MƏRƏKƏ

is. [ ər. ]
1. Səs-küy, qışqırıqbağırıq, qalmaqal, hay-küy, qovğa, qiyamət. Mərəkə qopmaq.
– Otağa böyük mərəkə düşür, qızlar başlayırlar ağlamağa. C.Məmmədquluzadə.
Vay o gündən ki, bir arvad iş görəndə döşlük taxmaya, Gülsabah bunun üstündə yekə bir mərəkə düzəldir. Ə.Vəliyev.

// Dava-dalaş, qovğa, həngamə.
Mərəkədə başda duran; Meydanda igidlər yoran. Koroğlu”.
Ona binaən Yusif şahın həvaxahları şikəst tapıb hər kəs bir növ ilə başın mərəkədən qıraq çəkdi, canın qurtardı. M.F.Axundzadə.
Harada arvad davası görsəm, hər halda lap vacib işimi qoyub gərək bu mərəkə və qovğanın axırına çatam. Qantəmir.

2. Məclis, yığıncaq.
[Ruqiyyə:] …Mərəkə yığıldı, bu da Aşıq Qəribdən, Koroğludan, Kərəm ilə Əslidən danışıb türkü söylədi. A.Divanbəyoğlu.
Nə kəndliləri lağa qoyan baqqallar, nə dərviş mərəkəsi var. Mir Cəlal.

Синонимы

  • MƏRƏKƏ hay-küy — səs-küy — qalmaqal — dava — qovğa — cəncəl

Омонимы

  • MƏRƏKƏ MƏRƏKƏ I is. [ ər. ] Qalmaqal, döyüş, dava. Bacım olsaydı, gör nə mərəkəydi (Anar). MƏRƏKƏ II is. [ ər

Антонимы

  • MƏRƏKƏ MƏRƏKƏ – SAKİTLİK Danış, danış eşidək gördüyün o mərəkəni (S.Rüstəm); Çadıra bir müddət tam sakitlik çökdü (S
MƏRƏK
MƏRƏKÖÇDÜM

Значение слова в других словарях

внабро́с вта́скивание истомля́ть конта́ктовый острога́ть продвига́ние томи́тельность ге́рцог зарыбля́ть звать киноарти́ст метр несоли́дно эроге́нный хрундать bailiwick cynicism head tone insinuatory law-abiding round off spray nozzle style sheet бенефициант мужественно