MƏSRUR
MƏSTLİK
OBASTAN VİKİ
Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur
"Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" — Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun 1850-ci ildə Azərbaycan dilində yazdığı dörd aktdakı ikinci komediya. Komediyanın orta əsr feodal ideologiyasına, xurafatçılara qarşı yönəldildiyi qeyd olunur. Müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmiş komediya 1851-ci ildə Qafqaz qəzetində çap olunmuşdur. Müəllifin tərcüməsində rus səhnəsindəki ilk əsər həmin il Sankt-Peterburqda baş tutdu, 1852-ci ildə pyes Tiflisdə, 1883-cü ildə isə Naxçıvanda nümayiş olundu. Müsyö Jordanın prototipi, o illərdə əslində elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş və xüsusən də komediya janrında fəaliyyət göstərdiyi Qarabağın florasını öyrənən Fransız təbiətşünası Aleksis Jordan (1814–1897) idi. Hətta ehtimal olunur ki, M. F. Axundov fransız alimi ilə şəxsən tanış olmuş və onunla söhbət etmiş, bu da alimin bədii obrazını yaratmasına kömək etmişdir. Qeyd olunur ki, M. F. Axundovun yaradıcılığında Aleksis Jordanın elmi fəaliyyəti və bitkilərin təsnifatına etdiyi düzəlişlər barədə həqiqi məlumatlar verilir. == Süjet == Süjet 1848-ci ildə Qarabağda baş verir. Fransız botanist, Kral Akademiyasının üzvü Müsyö Jordan yerli bitki növlərini öyrənmək üçün buraya gəlir. O burda Təklə-Muğanlı Hətəmxan ağanın mülkündə qalır.
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir.Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Məstalıbəyli
Məstalıbəyli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Məstalıbəyli Cəbrayıl rayonunun Qumlaq inzibati ərazi vahidində kənddir. Gəyən çölündədir. Keçmiş adı Cəfərağalı olmuşdur. Məstalıbəyii etnooykonimdir. Oykonim Azərbaycan tayfalanndan şahsevənlərin məstalıbəylilər tirəsinin adı ila bağlıdır. Cəfərağalı adı isə həmin kənddə məskunlaşmış məstalıbəyli tirəsinə mənsub ailəlarin Cəfər ağa adlı birisinə məxsus olması ila əlaqədardır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Məstan Günər
Məstan Günər (tam adı: Əliyev Məstan Rəsul oğlu) — şair, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü (1976), Azərbaycan komsomolu mükafatı laureatı (1976), Azərbaycan Dövlət mükafatı laureatı (1980). == Həyatı == Məstan Günər 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957). İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunmuşdur. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilmişdir.
Məstan Əliyev
Əliyev Məstan Aslan oğlu (1918, Əsrik Cırdaxan – 23 aprel 1945, Berlin) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olmuş və kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cu ildə orduya xidmətə getmişdir. Müharibə başlandığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olmuş, Berlin ətrafında döyüşlərdə iştirak etmişdir. 1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilmişdir. Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürdü, şəxsən özü isə 20 nəfərə qədərə faşist məhv etdi. Məstan Əliyev aprelin 23-də Berlin uğrunda döyüşlərin birində həlak oldu. Ona Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci il mayın 31-də verildi. Almaniyada dəfn edilmişdir. Doğma kəndinin məktəbi onun adını daşıyır.
Məstanabad (Nir)
Məstanabad (fars. مستان اباد‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 177 nəfər yaşayır (37 ailə).
Məstanabad (Sayınqala)
Məstanabad (fars. مستان اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 198 nəfər yaşayır (35 ailə).
