanın tərkibində döyüşmüşdür. Rumıniyanın Vasluy şəhəri ətrəfında 1944-cü ilin avqustunda aparılan döyüşdə fərqlənmişdir. Onun conrakı döyüşləri Çexoslovakiyada olmuşdur. Baş serjant M. Dadaşovun tank heyəti avqustun 28-də düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tank vuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə məhv etmişdir. Bu döyüşdə yaralanan M. Dadaşov tankını idarə etməkdə davam etmiş və tankın atəş nəqtələrinin mərmiləri qurtardıqdan sonra şəxsi silahla döyüşü davam etdirmişdir. Cəsur tankçı M. Dadaşov aldığı yaralardan sentyabrın 17-də hospitalda dünyasını dəyişmişdir.
Məhərrəm Ergin
Məhərrəm Ergin (d. 1925 – ö. 6 dekabr 1995) Türk yazarı və türkoloq. Axısqada dünyaya gəlmişdi. Ailəsi Türkiyəyə köç edərək Bulanıka yerləşdi. Bulanıkda başladığı təhsilini 1943-cü ildə Balıkesir litseyində davam etdirmişdi. 1947-ci ildə İstanbul Universiteti Ədəbiyyat fakültesi Türk Dili və ədəbiyatı bölümünü bitirmişdi. Rəşid Rəhməti Arat assistenti olaraq universitdə çalışmışdı. 1971-ci ildə professor olmuşdu. == Fəaliyyəti == Türk dilini, ədəbiyyatını, tarixini öyrənən araşdırıcılar türk və türk olmayanlar adı altında ikiyə ayrılır.
Məhərrəm Haşımov
Haşımov Məhərrəm Zakir oğlu (2 fevral 1912, Bakı – 2 may 1969, Bakı) — Azərbaycan teatr rejissoru, ssenarist, aktyor, film direktoru, Azərbaycan SSR xalq artisti (1954), "Stalin" mükafatı laureatı (1951). == Həyatı == Məhərrəm Haşımov 2 fevral 1912-ci ildə Bakıda anadan olmuşdur. O, 1936-cı ildə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1944-cü ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləmişdir.Məhərrəm Haşımov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" kimi tamaşalarına quruluş vermişdir. Rejissor 1937-ci ilin repressiyalari dövründə müəyyən təzyiqlərə məruz qalsa da, sənət prinsiplərinə sadiq çıxmışdır.1948-ci ildən 1951-ci ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor vəzifələrində çalışmışdır. Onun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq fəaliyyətinin əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu.Rejissor "Döngədə ev" (Tur qardaşları, 1949), "Xəzər üzərində şəfəqlər" (İmran Qasımov, 1950), "Balıqçı oğlu" (Vilis Latsis, 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli, 1954), "Kino çəkilir…" (Edvard Radzinski, 1966), "Teleqramla hekayət" (V. Osipov, 1966), "Milyonçu qadın" (Bernard Şou, 1966), "İntervensiya" (Lev Slavin, 1967), "Ənənəvi toplanış" (Viktor Rozov, 1968) tamaşalarına quruluş vermişdir.Məhərrəm Haşımov 1951–1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləmişdir. O, 1956-cı ildən 1960-cı ilə kimi yenidən Rus Dram Teatrına göndərilmiş və baş rejissor olaraq fəaliyyət göstərmişdir. Rejissor fasilələrlə 20 ildən artıq bir müddətdə Rus Dram Teatrında çalışmışdır. Məhərrəm Haşımov uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.Məhərrəm Haşımov 60-cı illərin birinci yarısında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmiş, onun fəaliyyəti dövründə "Bizim küçə", "Leyli və Məcnun", "Böyük dayaq", "Əmək və qızılgül", "Telefonçu qız", "Əhməd haradadır?", "Möcüzələr adası", "Romeo mənim qonşumdur", "Sehirli xalat" bədii, bir çox sənədli filmlər çəkilmişdir. Məhərrəm Haşımov 1969-cu ildə, 57 yaşında vəfat etmişdir.
Məhərrəm Hüseynov
Məhərrəm Mirzə oğlu Hüseynov (1915, Qaracəmirli, Yelizavetpol qəzası) — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (13 aprel 1951–12 mart 1957). == Həyatı == Məhərrəm Hüseynov 1915-ci ildə Şəmkir (keçmiş Şamxor) rayonunun Qaracaəmirli kəndində anadan olmuşdur. 1938-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsini bitirmişdir. 1937-ci ildə Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə məhkəmə kollegiyasının katibi, 1938-ci ildə isə Azərbaycan SSR Ədliyyə Nazirliyində məsləhətçi vəzifələrində işləmişdir. 1938–1941-ci illərdə Şəmkir rayon birinci dairəsinin xalq hakimi olmuşdur. 1941-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmişdir. 1941–1945-ci illərdə Naxçıvan MSSR Ali Məhkəməsinin sədri işləmişdir. Həmin vəzifədən azad olunduqdan sonra 1945-ci ildə qısa bir müddət ərzində respublika Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsini icra etmişdir. 1945–1951-ci illər ərçində Azərbaycan SSR Ədliyyə Nazirinin müavini olmuşdur. 10 aprel 1951-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuş və 12 mart 1957-ci ilədək həmin vəzifədə işləmişdir.
