MƏQBƏRƏ

Ərəbcə qəbir sözü ilə qohumdur, mavzoley sözünü əks etdirir. Tabut (гроб) və məqbərə (гробница) mənaca yaxın sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MƏKTƏB
MƏQSƏD
OBASTAN VİKİ
Müqəddəs məqbərə kilsəsi
Yerusəlim Məsihin dirilmə kilsəsi, Anastasiya kilsəsi, Müqəddəs məqbərə bazilikası və ya Müqəddəs məqbərə kilsəsi (ivr. ‏כנסיית הקבר‏‎, ərəb. كنيسة القيامة‎, yun. Ναὸς τῆς Ἀναστάσεως, lat. Sanctum Sepulchrum) — Yerusəlimin (Qüds) qədim şəhərinin xristian məhəlləsində kilsə. Ən azı IV əsrdən qalma bir mənbəyə görə, kilsə müqəddəs kitablara əsasən İsa Məsihin çarmıxa çəkildiyi, dəfn olunduğu və sonra dirildildiyi yerdə dayanır. Məbədin ziyarətgahlarına sahib olmaq və istifadə etmək əsas hüquqları Yunan Pravoslav Yerusəlim patriarxlığına, Erməni Həvari kilsəsinin Yerusəlim patriarxlığına və katolik Fransiskan Ordeninə aiddir. == Tarixi == Yerusəlimin Birinci Roma-Yəhudi müharibəsində zamanı mühasirəyə alınmasından sonra şəhər xarabazara çevrilmişdir. 130-cu ildə Roma imperatoru Adrian şəhər ərazisində Roma müstəmləkəsi olan Eliya Kapitolinanın tikilməsinə əmr verir. O, təqribən 135-ci ildə əmr verir ki, içərisində bir məqbərə olan mağaranı doldursunlar ki, Yupiter və ya Veneranın şərəfinə tikiləcək olan bir məbəd üçün təməl formalaşdırsın.
Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Ulu öndərin iştirakı ilə təntənəli açılışı olmuşdu. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar.Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır. == Abidə == Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir.Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir. Şairin abidəsi kompozisiyanın tamlığı və formaların plastik zənginliyi ilə də fərqlənir. O, planda kvadrat şəkilli, aşağısı bir qədər geniş, oturacaq şəklində olan xaricdən qırmızımtıl Qarabağ mərməri ilə üzlənmiş hündür bürcdür.
Baba Samid məqbərəsi
Baba Samid məqbərəsi — Səfəvilər dövrünə aid olan tarixi abidə. == Tarixi == Türbə Sabirabad rayonun Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və bu haqda fikirlərini dəfələrlə nəşr etdirmişdir. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31-32-ci ayələr yazılmışdır. 4-5-ci sətrlər Həzrəti Əlinin (ə.s) tərifinə həsr olunmuş, qalan 4 sətrdə türbənin Səfəvi şahı 1-ci Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xan Ustaclının əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında (XI-1585-ci miladi ili) «xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid «böyük» mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur» sözləri yazılmışdır. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (765-818) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir. Sabirabad yaxınlığında yerləşən Baba Samid türbəsi hələ də əhali tərəfindən yad edilir,ancaq Sovet dövründə olan laqeydlik nəticəsində həm sufiliyin tədqiqi,həm də onların ənənələrini bilmək qeyri-mümkün olmuşdur. Bəktaşilik hərəkatının 16-cı əsrdə Azərbaycanda yayıldığı məlumdur.
Babaqasım Məqbərəsi (İsfahan)
Babaqasım Məqbərəsi İranın İsfahan şəhərində yerləşən Azərbaycan Elxanilər dövləti zamanına aid olan tarixi abidədir.Abidə 23 dekabr 1931-ci ildə 1000 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli abidəsi kimi qeydiyyata alınmışdır.
