MƏRKƏZ

MƏRKƏZ – UCQAR Məni o yerin mərkəzi və şənbə bazarı olan Qəssan qəsəbəsinə sürdülər (M.Talıbov); Azərbaycanın ən ucqar rayonlarından biri də Xocavənddir.

MƏRİFƏTSİZ
MƏTİN
OBASTAN VİKİ
Aerodinamik mərkəz
Maye içində hərəkət edən və ya səthlərindən maye hərəkətinə məruz qalan bir aerofoilin aerodinamik mərkəzi, hücum bucağı dəyişsə də, sabit qalan burun ucu nöqtəsidir. Simmetrik profillər üçün, hücum kənarından dörddə bir məsafədir. Bu nöqtə dörddə bir veter nöqtəsi adlanır. Sınaq xarakterli məlumatlar asimmetrik profillər üçün istifadə olunur və ya təxmini dəyərlər alınır.
Mərkəz
Mərkəz (şahmat) — Şahmat termini. Mərkəz (qəzet) — Azərbaycanda qəzet.
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. == Haqqında == Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). == Dizayn xüsusiyyətləri == Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Mərkəz, Çekmeköy
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Mərkəz (Babək)
Mərkəz — Babək rayonu ərazisində, Paiz kəndinin şimalındakı Çalxanqala ilə üzbəüz dağın yamacında orta əsrlərə aid yaşayır yeri. == Haqqında == Şimala doğru uzanan dar keçidlər Cəhriçayla birləşir. Ərazidə çay daşı və möhrədən inşa edilmiş, gil məhlulla bir-birinə bərkidilmiş dairəvi və dördkünc planlı tikinti qlaıqları vardır. Yaşayış yerinin üzərindən boz və çəhrayı rəngli keramika məmulatı və s. toplanmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319.
Mərkəz (Basketbol)
Mərkəz — digər adı ilə 5 nömrə və ya böyük adam basketboldakı 5 mövqedən biri. Bu mövqedə olan basketbolçular çox vaxt komandanın ən hündür oyunçusu olurlar. Onlar səbət yaxınlığında və ya altında mövqe tuturlar. Bu mövqedəki oyunçuların ribaund və blok qabiliyyətləri yüksəkdir. Ancaq onların uzaq məsafəli atış, sərbəst atış dərəcələri aşağıdır. NBA-də mərkəz oyunçuları adətən 6 ft 10 inç (2.08 metr) və daha uzun olurlar. NBA-yə seçilən ən uzun oyunçu 7'8" (2.33m) boyu ilə Yasutaka Okayama olmuşdur. NBA-də çıxış etmiş ən uzun mərkəz oyunçuları isə 7'7"(2.31 m) boy ilə Corc Mureşan və Manut Bol, WNBA-da isə Marqo Daydekdir. Wilt Chamberlain, Kərim Abdul-Cabbar , Bill Rasl, Hakem Olajuvon, Dvayt Hovard, Şakvil O'Neil, Vleyd Divac, Arvidas Sabonis,Yoakim Noah ve Antoni Deyvis NBA-də bu mövqedə çıxış etmiş ən məşhur basketbolçulardır.
Mərkəz (qəzet)
Mərkəz — qəzet. == Haqqında == Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. == Redaksiya heyəti == Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva == Əlaqə == e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz (şahmat)
Mərkəz — Şahmat termini. Şahmat taxtasının dörd xanası (a4, e4, e5, d5).
Mərkəz Məmmədov
Məmmədov Mərkəz (tam adı: Mərkəz Kərəm oğlu Məmmədov; 2 fevral 1940, Dəllər, Şamxor rayonu) — kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Mərkəz Kərəm oğlu Məmmədov 2 fevral 1940-cı ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Dəllər qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Dəllər orta məktəbinin birinci sinfinə daxil olmuş və 1957-ci ildə isə həmin məktəbi bitirmişdir. 1957-59-cu illərdə istehsalatda işləmək tələb olunurdu. Ona görə də o, Dəllər 7 illik məktəbində laborant işləmişdir. 1959-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olunmuş, 1964-cü ildə oranı bitirmişdir. M. Məmmədov 1964-cü ildə təyinat ilə bitirdiyi Dəllər orta məktəbinə müəllim təyin olunmuş və burada 1967-ci ilə kimi müəllim və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. O, 1967-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1973-cü ildə apardığı tədqiqatları yekunlaşdıraraq "Doymuş alifatik aldehidlərin vinilləşmə reaksiyasının tədqiqi və sintez edilmiş məhsulların bəzi çevrilmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, elmlər namizədi adı almışdır. 1995-ci ildə M.Məmmədov uzun illər alitsiklik sırası mürəkkəb efirlərin sintezi sahəsində apardığı tədqiqatları "Tsikloolefin karbohidrogenləri və tsiklanonlar əsasında efir və ketoefirlərin alınması, xassə və tətbiq sahələrinin öyrənilməsi" mövzusunda doktorluq dissertasiyası şəklində müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi, 2014-cü ildə professor elmi adı almışdır.
Mərkəz Qacar
Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) (14 fevral 1948, Qaryagin – 4 noyabr 2013, Bakı) — hüquqşünas, şair. == Həyatı == Mərkəz Quliyev 14 fevral 1948-ci ildə Füzuli şəhərində ruhani ailəsində anadan olub. Bakı Dövlət Univetsitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən prokurorluq orqanlarında çalışır, Yardımlı və Səlyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. M. Qacarın indiyə qədər 30-dan artıq kitabı çap olunmuşdur. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilmişdir. Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilmişdir. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş, ssenariləri üzrə çəkilmiş filmlər Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. == Mükafatları == Mərkəz Qacar "Araz" Ali ədəbi və "Qızıl Qələm" yaradıcılıq mükafatlarının laureatıdır.