Məhərrəm Həsənov
Məhərrəm Səməd oğlu Həsənov (26 avqust 1954, Mincivan, Zəngilan rayonu – 8 noyabr 2020, Bakı) — AMEA-nın H. Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Məhərrəm Həsənov 1954-cü il avqust ayının 26-da Zəngilan rayonu, Minçivan qəsəbəsidə doğulub. Azərbərbaycan Pedaqoji İnstitutunun "_____" (indiki ADPU) fakültəsini bitirşmişdir. 5411.01 — ixtisas şifri ilə "Kiçik Qafqazda payızlıq buğdanın inkişafına, məhsuldarlığına və məhsulun keyfiyyətinə meteoroloji elementlərin təsiri" adlı namizədlik dissertasiyanı müdafiə edərək Coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır. == Elmi fəaliyyəti == Aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə İqlim ehtiyatlarının yenidən qiymətləndirilməsi Gözlənilən iqlim dəyişmələrinin aqroiqlim ehtiyatlarının və təbii-zonaların sərhədlərinə təsirinin tədqiqi istiqamətində olmuşdur == Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı == 50-yə qədər xaricdə çıxmış elmi əsərləri; 3 beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələri vardır. == Pedaqoji fəaliyyəti == Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirmişdir. == Təltif və mükafatları == Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN Sərəncamı — Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndininə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə — Azərbaycan Respublikasının "Tərəqqi" medalı — 2015 Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN Sərəncamı: — 2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatı — 2016-cı il "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə -Azərbaycan Respublikasının Dövlət Mükafatı == Kadr hazırlığı == 3 dissertanta və 1 doktoranta elmi rəhbərlik etmişdir == Elmi əsərləri == Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi – 1999 (monoqrafiya) Gözlənilən iqlim dəyişmələrinin Azərbaycan əhalisi və ətraf mühitə təsirinin qiymətləndirilməsi Kür-Araz vilayətinin isti ehtiyatları və ondan istifadə haqqında ACC əsərləri, VIII c. B. 2003 Naxçıvan MR-da müşahidə edilən zərərli atmosfer hadisələri. ACC əsərləri, X c. B. 2006.
Məhərrəm Kamil
Məhərrəm Kamil - Dilçi, ilk "Rusca-türkcə lüğət"in (1926) tərtibçilərindən biri ,Repressiya qurbanıSovet hakimiyyətinin ilk illərində lüğətə böyük ehtiyac olduğundan o, Hənəfi Zeynallı, Yusif Əliyev, Süleyman Musabəyov, Vəli Xuluflu, Tağı Şahbazi Simurğ, Əhməd bəy Pepinov, Ələkbər Heydərli, Yusif Vəzir Çəmənzəminli, Məhərrəm Kamil, Rəşid Yusifzadə, Ələkbər Qərib, Sami Kamal, Süleyman Məlikovla birlikdə Ruhulla Axundovun redaksiyasında ilk "Rusca-türkcə lüğət"in (1926) tərtibçilərindən biri idi.
Məhərrəm Mahi
Alıyev Məhərrəm Rzaqulu oğlu (Məhərrəm Mahi) - şair. == Həyatı == Məhərrəm Mahi 1924-cü ildə Zəngilan rayonunun Quyudərə Xəştab kəndində anadan olub. Gilətağ 7 illik və Xocahan orta məktəbini bitirib. Elə həmin il ehtiyac olduğu üçün (Böyük Vətən müharibəsi getdiyinə görə müəllimə ehtiyac var idı) oxuduğu orta məktəbdə dil-ədəbiyyat müəllimi təyin edilib. 1952-ci ildə ali məktəbi bitirib. Qubadlı və Zəngilan rayonlarında müəllim, direktor müavini, direktor və təhsil şöbəsində inspektor işləyib. Uşaqlıqdan şerə maraq göstərib. İlk şeri məktəb divar qəzetində verilib. Və o vaxtdan şeirlər yazmağa başlayıb. Müəllim işləyəndən sonra şeirləri rayon və respublika qəzet və jurnallarında çap olunub.
Məhərrəm Mayılzadə
Məhərrəm Mayılzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.
Məhərrəm Musayev
Məhərrəm Musayev (aktyor) — Azərbaycan aktyoru. Məhərrəm Musayev (pedaqoq) — texnika elmləri namizədi, pedaqoq.