Bahaəddin Nəqşibənd məqbərəsi
Bahaəddin Nəqşibənd məqbərəsi Baha əd-Din kompleksi, Buxaranın şəhərətrafı bölgəsində yerləşən dini ansambldır. Kompleks, Nəqşibənd dərviş ordeninin mərkəzi olaraq xidmət etmişdir. Onun başçısı Şeyx Bahaəddin Nəqşibənd 1389-cu ildə vəfat etmişdir və Buxara yaxınlığındakı Kasri Arifon kəndi (indiki Kaqan bölgəsində) yaxınlığında dəfn edilmişdir. Məqbərə bir mədrəsə, iki məscid və bir minarədən ibarətdir. Baha əd-Din ansamblı XVI əsrə xas — nekropol ilə ritual binanın birləşməsi formasını almışdır. Hökmdar Əbülfəyz xanın anası (1711-1747) öz vəsaiti hesabına iki eyvanlı məscid tikdirir və XIX əsrdə Nəsrullah xanın vəziri Hakim Quşbəyi daha bir məscid tikdirir. Minarə (qüllə) 1720-ci ildə inşa edilmişdir. Sovet dövründə bu ziyarətgah xarabalığa çevrilmişdi. Özbəkistan müstəqillik əldə etdikdən sonra Bahaəddin Nəqşibəndin 675-ci ildönümü şərəfinə 1993-cü ildə ziyarətgah restavrasiya edildi. Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə 2003-cü ildə kompleksin təkmilləşdirilməsi üçün böyük işlər görülür.
Bhutto ailəsinin məqbərəsi
Zülfiqar Əli Bhutto məqbərəsi — Pakistanın Sind əyalətində, Larkana rayonundakı Qarki Xuda Baxşda yerləşən, Bhutto ailəsinin vəfat etmiş üzvlərinə həsr olunmuş abidə. Ailənin vəfat etmiş bütün üzvlərinin hamısı burada dəfn edilib. == Tarixi == Məqbərənin tarixi 1979-cu ildə Zülfiqar Əli Bhuttonun burada dəfn edildiyi vaxtdan başladı. Bu, əvvəllər Bhutto ailəsinin əcdadlarının qəbiristanlığı idi. Bənəzir Bhutto, məqbərənin inşasına başlamışdır. İlkin tikinti 1993-1997-ci illərdə memar Zaiqham Cefri ilə başlandı. O, ilham axtarmaq üçün Xomeyni və Atatürkün mazarlarını ziyarət etmiş və Lahordakı Şalimar bağlarından elementlər daxil etməyə çalışmışdı.
Duqqa məqbərəsi
Duqqa məqbərəsi — (Atban məqbərəsi) Tunisin Duqqa şəhərində yerləşən qədim bir məqbərədir. Qoruma vəziyyətində olan və eramızdan əvvəl II əsrə aid Numidiya kral memarlığının üç nümunəsindən biridir. Dougga saytının bir hissəsi olaraq, məqbərə UNESCO tərəfindən Ümumdünya irsi olaraq siyahıya alınmışdır. 17 yanvar 2012-ci ildə Tunis hökuməti, Numidiya və Mavritaniya kral məqbərələrinin və İslamdan əvvəlki digər cənazə abidələrinin gələcək təsnifatına daxil edilməsini təklif etdi. == Tarixi == Duqqanın ziyarət etdiyi ilk qərblilər, XVII əsrdə, XIX əsrdə daha tez-tez meydana gəldi. Məqbərə bu turistlərdən bir neçəsi tərəfindən təsvir edilmiş və dövrün sonunda erkən memarlıq tədqiqatlarının obyekti olmuşdur. 1842-ci ildə, Tunisdəki İngilis konsulu Tomas Reade, onu bəzəyən kral kitabəsinin çıxarılması prosesində abidəyə ciddi ziyan vurdu. Abidənin hazırkı vəziyyəti 1908-1910-cu illər arasında Fransız arxeoloqu Louis Poinssot tərəfindən Tunisin dəstəyi ilə həyata keçirilən ətraf ərazilərdə kəsilmiş parçaların yenidən qurulması nəticəsidir. == Təsviri == 21 m yüksəklikdəki məqbərə üç pilləyə bölünür. Podiumun şimal tərəfində, üç səviyyədən birincisi, bir plitə ilə örtülmüş bir açılış, cənazə otağına aparır.
Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Hüseyn Cavid məqbərəsi
Hüseyn Cavid məqbərəsi — Naxçıvan şəhərində böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış memarlıq-xatirə kompleksi. Kompleks Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmişdir. Abidənin layihəsinin müəllifi Azərbaycan respublikasının əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Cümhuriyyətinin "Start" inşaat şirkəti tərəfindən inşa edilmişdir. == Tarixi == Heydər Əliyev ədəbiyyatımızın korifey nümayəndələrindən biri olan Hüseyn Cavid şəxsiyyətinə, ailəsinə, irsinə həmişə böyük diqqət və qayğı göstərib. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il 21 iyulda “Hüseyn Cavidin 100 illiyi haqqında” qəbul olunan qərardan sonra böyük şair və dramaturqa dövlət səviyyəsində yüksək qiymət verilib, sənətkara münasibət köklü şəkildə dəyişib. Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il oktyabrın 26-da şairin nəşi Sibirdən Bakıya, sonra isə doğulub boya-başa çatdığı Naxçıvan şəhərinə gətirilərək evinin qarşısında torpağa tapşırılıb, 1981-ci ildə şəhərin mərkəzində Hüseyn Cavidə olan ehtiramı əks etdirən məqbərə ucaldılıb. Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar 1982-ci ilin oktyabr ayında bir sıra tədbirlər keçirilib. Hüseyin Cavidin həyat yoldaşı Mişkinaz xanımın və oğlu Ərtoğrulun qəbirləri də məqbərənin sərdabəsindədir. Heydər Əliyev şairin qızı Turan xanımın xahişini müsbət həll edərək 1996-cı il sentyabrın 13-də Müşkünaz xanımın məzarını Bakıdan, Ərtoğrul Cavidin məzarını isə Naxçıvandan Cavid türbəsinə gətirmək barədə göstəriş vermişdi.
Hüseynbəy məqbərəsi
Hüseynbəy məqbərəsi (başq. Хөсәйенбәк кәшәнәһе) — Hacı Hüseynbəyin dəfn olunduğu yer. O, müasir Başqırdıstan ərazisinin ilk imamı olmuşdur (ilk ali dimi rəhbəri). Onun qəbri Çişmin rayonu, Çişmi qəsəbəsində yerləşən Akzirat qəbrstanlığında yerləşir. Müsəlmanların müqəddəs yerlərindən sayılır. == Hüseyn bəyin həyatı == Ömər bəy oğlu Hüseyn bəy XIV əsrin əvvəllərində Türküstan şəhərində anadan olmuşdur. Hələ uçaq ikən yerli mədrəsədə təhsil almışdır. Burada dini biliklərə yiyələnmiş, Yəsəvi sufi qardaşlığına daxil olmuşdur. Bir müddət sora o, Məkkəyə həc ziyarətinə getmişdir. XIV əsrin əvvəllərində başqırd xanı Türküstana müraciət edərək islamın ğlkəsində yayılması məqsədi ilə ora imamın göndərilməsini istəmişdir.
Nizami Məqbərəsi
Nizami məqbərəsi — Nizami Gəncəvinin anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşir. Tikili 20 m hündürlüyündə silindrik formada mərmər bina və ətrafındakı park ilə yeniləşmişdir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidə yerləşir. == Tarixi == === Qədim türbə === Nizaminin köhnə türbəsini tədqiq etmiş və iki fotosunu yayımlamış akademik V. Bartold, bu mövzuya həsr edilmiş məqaləsində qeyd edir ki, Abbasqulu ağa Bakıxanov da özünün "Gülüstani-İrəm" əsərində Nizaminin məzarı haqqında məlumat verir: Onun gözəl bəzədilmiş türbəsi indi Gəncə şəhəri yaxınlığında yerləşir. Qarabağlı Mirzə Adıgözəl bəy, rus ordusunun kapitanı, indi onun yenilənməsi ilə məşğuldur. Bu türbənin yaxınlığında 1826-cı ildə məşhur Yelizavetpol döyüşü baş vermişdir.Gürcüstan Dövlət İncəsənət Muzeyində Nizami türbəsinin 1903–1905-ci illərdə çəkilmiş akvael rəsmi saxlanılır. Rəsm Hüseyn xan Rzazadə tərəfindən naturadan çəkilmişdir. Rəsmə əsasən demək olar ki, türbə xaricdən günbəzlə tamamlanmış kub formasında olmuşdur. Binanın şimal hissəsində sadə lentlə əhatələnmiş oxvari tağlı giriş qapısı olmuşdur.1922-ci ildə şairin məzarı açılmış, qalıqları yeni tabuta yığılaraq dəfn edilməsi üçün Gəncə şəhərinə gətirilmişdir. Lakin, sonradan Bakıdan gələn göstərişə əsasən tabut geri qaytarılmış və əvvəlki yerində dəfn edilmişdir.Bundan sonra Nizaminin türbəsinin bərpa edilməsi və ya yeni türbənin inşası üçün abidənin tədqiq edilməsi məqsədi ilə 1925-ci ildə əraziyə ekspedisiya qrupu göndərilmişdir.
