MƏNZƏRƏ

I
сущ.
1. вид:
1) то, что открывается взору. Картина. Gözəl mənzərə красивый вид, Göygölün mənzərəsi вид озера Гёйгёль, Bakı körfəzinin mənzərəsi вид Бакинской бухты
2) изображение картины природы. Azərbaycanın mənzərələri виды Азербайджана
2. картина:
1) перен. то, что можно видеть, представить себе. Keçmişin mənzərələri картины прошлого, Bakı baharının mənzərələri картины бакинской весны
2) яркое и выразительное словесное изображение чего-л. Romanda həyatın geniş mənzərəsi verilmişdir в романе дана широкая картина жизни, mübarizə mənzərəsini qələmə almaq набросать картину борьбы
3. зрелище:
1) то, что является предметом созерцания, обозрения. Gözləmədiyim bir mənzərə неожиданное зрелище, qarşımda qorxunc bir mənzərə açıldı передо мной открылось страшное зрелище, qəribə bir mənzərəyə rast gəldim я встретился с любопытным зрелищем
2) наблюдение чего-л. Firavan həyat mənzərəsi зрелище раздольной жизни
4. пейзаж:
1) общий вид какой-л. местности, картина природы. Dağ mənzərəsi горный пейзаж, meşə mənzərəsi лесной пейзаж
2) картина, рисунок, изображающие природу. Mənzərə çəkmək писать пейзаж
3) описание природы в литературном произведении. Süleyman Rəhimovun əsərlərində təbiət mənzərələri пейзажи в произведениях Сулеймана Рагимова
II
прил.
1. видовой (относящийся к изображению картин природы). Mənzərə filmi видовой фильм
2. пейзажный (изображающий пейзаж). Mənzərə kompozisiyası пейзажная композиция, mənzərə rəsmləri пейзажная живопись, mənzərə janrı пейзажный жанр
MƏNTİQŞÜNASLIQ
MƏNZƏRƏÇİ
OBASTAN VİKİ
Mənzərə
Peyzaj (fr. Paysage, pays - ölkə) ya da Mənzərə (fars. منظره‌‎)— təsviri incəsənətdə landşaftın, təbii mənzərənin rəsmi. Dənizin tabloda əks olunduğu mənzərələr isə "marina" adlanır, onu çəkənlər isə "marinist". Səttar Bəhlulzadə (1909-1974) - "Suraxanının qədim odları" (1971), "Gülüstan" (1965), "Qızbənövşəyə gedən yol" (1953), "Göyçay" (1972), "Bilgəh" (1962), "Torpağın arzusu" (1963) və s., Bəhruz Kəngərli (1892-1922) - "Türbə" (1919), "Naxçıvan, Sınıq minarəli məscid" (1920), "Nuhun məzarı" (1921), "Naxçıvanda rus kilsəsi" (1920), "Atabəyin türbəsi" (1919) və s., Nəcəfqulu İsmayılov (1923-1990) və b.
Mənzərə Məmmədova
Mənzərə Məmmədova - Filologiya elmləri namizədi, dosent Mənzərə Məmmədova 1934-cü ildə martın 25-də İrəvan şəhərində anadan olub. 1940-50-ci illərdə İrəvanda 16 nömrəli orta məktəbi bitirib. 1951-56-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin Şərq şöbəsində oxuyub. 1957-1964-cü illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1964-1967-ci illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda aspiranturada oxuyub. 1968-ci ildə “XI-XVII əsr fars dilinin izahlı lüğətlərinin əsas tərtib prinsipləri” mnövzusunda dissertasiya müdafiə edib. 1969-cu ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) dosent vəzifəsində işləyir. 1969-cu ildən ADU-da (indiki BDU) İran filologiyası, Fars dili, Fars dili tədrisinin metodikası, Mətnşünaslıq, Mənbəşünaslıq, Ümumi və İran dilçiliyinin əsasları mövzularında mühazirələr aparır. Mənzərə Məmmədova İran filologiyası sahəsində tədqiqat aparır. O, 41 məqalənin, 1 dərsliyin müəllifidir.
Yağışdan sonra Overdə mənzərə
"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır. Rəsmin ölçüləri 72 x 90 sm-dir. "Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib.
Alaqaranlıqda kilsə mənzərəsi (rəsm əsəri)
Alaqaranlıqda kilsə mənzərəsi — 1883-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri.
