məkruh
məktub
OBASTAN VİKİ
Məktəb
Məktəb — müasir cəmiyyətdə məktəb uşaqların təhsil almaq hüquqlarını təmin etməkdə əsas rol oynayır. O həm də uşaqların təlim və tərbiyəsi ilə məşğul olur. Məktəblərdə təhsil və tərbiyə cəmiyyətin iqtisadi və mədəni inkişafından asılıdır. Məktəblərdə mövcud olan problemlər islahatlarla həll olunur. Məktəbdə nizam-intizam, qayda-qanun və tərbiyə əsas amillərdəndir. == Qiymətləndirmə == Məktəblərdə uşaqların təhsildə davamiyyəti və səviyyəsi 5 ballıq sistemlə qiymətləndirilir. Qeyri qənaətbəxş 1 və 2 ilə qiymətləndirilirlər. Qənaətbəxş 3 qiymətinə uyğun gəlir. Bu ən aşağı qanedici qiymətdir. 4 qiyməti yaxşı oxuyanlara verilir və orta qiymət sayılır.
Ali məktəb
Ali təhsil müəssisəsi — 1)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi; 2)xalq təsərrüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlayan, ali və orta ixtisas məktəbləri müəllimlərinin, xalq təsərrüfatı mütəxəssislərinin ixtisasını təkmilləşdirən, nəzəri və tətbiqi xarakterli elmi iş aparılan təhsil müəssisəsi; 3)Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırılan, fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olan təhsil müəssisəsi. Təhsil müddəti 4-7 ildir.Ali təhsil müəssisəsi cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbilədəndir. Ali təhsil müəssisəsinin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təhsil-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali təhsil müəssisəsinin "idarə edilməsi" və "ona rəhbərlik" bir-biri ilə sıx bağlı anlayışlardır. İdarəetmə dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdaəretmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir. Rəhbərlik bir-birinə zidd iki üslubda - avtoritar və demokratik üslublarda həyata keçirilir.
Elmi məktəb
Elmi məktəb — formalaşmış elmi baxışlar sistemi, həmçinin bu baxışları müdafiə edən elmi cəmiyyətlər. Elmi məktəblərin bir qayda olaraq yaradıcıları və davamçıları var. Məktəb daxilində bir qayda olaraq müxtəlif cərəyanlar və özünəməxsus qruplar olur, bu isə yeni məktəblərin əsasını qoya bilir. Elmi məktəblər həm qeyri-formal şəkildə, həm də ali məktəblərin kafedralarında, alim kollektivlərində yarana bilər. Elmi cəmiyyətlər – elmi tədqiqatla məşğul olan mütəxəssislərin, hər hansı elm sahəsi ilə maraqlananların könüllü cəmiyyətləri. Əsas fəaliyyəti elmi əsərlərin müzakirəsi və nəşrindən, elmi tədqiqatlar üçün vəsait buraxmaqdan və s. ibarətdir. == Mənbə == БИБЛИОГРАФИЯ ПО ПРОБЛЕМАМ НАУЧНЫХ ШКОЛ В РОССИИ == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Marksist məktəb
Marksist siyasi iqtisad və ya Marksist iqtisadiyyat — Karl Marksın artıq dəyər nəzəriyyəsini genişləndirdiyi iqtisadi dəyər nəzəriyyəsi, dəyərin əmək nəzəriyyəsinə əsaslanan (Adam Smit, Devid Rikardo) siyasi iqtisad. Bu cərəyan Marksizmin ayrılmaz bir hissəsidir, Fridrix Engels, Karl Kautski, Rosa Lüksemburq, Qeorgi Plexanov, Vladimir Lenin tərəfindən inkişaf etdirilmişdir. Marxın müəyyən müddəaları "revizionistlər" tərəfindən düzəldilmişdir – Eduard Bernşteyn, Mixail Tuqan-Baranovski, Verner Sombart. Marksist ədəbiyyatşünaslıq məktəbi XIX əsrin ikinci yarısından bəri mürəkkəb inkişaf yolu keçən eklektik bir hadisədir. == Nəzəriyyə == === Məhsul === Məhsul — əmtəə mübadiləsində iştirak edən müəyyən bir mənadır. Əmək bölgüsünün inkişafı ilə tədricən obyektlər şəxsi istehlak üçün deyil, əsasən mübadilə üçün istehsal olunmağa başlayır. Əmtəə kapitalist istehsal üsulunun mahiyyətini xarakterizə edən inkişaf edən və kapitala çevrilən istehsal münasibətlərinin universal formasına çevrilir. Lenin, "Narodizmin İqtisadi Məzmunu və Cənab Struve'nin Kitabındakı Tənqid" adlı kitabında kapitalizmin aşağıdakı xarakteristikasını verir: “Məhsul [istehsal] ən müxtəlif ictimai istehsal orqanizmlərində əmtəə formasını alır, ancaq yalnız kapitalist istehsalda bu əməyin məhsulu yaygındır, əksinə müstəsna, təcrid olunmamış, təsadüfi deyil. Kapitalizmin ikinci əlaməti bir əmtəə formasını təkcə əməyin məhsulu ilə deyil, həm də əməyin özü, yəni insan işçi qüvvəsi tərəfindən qəbul edilməsidir." Məhsul eyni zamanda: kommunal (istehlak dəyəri, istifadə dəyəri). Faydalı bir şeyin insanın bu və ya digər ehtiyacını ödəmək üçün xassəsi deməkdir (yemək aclığı təmin edir, paltar isti olur).
Məktəb (jurnal)
"Məktəb" (jurnal) — Elmi-pedaqoji, ədəbi-bədii, demokratik istiqamətli jurnal. == Haqqında məlumat == "Məktəb" jurnalı Bakıda Azərbaycan dilində nəşr olunurdu. Jurnalın ilk nömrəsi 1911-ci il noyabrın 29-da, sonuncusu 1920-ci il martın 21-də çıxmışdır. Cəmi 95 nömrə işıq üzü görmüşdür. Məktəb şagirdlərinə məxsus olan bu jurnal iki həftədə bir dəfə nəşr olunan "əxlaqi, ədəbi, fənni, müsəvvir məcmuə" idi. "Məktəb" pedaqoji biliyin və dünyagörüşünün genişlənməsində, elmə, maarifə həvəsin artmasında, uşaqlarda müsbət əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində müəyyən rol oynamışdır. Jurnalın "İdarədən" başlığı ilə verilən məqalədəki bu sözləri jurnalın əsas məqsədini ifadə edirdi: === Jurnalın ilk sayında === Birinci nömrədə maraqlı hekayələr, şeirlər, publisist yazılar, atalar sözü, məsəllər, lətifələr, və s. verilmişdir. Jurnalın 1-ci nömrəsində N. Nərimanovun "Əziz balalar!" başlığı ilə uşaqlara müraciəti verilmişdir. N.Nərimanov uşaqları oxumağa, elmə yiyələnməyə, vətənin ləyaqətli, namuslu övladları olmağa çağırırdı.