Pir Bəkran məqbərəsi
Pir Bəkran məqbərəsi (fars. آرامگاه پیربکران‎) —İranda yerləşən Azərbaycan Atabəylər dövləti zamanında tikilmiş abidədir. Məqbərə Fəlavərcan rayonunun Pirbəkran bölgəsində, şəhərin mərkəzi hissəsində yerləşir.Abidə 23 dekabr 1931-ci ildə 101 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Məqbərə Azərbaycan memarlığı üslubunda tikilmişdir.
Quti Xatun məqbərəsi
Quti Xatun Məqbərəsi — orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi == Tarixi == XIV əsrdə Qarabağlar memarlıq kompleksində inşa edilmişdir. Tədqiqatçıların fikrincə, kompleksin qoşa minarələrini bağlayan baştağın (monqol hökmdarı Sultan Əbu Səidin 1316–35 dövründə tikilmişdir) üzərində Elxanilər sülaləsinin və dövlətinin banisi Hülaku xanın arvadı Quti xatunun adının yazılması məqbərənin onun şərəfinə inşa olunduğunu göstərir. Bax Qarabağlar türbəsi. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 288. ISBN 5-8066-1468-9.
Sun Yat-Sen Məqbərəsi
Sun Yat-Sen Məqbərəsi Çinin Nankin şəhərindəki Bənövşəyi Dağın (Purple Mountain) ikinci zirvəsinin ətəyindədir. Məqbərənin inşasına 1926-cı ilin yanvarında başlanmış və 1929-cu ilin yazında başa çatmışdır. Memarı Lü Yanzhi idi və türbənin inşası bitdikdən qısa müddət sonra vəfat etmişdi. Təmsilçisi və layihə ortağı yaxın dostu Huang Tanpu idi. == Tarixi == Sun 12 noyabr 1866-cı ildə Çinin Guangdong əyalətində anadan olub və 1925-ci ildə Çinin Pekin şəhərində vəfat edib. 26 mayda tabut Pekindən yola düşdü və 28 mayda Nankinə çatdı. 1 iyun 1929-cu ildə Sun orada dəfn edildi. == Dizayn seçimi == Komitə, Sun Yat-Sen Məqbərəsi üçün dizaynları toplamaq üçün dizayn yarışmasına ev sahibliyi etməyə qərar verdi. Komitə, 1925-ci il mayın 5-də qəzetlərə elanlar verərək, ölkədə və xaricdəki memar və dizaynerlərin öz dizayn işlərini göndərməyə dəvət etdi. 10 yuanlıq ödəniş müqabilində dizaynerlər öz işlərinin 12 şəklini Komitəyə təqdim etməli idi.
Turaxan məqbərəsi
Turaxan məqbərəsi (başq. Турахан кәшәнәһе) — məqbərə Başqırdıstanın Çışmi rayonu ərazisində yerləşir. Abidə XIV—XV əsrlərə aiddir. Məqbərə rayon mərkəzindən 12 km cənub-qərbdə, Çişmidən Aşağı Termı kəndinə gedən yolun üzərində yerləşir. Ehtimal edilir ki, nə zamansa yaxınlığında daş məscid olmuşdur. Bu məqbərə ilə birlikdə vahid memarelıq ansambılıdır. Bəzilərinə görə məqbərə «məhkəmə evi» rolunu oynadığını iddia edirlər. Burada nə zamanlarsa məhkəmələr getmişdir. == Təsviri == Turaxan məqbərə kobut işlənmiş daşlarla inşa edilmişdir. Təməlini düzbucaqlı formalı, 6,6х6 metr olan divarlar təşkil edir.
Vaqifin məqbərəsi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Ulu öndərin iştirakı ilə təntənəli açılışı olmuşdu. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar.Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır. == Abidə == Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir.Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir. Şairin abidəsi kompozisiyanın tamlığı və formaların plastik zənginliyi ilə də fərqlənir. O, planda kvadrat şəkilli, aşağısı bir qədər geniş, oturacaq şəklində olan xaricdən qırmızımtıl Qarabağ mərməri ilə üzlənmiş hündür bürcdür.
