MƏŞURƏ
MƏZİYYƏT
OBASTAN VİKİ
Mətanət
Mətanət — Qadın adı.
Mətanət A
Mətanət Abdurrəhmanova
Mətanət Əhəd qızı Abdurrəhmanova — SSRİ Ali Sovetinin deputatı. == Həyatı == 1961-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. Səməd Vurğun adına kolxozda pambıqçı işləyib. 1984-cü il tarixdə XI çağırış (1984—1989) SSRİ Ali Sovetinin deputatı seçilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib. III dərəcəli “Əmək şöhrəti” ordeni ilə təltif olunub. Zərdab rayonunun Məlikumudlu kəndində yaşayır.
Mətanət Atakişiyeva
Mətanət Ağazair qızı Atakişiyeva (16 may 1962, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002). == Həyatı == Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrın səhnəsində çox sayda tamaşada rol almışdır. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilmişdir. M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını almışdır. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == İblis (H. Cavid) — qaraçı Atabəylər (N. Həsənzadə) — kəniz Sehrli alma (Y. Lada) — dayə Nişanlı qız (S. Rəhman) — Qəmər Od gəlini (C. Cabbarlı) — 2-ci qız Ah, Paris… Paris!..
Mətanət Ağamirli
Mətanət Ağamirli (tam adı: Mətanət Mirsadiq qızı Ağamirli; d. 21 dekabr Ağdam rayonu) — Əməkdar jurnalist, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İcraçı katibi == Həyatı == Mətanət Ağamirli Ağdam rayonunda anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Politologiya ixtisası üzrə bitirmişdir. == Fəaliyyəti == 1995–2000-ci illərdə "Press Fakt" və "Gündəlik xəbərlər", "Bizim Əsr" qəzetlərində çalışmışdır. 2000-ci ildən etibarən Lider televiziyasında jurnalist, aparıcı, prodüser kimi çalışır. 2004–2005-ci illərdə Lider TV-nin Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərmişdir. Ötən illər ərzində "Sədadan sonra", "Mövqe", "Portretlər silsiləsindən", "Səda+", "Gender", "Səda 24", "Seçim" kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı kimi tanınır. 2000–2003-cü illərdə Ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olmuşdur. 2011-ci ildən paralel olaraq YAP Qadınlar Şurasının nəşri olan "Zəriflik" jurnalının redaktorudur. 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunmuşdur.
Mətanət Eres
Mətanət Əhmədova (31 dekabr 1975, Sumqayıt) — aktrisa. == Həyatı == Mətanət Əhmədova 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşdur. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu fakültəsinə daxil olub. İkinci kursdan etibarən 16 il İlham Miniatür Teatrında çalışmışdır. Hazırda Şuşa Musiqili Dram teatrında fəaliyyət göstərir. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Pərvanələrin rəqsi (serial, 2012) — Xatirə Tək olanda qorxma...
Mətanət Musayeva
Mətanət Musayeva — coğrafiya üzrə fəlsəfə doktoru, hidrometeoroloq. == Həyatı == Musayeva (Əzizova) Mətanət Ağayar qızı 4 iyul 1968-ci ildə Əli Bayramlı şəhərində (indiki Şirvan) ziyalı ailəsində anadan olmuşdur. 1975-ci ildə Qazıməmməd şəhəri 6 N-li məktəbdə 1-ci sinifə getmiş və 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir Həmin il sənədlərimi Leninqrad (indiki Sankt-Peterburq) Hidrometeorologiya İnstitutuna vermiş və qəbul olmuşdur. 1990-cı ildə institutun Qurunun hidrologiyası fakültəsini mühəndis hidroloq ixtisası üzrə bitirmişdir. Həmin il Hidrometeorologiya Komitəsində işə başlamış və qisa müddət ərzində texnik vəzifəsindən şöbə rəisi vəzifəsinə qədər yüksəlmişdir. 2002-ci ildə AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışmışdı. 2008-ci ildə ETSN-nin Milli Hidrometeorologiya Departamentində şöbə rəisi vəzifəsində işləmişdir. 2008-2012-ci illərdə aspiranturanı bitirib.2014-cü ilin 26 sentyabrında AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda "İqlim dəyişmələrinin Böyük Qafqazın şimal-şərq yamacında qar-buz örtüyünə təsirinin qiymətləndirilməsi" mövzusunda dissertasiya müdafiə etmiş və coğrafiya üzrə fəlsəfə doktoru elmisi dərəcə almışdır. == Ailəsi == Oğlu Orxan Vüqar oğlu Quluzadə 1995-ci ildə Bakı şəhərində anadan olub. Kipr Türk Cumhuriyyətinin Dövlət Universitetində oxuyur.