Məktəb avtobusu
Məktəb avtobusu, tələbə avtobusu və ya xidməti məktəb avtobusu, şagirdləri məktəblərə daşımaq üçün bəzi xüsusi avadanlıqları olan bir avtobus növüdür. İlk tələbə nəqliyyatı 1827-ci ildə İngiltərədə George Shillibeer tərəfindən başladılmışdır. ABŞ-də məktəb avtobusları sarı rəngdə olur.
Məktəb forması
Məktəb forması - məktəbdə və ya digər təhsil müəssisəsində tələbələr tərəfindən geyilən uniforma. Məktəb geyimlərinin məqsədi şagirdlər arasında bərabərliyi təmin etməkdir və müxtəlif ölkələrdə ibtidai və orta məktəblərdə geniş yayılmışdır. Ümumiyyətlə kişi tələbə forması uzun şalvar, ağ köynək, qalstuk və gödəkçə, qadın tələbə forması isə ətəklərdən, uzun və ya diz üstü corablardan, qalstuk, köynək və sviterlərdən ibarətdir. İngiltərə, Türkiyə və ya Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olsa da, məktəbli formaları ödənişli ola bilərlər.
Məktəb medalları
Məktəb medalları — Orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün verilən medallar. Əsasən qızıl və gümüş medaldan ibarətdir. == İlk medallar == Orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün medalların verilməsi ənənəsi hələ XIX əsrdə olub. Rusiyada məktəb medallarının tarixi 1828-ci ildə "Məhəllə, qəza məktəbləri və gimnaziyalarının əsasnamələri"nin qəbulu ilə başlayıb. == SSRİ medalları == Azərbaycanın da daxil olduğu SSRİ-də isə məktəb medallarının verilməsi qaydaları ittifaqın İcraiyyə Komitəsinin 1247 saylı qərarı ilə 1945-ci ilin mayın 30-dan tətbiq edilib. İlk qızıl və gümüş medallar 583 qızıl və 925 gümüş probundan hazırlanırdı. Dairəvi formada, diametri 32 mm olan medallar həmin vaxt ittifaq respublikalarında mövcud olan 16 variantda ştamplanırdı. Əsl qızıl medallar demək olar ki, həmin illərdə hazırlananlar hesab edilə bilər. Çünki 1954-cü ildə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilir və medaldakı qızılın probu 375-ə enməklə keyfiyyəti aşağı salınır. Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır.
Məktəb uniforması
Məktəb forması - məktəbdə və ya digər təhsil müəssisəsində tələbələr tərəfindən geyilən uniforma. Məktəb geyimlərinin məqsədi şagirdlər arasında bərabərliyi təmin etməkdir və müxtəlif ölkələrdə ibtidai və orta məktəblərdə geniş yayılmışdır. Ümumiyyətlə kişi tələbə forması uzun şalvar, ağ köynək, qalstuk və gödəkçə, qadın tələbə forması isə ətəklərdən, uzun və ya diz üstü corablardan, qalstuk, köynək və sviterlərdən ibarətdir. İngiltərə, Türkiyə və ya Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olsa da, məktəbli formaları ödənişli ola bilərlər.
Terekli-Məktəb
Terekli Məktəb – Rusiya Federasiyasının Dağıstan Respublikasının Noqay rayonunun inzibati mərkəzi. Terekli məktəb Dağıstanın şimal-qərbində Noqay çölünün mərkəzində yerləşir. Qəsəbənin 75 km ndə, avtomobil yolu üstündə Qızılyar şəhəri yerləşir. Əhalisi 7000 nəfərdir. == Tarixi == Qəsəbənin yaranma tarixi XVIII əsrə aiddir. Tarixi xəritələrə görə indiki qəsəbə qaranoqayların, ermənilərin və rusların yaşadğı iki auldan ibarət imiş. Qəsəbənin adı Terek və məktəb sözləri ilə bağlıdır. Terekli-məktəb bütün noqay xalqının paytaxtı hesab olunur. Qəsəbənin Şərəf Xiyabanında 11 Müharib və Əmək qəhrəmanı büstü var. == Mədəni həyatı == Qəsəbədə, kənd məktəbləri üçün noqay dili müəllimlərini hazırlayan Xasavyurd Pedoqoji kollecinin, və Moskva Humanitar Universitetinin filialları var.
İbtidai məktəb
İbtidai məktəb — məktəbyaşlı uşaqlara ibtidai təhsil verən çmumtəhsil təlim-tərbiyə müəssisəsi, ümumi icbari təhsilin birinci pilləsi. İbtidai məktəbə (yaxud umumtəhsil məktəblərinin ibtidai siniflərinə) daxil olan uşaqların yaşı və həmin məktəblərdə təhsil müddəti ayrı-ayrı ölkələrdə müxtəlifdir.Təhsilin Beynəlxalq Standart Təsnifatı ibtidai təhsili proqramların adətən oxu, yazı və riyaziyyat üzrə fundamental bacarıqları təmin etmək və öyrənmə üçün möhkəm zəmin yaratmaq üçün nəzərdə tutulduğu bir mərhələ kimi nəzərdən keçirir.