İmam Xomeyni məqbərəsi
İmam Xomeyni türbəsi (fars. حرم سید روح‌الله خمینی‎) - İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən türbə kompleksidir. Türbənin tikintisinə 1989-cü ilin 19 iyul tarixində memar Pərviz Moyyadın layihəsi əsasında başlanılmış və tikinti işləri 1992-ci ilin 2 iyun tarixində yekunlaşdırılmışdır. İmam Xomeyni türbəsi adından da göründüyü kimi İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu Ruhullah Xomeyninin məzarı üzərində inşa edilmişdir. Türbədə Ruhullah Xomeyni və onun ailəsi, eyni zamanda İran İslam Respublikasının keçmiş prezidenti olan Əli Əkbər Haşimi Rəfsəncani və başqa siyasətçilərin məzarları vardır. Türbə Tehran şəhərinin cənubunda Beheşte- Zəhra məzarlığındadır. Türbə İran İslam İnqilabının və İranın Ali Dini Lideri Ruhullah Xomeyninin 3 iyun 1989-cu ildə ölümündən sonra tikilməyə başlanmışdır. Tikinti işləri hələ də davam etdirilən bu türbə tikilib qurtarandan sonra təxminən 20km²-lik bir sahəyə, turizm və mədəniyyət mərkəzinə, İslam dini ilə bağlı araşdırmalar Universitetinə, alış-veriş mərkəzinə çevriləcək. Həmçinin türbənin 20.000 avtomobillik bir avtodayanacağa sahib olması da planlaşdırılmışdır. İran hökuməti bu məqsəd ilə 2 milyard ABŞ dolları həcmində maliyyə ayırmağı planlaşdırır.
Şeyx Səfi məqbərəsi
Şeyx Səfi kompleksi (fars. آرامگاه شیخ صفی‌الدین اردبیلی‎) — İranın Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksi. Kompleks Səfəviyyə Sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş kompleks ətrafında formalaşmışdır. Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq etmişlər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilmişdir. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxana ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilmişdir. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (həmin məzarların bir çoxu Pəhləvilərin hakimiyyəti zamanında dağıdılmışdır) dəfn edilmişdir. Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı vardır.
Şüəra məqbərəsi
Şüəra məqbərəsi (fars. مقبرةالشعرا‎ Maqbarat-o-shoara) — və ya Şairlər məqbərəsi Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Burada məşhur Azərbaycan yazıçılarının qəbri yerləşir. Şüəra məqbərəsi 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana aid videoçarxda Azərbaycanın simvollarından biri kimi göstərilmişdir. == Tarixi == Şairlər məqbərəsi Təbrizin qədim Surxab məhəlləsində yerləşir. Məzarlığının adı XIII əsrə qədər məlum olan heç bir mənbədə çəkilmir. Məzarlıq haqqında ilk dəfə Elxanilər dövlətinin dövründə yaşamış şair, tarixçi, çoğrafiyaçı Həmdullah Qəzvininin "Nüzhətül-qülub" (“Ürəklərin əyləncəsi”) kitabında bəhs olunur. Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq məkanda yaşamaq istəyirdilər. Xaqani və Fələki Şirvanilər Şirvandan, Əbülula Gəncəvi Gəncədən, Zahirəddin Fəryabi Xorasandan gəlib Təbrizdə məskən salır, yazıb-yaradırlar.
Lenin məqbərəsi
Lenin məqbərəsi (rus. Мавзолей В. И. Ленина, Mavzoley V. İ. Lenina) — Sovet İttifaqının qurucusu Vladimir İliç Leninin mumiyalanmış cəsədinin Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki Qırmızı meydanda yerləşdiyi və ictimaiyyət üçün açıq olan yer.
Bibi Duhtəran məqbərəsi
Bibi Duhtəran məqbərəsi — Elxanilər dövründə tikilmiş memarlıq abidəsidir. Memarlıq abidəsi müasir İranın Şiraz şəhərində yerləşir. == Taclı Bəyimin dəfni == Şah İsmayılın əsas arvadı və Səfəvi imperiyasının ilk Şahbanusu Taclı Bəyim burada dəfn edilmişdir. Belə ki, o, 1524-cü ildə Şah İsmayılın ölümündən sonra Təhmasib Mirzənin taxta çıxmasını dəstəkləmişdir. Lakin 1540-cı ildə oğlu ilə münasibətləri pozulmuş və I Təhmasib tərəfindən Şiraza sürgün edilmişdir. Burada vəfat etdiyi üçün Bibi Duhtəran məqbərəsində dəfn edilmişdir.
