nəqliyyat vasitələrinin qatarı

Yol hərəkətində vahid tam şəklində iştirak edən bir-birinə qoşulmuş nəqliyyat vasitələri

nəqliyyat vasitələri
nəqliyyat vasitəsi
OBASTAN VİKİ
Avtomobil qatarı
Başqırdıstan qatarı
«Başqırdıstan» — keçmiş sürətli sərnişin qatarı (№ 039/040). Rusiya dəmir yollarına məxsus olan qatar, gün aşırı olaraq fəaliyyət göstərirdi. Ufa-Moskva-Ufa xətti ilə hərəkət edirdi. Qatarın yolda olma müddəti 26 saat idi. Xəttin nömrəsi 9/40-dır. Məsafə isə 1567 km-dir. 40 il öncə təsis edilmişdir. 1965-ci ildə «Başkiriya» adı ilə fəaliyyət göstərirdi. 1993-cü ildə isə adı «Başqırdıstan» olaraq dəyişdirilmişdir. İlk əvvəllər maşrut Ulyanovskdan keçirdi.
Elektrik qatarı
Elektrik qatarı — şəhərlərdə yol üstündə döşənmiş xüsusi relslərdə hərəkət edən sərnişin nəqliyyat vasitəsidir.
Sürət qatarı
Sürət qatarı — köhnə sistemli relslərdə sürət həddi 200-250 km/s (bəzı Avropa ölkələrində 190-250 km/s), təzə sistemli relslərdə isə 250 km/s və daha yüksək olan qatar. == Şəkillər == == Xarici keçidlər == Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?
Sursat qatarı
Sursat qatarı — XIX və XX əsr müharibələrində orduların elementi. Onlar hər bir diviziyanın artilleriya və piyada döyüş sursatlarının sursat doldurma məntəqəsindən döyüş sahəsinə daşınmasına cavabdeh idilər. Qatar burada hərfi mənada qatar ola bilərdi, lakin əksər hallarda deyildi və "karvan" mənasında işlədilirdi. Dövrdən asılı olaraq, onun daşınması atlı vaqon və ya motorlu nəqliyyat vasitələri olmuş, və rolları yerinə yetirmək üçün lazımi işçi heyəti və avadanlıqlar təyin edilmişdir.Onların ənənəvi qabiliyyəti müasir döyüşlərdə böyük ölçüdə əvəz edilmişdir. Birləşmiş Ştatlar Hərbi Qüvvələrində hər bir döyüş diviziyasının öz sahə artilleriya briqadasına təyin edilmiş sursat qatarı olmalı idi.
Nəqliyyat
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. == Ümumi məlumat == Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.
Bakı-Sumqayıt qatarı
Bakı-Sumqayıt qatarı — Bakı şəhəri ilə Sumqayıt şəhərini birləşdirən, Bakı şəhərində və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişində və şəhərdaxili hərəkətində mühüm əhəmiyyət kəsb edən marşrut xətti olan Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu üzrə hərəkət edən nəqliyyat vasitəsi. == Tarixi == Bakı-Sumqayıt qatarı hələ sovet dövründən fəaliyyətdə olmuşdur. 2015-ci ildən etibarən isə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmağa başlamışdır. Həmin vaxta qədər isə bu sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılmışdır. === Açılış mərasimi === Bakı-Sumqayıt qatarının fəaliyyəti ölkə başçısının diqqət mərkəzində olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 iyun 2015-ci ildə Bakıya gətirilən yeni elektrik qatarı ilə və Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda həyata keçirilən yenidənqurma işləri ilə tanış olmuş, 12 sentyabr 2015-ci ildə isə Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edərək qatarın yola salınmasını bildirən rəmzi lenti kəsmiş və zəngi vurmuşdur. == Qatarlar == Bu yol üzərində 10 qatarın hərəkəti nəzərdə tutulmuşdur.Bakı-Sumqayıt marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün 2015-ci ildə İsveçrənin "Stadler Rail Group" şirkətinin "EŞ2" markalı sürətli elektrik qatarları istismara verilmişdir. Həmin şirkətin "Stadler Minsk" zavodunda istehsal olunmuş "KISS" markalı elektrik qatarlarının hər birində 4 vaqon var. İki mərtəbədən ibarət olan bu qatarların hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. Qatarların 1 vaqonu biznes-sinfə aiddir ki, onun da 84 oturacağı var.