Məktəb № 10 (Taqanroq)
Məktəb № 10 - Taqanroq şəhərinin ərazisində, Frunze küçəsi, ev 40 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1920-ci ildə təsis edilmişdir. == Məktəbin tarixi == Məktəb № 10 Taqanroq şəhərində 1920-ci ildə təsis edilmişdir. Ancaq məktəbin təməlləri hələ 1910-cu ildə qoyulmuşdur. Taqanroq kommersiya uçilişinin nızdində Taqanroq əmək məktəbi təşkil edilmişdir. Məktəbin tərkibi rəngarəngdir. Belə ki, 1916-cı ildə bura Riqa real uçilişi, Mintav kişi gimnaziyası, Varşava müəllimlər seminariyası və d. köçürülmüşdü. Böyük Vətən müharibəsi dönəmində bina tamamən dağıdılmışdı. Tədris müvəqqəti olaraq Lenin küçəsində yerləşdirilmişdi.
Məktəb № 24 (Taqanroq)
Məktəb № 24 - Taqanroq şəhərinin ərazisində, Derjinski küçəsi, ev 149 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1936-cı ildə təsis edilmişdir. == Məktəbin tarixi == Məktəb yeddi illik orta təhsil oçağı 1936-cı ildə təsis edilmişdir. Məktəb mövcudluğu dönəmində hər zaman Taqanroq Metallugiya Zavodunun himayəsində olmuşdur. № 24 məktəb ilk məzunlarını 1939-cu ildə buraxmışdır. Taqanroqun işğalı dönəmində, 1941 - 1943-ci illərdə alman əsgərləri məktəbi atların saxlandığı yer kimi istifadə edilmişdir. 1943-cü ildə şəhər işğaldan azad olduqdan sonra dərhəl fəaliyyətini bərpa etmişdir. Məktəb ilk dönəmlərdə, metallurgiya zavodunun baraklarında fəaliyyət göstərmişdir. Bu baraklar məktəbin yaxınlığında qərarlaşır. Şagirdlər nəhayətində 12 sentyabr 1954-cü ildə öz məktəb binalarına qayıda bilmişlər.
Məktəb № 3 (Taqanroq)
Məktəb № 3 - Taqanroq şəhərinin ərazisində, Kalinina küçəsi, ev 109 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1966-cı ildə təsis edilmişdir. == Məktəbin tarixi == XX əsrin əvvəllərində Mayakovski meydanında kərpiçdən iki eyni arxitekturalı bir mərtəbəli binalar inşa edilir. Hansı ki, onların birində Yelizavetinski 1-ci qızlar uçilişi və Aleksandrovski kişi uçilişi yerləşmişdi. Binalar Nekrasov xiyabanına baxırdı. Sovet hakimiyyəti qurulduqdan sonra burada 3 nömrəli əmək məktəbi təşkil edilir. 1930-cu ildə yeddi illik orta məktəbə çevrilir. Burada 600 şagird təhsil alırdı. İşğal zamanı (1941-1943) məktəq Taqanroq balıqtəmizləmə zavodunun klubunda yerləşirdi. Klub Dobrolyubovski xiyabanında yerləşirdi.
Məktəb № 5 (Novoçerkassk)
Məktəb № 5 — Novoçerkassk şəhərinin ərazisində yerləşən təhsil ocağı. Təhsil ocağı 1907-ci ildə təsis edilmişdir. Məktəb Kuznesov uçilişinin binasında yerləşir. Binası XIX əsrin ikinci yarında şəhərin mərkəzində inşa edilmişdir. Məktəb binası Rusiyanın regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Burada Sovet İttifaqı qıhrəmanı Qeorqi Aleksandroviç Sorokin təhsil almışdır. == Tarixi == Birinci dərəcəli uçiliş 1907-ci ildə tısis edilmişdir. Uçilişin hazırlanmasında əsas pay P. P. Litovun ürinə düşürdü. Ucilişin yerləşdiyi bina Ataman dalanı, Qorbatoy küçəsində yerləşirdi. Bina F. İ. Tkaçenkoya məxsus məxsus idi.
Məktəb № 9 (Taqanroq)
Məktəb № 10 - Taqanroq şəhərinin ərazisində, Krasnı xiyabanı, ev 20/22 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1960-cı ildə təsis edilmişdir. Təhsil ingilis dilində aparılır. == Məktəbin tarixi == Məktəb № 9 öz ilkin fəaliyyətini 1920-ci ildən başlamışdır. Taqanroqda yeddi illik pulsuz tədris həyata keçirilirdi. Müharibə sonrası Taqanroq Müəllimlər İnstitutunun nəzdində yeddi illik məktəb təşkil edir. 1960-cı ilin avqust ayında 9 nömrəli məktəb təşkil edilir. Burada təhsil ingilis dilində aparılırdı. 1973-cü ildən məktəbdə «Meridian» Beynəlxalq dostluq klubu fəaliyyət göstərir. == Məktəbin direktorları == 2012-ci ildən indiyənə qədər — Nataliya Bladimirovna Moxova 2004 - 2012— Svetlana Mixaylovna Koreşkova; 2002 - 2004 — Yelena Borisovna Şeluxina; 1989 - 2002 — Leonid Qriqoreviç Leontev; 1975 - 1989 — Olqa Dmitrievna Klokova 1968 - 1975 — Anastasiya Mixaylovna Kuznesova; 1957 - 1967 — Aleksandr Nikolayeviç Karpov.
Nümunəvi Məktəb (1990)
Realnı məktəb binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində tarixi bina. 1883-cü ildə tikilmişdir. Hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 64.
Bakı Xoreoqrafiya Məktəbi (məktəb)
Bakı Xoreoqrafiya Akademiyası — Azərbaycan Respublikasında xoreoqrafiya sahəsində ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən xüsusi ali məktəb. == Tarixi == Azərbaycan SSR Xalq Maarif Komissarlığı Kollegiyasının 29 aprel 1922-ci il tarixli iclasının qərarı ilə Əli Bayramov adına Mərkəzi Klubun nəzdində Balet Studiyası açılmışdır. 1923-cü il avqustun 18-də Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən Bakıda ritm və rəqs studiyası açılmış və “Balet studiyası” adlandırılmışdır. 1929-cu ildə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən, bu studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilmişdir. 1933-cü ildə Bakı Xoreoqrafiya Məktəbində artıq 157 şagird təhsil alır və təhsil müddəti 4 ildən 9 ilə çatdırılmışdır. 1935-ci ildə Xoreoqrafiya Məktəbi Azərbaycan SSR Xalq Maarif Komissarları Şurasının qərarı ilə Bakı Xoreoqrafiya Texnikumu, 1962-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qərarı ilə Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Məktəbi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılmış və fəaliyyətə başlamışdır. 26 dekabr 2014-cü il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Akademiya ümumi təhsil (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas və ali təhsil (bakalavr, magistr, doktorantura) pillələri üzrə təhsil proqramı və əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirir. == Fəaliyyəti == Elmi-pedaqoji kadr potensialı sayəsində akademiyada 7 kafedra və akademiyanın ali qərarverici orqanı olan Elmi Şurası fəaliyyətə başlamışdır. Bununla bərabər akademiyanın Bədii Şurası, Elmi-Metodiki Şurası, kollec və tam orta məktəbin Pedaqoji Şuraları fəaliyyət göstərir.