Məstağanəm
Məstağanəm‎ (ərəb. مستغانم‎) ‎ — Əlcəzairdə şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər Aralıq dənizi sahilində, Vəhrandan təxminən 89 km şimal-şərqdə, Məskər şəhərindən 81 km şimalda və Əlcəzair şəhərindən 363 km cənub-qərbdə, dəniz səviyyəsindən 97 metr yüksəklikdə yerləşir. == Əhalisi == İllərə görə şəhər əhalisi: == Nəqliyyat == Məstağanəm‎ şəhəri öz hava limanına malikdir.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898-1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Məstəkan
Məstəkan (Bəradost dehistanı)
Məstəkan (Bəradost dehistanı)
Məstəkan (fars. مستكان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (37 ailə).
Məstəkan (Sumay-i Şimali dehistanı)
Məstəkan (fars. مستكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 575 nəfər yaşayır (116 ailə).
Məstəlibəyli
Məstalıbəyli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Məstalıbəyli Cəbrayıl rayonunun Qumlaq inzibati ərazi vahidində kənddir. Gəyən çölündədir. Keçmiş adı Cəfərağalı olmuşdur. Məstalıbəyii etnooykonimdir. Oykonim Azərbaycan tayfalanndan şahsevənlərin məstalıbəylilər tirəsinin adı ila bağlıdır. Cəfərağalı adı isə həmin kənddə məskunlaşmış məstalıbəyli tirəsinə mənsub ailəlarin Cəfər ağa adlı birisinə məxsus olması ila əlaqədardır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Nurəddin Məstəliyev
Nurəddin Hasil oğlu Məstəliyev (13 fevral 2000, Qızıldaş – 2020) — Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurəddin Məstəliyev 2000-ci il fevralın 13-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. Əslən Yardımlı rayonunun Ökü kəndindəndir. İbtidai təhsilinə 2007-ci ildə Azər Namazov adına 180 saylı orta məktəbdə başlamışdır. Nurəddin kiçik yaşlarından idmanla məşğul olmağa başlayıb. Bir çox turnirlərə qatılan Nurəddin dəfələrlə rəqiblərindən fərqlənərək mükafatlar, sertifikatlar və medallar ilə təltif olunmuşdur. İdman məşğuliyyətini peşəkar səviyyəyə çatdıran Nurəddin Karatenin Gōjū-ryū növü üzrə 80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Respublika Birincisi kimi ən yüksək mükafata layiq görülüb. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra 8 saylı texniki peşə liseyində "qaynaqçı" peşəsi üzrə ixtisaslaşıb. Peşə təhsilini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. == Hərbi illəri == Nurəddin 2019-cu il iyul ayında hərbi xidmətə yollanıb.
Rəşad Məstəliyev
Rəşad Oqtay oğlu Məstəliyev (6 iyun 1981) — riyaziyyat üzrə fəlsəfə doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Dissertasiya Şurasının nəzdindəki elmi seminarın üzvü və Gənc alimlər və mütəxəssislər şurasının sədridir. == Həyatı == Məstəliyev Rəşad Oqtay oğlu 1981-ci ilin iyul ayının 6-da Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş və universitetin 2002-ci ildə bakalavr, 2004-cü ildə isə magistr pilləsini bitirmişdir. 2004-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun (o zamanki Kibernetika) əyani aspiranturasına daxil olmuş və 2008-ci ildə aspiranturanı bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın27 iyun 2012-ci il tarixli qərarı ilə (protokol№22-k) riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2007-ci ildən İdarəetmə Sistemləri İnstitutunda elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 2016-cı ildə Azərbaycan Respublikası prezidenti yanında AAK-ın 14 oktyabr 2016-cı il tarixli qərarı ilə (protokol № 21-k) "dosent" elmi adı verilmişdir. Dosent attestatı DS № 05498.

Digər lüğətlərdə

лю́дность па́щенок перфе́кт а́ут го́льдский звукосигна́льный и та́к коне́чность перспекти́вно приуме́ньшиться волданцы atactic combine harvester genu pommetty power egg rearmament sunbeam tubulure колит кочерга кредитование маломальский опечатка старомодный