MƏZƏLİ

sif.
1. Dadlı, ləzzətli, tamlı. Məzəli xörək.
– Vəsf eylədiyim zövqlə ənharibehiştin; Kövsər məzəli şərbəti-reyhanın üçündür. M.Ə.Sabir.

2. Əyləndirici, könülaçan, gülməli, güldürücü, duzlu. Məzəli söhbətlər. Məzəli (z.) danışmaq.
– Qulaq as, duzlu bir hekayətdir; Məzəli, gülməli rəvayətdir. Ə.Qəmküsar.
[Yazgül:] Fəridənin [uşağı] elə məzəli çağadır ki, ay ana!… Ə.Məmmədxanlı.
O, hər bir fikrini maraqlı, məzəli sözlərlə deməyə çalışırdı. S.Vəliyev.

// Maraqlı, qəribə.
Mən deyirəm, bütün Qafqaziyyə vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdur. C.Məmmədquluzadə.

3. Məzəsi olan, çərəzli (bax məzə 1-ci mənada). Məzəli süfrə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏZƏLİ 1. MƏZƏLİ [Vahid] sonra da bir neçə belə məzəli söz deyib meni güldürdü (B.Bayramov); GÜLMƏLİ Əli: Burada gülməli nə var ki
  • MƏZƏLİ duzlu — maraqlı
  • MƏZƏLİ gülməli — əyləncəli
  • MƏZƏLİ dadlı — ləzzətli — tamlı
  • MƏZƏLİ zarafatcıl — oyunbaz

Antonimlər (əks mənalı sözlər)

  • MƏZƏLİ MƏZƏLİ – QARAQABAQ Siz nə məzəli oğlansınız (S.Vəliyev); Bilirsənmi, Zaxar qardaş, Həsən yaman qaraqabaq oğlandır (İ
MƏZƏ
MƏZƏLİLİK
OBASTAN VİKİ
Məzəli (jurnal)
"Məzəli" juranlı (az.-əbcəd مه‌زه‌لی‎) — 1914–1915-cu illərdə Bakıda çıxan həftəlik ictimai, siyasi, satirik jurnal. Naşiri və redaktoru Haşım bəy Vəzirov idi. == Tarixi == "Məzəli" jurnalı 1914-cü ilin dekabrın 27-də nəşrə başlamış, 1915-ci il oktyabrın 17-də nəşrini dayandırmışdır. Jurnal Bakıda Azərbaycan türkcəsində nəşr edilirdi. Jurnalın əsas materiallarını redaktor özü yazırdı. 25-ci sayına kimi naşiri və redaktor Haşım bəy Vəzirov, 25–37 saylarında müvəqqəti müdiri Hacı İbrahim Qasımov, sonra isə yenidən müdir və naşiri Haşım bəy Vəzirov olmuşdur. H.Vəzirov "Kefim gələndə" sərlövhəli "Birisi" imzalı felyetonlar ilə məşhur olmuşdur. "Məzəli"nin 42 nömrəsi çapdan çıxmışdır. == Mövzusu == "Keyfim gələndə" ümumi başlığı altında yazdığı felyetonlar oxucular arasında geniş yayılmışdı. Jurnalda yalançı mollalar, fırıldaqçı hacılar, məşədilər, pulpərəst, özgə malında gözü olan adamlar kəskin tənqid olunurdu.
Məzəli qız (film)
"Məzəli qız" (ing. Funny Girl) — rejissor Vilyam Uaylerin filmi. == Məzmun == Hadisələr Nyu-Yorkda baş verir. Fanni Brays şəhər ətrafından olan sadə qızdır. O, uşaqlıqdan məşhur olmaq istəyib və vodevillərdə çıxış etməklə öz karyerasını başlamaq qərarına gəlir. Çıxış vaxtı diyircəkdə olan Fanni səhnədə cinas yaradır. Teatrın sahibi hirslənərək onu qovmaq istəyir, lakin səhnədə baş vermiş anlaşılmazlıq tamaşaçıları əyləndirir, bu məzəli və gözəl səsli qız onların xoşuna gəlir. Fanni işə qəbul olunur. Çıxışdan sonra o, səhnə arxasında Niki Arnştaynla tanış olur. Fanni ona heyran olur.
Məzəli qız (film, 1968)
"Məzəli qız" (ing. Funny Girl) — rejissor Vilyam Uaylerin filmi. == Məzmun == Hadisələr Nyu-Yorkda baş verir. Fanni Brays şəhər ətrafından olan sadə qızdır. O, uşaqlıqdan məşhur olmaq istəyib və vodevillərdə çıxış etməklə öz karyerasını başlamaq qərarına gəlir. Çıxış vaxtı diyircəkdə olan Fanni səhnədə cinas yaradır. Teatrın sahibi hirslənərək onu qovmaq istəyir, lakin səhnədə baş vermiş anlaşılmazlıq tamaşaçıları əyləndirir, bu məzəli və gözəl səsli qız onların xoşuna gəlir. Fanni işə qəbul olunur. Çıxışdan sonra o, səhnə arxasında Niki Arnştaynla tanış olur. Fanni ona heyran olur.
Məzəli sima (film, 1957)
"Məzəli sima" (ing. Funny Face) — rejissor Stenli Donenin filmi. == Məzmun == "Quality" qadın jurnalının redaktoru Meqqi Preskott və onun bir nömrəli fotoqrafı Dik Eyvern jurnalın üz qabığı üçün yeni sima axtarırlar. Elə bir sima ki, bütün moda dünyasını alt-üst eləsin. Onlar qadını təkcə gözəl kimi yox, həm də intellektual kimi göstərmək istəyirlər. Bunun üçün jurnalın heyəti kiçik kitab mağazasına gedir və fotoları orada çəkməyə başlayırlar. Orada satıcı Coya rast gələn Dik başa düşür ki, onun çox şən və məzəli siması var. Gələcəyin gözəllik etalonu. Co isə kitab mağazasına icazəsiz soxulanları əvvəl dəli hesab edir, lakin sonra onların Parisə çəkilişə getmək təkliflərinə razılaşdı. Getməyinə əsas səbəb isə onun kumiri professor Flosterin orada mühazirələr təşkil etməsidir.

Digər lüğətlərdə

аэробио́з всхолмле́ние изобрета́ть отве́тствовать рубо́повский то́ ли..., то́ ли за глаза́ наступа́ть пяти́на сверли́льщица air-conditioned atheism cicatricle dazzle-painted dorsiparous highfalutin moon-raking plunging rectal shorage wrist joint жук подмётный позвонить угнетение