Azərbaycan mənzərələri (film, 1975)
Azərbaycan mənzərələri rəssamlarımızın əsərlərində (film, 2015)
Bakının mənzərələri (film, 1966)
Bakının mənzərələri qısametrajlı sənədli televiziya filmi 1966-cı ildə Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film "SSRİ-nin şəhərləri" proqramında Almaniya Demokraik Respublikasında nümayiş etdirilməsi üçün Bakı haqqında reklam rolikidir. == Məzmun == Film "SSRİ-nin şəhərləri" proqramında Almaniya Demokraik Respublikasında nümayiş etdirilməsi üçün Bakı haqqında reklam rolikidir.
Budanmış söyüd ağacları mənzərəsi (rəsm əsəri)
Budanmış Söyüd Ağaclarının Mənzərəsi — 1884-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir.
Delft mənzərəsi (rəsm əsəri)
Delft mənzərəsi—hollandiyalı rəssam Yan Vermeerin 1660–1661-ci illərdə yağlı boya ilə çəkdiyi rəsm əsəri. Hollandiyalı rəssamın öz doğma yurdunu təsvir etdiyi rəsm onun ən çox sevilən əsərləri arasında yer alır. Rəssamın nadir mənzərə əsərlərindən biri olan rəsm 1822-ci ildən bəri Mauritşuis muzeyinin kolleksiyasındadır. == Təsirləri == Tablo 2011-ci ildə Royal Dutch Mint tərəfindən buraxılmış qızıl və gümüş xatirə sikkələrinin üzərində təsvir olunmuşdur. Tablodan Marsel Prustin İtirilmiş zamanın izində adlı romanında da istifadə olunmuşdur. Marsel Prust xüsusilə Delft mənzərəsi əsərini bəyənmiş və əsəri ilk dəfə gördükdə bu sözləri demişdir: == Rəsm materialları == İş üzrə texniki analiz Vermeerin bu rəsm üçün məhdud piqment seçdiyini göstərir. Tünd göy, aşıboyası, alizarin rəsmdə istifadə olunmuş əsas materiallardır. Digər tərəfdən rəsmin çəkilmə texnikası çox diqqətlidir.
Məmləkətimdən İnsan Mənzərələri
Məmləkətimdən İnsan Mənzərələri — Nazim Hikmətin 1939-cu ildə yazmağa başladığı və təxminən 1960-cı illərin ikinci yarısında çap olunan bir şeir kitabıdır. 17 min misradan ibarət olan əsər Nazim Hikmət yaradıcılığının zirvəsi sayılır. İkinci Konstitusiya Monarxiyasından İkinci Dünya Müharibəsinə qədər Anadoluda yaşamış adi insanların hekayələrini təqdim edir. Digər tərəfdən, İkinci Dünya Müharibəsi, Milli İstiqlal Müharibəsi də daxil olmaqla, 1920-1940-cı illər arasında Türkiyənin sosial tarixindən bəhs edir. II Dünya müharibəsində nasizmin məğlubiyyəti müxtəlif aspektlərdə həll olunur və əks olunur. Nəsr, şeir və ssenari texnikasının bir-birinə bağlı olduğu bir əsərdir. Beş cilddən ibarətdir, beşincisi yarımçıqdır. 1938-ci ildə Nəzim Hikmətin həbsə atılmasından sonra qoyulan əsərlərin nəşrinə və oxunmasına qadağa qoyulduğundan şairin sağlığında çap oluna bilməyən əsər 1965-ci ildə qadağanın ləğv edilməsindən sonra,1966-1967-ci illərdə oğlu Memet Fuadın sahibi olduğu De Nəşriyyatında 5 cilddə nəşr olunmuşdur. Əsər Milli Təhsil Nazirliyi tərəfindən 100 əsas əsər siyahısına daxil edilmişdir. Nazim Hikmət 1939-cu ildə İstanbulda "Məmləkətimdən İnsan Mənzərələri"-ni yazmağa başladı: "1939-cu ildə tövqifxanada başlanıb ..................................bitən bu kitab..." (Məmləkətimdən İnsan Mənzərələri, Nazim Hikmət) 1939-cu ildə şair üzərində işləməyə başladığı zaman əsərin adı; "Məşhur adamların ensiklopediyası" idi.

Digər lüğətlərdə