MƏLAMƏTİLƏR
Xorasanda yaranmış sufi təriqətlərindən biridir. Təriqətin yaranması sufi Həmdun Kəssarın (271/884- cü ildə vəfat etmişdir) adı ilə bağlı olmuşdur.
Məlamətilərin təlimininə görə, insanın özüözünü ən böyük günahkar saymalı, nə baş versə onun səbəbini özündə görməlidir. Buna “məlamət” deyilir. Bunun üçün Allaha içdən gələn sevgi ilə ibadət etmək, onun mərhəmətinə inanmaq lazımdır. Məlamətilər hesab edirdilər ki, insanların çoxu yalnız zahirdən özlərini dindar kimi göstərirlər. Bunu başqaları görsün deyə edirlər. Buna görə də, bu kimi insanlardan fərqli olaraq onlar öz səmimi inanclarını gündəlik həyatlarında göstərməlidirlər. Bu barədə onlar danışmaq deyil, əməldə göstərməyin tərəfdarı kimi çıxış edirdilər. Onlar uğurlarından və ya uğursuzluqlarından danışmaqdan, başqalarının sirlərini açmaqdan da çəkinməlidirlər.
Məlamətilər cəmiyyətdə yaşayaraq mənəvi abidlik ideyasını qəbul etmiş, tərkidünyalığın tərəfdarı olmuşdurlar. Onlara görə hər bir kəs istənilən gündəlik işlərində Allahı zikr etməlidir. Allaha hər an yaxın olmaq, onun adı ilə bütün işləri görmək ideyası məlamətilərin ən yüksək məqsədləri olmuşdur.