MƏNZƏR
MƏNZİL
OBASTAN VİKİ
Mənzərə
Peyzaj (fr. Paysage, pays - ölkə) ya da Mənzərə (fars. منظره‌‎)— təsviri incəsənətdə landşaftın, təbii mənzərənin rəsmi. Dənizin tabloda əks olunduğu mənzərələr isə "marina" adlanır, onu çəkənlər isə "marinist". == Azərbaycanlı peyzajistlər və əsərləri: == Səttar Bəhlulzadə (1909-1974) - "Suraxanının qədim odları" (1971), "Gülüstan" (1965), "Qızbənövşəyə gedən yol" (1953), "Göyçay" (1972), "Bilgəh" (1962), "Torpağın arzusu" (1963) və s., Bəhruz Kəngərli (1892-1922) - "Türbə" (1919), "Naxçıvan, Sınıq minarəli məscid" (1920), "Nuhun məzarı" (1921), "Naxçıvanda rus kilsəsi" (1920), "Atabəyin türbəsi" (1919) və s., Nəcəfqulu İsmayılov (1923-1990) və b.
Mənzərə Məmmədova
Mənzərə Məmmədova - Filologiya elmləri namizədi, dosent Mənzərə Məmmədova 1934-cü ildə martın 25-də İrəvan şəhərində anadan olub. 1940-50-ci illərdə İrəvanda 16 nömrəli orta məktəbi bitirib. 1951-56-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin Şərq şöbəsində oxuyub. 1957-1964-cü illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1964-1967-ci illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda aspiranturada oxuyub. 1968-ci ildə “XI-XVII əsr fars dilinin izahlı lüğətlərinin əsas tərtib prinsipləri” mnövzusunda dissertasiya müdafiə edib. 1969-cu ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) dosent vəzifəsində işləyir. 1969-cu ildən ADU-da (indiki BDU) İran filologiyası, Fars dili, Fars dili tədrisinin metodikası, Mətnşünaslıq, Mənbəşünaslıq, Ümumi və İran dilçiliyinin əsasları mövzularında mühazirələr aparır. Mənzərə Məmmədova İran filologiyası sahəsində tədqiqat aparır. O, 41 məqalənin, 1 dərsliyin müəllifidir.
Yağışdan sonra Overdə mənzərə
"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır. Rəsmin ölçüləri 72 x 90 sm-dir. == Rəsmin tarixçəsi == "Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib.
Alaqaranlıqda kilsə mənzərəsi (rəsm əsəri)
Alaqaranlıqda kilsə mənzərəsi — 1883-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri.
Azərbaycan mənzərələri (film, 1975)
Azərbaycan mənzərələri qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Bu tədris filmini çəkməkdə məqsəd Azərbaycan məktəblərində, şagirdlərə doğma diyarın təbiətini sevdirmək və onları Azərbaycanla daha yaxından tanış etməkdir. == Məzmun == Bu tədris filmini çəkməkdə məqsəd Azərbaycan məktəblərində, şagirdlərə doğma diyarın təbiətini sevdirmək və onları Azərbaycanla daha yaxından tanış etməkdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Məmməd Araz Rejissor: Ruslan Şahmalıyev Operator: Sərdar Vəliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycan mənzərələri rəssamlarımızın əsərlərində (film, 2015)
Azərbaycan mənzərələri rəssamlarımızın əsərlərində qısametrajlı sənədli televiziya filmi rejissor Röyal Əliyev tərəfindən 2015-ci ildə çəkilmişdir. İctimai televiziyada istehsal edilmişdir. Filmdə adından bəlli olduğu kimi rəssamlarımız tərəfindən çəkilən Azərbaycan mənzərələri rəsm əsərləri əks etdirilir. == Məzmun == Filmdə adından bəlli olduğu kimi rəssamlarımız tərəfindən çəkilən Azərbaycan mənzərələri rəsm əsərləri əks etdirilir.
Bakının mənzərələri (film, 1966)
Bakının mənzərələri qısametrajlı sənədli televiziya filmi 1966-cı ildə Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film "SSRİ-nin şəhərləri" proqramında Almaniya Demokraik Respublikasında nümayiş etdirilməsi üçün Bakı haqqında reklam rolikidir. == Məzmun == Film "SSRİ-nin şəhərləri" proqramında Almaniya Demokraik Respublikasında nümayiş etdirilməsi üçün Bakı haqqında reklam rolikidir.
