MƏNAFE

is. [ ər. “mənfəət” söz. cəmi]
1. Mənfəət, fayda, nəf, xeyir.
Mənim dediyim budur ki, pul qazanmaqda sairlərinin mənafeyinə əl uzatmayasan. Ü.Hacıbəyov.

2. Bir kəsin, bir şeyin rifahını təşkil edən, onun xeyrinə olan, ehtiyac və tələblərinə xidmət edən şey. Sinfi mənafe. Şəxsi mənafeyi cəmiyyətin mənafeyi ilə uzlaşdırmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏNAFE fayda — gəlir — xeyir — qazanc — sərfə — mənfəət

Etimologiya

  • MƏNAFE Ərəbcə nəf (qazanc, fayda)və mənfəət sözləri ilə qohumdur, mənası “fayda”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏNACA
MƏNALANDIRMA

Digər lüğətlərdə

ано́нс ма́ртовский мокро... мужи́чий недопитый неудо́бь одуря́юще совершенноле́тний стропи́ла тре́бовательно писа́тельница по-соба́чьему ску́пщица acetabulum calamites demultiplexer home-bred pivot foot rebuild Yakut ассамблея женщина непередаваемый подвижность экспроприация