Məktəb və həyat (jurnal)
"Şkola i jizn" jurnalı (rus. Школа и жизнь) — sosial-demokrat bolşevik təşkilatının fəal yardımı ilə 1907-ci ilin yanvarında nəşr olunan leqal jurnal. == Yaranma tarixi == "Şkola i jizn" ("Məktəb və həyat") jurnalının ilk nömrəsi 1907-ci il yanvarın 28-də işıq üzü gördü. Jurnalın redaktorları Bakı kişi gimnaziyasının müəllimləri İ.Gepner, K. İosseliani idilər. Jurnalda əsasən sosial-demokrat gənclər iştirak edirdilər. Onlar "Nabat" jurnalını buraxarkən təcrübə toplamışdılar. Jurnalın ümumi tirajı 1000 nüsxə idi, ayda bir dəfə buraxılması nəzərdə tutulmuşdu. İlk nömrə R. Şneyderovun mətbəəsində çap olunmuşdu. == Fəaliyyəti == "Bazar günü, 28 yanvar" sərlövhəli baş məqalədə jurnalın məsləki, yolunda mübarizə apardığı ideallar aydınlaşdırılmışdır. Bu məqaldən görünür ki, jurnal bolşevizm mövqeyini müdafiə etməyi, dövrün mühüm ictimai-siyasi məsələlərinə bu mövqedən yanaşmağı qarşısına məqsəd qoymuşdur.
Nümunəvi məktəb (film, 1990)
Yeni məktəb (Nyu-York)
Yeni məktəb (The New School) — Nyu-York şəhərində özəl universitet.
20 nömrəli məktəb-lisey
Arif İsmayıl oğlu Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyi — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Haqqında == Parlament prospekti 7/11 ünvanında yerləşən A. Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin əsası 1958-ci ildə qoyulmuşdur. O vaxt məktəb 1 korpusdan ibarət olmuş, 1000 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 1988-ci ildə məktəbin daha 3 korpusu tikilib istifadəyə verilmişdir. 2007-ci ildə dövlət başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə məktəb əsaslı təmir edilmişdir. Məktəbə 1994-cü ildə lisey adı verilmişdir. 2012-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə məhz 20 nömrəli məktəb-liseyin şagirdlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə məktəbin qarşısında yeraltı keçid inşa edilmişdir. 2010–2011-ci tədris ilində məktəbi bir məzun – Quliyeva Fəridə Rauf qızı Qızıl medalla bitirmişdir. 2008–2013-cü illərdə 20 nömrəli tam orta məktəb-lisey 2 dəfə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Məktəbdə 3 Əməkdar müəllim, 1 "Tərəqqi" medalına, 2 "Qabaqcıl təhsil işçisi" medaına layiq görülmüş müəllimlər çalışır.
Mehriban Əliyeva adına eksperimental məktəb
Mehriban Əliyeva adına eksperimental məktəb — Misirin Əl-Obur şəhərində yerləşən məktəb 2010-cu ildə fəaliyyətə başlamasının bir ili tamam olan məktəb qısa vaxtda bölgənin aparıcı təhsil ocağına çevrilib. Misirin Əl-Obur şəhərində yerləşən bu məktəbdə 1600 şagird təhsil alır. Onlara 80-dən artıq müəllim dərs deyir. Azərbaycan hökumətinin, Heydər Əliyev Fondunun birbaşa himayəsi və dəstəyi ilə məktəbdə xarici dillərin tədrisi yüksək səviyyədə həyata keçirildiyindən artıq ölkənin digər bölgələrindən də şagirdlər Mehriban Əliyeva adına eksperimental məktəbə üz tuturlar. Məktəbin texniki avadanlıq və dərs vəsaitləri ilə təchizatında da Azərbaycan tərəfi xüsusi rol oynayır. Məktəbdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edən fotostend qurulub. Ayrı-ayrı fotolarda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğısı əksini tapmışdır. Azərbaycanın birinci xanımının adını daşıyan bu təhsil ocağını Misirdə ölkələr arasında möhkəm dostluq körpüsü adlandırırlar.
Məktəb № 49 (Rostov-na-Donu)
Məktəb № 49 - Rostov-na-Donu şəhərinin ərazisində, Qazetnaya xiyabanı, ev 82/108 ünvanında yerləşən təhsil ocağı. Bina 1910-cu ildə V. V. Popovun layihəsi əsasında inşa edilmişdir. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarix == А. А. Filipovun qızlar gimnaziyası XX əsrin əvvəllərində təşkil olunmuşdur. 1910-cu ildə gimnaziya Qazetnaya xiyabanında inşa edilən yeni binaya köçmüşdür. Sovet hökuməti qurulduqdan sonra bina 11 № məktəb elan edilmişdir. 1930-cu illərdə idə məktəb № 49 adlandırılmışdır. == Arxitektura == Üç mərtəbədən ibarət olan bina П-vari formaya malikdir. Fasadı simmetrikdir və Maksim Qorki küçəsi və Qazetnaya xiyabanına baxır. Binanın tikintisində yüksək keyfiyyətli kərpiçdən istifadə etmişlər.
"İttihad" məktəbi
"İttihad" məktəbi — 1906-cı ildə Bakıda açılmış məktəb. Məktəbin müdiri Hüseyn Kamal olmuşdur. "İttihad" məktəbinin həkimi Bəhram bəy Axundov idi. == Məşhur məzunları == İsmayıl Hidayətzadə — 1909-?