Mərkəz lövhəsi
Mərkəz lövhəsi — yelkənli qayıqların altında tarazlığı təmin edən ağırlıq. Yelkənlərin yaratdığı qüvvəyə qarşı bir qüvvə yaratdığından dolayı qurğuşundan hazırlanır. Qayıq əgər kifayət qədər ağır olmazsa güclü külək nəticəsində aşa bilər. Mərkəz lövhəsinin digər vacib funksiyası yandan əsən küləyin qayığı külək altına sürükləməsinin qarşısını almaqdır. Mərkəz lövhəsi bu iki xüsusiyyətindən dolayı yelkənli qayıqların əsas hissələrindən biridir. Kiçik qayıqlarda qayığın ağır olmasına ehtiyac yoxdur, çünki kapitan öz ağırlığı ilə qayığın tarazlığını düzəldə bilir. Əslində, çox vaxt bu qayıqlarda mərkəz lövhəsi sabit olmur və kapitan lazım olduğu təqdirdə mərkəz lövhəsini qayığın içinə çəkə bilir. Məsələn, sarğı seyrində qayıq üzərində yaranan yan qüvvələr az olduğundan kapitanın mərkəz lövhəsinə ehtiyacı olmur.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan.Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Qalaktik Mərkəz
Qalaktika Mərkəzi — Süd Yolu qalaktikasının fırlanma mərkəzidir. Süd Yolunun ən parlaq olduğu sahəsi Oxatan, İlandaşıyan və Əqrəb bürcləri istiqamətində Yerdən 8.122 ± 31 parsek (26.490 ± 100 i.i.) məsafədədir. Bu Oxatan A* kompakt radioşüalanma mənbəyi ilə üst-üstə düşür. Qalaktik Mərkəzin bir parsekində təxminən 10 milyon ulduz var, əsasən qırmızı nəhənglər üstünlük təşkil edir. Həmçinin bir milyon il əvvəl ulduz əmələgəlməsi hadisəsində əhəmiyyətli olan kütləvi ifratnəhəng ulduzlar və Wolf-Raye tipli ulduzlar da var. Qalaktik Mərkəzdə 4,100 ± 0,034 milyon günəş kütləsi tərtibində supermassiv qara dəlik var, bu qara dəlik Oxatan A * radioşüalanma mənbəyini gücləndirir. == Kəşfi == Görmə xətti boyunca ulduzlararası tozun olması səbəbiylə, Galaktik Mərkəz vizual, ultrabənövşəyi və ya yumşaq (aşağı enerjili) rentgen süalanması oblastında aparılan müşahidələrdə tədqiq oluna bilmir. Qalaktika Mərkəzin müşahidəsi gamma şüalanma, ağır (yüksək enerjili) rentgen, infraqırmızı, submilimetr və radio dalğalar oblastlarında aparılır. İmanuel Kant "Ümumi Təbii Tarix və Göylərin Nəzəriyyəsi" (1755) əsərində, böyük bir ulduzun Süd Yolu Qalaktikası mərkəzində olduğunu və bu ulduzun Sirius ola biləcəyini ifadə etmişdir. Harlow Şapley 1918-ci ildə Süd Yolunu əhatəyə alan kürəvi ulduz topalarının halterinin Oxatan bürcünündəki ulduz topalarının üzərində mərkəzləşmiş olduğunu, lakin bu bölgədəki qaranlıq molekulyar buludlar optik astronomların görüş sahəsinin qarşısını aldığını ifadə etdi 1940-cı illərin əvvəllərində Mount Wilson Rəsədxanasında Walter Baade 100 düym (250 sm) Hooker Teleskopu ilə mərkəzin axtarışını aparmaq üçün Los-Ancelesdəki müharibə şəraitindən faydalandı.
Edinburq mərkəz məscidi
Edinburq mərkəz məscidi (ing. Edinburgh Central Mosque) — Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşən məscid. Məscid şəhərin mərkəzi hissəsində, Edinburq Universitetinin yaxınlığında yerləşir. Tikilini və ərazisinə daxil olan İslam Mərkəzinin memarı Vasil Əl-Bəyatidir. Altı il davam edən tikinti işləri 1998-ci ildə yekunlaşmış və toplamda 3.5 milyon funt sterlinqə başa gəlmişdir. Edinburq mərkəzi məscidi ənənəvi İslam memarlığı formasında inşa olunsa da, məsciddə şotland memarlığının ornamentlərindən də istifadə olunmuşdur. İbadət evinin daxilində daha çox adamın dua edə bilməsi üçün az sayda əşyadan istifadə edilmişdir. Qadınlar üçün xüsusi ibadətxana mövcuddur.
Elmi Mərkəz (1975)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxtəlif institutlarının elmi fəaliyyətinə həsr olunmuşdur.
Mərkəz (Azərbaycan qəzeti)
Mərkəz — qəzet. == Haqqında == Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. == Redaksiya heyəti == Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva == Əlaqə == e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz (məhəllə, Çəkməköy)
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Mərkəz (qəzet, Azərbaycan)
Mərkəz — qəzet. == Haqqında == Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. == Redaksiya heyəti == Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva == Əlaqə == e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz - Luara vadisi
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Mərkəz Federal Dairəsi
Mərkəz Federal Dairəsi (rus. Центра́льный федера́льный о́круг) — Rusiya Federasiyası federal dairələrindən biri. == İqtisadiyyatı == Rusiya Federasiyasının Avropa hissəsinin mərkəzini əhatə edir. Tərkibinə Moskva, Tver, Tula, Yaroslavi, Bryansk, Vladimir, İvanova, Kaluqa, Kostroma, Oryol, Ryazan, Smolensk vilayətləri daxildir. Sahəsi 485 min km²–dir. Əsas təbii ehtiyatları qonur kömür, torf, fosforit, dəmir filizidir. Rusiyanın geniş istehsal profili mühüm emal sənaye rayonudur. Ümumrusiya miqyasında yüksək inkişaf etmiş maşınqayırma (əsasən, nəqliyyat maşınqayırması, dəzgahqayırma, elektrotexnika və elektronika), yüngül (əsasən, toxuculuq), kimya (xüsusilə rezin) sənayesi, həmçinin tikinti materialları istehsalı ilə tanınır. Elmi-texniki və layihə işləri üzrə ixtisaslaşmışdır. Mühüm kənd təsərrüfatı rayonudur.