Məhərrəm Mustafayev
Məhərrəm Qacar oğlu Mustafayev — tibb elmləri doktoru, professor. == Ümumi məlumatlar == Məhərrəm Qacar oğlu Mustafayev Şəki rayonunda anadan olmuşdur. Təvəllüdü: 1906 Təhsil (məktəbin adı və ixtisası): Azərbaycan Dövlət Universiteti (indiki BDU)- pedaqoji fakültəsi, Azərbaycan Dövlət Tibb Universiteti- fiziologiya fakültəsi == Əsas elmi nailiyyətləri == 1926-cı ildə seminariyanı bitirən Məhərrəm Mustafayev ibtidai məktəbdə dərs vermək hüququ qazanır, ilk müəllimlik fəaliyyətinə kənddə başlayır. Lakin həmin ilə (1926) xalq təhsili komissarlığının qərarı ilə təhsilini davam etdirmək üçün ali məktəbə göndərilir. Beləliklə, Məhərrəm Mustafayev Azərbaycan Dövlət Universiyetinin pedaqoji fakültəsinə daxil olur. Pedaqoji texnikumun nəzdindəki nümunəvi məktəbdə də müəllimliyini davam etdirir. Bu nümunəvi məktəbin əsasında 1927-ci ildə Bakı 48 №-li orta məktəb yaranmış və Məhərrəm Mustafayev onun birinci direktoru işləmişdir. 1930-cu ildə aspiranturaya daxil olur, insan və heyvan fiziologiyası kafedrasında çalışır. 1933-cü ildə ADTİ-na daxil olur, 1938-ci ildə bitirir. 1932–1942-ci illərdə oxuya-oxuya tibb texnikumunda biologiya, fiziologiya və anatomiyadan dərs demişdir.
Məhərrəm Məhərrəmov
Məhərrəm Məmməd oğlu Məhərrəmov (rus. Магеррамов Магеррам Мамедович ; 7 dekabr 1971, Almatı vilayəti) — Qazaxıstan Respublikası Məclisinin deputatı.. == Həyatı == Məhərrəmov Məhərrəm Məmməd oğlu 1971-ci dekabrın 7-də Almatı vilayətinin Koksusk rayonunun Balpık bi qəsəbəsində anadan olub. Babaları 1937-ci ildə Stalin repressiyaları nəticəsində Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən Qazaxıstana sürgün olunublar.1989–1991-ci illərdə SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) Rusiyanın Çita şəhərində yerləşən Qırmızı Ulduzlu Zabaykal sərhəd dairəsində hərbi xidmətdə olub. 1998-ci ildə Qazaxıstan Kommunist Partiyasına üzv qəbul olunub, 2001-ci ildə Partiyanın Almatı vilayət komitəsinin birinci katibi, elə həmin ildə də QKP-nin Mərkəzi Komitəsinin üzvü seçilib. 2005-ci ildə Partiyanın prezidentliyə namizədinin seçkiqabağı kampaniyası qərargahının rəhbəri, 2004, 2007 və 2012-ci illərdə isə Qazaxıstan Respublikasının Parlament Məclisinə deputatlığa namizəd olub. 2009-cu ildə Joldasbekov adına İqtisadiyyat və Hüquq Akademiyasında hüquqşünaslıq üzrə təhsil alıb. O, həmçinin QXKP MK-nın təşkilati-partiya və kadr işləri şöbəsinin müdiridir. M. Məhərrəmov Qazaxıstan Xalq Kommunist Partiyasının Almatı vilayətinin birinci katibi kimi martın 20-də keçirilən seçkilərdə 7 faizlik səddi aşaraq partiya siyahısı əsasında uğur qazanaraq Qazaxıstanın Parlament Məclisinin deputatı seçilib. === Ailəsi === Ailəlidir bir qızı iki oğlu var.
Məhərrəm Məmmədov
Məhərrəm Məmmədov (iqtisadçı) — Azərbaycan Dövlət Plan Komitəsində şöbə rəisi. Məhərrəm Məmmədov (filoloq) — Filologiya elmləri doktoru, professor.
Məhərrəm Məmmədyarov
Məhərrəm Əli oğlu Məmmədyarov (17 oktyabr 1924, Yaycı, Naxçıvan MSSR – 2 yanvar 2022, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009). == Həyatı == Məhərrəm Məmmədyarov 17 oktyabr 1924-cü ildə Naxçıvan MSSR Yaycı kəndində (indiki Culfa rayonunda) anadan olmuşdur. 1941-ci ildə Naxçıvan Pedagoji Texnikumu bitirmişdir. 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak etmişdir, 12 medal və ordenlərlə mükafatlanmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirmişdi. 1953–1955-ci illərdə Azərbaycan SSR Azərbaycan Milli Elmlər Akademiyası Kimya İnstitutunda elmi katib, 1955–1959-cu illərdə SSRİ EA Nikolay Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959–1969-cu illərdə Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir. 1973–1979-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan regional elmi mərkəzinin rəhbəri idi. 1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon qazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1975–1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) dərs demişdir. 1981-ci ildən 1994-cü ilə qədər şöbə müdiri, 1994-cü ildən 2002-ci ilə qədər isə Azərbaycan EA Mikrobiologiya İnstitutunun direktoru işləmişdir.
Məhərrəm Qasımlı
Məhərrəm Paşa oğlu Qasımlı (5 avqust 1958, Alakol, Tovuz rayonu) — Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi), AMEA Ədəbiyyat İnstitutunda şöbə müdiri, ədəbiyyatşünas, folklorşünas, şair. == Həyatı == Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir.(1975–1980) AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun "Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr" şöbəsinin müdiridir. 1992–2017-ci illərdə Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. 1998–2017-ci illərdə isə müdafiə şurasının üzvü olmuşdur. Beşcildlik və oncildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin Baş Redaksiya şurasının üzvü, birinci cildin isə məsul redaktoru və əsas müəlliflərindən biridir. 2004-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur. 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. Eyni zamanda M. Qasımlı Beynəlxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi və "Milli Folklor" (Türkiyə) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür.