Hoşimin məqbərəsi
Hoşimin məqbərəsi (vyet. Lăng Chủ tịch Hồ Chí Minh) — Şimali Vyetnamın ilk prezidenti Ho Şi Min məqbərəsi. Memarlıq abidəsi 2 sentyabr 1945-ci ildə Vyetnamın Hanoy şəhərinin Badin meydanında Ho Şi Min tərəfindən Vyetnamın müstəqilliyini elan etdiyi yerdə yerləşir. Məqbərə Prezident Ho Şi Min məqbərəsi memarlıq ansamblının bir hissəsidir, onun ərazisində Ho Şi Minin dirəkli evi və muzey də var. Həmçinin, ansamblın ərazisində birsütunlu paqoda yerləşir. == Tarixi == 1967-ci ildə, Ho Şi Minin ölümündən iki il əvvəl Vyetnam Kommunist Partiyası öz liderindən gizli olaraq cəsədləri balzamlamağı öyrənmək üçün Moskvaya göndəriləcək üç həkim seçmişdir. Ho Şi Min 2 sentyabr 1969-cu ildə vəfat etmiş və külünü Vyetnam üzərinə səpərək yandırılmağı vəsiyyət etmişdir, lakin onun varisi Le Zuan fərqli qərar almışdır. Əvvəlcə Ho Şi Minin mumiyalanmış cəsədi onu Vyetnam müharibəsi zamanı Amerikanın bombardmanlarından qorumaq üçün gizli bir yerdə saxlanılırdı və ABŞ 1973-cü ildə müharibədən çıxdıqdan sonra məqbərənin tikintisinə başlanılmışdır. Məqbərənin baş memarı Leninin xatirə layihəsinin müəlliflərindən biri və daha sonra Hanoyda Ho Şi Min Muzeyinin dizayneri kimi tanınan sovet memarı Harold İsakoviç olmuşdur. 28 avqust 1975-ci ildə açılışı keçirilmişdir.
İslam Kərimov məqbərəsi
İslam Kərimov məqbərəsi — Özbəkistanın birinci prezidenti İslam Kərimovun dəfn yeri. Məqbərə Səmərqənddə Həzrəti Xıdır məscidinin içərisində yerləşir. == İslam Kərimovun vəfatı == İslam Kərimovun 2 sentyabr 2016-cı ildə vəfat etdiyi rəsmən açıqlanmışdır. O, beyində geri dönməz dəyişikliklərə və çoxlu orqan çatışmazlığına səbəb olan kəskin serebrovaskulyar qəza (insult) nəticəsində vəfat etmişdir. Daşkənd hava limanına mindən çox insan vidalaşmaq üçün toplaşmışdı. 3 sentyabrda İslam Kərimov Həzrəti Xıdır məscidinin ərazisində dəfn edilmişdi. İslam Kərimov 1989-cu ildə Özbəkistan Kommunist Partiyasının birinci katibi təyin edilmiş və 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkənin prezidenti seçilmişdir. Rəsmi məlumata görə, prezidentin ölümü 2 sentyabr 2016-cı ildə, yerli vaxtla saat 20:55-də qeydə alınmışdır.İslam Kərimovu son səfərində iştirak etmək üçün Səmərqəndə 17 ölkədən nümayəndə heyəti gəlmişdi. == Məqbərə == Məqbərənin tikintisində Hindistandan gələn sənətkarlar da daxil olmaqla 2,000-ə yaxın insan iştirak etmişdi. İşlərin 2017-ci ilin sentyabrınadək başa çatdırılması nəzərdə tutulmuşdu, lakin son anda məqbərənin İslam Kərimovun anadan olmasının 80 illiyi üçün istifadəyə verilməsi qərara alınıb.

Digər lüğətlərdə

близёхонько вольно выгреба́ние еди́нственно курьёзный мегали́т па́нцирь песте́рь рогозу́б спонси́роваться удорожа́ться амора́льно вы́прямить простра́нство рок-му́зыка убели́ть щепоть clean break denutrition Fortran multiversity oecumene plastid trinitrophenol отщипнуть