MƏZAC

is. [ ər. mizac]
1. Xasiyyət, təbiət; temperament.
2. Əhval, hal.
Həsən bəyin məzacı necədir? A.Şaiq.

□ Məzacı pozulmaq – halı (əhvalı) pozulmaq, xəstələnmək, naxoşlamaq.
Sən demədinmi, dumada rəf olur ehtiyacımız? Mən demədimmi, çox yemə, tez pozular məzacımız? M.Ə.Sabir.

Məzacı çəkməmək (götürməmək) – ürəyi götürməmək, könlü (təbiəti) çəkməmək, istəməmək. Bu xörəyi məzacım çəkmir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏZAC məzac bax əhval
  • MƏZAC xasiyyət — təbiət — hal — qılıq
  • MƏZAC coşğunluq — ehtiras — həvəs
MƏYUSLUQ
MƏZAR

Digər lüğətlərdə

алта́йка беза́дресно борщо́вый икромёт и́скрасна магнитосфе́рный метафизи́чность павли́ний выгу́ливаться е́сться кастрю́лька наклоня́ть нескро́мность печа́льный раку́шковый anachorete ebracteate handgrip Praia rail-post unhand бесчестить межсессионный приревновать смежать