Məhərrəm Qasımov
Məhərrəm Qasımov (1953, Kərimbəyli, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri (2000–2020). == Həyatı == 1953-cü ildə Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. 1970-ci ildə Kərimbəyli kənd orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Bakı şəhərində H.Z.Tağıyev adına Toxuculuq Kombinatında fəhlə kimi başlamış, 1972–1974-cü illərdə Sovet Ordusu sıralarında keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuş, nümunəvi xidmətinə görə kiçik leytenant rütbəsində hərbi qulluğunu başa vurduqdan sonra, təhsilini davam etdirərək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1980-ci ildə oranı iqtisadçı ixtisası üzrə bitirərək təyinatla Naxçıvan Şüşə Qablar zavoduna iqtisadçı vəzifəsinə göndərilmiş, əmək və əmək haqqı şöbəsinin, daha sonra plan iqtisad şöbəsinin rəisi vəzifələrində işləmiş, ictimai əsaslarla zavod Həmkarlar Təşkilatının sədri, ilk Partiya Təşkilat katibi olmuş, 1984–1985-ci illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsində təlimatçı, 1985–1996-cı illərdə Naxçıvan Tikiş Fabrikinin direktoru, 1996–2000-ci illərdə Naxçıvan şəhər Qızıl Aypara Cəmiyyətinin sədri vəzifəsində işləmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı, 7 nəvəsi var. == Siyasi fəalliyəti == 2000-ci ildən 2020-ci ilədək Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Sədri vəzifəsində çalışmışdır. Müxtəlif dövrlərdə seçkilərin hazırlanıb keçirilməsində də iştirak etmişdir. Belə ki, 1980-ci il Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1984-cü il SSRİ Ali Sovetinə seçkilərdə dairə seçki komissiyasının sədri, 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində məntəqə seçki komissiyasının sədri, 1995-cil ildə Naxçıvan MR Ali Məclisinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1998-ci ildə Azərbaycan Respublikasının Prezident seçkilərində dairə seçki komissiyasının sədri, 1999-cu ildə Azərbaycan Respublikasının Bələdiyyə seçkilərində məntəqə seçki komissiyasının sədri kimi seçkilərin hazırlanıb keçirilməsində iştirak etmişdir. 2000-ci ildən isə 2020-ci ilədək Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri kimi Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisinin, Bələdiyyə seçkilərinin, Referendumların və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş bütün seçkilərin hazırlanıb keçirilməsində bir başa iştirak etmişdir. Bitərəfdir.
Məhərrəm Quliyev
Məhərrəm Quliyev (13 aprel 1968, Lənkəran) — Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini. == Həyatı == Quliyev Məhərrəm Böyükağa oğlu 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur. 1986–1988 tarixlərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Ailəlidir. 2 övladı var. == Siyasi fəaliyyəti == Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini olmuşdur. 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Abel Məhərrəmov
Abel Məmmədəli oğlu Məhərrəmov (5 yanvar 1950, Ağdam) — BDU-nun keçmiş rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin sabiq III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri. == Həyatı == Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur. 1966-cı ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-cı ildə akademik N. S. Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur. 15 noyabr 2018-ci ildə Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.Oğlu Anar Məhərrəmov Azərbaycanın İspaniyadakı səfiridir.
Adil Məhərrəmov
Adil Məmmədəli oğlu Məhərrəmov (1 fevral 1952, Ağdam rayonu) — 2008–2021-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini. == Həyatı == Adil Məhərrəmov 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olmuşdur. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1973–1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin "Azon" zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləmişdir. 1983–1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışmışdır. 1986–2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliynin (sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) "Ulduz" Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləmişdir. 2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət əmlakı nazirinin müşaviri olmuşdur. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi inkişaf nazirinin müşaviri vəzifəsində çalışmışdır. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir. 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 2015-ci ilin dekabr ayında yenidən Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 2486 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Akif Məhərrəmov
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Akif Məhərrəmov (şəhid)
== Həyatı == Akif Məhərrəmov 6 yanvar, 1972-ci ildə Azərbaycanda anadan olub. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmət keçmək üçün Rusiyanın Kalininqrad şəhərinə gedir. O Rusiyada xidməti yarımçıq qoyaraq, Azərbaycana qayıdır. O zaman Rusiyada xidmət məcburi idi. Akif Məhərrəmov torpağlarımızın erməni tapdağlarından azad etmək üçün döyüşür. 16 iyul, 1994-cü ildə Tərtər istiqamətində qəhrəmancasına həlak olur. 22 yaşında müqəddəs zirvəyə ucalan Akif Məhərrəmov, ikinci fəxri xiyabanda dəfn olunub.