Mətanət İsgəndərli
Mətanət Məhəmmədəli qızı İsgəndərli (17 iyun 1963) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Mətanət İsgəndərli 17 iyul 1963-cü ildə anadan olub. Orta məktəbi bitirdkdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində Türkiyədə qastrol səfərində olub. 1994-cü ildə "Sən ol mənim həmdəmim" adlı ilk albomu işıq üzü görüb. Bu günə qədər 11 kompakt diski buraxılıb. Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. 1998-ci ildə Heydər Əliyev adına Sarayda ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib. Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır.
Mətanət Əfəndiyeva
Mətanət Əfəndiyeva (azərb. Əfəndiyeva Mətanət Tələt qızı‎, rus. Эфендиева Метанет Талат кызы; d. 1960. Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya alimi, Tibb elmləri doktoru (2003), professor (2011). RBTKEM‑in baş həkiminin elmi‑tədqiqat və klinik‑sınaq işləri üzrə müavini (2004). RF Dövlət İxtiralar Reyestrində ixtiralarına 7 patenti qeydiyyatdan keçib. == Həyatı == Əfəndiyeva Mətanət Tələt qızı 1960-cı ildə Bakıda anadan olub. 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) “müalicə işi” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında təcili yardım həkimi kimi başlayıb.
Mətanət Əhmədova
Mətanət Əhmədova (31 dekabr 1975, Sumqayıt) — aktrisa. == Həyatı == Mətanət Əhmədova 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşdur. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu fakültəsinə daxil olub. İkinci kursdan etibarən 16 il İlham Miniatür Teatrında çalışmışdır. Hazırda Şuşa Musiqili Dram teatrında fəaliyyət göstərir. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Pərvanələrin rəqsi (serial, 2012) — Xatirə Tək olanda qorxma...
Mətanət Əzimova
Mətanət Əzimova (azərb. Əzimova Mətanət Əlirasim qızı;‎) — Azərbaycan Televiziyası və Radio Verilişləri (QSC)- Radionun Proqram Direktorloğunun böyük redaktoru, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının müəllimi, Azərbaycan Respublikasının əməkdar jurnalisti == Həyatı == Əzimova Mətanət Əlirasim qızı 29 iyun, 1963-cü ildə müəllim ailəsində anadan olub. 1971–1981-ci illərdə Astara rayonu Ərçivan kənd orta məktəbində oxumuşdur. 1992-ci ildə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsinin tam kursunu bitirmişdir. == Fəaliyyəti == === Mətbuat fəaliyyəti === Tələbə olduğu dövrdən Azərbaycan radiosu və televiziyası ilə müntəzəm əməkdaşlıq edib. 1993-cü ilin noyabr ayından etibarən rəsmi işçi kimi Azərbaycan Radiosu və Televiziyasında işləyir. Televiziyanın "Xəbərlər, "Səhər", "Hərbi" proqramlar redaksiyasında fəaliyyət göstərib. Radioda isə dövr üçün böyük ictimai-siyasi əhəmiyyət kəsb edən "Misri", "Ön cəbhəyə doğru", "Qan yaddaşımız" kimi verilişlərin müəllifi və aparıcısı olmuşdur. Müəllifi və aparıcısı olduğu bu verilişlərin süjet və müsahibələrini birbaşa ön cəbhədən-Qarabağdan hazırlamışdır. Eyni zamanda geniş dinləyici auditoriyasına malik "Deməsəm olmur", "Borc", "Ailə", "Dünya bir pəncərədir" və Ümummilli lider Heydər Əliyevə həsr olunan "Zamanın sahibi" adlı silsilə verilişlərin də müəllifi və aparıcısı olmuşdur.

Digər lüğətlərdə

выправле́ние ди́ско ко́бальтовый макропо́ристый прися́дка рассужда́ться трёхзна́чный уби́тая удевятери́ть зажу́лить обезья́нник обмя́кнуть сволочи́ть сеноста́вка экономи́ческий легенда analects echelon liberationist procuration saprophagous sleeper toehold пудреный свернуть