Avtomobil nəqliyyatı vasitələrinin sığortalanması
Avtosığorta — sərnişin və yük avtomobillərinin, avtobusların, motosikletlərin, skuterlərin, motoarabaların, katerlərin, motorlu qayıqların və digər nəqliyyat vasitələrinin sığortası. Sığortalanmış avtonəqliyyat vasitələrinin itkisi, qəza, yanğın, mühərrikin və ya yanacaq çəninin partlaması, zəlzələ, sel, qasırğa və digər təbii fəlakətlər nəticəsində zədələnməsi və ya məhv olması nəticəsində yaranan ziyan sığortaçı tərəfindən ödənilir.
Albaniyada nəqliyyat
Albaniyada nəqliyyat — Albaniya Respublikasındakı nəqliyyat, nəqliyyat infrastrukturu və nəqliyyat növləri. == Vəziyyəti == Ölkənin əsas nəqliyyat növü avtomobil nəqliyyatıdır. Avto mobil yollarının uzunluğu 18 min km-dir ki, onun da 30%-i bərkörtüklüdür. Ölkə avtoparkın böyük hissəsi köhnə maşınlardan ibarətdir. Kənd yerlərində yük maşınları böyük üstünlük təşkil edir. Paytaxt Tiranadan ölkənin bütün şəhərlərinə, həmçinin xarici ölkələrə avtobus işləyir. == Dəmir yolları == Dəmir yollarının uzunluğu 720 km-dir. Avtomobil yolları və dəmir yolları ölkənin qərbindəki düzənlik hissəsindədir, yalnız tək-tək şose yolları ölkənin şərqindəki dağ silsilələrini aşır. == Gəmiçilik == Dəniz ticarət donanması 24 gəmidən ibarətdir ki, onlardan 7-sinin subasımı 1000 tondan çoxdur. Başlıca xarici ticarət limanı Durresdir ki, buranın yük dövriyyəsi ölkənin limanlarındakı ümumi yük dövriyyəsinin təqribən 90%-ni təşkil edir.
Azərbaycanda nəqliyyat
Azərbaycanda nəqliyyat — Azərbaycan Respublikasındakı nəqliyyat və nəqliyyat növləri haqqındadır. Azərbaycan dünyada strateji yeri, İpək Yolu və cənub-şimal dəhlizi kimi proektlərdə mühüm rol oynamasına və ölkə iqtisadiyyatı üçün nəqliyyat sektorunun strateji əhəmiyyətini vurğulayır. Ölkədə nəqliyyat sektoruna dəmir yolu, avtomobil, aviasiya və dəniz nəqliyyatı daxildir. 2003-cü ildə Azərbaycan hökuməti Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi yaratmış və ölkə Vyana konvensiyasının yol hərəkəti üzrə üzvü olmuşdur. Bu baxımdan nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi inkişafı ölkə üçün xüsusi əhəmiyyət daşıyır. 2009-2014 illəri arası ölkənin nəqliyyat sektoruna cəlb edilmiş investisiyaların həcmi iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş investisiyaların 20 faizini təşkil etmişdir.2013-cü ilə görə, Azərbaycanda 37 hava limanı və bir heliport fəaliyyət göstərir. 2015-ci ildə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikilməsi, şərqdə Çin və Qazaxıstan dəmir yolunu birləşdirmək vasitəsilə Asiya və Avropa arasında nəqliyyatı təmin etməsi gözlənilir.
Başqırdıstanda nəqliyyat
Başqırdıstanda nəqliyyat — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında nəqliyyat və nəqliyyat növləri. == Dəmir yolu nəqliyyatı == Dəmir yolu nəqliyyatı Başqırdıstanın nəqliyyat sistemində həlledici rol oynayır və respublikanın yük dövriyyəsinin təqribən 40%-ini (neft, kimya yükləri, mineral gübrələr, qara metallar üstünlük təşkil edir), sərnişin dövriyyəsinin isə 30%-ini təmin edir. 2003-cü ildə ölkədəki dəmir yollarının ümumi uzunluğu 1458 km idi. Əsas dəmir yolu magistralı Samara – Ufa – Çelyabinskdir. == Avtomobil yolları == Bərkörtüklü avtomobil yollarının uzunluğu 22,1 min km-dir. Ən əhəmiyyətli avtomobil magistralları Samara – Ufa – Çelyabinskdir. Respublikanın hüdudlarında isə Ufa – Sterlitamak, Ufa – Beloretsk, Ufa – Birsk hesab olunur. == Su nəqliyyatı == Gəmiçilik üçün yararlı olan su yollarının uzunluğu 1080 km-dir. Əsas çay nəqliyyatı magistralı Ufa qolu olan Belaya çayıdır. Əsas çay portları Ufa və Birskdir.