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi
Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsi (əvvəlki adı: Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi) — Azərbaycan Respublikasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumi təhsil müəssisəsi üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 50 ən yaxşı ümumi təhsil müəssisənin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10.000 manat məbləğində birdəfəlik mükafatın verilməsini nəzərdə tutan müsabiqə. Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilib. == Təsisi == "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin fəaliyyətini qiymətləndirmək məqsədilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il tarixli, 714 nömrəli Fərmanı ilə "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri" təsdiq edilmişdir. == Adı == Müsabiqənin ilk adı "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 381 nömrəli Fərmanı ilə müsabiqənin adı dəyişdirilərək, "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi olmuşdur. Lakin 2012/2013-cü tədris ilində müsabiqə qaliblərinin mükafatlandırılması ilə bağlı verilmiş Sərəncamda müsabiqənin adı yenidən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi kimi göstərilmişdir. == Başlıca məqsədi == Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumi təhsil müəssisələrini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumi təhsil müəssisələrinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir. == Müsabiqədə iştirak şərtləri == Müsabiqədə iştirak etmək istəyən ümumi təhsil müəssisələri aşağıdakı şərtlərə cavab verməlidir: son üç ildə məzunlarının ali təhsil müəssisələrinə qəbul faizinin yüksək olması; son üç ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında məzunlarının yüksək bal toplaması; müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı; respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması; ali təhsilli müəllimlərinin faizinin yüksək olması; ümumi təhsil müəssisəsinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsinin aşağı olmaması; təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi; ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən, o cümlədən təhsil alanlar arasında aparılan sorğularda ümumi təhsil müəssisəsi haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi; ümumi təhsil müəssisəsinin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər. == Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət == Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi" tərəfindən həyata keçirilir.
1 nömrəli Bakı Tibb Məktəbi
1 nömrəli Bakı Tibb Kolleci (əvvəlki adı: 1 nömrəli Bakı Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı 1 nömrəli Bakı Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Əczaçılıq; Tibb bacısı işi.
2 nömrəli Bakı Baza Tibb Məktəbi
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır.2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir.Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir. == Direktorları == Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən) == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.
5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
ADA Məktəbi
ADA Məktəbi — ADA Universitetinin nəzdində fəaliyyət göstərən məktəb. == Tarixi == ADA Məktəbinin təqdimatı 22 fevral 2019-cu ildə ADA Universitetində olmuşdur. == Təhsil modeli == ADA Məktəbinin təhsil modeli xüsusi yeniliklərdən ibarətdir. Bu məktəbin məzunlarının ADA Universitetinə xüsusi şərtlərlə qəbul olunması nəzərdə tutulub. == Tədris proqramı == Məktəbin tədris proqramı Azərbaycan Respublikasının tam orta təhsil standartlarına — milli standartlara və milli kurikuluma və ADA Universitetinin təcrübəsinə əsaslanaraq hazırlanır. Tədris proqramında şagirdlərin akademik baxımdan ali məktəb illərinə daha hazırlıqlı olmalarına diqqət yetirilir; dövrün tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına əhəmiyyət verilir. == Binası == Məktəbin binası yüksək standartlara uyğun olan infrastruktura malikdir. == Qəbul == ADA Məktəbinə ilk qəbulun 2019–2020-ci tədris ilindən etibarən həyata keçirilməsi nəzərdə tutulub. İlk tədris ilində X və XI siniflərə şagird qəbulu planlaşdırılır. Qəbul həm yerli, həm də xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur.
Abşeron xalçaçılıq məktəbi
Abşeron xalçaçılıq məktəbi Azərbaycan xalçaçılıq məktəblərindən biri. Məktəb özündə Abşeron kəndləri olan Goradil, Novxanı, Suraxanə, Xilibuta, Nardaran, Bülbülə, Fatmayi, Mərdəkan, Qala, Xilə, həmçinin Xızı bölgəsini birləşdirir. Həmçinin Fındığan, Xil, Keş və Hadı kimi xalçaçılıq mərkəzləri də vardır.Bu xalçaçılıq məktəbinin məhsulları parçanın yumşaqlığı, intensiv rəngləri, yüksək rəssamlıq zövqü və işlənmənin füsunkarlığı ilə fərqlənir. Bu məktəbdə 10 kompozisiya cəmlənib. Xalçaların üzərindəki tarixi mənbələr və yazılar ona dəlalət edir ki, bu kəndlərdə xalçaçılıq geniş inkişaf etmiş və xalça məmulatları ölkənin hüdudlarından kənara ixrac olunurdu. Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Onlar müxtəlif motivlərlə, adətən həndəsi emaldan sonra ilkin obyekti ilə oxşarlığını itirmiş bitkilərin üslublaşdırılmış təsvirləriylə doldurulur. Bakı məktəbi Abşeronun kəndlərini - Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir.
Aleksandra imperator rus-müsəlman qız məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Yaranması == 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
Alpert Tibb Məktəbi
Alpert Tibb Məktəbi (ing. The Warren Alpert Medical School of Brown University) — Braun Universitetində tibb proqramını həyata keçirən təhsil müəssisəsi == Tarixi == 1811-ci ildə yaradılmışdır.1991-ci ildən məktəb Braun Tibb Məktəbi adlandırılır.2007-ci ildə iş adamı Uorren Alpert məktəbə 100 milyon dollar vəsait yardım edir. Bunun qarşılığında məktəbin adı dəyişdirilərək Uorren Alpert Tibb Məktəbi olur. == Fəaliyyəti == Hazırda bu məktəb Amerikanın ən rəqabətli məktəblərindəndir. Məktəbə qəbul olmaq istəyənlərin yalnız 2%-dən aşağısı müsabiqədən uğurla keçir.Məktəbdə hüceyrə biologiyası, fiziologiyası, biokimya, qidalanma, immunologiya və genetika, mikroskopik anatomiya, ümumi patologiya, neyrobiologiya, patofiziologiya, neyrofarmokologiya, mikrobiologiya, epidemiologiya, endokrin patofiziologiya, kardiologiya, nefrologiya, pulmonologiya, gematologiya, qastroenterologiya və s. elmlər öyrədilir.Burada 4 il təhsil aldıqdan sonra tələbələr bakalavr diplomu alır və avtomatik olaraq təhsilini MD (latın dilindən "Medicinae Doctor" - tibb doktoru) dərəcəsi almaq üçün davam etdirir. Ümumilikdə, tibbi təhsil burada 8 ildir. Məktəb MD/PhD/MPH və tibb doktoru /MPP dərəcələri təklif edir. == Mərkəz və hospitalları == Alpert Tibb Məktəbinin nəzdində Providens Tibb Mərkəzi və Rod Aylend, Miriam, Memorial, Batler, Emma Pendlton Bradli, Qadın və Uşaq hospitalları fəaliyyət göstərir.