Mərkəz bölgəsi (Malavi)
Mərkəz bölgəsi — Afrika ölkəsi olan Malavinin üç bölgəsindən biri.. == Coğrafya == Mərkəz bölgəsinin sahahəsinə görə ölkənin bölgələri arasında birinci, əhalisinə görə isə ikinci yerdədir. Bölgə qərbdə Zambiya və Mozambik, şimalda Şimal bölgəsi, şərqdə Malavi Gölü, cənubda isə Mozambik və Cənub bölgəsi ilə qonşudur. == İnzibati quruluş == Bölgənin inzibati mərkəzi, həmdə ölkənin paytaxdı olan Lilonqvedir. Mərkəz bölgəsinin rayonlarıː Kasunqu mahalı Nxotakota mahalı Ntçisi mahalı Dova mahalı Mçini mahalı Lilonqve mahalı Salima mahalı Dedza mahalı Ntçeu mahalı == Əhali == Bölgə 2008-ci ilin məlumatlarına görə 5,491,034 nəfər yaşayır. Bu rəqəm Malavinin %42-ni əhatə edir.
Mərkəz bölgəsi (Uqanda)
Mərkəz bölgəsi — Uqandanın inzibati ərazi vahidi. Ərazisi - 37 489 km² . Əhalisinin sayı - 6 683 887 nəfər (2002-ci il) İnzibati mərkəzi ölkənin paytaxtı - Kampala şəhəri. == İnzibati bölgüsü == 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 16 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Mərkəz bölgəsinə 24 ərazi vahidi o cümlədən ölkənin paytaxtı Kampala şəhəri daxil idi. == İstinadlar == == Xarici keçidlər == 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government.
Mərkəz dairəsi (İsrail)
Mərkəzi dairə (ivr. ‏מחוז המרכז‏‎, mexoz-a-merkaz) — İsrailin əsas yeddi inzibati ərazi vahidindən biri. Şaron vilayətinin böyük bir hissəsini əhatə edir. İnzibati mərkəzi — Ramle, ən iri şəhəri — Rişon-le-Tsion. Sahəsi — 1 293 km². == Demoqrafiya == İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2011-ci ildə dairənin əhalisi 1 854 900 nəfər olub, bunlardan: Yəhudilər — 1 630 700 nəf. (88 %) ərəblər — 152 000 nəf. (8 %) Digəriləri — 72 200 nəf.
Mərkəz sağ siyasət
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan.Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Plyural mərkəz dil
Plyural mərkəz dil (həmçinin polimərkəz dili) — bir neçə müstəqil dövlətdə geniş yayılmış və hər biri öz norma və dil standartlarını müəyyənləşdirən təbii dil. Bu zaman dil variantları vahid dil çərçivəsində, ədəbi səviyyədə ümumi qaydalar işləyib hazırlamğa cəhd edirlər. Plyural mərkəs faktiki material əsasında de-fakto və nəzəri şəkildə de-yure olurlar. == De-yure plyural mərkəz dilləri == Alman dili. Almaniya, Avstriya və İsveçrə variantları vardır. İngilis dili. Öz variantlarına Böyük Britaniya və ABŞ malikdirlər; bununla belə bütün variantların yaxınlaşması hiss edilir. Kanda , bir qədər də Britaniya və Avstraliya variantları ABŞ varantına yaxınlaşırlar. İspan dili. Öz variantlarına İspaniya, Argentina, Meksika və digər ispandilli ölkələr malikdirlər.
AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi (EİM) - Azərbaycan Respublikasının informasiya və innovasiya mərkəzidir. EİM-in fəaliyyətinin məqsədi - yeni bilik və texnologiyaların istifadəsi, mənimsənilməsi və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşması prosesində koordinasiya funksiyasını icra etmək, respublikada yerinə yetirilən elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin və regionların innovasiya inkişafı ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, qabaqcıl texnologiyaların transferi, innovasiyalar haqqında məlumatın toplanması, bu sahədə məlumat bazasının yaradılması və ondan istifadənin təmin edilməsi. == Strukturu == Direktor Direktorun I müavini Tədris-təhsil mərkəzinin direktoru Sahə elmləri üzrə informasiya resurslarının formalaşması şöbəsi Humanitar və ictimai elmlər üzrə informasiya resurslarının formalaşması şöbəsi Təhlil və proqnoz şöbəsi İnnovasiya inkişafının tədqiqi və idarə olunması şöbəsi Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin kommersiyalaşdırılması və texnologiyaların transferi şöbəsi Elmi redaksiya şöbəsi Doktorantura və kadr şöbəsi Texniki və proqram təminatı şöbəsi Beynəlxalq əlaqələr şöbəsi == Məlumat bazaları == ETTKİ aparılan təşkilatların məlumat bazası ETTKİ üzrə aktual məlumat bazası Elmi kadrlar üzrə məlumat bazası Elmi mövzuların axtarışını təmin edən açar sözlərinin tezaurusu İnnovasiya texnologiyaları bazası Müdafiə olunmuş dissertasiya avtoreferatlarının bazası Azərbaycan elminin sitat indeksləri üzrə biblioqrafik baza == Nəşriyyat fəaliyyəti == «Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri.