Amil Məhərrəmov
Amil Məhərrəmov — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor. == Həyatı == Amil Məmmədəli oğlu Məhərrəmov 1974-cü il dekabr ayının 24-də Azərbaycan SSR-in Bakı şəhərində anadan olmuşdur. 1981–1991-ci illərdə Bakı şəhəri 54 saylı orta məktəbində oxumuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsini iqtisadi-nəzəriyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1996–2000-ci illərdə 08.00.01. – "İqtisadi nəzəriyyə" ixtisası üzrə aspiranturada oxumuşdur. 1995-ci ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamıışdır. 1999-cu ildən "Beynəlxalq iqtisadi münasibətlər və idarəetmə" kafedrasında saathesabı müəllim, 2000-ci ildən 0,5 ştat əvəzçilik yolu ilə müəllim və 2002-ci ildən tam ştat baş müəllim vəzifəsinə keçirilmişdir. 2002-ci ildən A.M.Məhərrəmov "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən dosent elmi adını almış və həmin ildən yeni yaradılmış "Gömrük işinin təşkili və idarəetmə" kafedrasında müdir əvəzi, dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2011-ci ildə yeni yaradılmış "İqtisadiyyat və idarəetmə" kafedrsının müdiri vəzifəsinə seçilmişdir.
Aqşin Məhərrəmov
Aqşin Ramiz oğlu Məhərrəmov (1982, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin komandanlarından biri. == Həyatı == Aqşin Məhərrəmov 1982-ci ildə Xaçmaz rayonunda anadan olub. == Hərbi xidməti == Aqşin Məhərrəmov 17 avqust 2020-ci ildə general-mayor rütbəsi alıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə 9 dekabr 2020-ci ildə "Zəfər" ordeni, 24 dekabr "Cəbrayılın azad olunmasına görə" medalı, 25 dekabrda isə "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Arif Məhərrəmov
Arif Məhərrəmov (rəssam) — Azərbaycan rejissoru və rəssamı. Arif Məhərrəmov (hərbçi) — Hərbçi. Arif Məhərrəmov (fizik) — fizika-riyaziyyat elmləri doktoru, professor.
Arif Məhərrəmov (alim)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Arif Məhərrəmov (fizik)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Arif Məhərrəmov (hərbçi)
Məhərrəmov Arif Vəli oğlu (23 sentyabr 1965) — Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı (1998). == Həyatı == 1965-ci il sentyabr ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulub. 1983-1985-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabağda döyüşüb. Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. (səbəb: torpaqların hələ də işgaldan azad olmaması) 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Arif Məhərrəmov (rəssam)
Arif Əli oğlu Məhərrəmov (5 avqust 1948 – 9 avqust 2022) — Azərbaycan kino rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2000). == Həyatı == Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olmuşdur. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olmuşdur. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilmişdir. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Biz qayıdacağıq (film, 2007) Gəldi kosa (film, 1988) İşgüzar səfər (film, 1982) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Molla Nəsrəddin Xoca (film) Münəccimin şagirdi (film, 1983) O dünyadan salam (film, 1991) Qala (film, 2008) Qaravəlli (film, 1989) Qaravəlli-2 (film, 1992) Xrizantema yarpağı (film, 1989) Yatmaq vaxtıdır (film, 1984) Yeddi gözəl (film, 1982) == İstinadlar == == Mənbə == Xamis Muradov.
Ariz Məhərrəmov
Ariz Fərzulla oğlu Məhərrəmov (10 dekabr 1982, Krasnoselski, Saatlı rayonu – 20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ariz Məhərrəmov 1982-ci il dekabrın 10-da Saatlı rayonunun Qara Nuru kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ariz Məhərrəmov oktyabrın 20-də Madagizin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ariz Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Asif Məhərrəmov
Fred Asif və ya Asif Məhərrəmov (tam adı: Asif Yusif oğlu Məhərrəmov; 26 iyul 1952, Ağdam – 1 iyul 1994, Yalta, Krım Muxtar Respublikası) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == === Erkən illəri === Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. On bir uşağı olan böyük bir ailənin ilki idi. Uşaqlığı yoxsulluq içində keçib. Uşaqlıqdan boks və futbolla məşğul olub.1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır.1971-ci il 31 oktyabr ayında Ağdam kinoteatrında davada iştirakına görə, onu həbs edirlər. Asifə iki il iş kəsilir, və o, onun səkkiz ayını həbsxanada yatır. Asifin qardaşı Ədalət Məhərrəmov xatırlayır: 1976-cı ildə Asif qız qaçırıb və onunla qısa ömür sürəndən sonra qəfil avtomobil qəzasına tuş gəlir. Təsadüf nəticəsində "Təcili yardım" maşınını vurulmasına görə, ona 4,5 il iş veriblər.1980-ci illərin sonunda həbsxanadan qurtardıqdan sonra, Asif Moskvadakı dostlarının yanına getdi. O, bir müddət sonra, Ağdama qayıtdı və restoran sahibi idi. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === Qarabağ müharibəsi dövründə Allahverdi və Eldar Bağırovla yaxın dost olub.1991-ci ilin 15 noyabrında "Haqq Cəbhəsi" batalyonunu yaratmışdır.