Annallar məktəbi
Annallar məktəbi (fr. École des Annales), həmçinin "Yeni tarix elmi" (fr. La Nouvelle Histoire) — Lüsyen Fevr və Mark Blok tərəfindən qurulan tarixi istiqamət. "Annallar" jurnalı ətrafında formalaşan bu tarixi məktəb XX əsrin bütün dünya tarixşünaslığının inkişafına mühüm təsir göstərmişdir. 1929-cu ildə Lüsyen Fevr və Mark Blok bu gün də nəşr olunan "İqtisadi və sosial tarixi annallar" (Fr. Annales d'histoire économique et sociale) jurnalını yaratdılar. Bu jurnalda tarixçilər "bütövlükdə" tarixi xarakterizə edən məqalələr, tarixin təkcə siyasi, hərbi və diplomatik aspektləri ilə məhdudlaşmayan məqalələr dərc etməyə çalışırdılar. Beləcə yeni istiqamət yarandı və Annallar jurnalı ətrafında qruplaşdı. Onların təqdimatında klassik "tarix-hekayə" janrı "tarix-problem" ilə, eyni zamanda "ümumi" tarix, yəni cəmiyyətdə mövcud olan bütün əlaqələri ilə – iqtisadi, sosial, mədəni əvəz olundu. Alimlər tədqiqatlarının mərkəzinə görkəmli şəxsiyyətlərin fəaliyyəti, hadisələrin təsvirini deyil, bütövlükdə cəmiyyəti qoymağa, uzun zamanlar ərzində mövcud olan dərin strukturları üzə çıxarmağa çalışmağa başladılar.
Arran memarlıq məktəbi
Azərbaycan memarlıq tarixində bir məktəb kimi ilk dəfə formalaşan Aran memarlıq məktəbi olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olduğu zaman Bərdə böyük və məşhur bir şəhər idi. Burada görkəmli memarlıq abidələrinin tikilməsi haqqında mənbələrdə məlumatlar var. Qədim memarlıq ənənələri ilə islamiyyətdən gələn tipoloji xüsusiyyətlərin birləşməsi nəticəsində formalaşan orta əsr Azərbaycan memarlığının ilk rüşeyimləri məhz burada özünü göstərmişdir. Bərdədə əmələ gələn memarlıq istiqaməti, ölkədə feodal dövlətlərinin müstəqilləşməsi prosesində, yerli ənənələrin güclənməsi ərəfəsində başlayır. Məhz bu şəraitdə Aran memarlıq məktəbi əmələ gəlməkdə idi. Bərdədəki inşaat texnikası, şəhərsalma ənənələri daha sonra, şübhəsiz ki, Gəncədə davam etdirilir. X əsrdə Gəncədə Şəddadilərin apardığı geniş inşaat işləri bu şəhəri Azərbaycanın ən böyük memarlıq mərkəzlərindən birinə çevirir. Hələ Bərdədə əmələ gəlməyə başlayan üslub cəhətləri Gəncədə daha bariz şəkildə formalaşır. Bərdə və Gəncə ətrafında formalaşmış Aran memarlıq məktəbi öz təsir dairəsini genişləndirərək demək olar ki, Azərbaycanın bütün orta hissəsinə yayılır.
Avstriya məktəbi
Avstriya məktəbi (eyni zamanda psixoloji məktəb, Vyana məktəbi) — bazar qiymət mexanizminin özünü təşkil edən gücünün rolunu vurğulayaraq, marjinalizm çərçivəsində iqtisadi nəzəriyyənin bir istiqamətidir. Bu yanaşma, insan davranışının mürəkkəbliyi və bazarların davamlı dəyişən təbiəti iqtisadiyyatda riyazi modelləşdirməni son dərəcə çətinləşdirir (mümkün deyilsə). Bu vəziyyətdə, iqtisadi siyasət sahəsində sərbəst iqtisadiyyat (laissez-faire), iqtisadi liberalizm və libertarizm prinsipləri əsasdır. Avstriya məktəbinin ardıcılları bazar iştirakçıları (iqtisadi subyektlər) tərəfindən bağlanmış müqavilələrin azadlığının qorunması və əməliyyatlara müdaxilə edilməməsini (xüsusilə dövlət tərəfindən) müdafiə edirlər. == Doktrina == Avstriya məktəbinin xüsusiyyətləri : riyazi tədqiqat metodlarının istifadəsindən imtina; subyektivlik məktəbin demək olar ki, bütün nümayəndələrinin xarakterik bir xüsusiyyəti kimi; istehlakçı davranışının psixoloji xüsusiyyətlərinin öyrənilməsinə vurğu; makroiqtisadi problemlər öyrənilərkən kapitalın quruluşuna və sonuncusunun müvəqqəti dəyişkənliyinə vurğu.Avstriyalı iqtisadçılar, insan fəaliyyətinin fərdlər nöqteyi-nəzərindən təhlili kimi xarakterizə etdikləri metodoloji fərdiliyə sadiq qalırlar. Avstriya məktəbinin iqtisadçıları, mənalı bir iqtisadi nəzəriyyə qurmağın yeganə yolunu insan fəaliyyətinin əsas prinsiplərindən məntiqi olaraq çıxarmaq olduğunu iddia edərək belə bir metodu praksiologiya adlandırdılar. Bundan əlavə, təbii təcrübələrdən tez-tez iqtisadi axının davamçıları tərəfindən istifadə olunsa da, "avstriyalılar" iqtisadi modellərin eksperimental sınağının demək olar ki, mümkün olmadığını göstərirlər, çünki insanların normal iqtisadi fəaliyyəti — iqtisadi tədqiqat mövzusu süni şəraitdə təkrarlana bilməz. == Əsas nümayəndələr == birinci nəsil — Karl Menger (1840−1921) (banis), Teodor Hertzka (1845—1924), və digərləri. ikinci nəsil — Oygen fon Bem-Baverk (1851−1914), Fridrix fon Vizer (1851−1926), Oygen fon Filippsberq (1858−1917), Emil Zaks (1845−1927); üçüncü nəsil — Lüdviq fon Mizes (1881−1973), Karl Şlezinqer (1889−1938), X. Mayer (1879−1955), Rixard fon Ştriql (1891−1942), Leo İlli (d. Zenfeld) (1888−1952), Bendjamin Anderson (1886−1949), Frenk Fetter (1863−1949); dördüncü nəsil — Fridrix fon Hayek (1899−1992), Oskar Morqenştern (1902−1977), Fritz Maxlup (1902−1983), Paul Rozenşteyn-Rodan (1902−1985), Qottfrid fon Haberler (1900−1995), Henri Hezlitt (1894−1993), Fridrix Lutz (1901−1975), Feliks Kaufman (1895−1949); beşinci nəsil — Mürrey Rotbard (1926−1995), İsrael Kirzner (d.
Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. == Tarixi == Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 == Həmçinin bax == Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci == İstinadlar == == Xarici keçidlər == "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
Azərbaycan SSR əməkdar ali məktəb işçilərinin siyahısı
== 1981 == Hüseyn Mustafa oğlu Əhmədov — 1981 == 1991 == Əfrasiyab Paşa oğlu Vəkilov — 24.01.1991 Kamil Qasım oğlu Səmədov — 04.02.1991 == ? == Xasay Cabbarov — ?
Azərbaycan SSR əməkdar ali məktəb işçisi
Azərbaycan SSR əməkdar ali məktəb işçisi — 20 may 1980-ci ildə təsis edilən fəxri ad. == Məzmun == "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı ali təhsil sahəsində ən azı 15 il işləmiş və təlim-tərbiyə işində, tələbə gənclərin kommunist tərbiyəsi və təlimi işində, xalq təsərrüfatı üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında, elmin inkişafında mühüm xidmətləri olan, ictimai həyatda fəal iştirak edən ali məktəb professorlarına, dosentlərinə, assistentlərinə, müəllimlərinə, elmi əməkdaşlarına, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin inspektorlarına, metodistlərinə və digər yüksək ixtisaslı işçilərinə verilir.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi — hərbi xarakterli yükləri daşımaq, dəmir yolu nəqliyyatı işinin hərbi tələblərə uyğun qurulması üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi. == Yaradılması == Məktəbin açılması ilə bağlı təşkilati işlərə 1919 ilin yazında başlanılmışdı. Hərbi nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə xüsusi diqqət yetirirdi. Həm də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-azərbaycanlılar olduğundan onların etibarlılığı şübhə doğururdu. Hərbi yüklərin daşınmasında fasiləsiz iş rejiminə və sabit vəziyyətə nail olmaq üçün 1919 il avqustun 10-da hərbi dəmiryolçular məktəbi təsis edildi. Baş ərkani-hərbin rəisi Məmməd bəy Sulkeviçin 1919 il 28 may tarixli məktubuna əsasən, praporşiklər məktəbinin 20 nəfər məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular məktəbinə göndərildi. Məktəbdə 120 nəfər əsgərin təhsil alması planlaşdırılmışdı. == Rəhbərlik == Hərbi nazirin əmrinə əsasən, məktəb 1919 il sentyabrın 4-dən fəaliyyətə başladı. Məktəbin rəisi vəzifəsi poruçik Qluxova həvalə olunmuşdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada təsis edilmiş hərbi-tibb təhsili müəssisəsi. == Yaradılması == Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919 il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində bölük feldşer şagirdləri hazırlayan kurs, 1919 il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitar kursları açılmışdı. Kurslar hərbi-tibb kadrlarına olan ehtiyacı ödəmədiyi üçün, hərbi nazir 1-ci Cavanşir piyada alayının Şuşada yerləşən 1-ci taborunun həkimi Mehmandarovun Şuşa şəhərində hərbi feldşer məktəbinin açılması barədə təklifini müdafiə etdi. Hərbi nazirin 1919 il 3 sentyabr tarixli 406 saylı əmrində göstərilirdi ki, Şuşa hərbi feldşer məktəbi, ştat cədvəlinin rəs mən təsdiqlənməsini gözləmədən, dərhal fəaliyyətə başlasın. Məktəb nazirliyin hərbi-tibb idarəsinə tabe idi və onun ştatı 1919 il avqustun 31-də Hərbi şurada təsdiq olunmuşdu. == Fəaliyyəti == Məktəbə 40 nəfərin qəbulu nəzərdə tutulmuşdu. Təhsil müddəti 6 ay idi. Tədris işinə Səməd bəy Mehmandarovdan əlavə, həkimlər Ağayev və Ağakişibəyov da cəlb olunmuşdular. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş və feldşer olmağı arzulayan əsgərlər, həmçinin 30 yaşınadək mülki şəxslər qəbul edilə bilərdi. Mülki şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yararlı olub-olmamaları müəyyənləşdirilməli idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Praporşiklər Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Praporşiklər Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu üçün zabit kadrları hazırlayan ilk hərbi təhsil müəssisəsi. == Yaradılması == 1918-ci il dekabrın 1-də Gəncə hərbi məktəbinin əsasında yaradılmışdı. == Strukturu == Yeni şəraitdə məktəbin statusu da genişləndirildi. Belə ki, praporşiklər məktəbinin məzunu buraxılış imtahanlarım uğurla verdikdə dərhal ilk zabit rütbəsinə — praporşik rütbəsinə layiq görülürdü. 1918-ci il dekabrın 24-də polkovnik Şirin bəy Kəsəmənli Praporşiklər məktəbinin rəisi təyin olundu. Hərbi nazirin 1919-cu il 8 aprel tarixli 186 saylı əmri ilə Şirin bəy Kəsəmənli 2-ci Bakı piyada alayının komandiri təyin olunduğundan həmin əmrlə 1-ci qaubitsa-topçu divizionunun komandiri polkovnik Rüstəm Şıxlinski Praporşiklər məktəbinin rəisi təyin edildi. 1919 ilin aprelində Praporşiklər məktəbinin yeni statusda ilk buraxılışı oldu. Azərbaycan Parlamenti sədrinin müavini Həsən bəy Ağayev və digər rəsmi şəxslər bu əlamətdar hadisə münasibətilə Gəncəyə gəldilər. İlk buraxılıŞda PraporŞiklər məktəbinin 135 məzunu zabit rütbəsinə layiq görüldü. Məktəbin 1919-CU ilin sentyabrındakı ikinci buraxılıŞında isə onu 119 nəfər bitirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkamçılar Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkamçılar məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti milli ordusu üçün hərbi kadrlar hazırlayan təhsil müəssisəsi. == Yaradılması == Hərbi nazirin 1919-cu il, 28 yanvar tarixli əmrinə əsasən, Gəncədə yaradılmışdı. Statusuna görə kiçik komandirlər və mütəxəsislər hazırlayırdı. Təminat və təchizatın, müəllim-zabit kadrlarının və dərs vəsaitlərinin çatışmazlığı tədrisin təşkilinə əlavə çətinliklər yaradırdı. 1919-cu ilin, iyulunda İstehkamçılar məktəbi Praporşiklər məktəbi Bakıya köçürülməsi qərara alındı. 1919-cu ilin avqustun axırlarında məktəb əvvəlcə Gəncəyə, sonra isə (sentyabrın 5-i) Bakıya köçürüldü. Məktəbin rəisi polkovnik B.K.Bekov idi. == Ləğvi == İstehkamçılar məktəbi , Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1920-ci ilin iyulun 14-də ləğv olunmuşdur. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti İstehkam idarəsi maddəsi.