AMEA-nın Mərkəzi Elmi Kitabxanası
AMEA Mərkəzi Elmi Kitabxana və ya qısaca: AMEA MEK — Azərbaycanda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan universal təmayüllü, aparıcı elmi kitabxana. == Tarixi == Mərkəzi Elmi Kitabxana 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin nəzdində Biblioqrafik büro kimi fəaliyyətə başlayıb. Görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Vasilyeviç Baqrinin rəhbərliyi ilə təsis edilmiş "Biblioqrafiya bürosu" (1923) MEK-in təşəkkülü üçün ilkin baza olmuşdur.1923-cü ilin noyabr ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin keçirtdiyi iclasda kitabxananın yaradılması haqqında qərar qəbul edilir və həmin vaxtdan Cəmiyyətin nəzdində Elmi Kitabxana fəaliyyətə başlayır. Bu zaman kitabxananın fondunu 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazmalar təşkil edirdi. 1925-ci ilin avqust ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin Mərkəzi Şurasının iclasında Cəmiyyətin Elmi Kitabxanası ilə Biblioqrafiya bürosunun işində paralelizmi aradan qaldırmaq və kitabxanada olan materialın biblioqrafiyalaşdırılması məqsədilə büro ilə kitabxana birləşdirilərək Kitabxana-Biblioqrafiya bürosu təsis edilir. Kitabxana-Biblioqrafiya bürosunun sədri Hənəfi Zeynallı olur. Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilkin tədbirlər 1923–1924-cü illərdə həyata keçirilmişdir. 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanır. AMEA Mərkəzi Elmi Kitabxana 1963–1984-cü illərdə Əsaslı Kitabxana adını daşımışdır. Əsaslı Kitabxana 1984-cü ildən Mərkəzi Elmi Kitabxana (MEK) adlanır.AMEA Mərkəzi Elmi Kitabxana (MEK) ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçmişdir.
AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi — Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə yaradılmış elmi mərkəz. AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir. == Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti == Redaksiya Heyətinin Sədri: İlham Heydər oğlu Əliyev Redaksiya Heyəti Sədrinin birinci müavini: R.Ə. Mehdiyev Redaksiya Heyəti Sədrinin müavinləri: A.A. Əlizadə, A.R. Rzayev Məsul Katib: T.M. Nağıyev === Redaksiya Heyətinin Üzvləri === F.H. Abdullazadə, A.Q. Abiyev, İ.A. Babayev, T.Ə. Bünyadov, Ö.H. Eldarov, C.Ə. Əliyev, T.A. Əliyev, F.Ə. Əlizadə, V.M. Fərzəliyev, İ.M. Hacıyev, İ.Ə. Həbibbəyli, A.M. Həşimov, F.Q. Xəlilov, M.İ. İbrahimbəyov, A.C. İsmayılzadə, K.M. Kərimov, Ə.Ə. Qəribov, Ə.S. Quliyev, Y.M. Mahmudov, A.Ş. Meydiyev, A.M. Məhərrəmov, A.C. Məlikov, V.M. Məmmədəliyev, Q.Ş. Məmmədov, A.M. Paşayev, F.C. Məmmədova, Ş.M. Muradov, A.Ə. Paşayev, M.N. Rəhimova, M.İ. Rüstəmov, T.T. Salahov, Z.Ə. Səmədzadə, N.M. Vəlixanlı, X.B. Yusifzadə.
AMEA Elmi İnnovasiyalar Mərkəzi

AMEA Lənkəran Regional Elmi Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi (LREM) - Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən və regional elmi mərkəzlərindən biri. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli “Azərbaycan MEA Lənkəran Regional Elmi Mərkəzinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq yaradılmışdır. == Strukturu == == Əsas fəaliyyət istiqamətləri == Lənkəran-Astara bölgəsinin floristik tərkibinin, müxtəlifliyinin öyrənilməsi və qiymətləndirilməsi; Nadir bitkilərinin bioekoloji və fitosenotik xüsusiyyətlərinin öyrənilməsi; Lənkəran – Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji bioloji təsərrüfat xüsusiyyətləri, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, yeni sortların seçilməsi və yaradılması; Azərbaycanın Cənub-Şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik fondun və muzeyin yaradılması, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi, kataloqlaşdırılması və digər istiqamətlərdə elmi-tədqiqat işləri həyata keçirilməsi. == Əldə etdiyi əsas elmi nəticələr == Mərkəz tərəfindən çayın klon seleksiyası üzrə uzun illər aparılan tədqiqat işləri nəticəsində toplanılmış 50-dən çox forma – klonun bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəriciləri "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib. Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə yaradılmış limon sort-formlarından yeni "Lənkəran Meyeri" – ağçiçək sortunun alınmasında, naringi sort-formlarının isə qiymətli ilkin material kimi yeni narıngi "Karlik tezyetişən" sortunun yaradılmasında istifadə edilib. Yeni sortlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib. Lənkəran-Astara bölgəsində yabanı floranın və mədəni bitki ehtiyatlarının biomüxtəlifliyinin qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılıb və genefondun qorunması üçün təkliflər hazırlanıb. Cənub-Şərq regionunda tapılan eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrə aid sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək, elmi dövriyyəyə daxil edilib, sikkə tapıntıları əsasında regionun siyasi və ictimai-iqtisadi durumu şərh olunub.
AMEA Mərkəzi Elmi Kitabxana
AMEA Mərkəzi Elmi Kitabxana və ya qısaca: AMEA MEK — Azərbaycanda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan universal təmayüllü, aparıcı elmi kitabxana. == Tarixi == Mərkəzi Elmi Kitabxana 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin nəzdində Biblioqrafik büro kimi fəaliyyətə başlayıb. Görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Vasilyeviç Baqrinin rəhbərliyi ilə təsis edilmiş "Biblioqrafiya bürosu" (1923) MEK-in təşəkkülü üçün ilkin baza olmuşdur.1923-cü ilin noyabr ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin keçirtdiyi iclasda kitabxananın yaradılması haqqında qərar qəbul edilir və həmin vaxtdan Cəmiyyətin nəzdində Elmi Kitabxana fəaliyyətə başlayır. Bu zaman kitabxananın fondunu 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazmalar təşkil edirdi. 1925-ci ilin avqust ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin Mərkəzi Şurasının iclasında Cəmiyyətin Elmi Kitabxanası ilə Biblioqrafiya bürosunun işində paralelizmi aradan qaldırmaq və kitabxanada olan materialın biblioqrafiyalaşdırılması məqsədilə büro ilə kitabxana birləşdirilərək Kitabxana-Biblioqrafiya bürosu təsis edilir. Kitabxana-Biblioqrafiya bürosunun sədri Hənəfi Zeynallı olur. Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilkin tədbirlər 1923–1924-cü illərdə həyata keçirilmişdir. 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanır. AMEA Mərkəzi Elmi Kitabxana 1963–1984-cü illərdə Əsaslı Kitabxana adını daşımışdır. Əsaslı Kitabxana 1984-cü ildən Mərkəzi Elmi Kitabxana (MEK) adlanır.AMEA Mərkəzi Elmi Kitabxana (MEK) ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçmişdir.