Budanmış söyüd ağacları mənzərəsi (rəsm əsəri)
Budanmış Söyüd Ağaclarının Mənzərəsi — 1884-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir.
Delft mənzərəsi (rəsm əsəri)
Delft mənzərəsi—hollandiyalı rəssam Yan Vermeerin 1660–1661-ci illərdə yağlı boya ilə çəkdiyi rəsm əsəri. Hollandiyalı rəssamın öz doğma yurdunu təsvir etdiyi rəsm onun ən çox sevilən əsərləri arasında yer alır. Rəssamın nadir mənzərə əsərlərindən biri olan rəsm 1822-ci ildən bəri Mauritşuis muzeyinin kolleksiyasındadır. == Təsirləri == Tablo 2011-ci ildə Royal Dutch Mint tərəfindən buraxılmış qızıl və gümüş xatirə sikkələrinin üzərində təsvir olunmuşdur. Tablodan Marsel Prustin İtirilmiş zamanın izində adlı romanında da istifadə olunmuşdur. Marsel Prust xüsusilə Delft mənzərəsi əsərini bəyənmiş və əsəri ilk dəfə gördükdə bu sözləri demişdir: == Rəsm materialları == İş üzrə texniki analiz Vermeerin bu rəsm üçün məhdud piqment seçdiyini göstərir. Tünd göy, aşıboyası, alizarin rəsmdə istifadə olunmuş əsas materiallardır. Digər tərəfdən rəsmin çəkilmə texnikası çox diqqətlidir.
Məmləkətimdən İnsan Mənzərələri
Məmləkətimdən İnsan Mənzərələri — Nazim Hikmətin 1939-cu ildə yazmağa başladığı və təxminən 1960-cı illərin ikinci yarısında çap olunan bir şeir kitabıdır. 17 min misradan ibarət olan əsər Nazim Hikmət yaradıcılığının zirvəsi sayılır. İkinci Konstitusiya Monarxiyasından İkinci Dünya Müharibəsinə qədər Anadoluda yaşamış adi insanların hekayələrini təqdim edir. Digər tərəfdən, İkinci Dünya Müharibəsi, Milli İstiqlal Müharibəsi də daxil olmaqla, 1920-1940-cı illər arasında Türkiyənin sosial tarixindən bəhs edir. II Dünya müharibəsində nasizmin məğlubiyyəti müxtəlif aspektlərdə həll olunur və əks olunur. Nəsr, şeir və ssenari texnikasının bir-birinə bağlı olduğu bir əsərdir. Beş cilddən ibarətdir, beşincisi yarımçıqdır. 1938-ci ildə Nəzim Hikmətin həbsə atılmasından sonra qoyulan əsərlərin nəşrinə və oxunmasına qadağa qoyulduğundan şairin sağlığında çap oluna bilməyən əsər 1965-ci ildə qadağanın ləğv edilməsindən sonra,1966-1967-ci illərdə oğlu Memet Fuadın sahibi olduğu De Nəşriyyatında 5 cilddə nəşr olunmuşdur. Əsər Milli Təhsil Nazirliyi tərəfindən 100 əsas əsər siyahısına daxil edilmişdir. == Əsərin yazılma prosesi == Nazim Hikmət 1939-cu ildə İstanbulda "Məmləkətimdən İnsan Mənzərələri"-ni yazmağa başladı: "1939-cu ildə tövqifxanada başlanıb ..................................bitən bu kitab..." (Məmləkətimdən İnsan Mənzərələri, Nazim Hikmət) 1939-cu ildə şair üzərində işləməyə başladığı zaman əsərin adı; "Məşhur adamların ensiklopediyası" idi.

Digər lüğətlərdə

коры́стность моги́лка нетала́нтливо отку́с подтверди́ться расторга́ть суспензо́рий та́врия хи́щничествовать аннекси́рованный завеща́тельница заикну́ться переткну́ть повольноду́мствовать куба bandaging room batata Bonapartist catchpenny frillery hypermeter восторжествовать одухотворить самопишущий цинизм