Azərbaycan adına bələdiyyə məktəbi (Braziliya)
Azərbaycan adına bələdiyyə məktəbi - Braziliyanın patraxtı Rio-de-Janeyroda yerləşən bələdiyyə məktəbi. == Haqqında == Braziliyanın paytaxtı Rio-de-Janeyronun da şəhər bələdiyyəsinin üzvü Joao Ribaş parlamentə məktəbə Azərbaycan adının verilməsini təklif edib. Bu təklif parlamentdə böyük səs çoxluğu ilə qəbul olunub. Həmin təhsil müəssisəsi 2016-cı ilin yanvar ayəndan Azərbaycanın adını daşıyır. Məktəbin üçmərtəbəli binasında 26 otaq var. Burada V-XI siniflərdə 700-dən artıq şagird təhsil alır. Sinif otaqlarında Azərbaycana dair kitablar, Azərbaycana həsr olunmuş rəsm müsabiqəsi ilə əlaqədar çəkilən rəsmlər, müxtəlif vəsaitlər şagirdlərə təqdim edilir. Məktəbdə fiziki qüsurlu uşaqlar üçün ayrıca sinif otağı var. Həmin otaqda bu qəbildən uşaqlar üçün xüsusi dərslər keçirilir, onların əl işləri təqdim olunur. Təhsil müəssisəsinin direktoru Fabio Minionidir.
Azərbaycan ali məktəblərinin siyahısı
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.
Azərbaycan məktəbi (jurnal)
Azərbaycan məktəbi (jurnal) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-nəzəri, pedaqoji jurnalı.İlk və ən uzunömürlü jurnalıdır. 1924–1930-cu illərdə "Yeni məktəb", 1930–1941-cü illərdə "Müəllimə kömək" adlanlandırılıb, 1943-cü ildən başlayaraq "Azərbaycan məktəbi" adı ilə dərc olunur. == Haqqında == «Azər­baycan məktəbi» - pedaqoji mətbuat tariximizdə ən uzunömürlü akademik jurnal hesab olunur. Jurnal 95 il müddətində təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynayıb.Jurnalda elmi ictimaiyyət nümayəndələrinin, pedaqoqların, psixoloqların təhsilin aktual problemləri,fəlsəfəsi, tarixi ilə bağlı məqalələri dərc olunub. 2018 - ci ildən Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun göstərişi əsasında jurnalda yeni islahatlara start verilib. Onun dizaynı, məqalələrin hazırlanması və nəşri prosesi dünyanın təhsil sahəsində nüfuzlu elmi jurnallarının qəbul etdiyi elmi standartlara uyğunlaşdırılıb, jurnalın veb saytı yaradılıb. 1924-cü ildən bu günümüzədək nəşr olunan nömrələrinin elekton bazası yaradılıb və saytda arxivləşdirilib. Hazırda jurnalın saytı ingilis dilində dünya ictimiaiyyətinə təqdim olunur. CiteFactor, Index Copernicus kimi, ResearchGate, DOAJ, Ideal Online, SOBIAD kimi elmi dərgilərin elektron arxivlərini indeksləmə qurumları tərəfindən tanınmağa və qəbul edilməyə başlanmışdır. Hazırda Web of Sciencenəhəng elmmetrik platformasına daxil olmaq üçün ən müasir standartların tətbiqinə doğru istiqamətlənən “Azərbaycan məktəbi” jurnalı təhsilimizin aktual problemlərinə, qabaqcıl təcrübənin öyrənilməsinə, təhsilinin dünyada qəbul olunmuş nəzəri və konseptual məsələlərinə aid məqalələrin nəşrini planlaşdırır.
Azərbaycan məktəbi yüksəlişdə (film, 1972)
Azərbaycan məktəbi yüksəlişdə qısametrajlı sənədli filmi rejissor Cəmil Fərəcov tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə xalq maarifi sitemində qabaqcıl təcrübənin tətbiqindən söhbət gedir. == Məzmun == Filmdə xalq maarifi sitemində qabaqcıl təcrübənin tətbiqindən söhbət gedir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: İkram Süleymanov, Rasim Əsədov Rejissor: Cəmil Fərəcov Operator: Azər Salayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycan xalçaçılıq məktəbləri
== Xalçaçılıq == Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq. Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Bu sənətlə məşğul olma həm də insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən "İtə ataram, yada satmaram" məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir. == Xalçaçılığın tarixi == Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bunnula bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində də müxtəlif məlamatlar var. Tarixi qaynaqlar III–VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyini, ipəkdən, qızıl və -gümüş saplardan nəfis xalçaların toxunduğunu bildirir.

Digər lüğətlərdə

доледнико́вый завороти́ть неприме́тно стресс-фа́ктор фа́ра фу́рия чувя́ки а́зимутный доскона́льно псевдоиску́сство склероти́ния пуина aspirin au naturel boa constrictor dew-retting geyser half-tide onfall realgar swear-word tergum top spin trench trace народовластие