AMEA Mərkəzi Nəbatat Bağı
Mərkəzi Nəbatat Bağı — Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs. "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin yaradılması və Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin 7 yanvar 2022-ci il tarixində № 5 qərar imzalamışdır. == Tarixi == Bakı şəhərində ilk dəfə olaraq Botanika bağının yaradılması haqqında təkliflər artıq 1930-cu illərdə irəli sürülmüşdü. O vaxtlar Bakı şəhəri iri neft sənayəsi və respublika mərkəzi kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi. Botanika bağının elmi-tədqiqat müəssisəsi olması ilə əlaqədar olaraq 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsində P. V. Kovalskaya-İlinanın rəhbərliyi altında yaşıllaşdırma bölməsi təşkil olundu və bu bölmədə bitkilərin örtülü və açıq şəraitdə becərilməsi işinə başlanıldı. 1935–1938-ci illər ərzində burada institut binası, oranjereyalar, istixanalar, bağın əməkdaşları üçün yaşayış binası, emalatxanalar və təsərrüfat binalarının inşasına başlanıldı. Təşkil olunduğu 1936-cı ildən müstəqil təşkilat kimi fəaliyyət göstərdiyi 2000-ci ilədək Botanika bağı Botanika İnstitutunun şöbəsi olmuşdur. Botanika İnstitutunun ilk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı, akademik Aleksandr Alfonsoviş Qrossheym, Botanika bağının ilk direktoru isə Mixail Vasilyeviç Brjezitskiy təyin olunur. Bu vaxtdan etibarən Botanika bağının sahələrində Azərbaycan və ekzot floradan olan bitkilərin kolleksiyasının yaradılması ilə yanaşı, texniki, dərman bitkiləri üzərində elmi-tədqiqat işləri aparılır. 1937–1940-cı illərdə bağ üçün nəzərdə tutulan ərazilərdə neft hasilatı üçün quyuların qazılması ilə əlaqədar bağın sahəsi 16 hektar qalır.
AMEA Naxçıvan Regional Elm Mərkəzi
Naxçıvan Regional Elm Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzi, H. M. Abdullayev adına – Naxçıvan Muxtar Respublikasının təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması, muxtar respublikanın sosial-iqtisadi tarixinin, arxeoloji, epiqrafik, etnoqrafik və folklor abidələrinin araşdırılması və s. sahələrdə tədqiqat işlərini gecləndirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 1972-ci il 7 iyul tarixli qərarı əsasında təsis edilmişdir. == Tarixi == Mərkəzin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Mərkəzin yaradılmasına SSRİ Elmlər Akademiyasının icazəsi alınana qədər o, respublika rəhbərliyinin dəstəyi ilə, əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-Üzvi və Fizika Kimya İnstitutunun strukturuna daxil edilmişdi. Mərkəzin tərkibinə 5 bölmə (fizika-riyaziyyat, kimya, biologiya, iqtisadiyyat və tarix) fəaliyyət göstərirdi. Mərkəz 3 bölməni (geobotanika, riyazi modelləşdirmə, elmi-texniki informasiya), 5 laboratoriyanı (bitki mənşəli maddələrin kimyası, mineral xammalın kimyası və texnologiyası, fiziki-kimyəvi tədqiqatlar, genetika və seleksiya, dekorativ bağçılıq) və metrologiya və standartlaşdırma qrupunu birləşdirdi. Burada 105 nəfər əməkdaş çalışırdı ki, onların 14-ü elmlər nazimədi idi (2001). == Fəaliyyəti == Kimyaçıların araşdırmaları muxtar respublikanın təbii xammal ehtiyatları əsasında qeyri-üzvi və bioloji-aktiv maddələrin və preparatların alınması üsullarının işlənib hazırlanmasına yönəldilmişdir. Darıdağ termal sularının kompleks öyrənilməsinin prinsipial texnoloji sisteminin təklif edilməsi, bu sulardan bor-ansen konsentratının, nəticədə isə, yüksək təmizliyə malik arsen 3-sulfidin sintezi, karbon qazı alınması ilə bağlı araşdırmalar (respublika dövlət mükafatına layiq görülmüşdür) mərkəzin uğurlarından sayılır. Mərkəzin mütəxəssisləri muxtar respublikanın istehsal sahələrinin yerli xammal əsasında işlənməsi üçün axtarışlar aparırdılar.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi — Azərbaycan Respublikasında zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan təşkilat. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır. 1998-ci ildən fəaliyyət göstərən mərkəzin respublika ərazisində 84 seysmik, 6 geofiziki, 5 geokimyəvi, 24 GPS stansiyaları fəaliyyət göstərir. == Tarixi == Azərbaycanda ilk dəfə seysmik hadisələrlə bağlı instrumental müşahidələrə XX əsrin əvvəllərində başlanılıb. 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Bakıda neft sənayesi ilə məşğul olan Nobel qardaşlarının təşəbbüsü ilə həmin il Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılmış və bununla da instrumental müşahidələrə başlanılmışdır.SSRİ dövründə uzun müddət Azərbaycanda müstəqil seysmoloji xidmətin fəaliyyətinə icazə verilməsə də, 1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya İnstitutunda "Geofizika" Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika partiyası yaradılmışdır. 1980-ci ildə isə bunun əsasında Təcrübi-Metodik Geofizika Ekspedisiyası təşkil edilmişdir. Ekspedisiyaya AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru, professor Arif Həsənov rəhbərlik edib.Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə TMGE-yə 1999-cu ildən AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilib.2008-ci ildə Arif Həsənov dünyasını dəyişdikdən sonra mərkəzə AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Qurban Yetirmişli rəhbərlik etməyə başlayıb. == Fəaliyyət istiqamətləri == RSXM-nin seysmoloji tədqiqatları peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi vasitəsi ilə aparılır. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi-nin respublika ərazisində 84 seysmik, 6 geofiziki, 5 geokimyəvi, 24 GPS stansiyaları fəaliyyət göstərir.