Azər Məhərrəmov
Azər Məhərrəmov — Azərbaycanlı idmançı, Armrestlinq üzrə usta idmançı. Azərbaycan Respublikasının Milli qəhrəmanı Asif Məhərrəmovun oğlu. == Həyatı == İdmançı 16 yanvar 1977-ci ildə Ağdamda anadan olub. Ağdamın Rusiya silahlı qüvvələrinin dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Bakı şəhərinə köçur. Sonradan Rusiya Federasiyasına gedir. == Karyerası == Azər Məhərrəmov uşaqlıda Konq-fu ilə məşğul olub, Ancaq 1997-ci ildə Armrestlinq idman növünə marağı yaranır və bu idman növu ilə məşğul olmağa başlayır. Bir neçə dəfə Azərbaycan çempionu olur. 2008-ci ildə Norveçin Sarpborg şəhərində təşkil edilmiş və Avropanın ən güclu idmançılarının toplandığı "European Armwrestling Championships 2008" yarışında böyuklər arasında 100+ kq çəki dərəcəsində sol qol ilə yarışlarda 16-cı, sağ qol ilə yarışlarda isə 9-cuyeri tutur.2010-cu ildə Rusiyada təşkil edilmiş "European Armwrestling Championships 2010" turnirində öz hesabına Azərbaycanı təmsil edir. Turnirdə böyuklər arasında 90 kq çəki dərəcəsində sol qol ilə yarışlarda 10-cu, sağ qol ilə yarışlarda isə 12-ci yeri tutur.Bir müddət yarışlara qatılmayan Azər Məhərrəmov, 2017-ci ildə Polşada təşkil edilmiş "XXVII EUROPEAN ARMWRESTLING CHAMPIONSHIP" turnirinə qatılır. Böyuklər arasında 110 kq çəki dərəcəsində sağ qol ilə 11-ci, ustalar arasında 100+ kq çəki dərəcəsində isə 5-ci yeri tutur.
Aşıq Azər Məhərrəmov
Aşıq Azər Məhərrəmov (azərb. Məhərrəmov Azər Xanlar oğlu‎; 27 aprel 1983, Tovuz rayonu – 12 may 2018, Bakı) — Azərbaycan aşığı. == Həyatı == Azər Məhərrəmov 27 aprel 1983-cü ildə Tovuz şəhərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Xanlar Məhərrəmovun ailəsində dünyaya gəlib. Bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xaricdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil edib. 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi.Gənc yaşlarından ustadlıq səviyyəsinə yüksəlib, Türkiyədə, İranda, Gürcüstanda və digər ölkələrdə də tanınmışdır. Musa Nəbioğlu Azərin yaradıcılığı haqqında bunları yazırdı: === Vəfatı === 12 may 2018-ci ildə hepatit xəstəliyindən dünyasını dəyişib.
Aşıq Məhərrəm Hüseynli
Aşıq Məhərrəm Hüseynli (26 iyul 1959, Tovuz) — Azərbaycanlı aşıq. == Həyatı == 1959-cu il iyul ayının 26-da Tovuz rayonunun Qaradaş (Seyidlər) kəndində doğulub. Gözünü açandan dünya şöhrətli Aşıq İmranla Aşıq Əkbər Cəfərovun səsinin sehrinə qapılaraq, Türk dünyasının əzəmətli ozanı Mikayıl Azaflının, Aşıq Yusifin, Xatınlı Ələkbərin, Məhəmməd Covdaroğlunun, Huseyn Cavan kimi sənətçilərin şeir-sənət dunyasına könül verib. Onların ifa texnikasına, danışıq və toy-səhnə mədəniyyətinə məhəbbətlə yanaşan Məhərrəm Hüseyinli Aşıq Mikayıl Azaflını özünə bilavasitə ustad seçib. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Onun sənətdə bir daha kamilləşməsi tələbəlik illərinə təsaduf edir. Böyük məclislərə dəvət alan Məhərrəm ustad Mikayıl Azaflı ilə məclis və konsert salonlarında qoşa, qabaq-qarşı calıb-çağırıb, necə deyərlər, elin gözü qarşısında püxtələşib. Böyük ustad aşıqlarla dostluq və dərin sənət münasibətlərində bulunan sənətçinin arxivində onlarla aşıqla apardığı söhbətlərin audio və videoyazıları mövcuddur. 1981-ci ildə xalq şairi Hüseyn Arifin cağırışına ilk qoşulanlardan biri kimi Məhərrəm Huseynlinin də çalışmaları Azərbaycan Aşıqlar Birliyinin (AAB) təməl daşının qoyulmasında rol oynamış, 1984-cü ildə Azərbaycan aşıqlarının uzun aradan sonra keçirilən növbəti – IV Qurultayına nümayəndə seçilmişdir. Aşıq hələ gənc yaşlarından üzvü olduğu Birliyin keçirdiyi tədbirlərdə yaddaqalan çıxışlar edib.