AMEA Şəki Regional Elmi Mərkəzi
AMEA Şəki Regional Elmi Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından biri. == Tarixi == 1972-ci ildə AEA-nın Fizika institutunun nəzdində Şəki Zona elmi bazası kimi yaradılmış, 1977-ci ildə Radiasiya bölməsinin tabeliyinə keçirilmiş, 1995-ci ildən müstəqil Şəki Regional Elmi Mərkəzinə çevrilmişdir. 1972-ci ildən ipəkçilik, fizika, kimya, geologiya, mədəni və yabanı bitkilərin genofondu laboratoriyaları, 1990-cı ildən sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları fəaliyyət göstərir. == Fəaliyyət istiqamətləri == yerli bitki və heyvanat aləminin öyrənilməsi: təbiət abidələrinin bərpası; torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması; meşə bitkilərinin inkişaf etdirilməsi; sel axınları ilə mübarizə; zonanın becərilən və perspektivli bitkiləri üzrə genetika və seleksiya işləri üzrə stasionar tədqiqatların aparılması; biogeokimyəvi əyalətin tədqiqi; Böyük Qafqazın cənub yamacı zonasının yeraltı sərvətlərinin aşkar edilməsi ilə bağlı axtarış işlərinin aparılması, eləcə də sənayedə istifadə edilməsi və işlənməsi imkanlrı üçün yerli xammal ehtiyatlarının öyrənilməsi; tut ipəkqurdu baramasının kompleks fiziki metodlarla tədqiqi; heyvandarlıq və quşçuluqda şüalanmanın stimullaşdırılması; Balakən-Şəki bölgəsinin folklorunun və el sənətlərinin toplanması və tədqiqi. == Elmi nəticələr == İpək çıxımı 8–10% artıq olan xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılmışdır. Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilmişdir. Gön-dəri, yun məhsullarının yeni alınmış təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilmişdir. Sel, onu yaradan amillər, formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanmışdır. Yeni alma və armud sortları yaradılmışdır. Polimetal filiz yataqlarının axtarışında indikatorların rolu öyrənilmişdir.
AME Elmi Mərkəzi
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi — Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə yaradılmış elmi mərkəz. AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir. == Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti == Redaksiya Heyətinin Sədri: İlham Heydər oğlu Əliyev Redaksiya Heyəti Sədrinin birinci müavini: R.Ə. Mehdiyev Redaksiya Heyəti Sədrinin müavinləri: A.A. Əlizadə, A.R. Rzayev Məsul Katib: T.M. Nağıyev === Redaksiya Heyətinin Üzvləri === F.H. Abdullazadə, A.Q. Abiyev, İ.A. Babayev, T.Ə. Bünyadov, Ö.H. Eldarov, C.Ə. Əliyev, T.A. Əliyev, F.Ə. Əlizadə, V.M. Fərzəliyev, İ.M. Hacıyev, İ.Ə. Həbibbəyli, A.M. Həşimov, F.Q. Xəlilov, M.İ. İbrahimbəyov, A.C. İsmayılzadə, K.M. Kərimov, Ə.Ə. Qəribov, Ə.S. Quliyev, Y.M. Mahmudov, A.Ş. Meydiyev, A.M. Məhərrəmov, A.C. Məlikov, V.M. Məmmədəliyev, Q.Ş. Məmmədov, A.M. Paşayev, F.C. Məmmədova, Ş.M. Muradov, A.Ə. Paşayev, M.N. Rəhimova, M.İ. Rüstəmov, T.T. Salahov, Z.Ə. Səmədzadə, N.M. Vəlixanlı, X.B. Yusifzadə.
Aland Mərkəzi Partiyası
Aland mərkəzi (isv. Åländsk Center) - Aland adalarıda fəaliyyət göstərən aqrar-mərkəzçi siyasi partiya. Əsası 1976-cı ildə qoyulmuşdur. 2003-cü ildə Aland adalarında keçirilmiş parlament seçkilərində partiya 24,1% səs toplayaraq, 30 mümkün yerdən 7-sini, 2007-ci ildə 23,5% səslə 8-ni, 2011-ci ildə 23% səslə 7 yeri əldə etmişdir. Partiyanın hazırkı lideri Yorqen Petterssondur.
Amsterdam Mərkəzi Stansiyası
Amsterdam Mərkəzi Stansiyası — Hollandiyanın paytaxtı Amsterdamın əsas xətt qatar stansiyasıdır. Stansiya ölkənin ən böyük stansiyası olan Utrext Mərkəz Stansiyasından sonra ikinci ən böyük stansiyasıdır və Hollandiyanınnın ən çox ziyarət olunan tarixi irsidir.