Aşıq Xanlar Məhərrəmov
Aşıq Xanlar Məhərrəmov (1950, Əlimərdanlı, Tovuz rayonu – 1998, Bakı) — Azərbaycan aşığı == Həyatı == Aşıq Xanlar Məhərrəmov 1950-ci ilin yanvar ayında Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur.Aşıq Əmrah, Aşıq Ədalət, Aşıq Kamandar, Aşıq Əkbər kimi onun da öz ifaçılıq yolu olmuşdur. Aşıq Xanlar 48 il ömür sürsə də, onun sazda ifa etdiyi musiqilər hələ də yaddaşlardadır. 1997-ci ildə İstanbul Bələdiyyəsinin keçirdiyi festivalın laureatı olub. Mükafatı Rəcəb Təyyub Ərdoğan təqdim etmişdir. 1998–ci ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Solo saz ifaçısı Aşıq Azər Xanlaroğlu Aşıq Xanlar Məhərrəmovun oğludur. Azər 2013-cü ildən "Hepatit B" xəstəliyindən əziyyət çəkirdi. 12 may 2018 ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Sərvər Şirin “Portret” rubrikasında mərhum Aşıq Xanlar Məhərrəmovu dostu Aşıq Əli Quliyevlə xatırlayır.
Babək Məhərrəmov
Məhərrəmov Babək Cəfərqulu oğlu (14 mart 1967, Mollakənd, Kürdəmir rayonu – 12 yanvar 1994, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — şəhid. == Həyatı == 1967-ci ilin mart ayının 14-də Kürdəmir rayon Mollakənd kəndində dünyaya göz açmışdır. 1973-cü ildə Kürdəmir rayon Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinə 1-ci sinfinə qəbul olmuşdur. 1982-ci ildə Kürdəmir 115 nömrəli kənd ortatexniki peşə məktəbinin qaynaqçı ixtisasına qəbul olmuşdur. 1985-ci ilin iyul ayının 15-də Kürdəmir rayon 115 nömrəli kənd orta texniki peşə məktəbinin traktor-maşinist ixtisasını bitirmişdir 1985-ci ilin dekabr ayının 3-dən Sovet Ordusu sıralarında Moskva şəhəri yaxınlığında hərbi xidmət keçmişdir.1987-ci ilin dekabr ayının 28-də həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. 1988-ci ilin may ayının 3-də AzKTSÇT-də III dərəcəli betonçu vəzifəsinə 68 nömrəli əmrlə qəbul olunmuşdur. 1990-cı ilin oktyabrın 18-də Kürdəmir şəhər AzKTSÇT idarəsində II dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuşdur. 1992-ci ilin iyun ayının 10-da “Azərneft” birliyinin Carlı KRİ İstehsalat-təchizat şöbəsinə yardımçı fəhlə vəzifəsinə qəbul edilmişdir. 1992-ci ilin dekabr ayının 7-də neft və qaz quyularının qazılması üzrə 3-cü dərəcəli qaz köməkçisi vəzifəsinə keçirilmişdir. 1992-ci ildə Qarabağ müharibəsi başladı.
Bakir Məhərrəmov
Bakir İsmayıl oğlu Məhərrəmov (7 may 1960) — neftçi-geoloq, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (2005), "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti (2014–2015). [mənbə göstərin] == Həyatı == Bakir İsmayıl oğlu Məhərrəmov 7 may 1960-cı ildə Gədəbəy rayonunda, Şınıx mahalının Göyəlli kəndində ziyalı ailəsində anadan olmuşdur.1977-ci ildə, Çayrəsullu 10 illik kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1978-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nə qəbul olunmuş və əmək fəaliyyətini dayandırmadan axşam şöbəsində təhsil almışdır. 1979–1981-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilimi davam etdirərək, 1987-ci ildə universitetin "Geoloji-kəşfiyyat" fakultəsinin "Dağ mühəndisi-hidrogeoloq" ixtisasını bitirmişdir, 1984-cü ildən Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə başlamış, 1984–2006-cı illər ərzində "Geoloji-kəşfiyyat işlərinin araşdırılması və layihələndirilməsi" laboratoriyasında böyük texnik, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1994–1995-ci illərdə könüllü olaraq cəbhəyə getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə taqım komandiri kimi iştirak etmişdir. 2005-ci ildə "Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsi və Şamaxı-Qobustan rayonunun onunla həmsərhəd zolağının geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyasını "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 2006–2011-ci illərdə SOCAR-ın ""Neftqazelmitədqiqatlayihə" İnstitutunun" "Quyuların qazılmasının geoloji əsaslandırılması" laboratoriyasında müdir vəzifəsində, 2011–2014-cü illərdə "Axtarış-kəşfiyyat işlərinin təhlili və quyuların qazılma şəraitinin əsaslandırılması" laboratoriyasında müdir müavini vəzifəsində işləmiş, 2014-cü ildə həmin laboratoriyanın müdiri təyin edilmişdir. 2008–2013-cü illərdə "Amerika Neftçi Geoloqları Assosasiyası"nın bölməsi olan "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin vitse-Prezidenti, 2014-2015-ci illərdə isə "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti vəzifəsində çalışmışdır. 2006-cı ildən "Neft-qaz yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı"elmi- texniki şura bölməsinin,2014-cü ildən "AzNEFT"İB-də "Axtarış-kəşfiyyat, Neft və qaz Ehtiyatları, Neft və qaz yataqlarının işlənməsi üzrə Daimi fəaliyyət göstərən Komissiya"nın, 2017-ci ildən AMEA-nın "Geologiya və Geofizika İnstitutu"nun Yer elmləri üzrə dissertasiya müdafəsinin elmi seminarının üzvüdür. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 iyul tarixli qərarı ilə dosent elmi adı verilmlşdir. 2017-ci ildə "Neft və qaz sənayesinin inkişafında xüsusi xidətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Fəxri Fərmanı ilə təltif edilmişdir.