Aran Film Yaradıcılıq Mərkəzi
Aran Film Yaradıcılıq Mərkəzi və ya qısaca Aranfilm — 2016-2020-ci illərdə ARB Aran televiziyasının nəzdində fəaliyyət göstərmiş istehsalçı qurum. == Tarixi == Aran Film Yaradıcılıq Mərkəzi 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılıb. Fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edib. Onların yüksək səviyyədə təqdimatı keçirilib. Bir çox festivallarda mükafatlara layiq görülüb. 2017-ci ildən qısametrajlı bədii filmlərin istehsalına başlanılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atıb. Yaradıcılıq mərkəzində kino və televiziya sahəsində tanınan peşəkar mütəxəssislər fəaliyyət göstərmişdir. Qurumun direktoru İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviç olmuşdur. Aranfilm Yaradıcılıq Mərkəzi 2020-ci ildə fəaliyyətini dayandırmışdır.
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi (rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində arıçılıq və apiterapiya üzrə elmi-tədqiqat işlərinin təşəbbüskarıdır. Baş direktoru Amir İşemqulovdur. == Tarixi == Mərkəzin əsası 8 iyul 1998-ci ildə Başqırdıstan Respublikasının Prezidenti tərəfindən qoyulmuşdur. Mərkəz qeyri-kommersiya təşkilatıdır və Başqırdıstanın dövlət mülkiyyəti kimi təsnif edilir. == Kontingenti == 2016-cı ildə bu mərkəzin 145 nəfər əməkdaşı olmuşdur. == Ticarət nişanları == Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, qorunan ticarət nişanı olan "Başqırd balı" məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. == Mükafatları == Mərkəz bir çox beynəlxalq tədbirlərdə müxtəlif mükafatlar qazanmışdır ki, bu uğurların əldə olunması məhz Başqırd balının təqdimatı sayəsində olmuşdur.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (türkcə Türkiye-Rusya Ortak Merkezi; rus. Совместный российско-турецкий мониторинговый центр) — İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzi.2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu.Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi. 2021-ci il yanvar ayının 30-da Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməyə başlamışdır. == Tarixi == 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
Bakının Nizami rayonunda yerləşən Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi Heydər Əliyev Fondu tərəfindən inşa edilib.. == Tarixi == Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin Mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. 2021-ci il dekabrın 31-də Mərkəzin binası istifadəyə verilib. == Mərkəz haqqında == Bu autizm xəstəliyindən əziyyət çəkən uşaqların intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli təşkili üçün Mərkəzdə lazımi şərait yaradılıb. Binada sinif, sakitləşdirici, valideyn və uşaqlar üçün psixoloq, yataq və loqoped otaqları, akt və idman zalları var. Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili hər zaman Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən olub. Bu gün istifadəyə verilən Mərkəz də bunun gözəl nümunələrindəndir. Mərkəz autizm spektr pozuntuları ilə üzləşmiş şəxslərə zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üçün ailələr ilə işləmək, autizm sahəsində maarifləndirici layihələr həyata keçirmək istiqamətində fəaliyyət göstərir. Mərkəzdə 23 yaşınadək şəxslərin qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.
Avropa Mərkəzi Banklar Sistemi
Avropa Mərkəzi Banklar Sistemi və ya qısaca AMBS — Avropa Birliyinin üzvü olan 27 ölkənin milli mərkəzi banklarını və Avropa Mərkəzi Bankını özündə birləşdirən və maliyyə tənzimlənməsi səlahiyyətini həyata keçirən üst qurum. == Üzv ölkələr == == Ədəbiyyat == Игорь Морозов. Forex. От простого к сложному, Альпина Паблишер, 2012, М.,cc. 324.
Avropa Mərkəzi Bankı
Avropa Mərkəzi Bankı (ECB) (ing. European Central Bank) — avrozonada milli çərçivələrdən daha yuxarı səviyyədə monetar siyasət aparmaq üçün yaradılmış təşkilatdır. 1998-ci ildə Frankfurtda təməli qoyulmuşdur. AMB avronu qəbul edən üzv ölkələrin milli bankları ilə işləyir. AMB-nin idarəedici şurasının tərkibi altı üzvdən, idarəedici şura və Avropa PulKredit İttifaqının üzvləri olan milli bankların idarəedicilərindən ibarətdir. AMB avro banknotlarının buraxılmasında yeganə hüquq sahibidir. AMB-nin məqsədləri Maastrixt müqaviləsinə və aşağıdakılara söykənir: qiymət sabitliyini qorumaq; qiymət sabitliyinə tabe olmaq; ittifaqın ümumi iqtisadi siyasətinə dəstək vermək.Avropa Pul Birliyinin yaranmasından etibarən 1 iyun 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Avro da 1 yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə başlamış və 1 yanvar 2002-ci ildə tədavülə çıxarılmışdır. Mərkəzi Frankfurtda yerləşən Avropa Pul İnstitutu 1994-cü ildən bəri bunun zəminini hazırlamışdır. Avronu qəbul edən Ölkələr "Avro sistemi" və ya "Avro sahəsi"ni yaradırlar. Bütün AB üzvləri isə Avropa Mərkəzi Bankları Sistemini təşkil edirlər.
Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı
Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı (Азәрбајҹан Коммунист (болшевик) Фиргәси Мәркәзи Комитәсинин әхбары) — Azərbaycan SSR-də Azərbaycan Kommunist Partiyasının rəsmi partiya jurnalı, partiyanın mərkəzi komitəsinin mətbuat orqanı. == Tarixi == "Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı" 1920-ci ilin noyabrında Bakıda Azərbaycan, rus və erməni dillərində çıxmışdır. 1921-ci ilin oktyabrında isə yalnız Azərbaycan və rus dillərində nəşr edilmişdir. 1922-ci ilin fevralında "Azərbaycan Kommunist (bolşevik) Firqəsinin Mərkəzi və Bakı Komitələrinin əxbarı" adı ilə çıxmışdır. 1923-cü ilin dekabrından 1925-ci ilin oktyabrınadək "Kommunist yolu" adı ilə nəşr edilmişdir. 1928-ci ilin mayında yenidən ilkin adı ilə buraxılmış, oktyabrda nəşri dayandırılmışdır. Jurnalda rəsmi partiya sənədləri, Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin hesabatları, Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin qərarları dərc edilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutu
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutu (Азәрбајҹан Коммунист Партијасы Мәркәзи Комитәси јанында Партија Тарихи Институту) və ya Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutun Filialı (Совет Иттифагынын Коммунист Партијасынын Мәркәзи Комитәси јанында Марксизм-Ленинизм Институн Филиалы) — Azərbaycan SSR-də mərkəzi partiya elmi-tədqiqat idarəsi. == Tarixi == 1921-ci ildə Azərbaycanda inqilabi və partiyanın tarixini öyrənən kommisiya (Azistpart) təşkil olunmuşdu. 1928-ci ildə Azistpart əsasında Stepan Şaumyan adına Azərbaycanda Sinfi Mübarizənin və Kommunist Partiyasının Tarixini Öyrənən İnstitut yaradılmışdır. 1939-cu ildən Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi yanında Marks-Engels-Lenin İnstitutunun Azərbaycan Filialı, 1956-cı ildən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun Filialı adlanmışdır. İnstitut marksizm-leninizm klassiklərinin əsərlərini, mühüm partiya sənədlərini, partiya-siyasi ədəbiyyatı Azərbaycan dilinə tərcümə etmək, respublika partiya təşkilatının tarixini tədqiq etmək, partiya tarixinə aid mühüm sənəd, xatirə və s. material toplamaq və dərc etməklə məşğul olmuşdur. İnstitut marksizm-leninizm klassiklərinin əsərlərini tərcümə, partiya tarixi, partiya quruculuğu bölmələri, partiya arxivi və kitabxanası var. 1964-cü ildə institut nəzdində respublikada Sovet İttifaqının Kommunist Partiyası tarixinin elmi cəhətdən tədqiqini əlaqələndirmə şurası təşkil olunmuşdur. 1946-cı ildən "Əsərlər" məcuəsi nəşr etmişdir.
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi — Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə yaradılmış elmi mərkəz. AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir. == Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti == Redaksiya Heyətinin Sədri: İlham Heydər oğlu Əliyev Redaksiya Heyəti Sədrinin birinci müavini: R.Ə. Mehdiyev Redaksiya Heyəti Sədrinin müavinləri: A.A. Əlizadə, A.R. Rzayev Məsul Katib: T.M. Nağıyev === Redaksiya Heyətinin Üzvləri === F.H. Abdullazadə, A.Q. Abiyev, İ.A. Babayev, T.Ə. Bünyadov, Ö.H. Eldarov, C.Ə. Əliyev, T.A. Əliyev, F.Ə. Əlizadə, V.M. Fərzəliyev, İ.M. Hacıyev, İ.Ə. Həbibbəyli, A.M. Həşimov, F.Q. Xəlilov, M.İ. İbrahimbəyov, A.C. İsmayılzadə, K.M. Kərimov, Ə.Ə. Qəribov, Ə.S. Quliyev, Y.M. Mahmudov, A.Ş. Meydiyev, A.M. Məhərrəmov, A.C. Məlikov, V.M. Məmmədəliyev, Q.Ş. Məmmədov, A.M. Paşayev, F.C. Məmmədova, Ş.M. Muradov, A.Ə. Paşayev, M.N. Rəhimova, M.İ. Rüstəmov, T.T. Salahov, Z.Ə. Səmədzadə, N.M. Vəlixanlı, X.B. Yusifzadə.
Azərbaycan Milli Mərkəzi (Azərbaycan)
Azərbaycan Milli Mərkəzi — Bakıda yaradılıb və fəaliyyət göstərən gizli təşkilat. == Fəaliyyəti == Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin "Azərbaycan Milli Mərkəzinin işi" adı altında apardığı istintaq işinə görə, bu mərkəz sovet hakimiyyətini devirərək, müstəqil Azərbaycan Respublikası qurmaq məqsədilə 1924-cü ildə Bakıda yaradılmışdı. Mərkəzə ziyalılar, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin keçmiş nazirləri və üzvləri, "Müsavat" və "İttihad" partiyalarının nümayəndələri rəhbərlik edirdilər. İstintaqa görə "AMM" gələcək müstəqil Azərbaycan Respublikası üçün iqtisadi baza yaratmaq məqsədilə hakim partiya və dövlətin şüarlarından öz xeyrinə istifadə etməli idi. "AMM" ilk mərhələdə əməli fəaliyyətini sənaye və kənd təsərrüfatının bütün sahələri üzrə milli kapitalın yerləşdirilməsi məsələsinə yönəltmişdi. Sovet hakimiyyətinin özünü məhv edəcəyinə və yenidən doğulacağına olan bütün ümidlərin itdiyi bərpa dövrü başa çatdıqdan sonra mərkəzin fəaliyyət taktikası fəal mübarizəyə və sənayenin birbaşa dağıdılmasına yönəldilmişdi. İstintaq işinə görə "AMM"in fəaliyyətinin ikinci dövrü üsyançı dəstələr yaratmaq, Azərbaycan diviziyasının milli hissələrində hərbi təşkilat yaratmaq və s. yollarla sovet hakimiyyətini devirmək uğrunda silahlı mübarizə dövrüdür. "AMM" sovet hakimiyyətinə qarşı birgə mübarizə aparmaq üçün "Birləşmiş Zaqafqaziya Komitəsi" yaratmış, "Müsavat" və "İttihad" partiyaları ilə birləşmişdi. Dağıstanda sovet hakimiyyətinə qarşı mübarizə aparan təşkilatla və kəndli partiyası ilə də əlaqə yaradılmışdı.
Azərbaycan Milli Mərkəzi (Bakı)

Digər lüğətlərdə

автомашини́ст антресо́ль в честь вайна́х дочека́нить дремо́тный наметка осмы́сленно торгова́ть футурологи́ческий вытравля́ть запи́ливаться застава́нье зашпунто́вывать кривоно́гий парафрази́рование подро́бность тонко... colorimetry Occident osmatic romancist seismograph tensible wadeable