Bəhruz Məhərrəmov
Bəhruz Abdurrəhman oğlu Məhərrəmov (22 avqust 1983 və ya 1983, Ağabağı, Zərdab rayonu) — hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü. == Həyatı == Bəhruz Məhərrəmov 22 avqust 1983-cü ildə Zərdab rayonunun Ağabağı kəndində anadan olub. Rayonun Ağabağı və Gəndəbil kənd məktəblərində, 1996-cı ildən isə Bakı şəhər 194 saylı və paytaxtda məskunlaşmış Zəngilan rayon 24 saylı məktəblərdə təhsil alıb. 2000–2004-cü illərdə BDU Jurnalistika fakültəsində təhsil alıb. 2007–2011-ci illərdə BDU Hüquq fakültəsinin tam ali təhsil kursunu başa vurmuş, 2012–2015-ci illərdə BDU Hüquq fakültəsinin Hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alımış, "Avropa İnsan hüquqları məhkəməsinin qərarlarının milli məhkəmələr tərəfindən tətbiqi" mövzusunda dissertasiya işi müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-ci ildə Prezident yanında Ali attestasiya komissiyasının qərarı ilə dosent elmi adı almışdır. 2004–2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı bölüyünün tərkibində İraq respublikasında ABŞ Dəniz Piyadalari korpusunda hərbi xidmətdə olub. Hazırda BDU hüquq fakültəsinin Hüquq üzrə elmlər doktoru proqramı üzrə doktorantıdır, İnsan hüquqları, İnformasiya hüququ sahəsində elmi araşdırmalar aparır. 2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Ceyhun Məhərrəmov
Məhərrəmov Ceyhun Məhərrəm oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhərrəmov Ceyhun Məhərrəm oğlu 1973-cü il oktyabrın 28 Biləsuvar rayonu Xırmandalı (Biləsuvar) kəndindananadan olmuşdur. Orta təhsilini böyüyüb boya-başa çatdığı Xırmandalı kənd orta məktəbində alıb. 24 iyun 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən qanlı döyüş Ceyhun Məhərrəmovun son döyüşü oldu. == Təltifləri == Məhərrəmov Ceyhun Məhərrəm oğlu Xırmandalı (Biləsuvar) kənd tam orta məktəbi Ceyhun Məhərrəmov adını daşıyır.
Cəmşid Məhərrəmov
Cəmşid Məhərrəmov - (4 avqust 1983) Azərbaycanlı futbolçu
Elmar Məhərrəmov
Elmar Məhərrəmov (şahmatçı) — azərbaycanlı şahmatçı, qrossmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrossmeysteri. Elmar Məhərrəmov (tarixçi) — tarix üzrə fəlsəfə doktoru.
Elməddin Məhərrəmov
Elməddin Şahlar oğlu Məhərrəmov (13 noyabr 1999, Məşrif, Siyəzən rayonu – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Məhərrəmov 1999-cu il noyabrın 13-də Siyəzən rayonunun Məşrif kəndində anadan olub. Siyəzən rayon Məşrif kənd məktəbini bitirib. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Məhərrəmov (2019-cu ildə hərbi xidmətə yollanıb) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər (Murovdağ), Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Məhərrəmov 5 oktyabrda Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Elməddin Məhərrəmov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Məhərrəmov
Elnur Nərbala oğlu Məhərrəmov (18 may 2001; Şəkər, Göyçay rayonu, Azərbaycan — 15 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Elnur Məhərrəmov 18 may 2001-ci ildə Göyçay rayonunun Şəkər kəndində anadan olmuşdur. 2007–2018-ci illərdə Göyçay rayon Şəkər kənd tam orta məktəbində orta təhsil almışdır. 2018-ci ildə Azərbaycan Universitetinin "Biznes və iqtisadiyyat" fakültəsinə daxil olmuşdur. Ali təhsil aldığı müddətdə restoranlarda çalışmışdır. Subay idi. == Hərbi xidməti == Elnur Məhərrəmov 2021-ci ildə maddi səbəblərdən ötrü təhsilini dondurmağa qərar vermişdir. Həmin il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli hərbi xidmət etmişdir.

Digər lüğətlərdə

гуся́тина перепря́дывать пособля́ть ремилитаризова́ться форе́ль чи́каться шку́рный голеносто́пный нумизма́тка обмакну́ть пантомими́ческий перево́д фрагмента́рность батян мстить anarthrous associable good-daughter letter-perfect small game контрастный мустанг прочищать сглазить физкультурница