Belqradda nəqliyyat
Belqradda nəqliyyat — bir meqalopolis kimi şəhər inkişaf etmiş bir yol şəbəkəsinə sahibdir. Hansı ki, müxtəlif növ dövlət və özəl nəqliyyat vasitələrinə malikdir. Belqradın ictimai nəqliyyatına avtobuslar (118 şəhər xətti və 300-dən çox şəhərətrafı xətt), tramvay (12 xətt) və trolleybus (8 xətt) daxildir. Belqrad bu gün tıxacları ilə məşhurdur. Çünki yol şəbəkəsi şəhərin ehtiyaclarını ödəmək üçün kifayət qədər inkişaf etməmişdir. Körpülərin çatışmazlığı problemi özünü qabarıq şəkildə göstərir. Belqrad bir neçə milyon əhaliyə sahib yeganə Avropa şəhəridir ki, bir metro sistemi yoxdur. == Şəhər nəqliyyatı == Şəhərin ictimai nəqliyyatına avtobus, tramvay və trolleybuslar daxildir. Bununla belə şəhərdə yüngül dəmir yolu xəttinin çəkilişi planlaşdırılır. Ancaq bu layihənin gerçəkləşdirilməsinə belə başlanılmamışdır.
Bolqarıstanda nəqliyyat
Bolqarıstanda nəqliyyat - Bolqarıstan iqtisadiyyatının əsas aparıcı sahəsi. Bolqarıstanda bütün nəqliyyat sahələri yaxşı inkişaf etmişdir — quru, hava, boru, dəmir yol, su və s. Onların hər biri xüsusi infrastruktura sahibdir. Coğrafi baxımdan ölkə Avropaya gedən yolların üzərində yerləşir. Şimali Afrika, Yaxın şərq, Kiçik Asiyadan gələn quru yolları onun ərazisindən keçməklə Avropaya uzanır. Ölkə 110 550 km² sahəyə malikdir. Ölkə şərqdən qərbə 520 km, şimaldan cənuba isə 330 km məsafədə yerləşir. == Quru nəqliyyatı == === Avtomobil nəqliyyatı === 11 oktyabr 1909-cu ildə Bolqarıstan Beynəlxalq avtomobil hərəkatı konvensiyasına qoşulmuşdur. 1965 - 1975-ci illərdə ölkə avtoparkı 10 dəfə artmışdır. 1975-ci ildə avtomobillərin ümumi sayı 340 min.
Dilican (nəqliyyat)
Dilican – furqon tipli nəqliyyat vasitəsi. == Ümumi məlumat == Dilican furqon tipli nəqliyyat vasitəsi olub, şərəbana nisbətən daha çox sərnişin(16–18) göturə bilirdi. Dilican da yarıyumşaq nəqliyyat növü idi. Onun "evi" nin üstü örtülü olduğu üçün ilin bütün fəsilərində sərfəli nəqliyyat vasitəsi hesab olunurdu.
Estoniyada nəqliyyat
Estoniyada nəqliyyat — bura avtomobil, boru, hava və dəmir yol nəqliyyatı daxildir. == Avtomobil yolları == ümumi: 57,565 km (üstəlik 16,465 federal yolu) güçlü yollar: 12,926 km (üstəlik 99 km avtomagistral) === Dövlət əhəmiyyətli yollar === Dövlət əhəmiyyətli yollar bir necə nəqliyyat növünü özündə birləşdirir. Onların ümumi uzunluğu 16,465 km təşkil edir. Bu isə ümumi yolların 29 % təşkil edir.. Onlar əhəmiyyətindən asılı olaraq üç yerə bölünür: baş yollar (1,601 km) əsas yollar (2,391 km) ikinci dərəcəli yollar (12,425 km) == Dəmir yolları == ümumi: 900 km ümumi daşına xətti (1200 km bağlanmış xəttlər) geniş xətli reyslər: 900 km dəmir yolu 1520 mm xətli. === Xarici ölkələrlə dəmiryol nəqliyyatı === Latviya — yük və sərnişin (Valqa — Riqa gündə üç dəfə) Rusiya — yük və sərnişin == Liman və havanlar == Estoniyada 45 liman vardır. Az bir qismi istisna olaraq böyük hissəsi Baltik dənizində yerləşir. İri limanları:Muuqa, Tallin, Kunda, Pyanu və Sillame. === Digər ölkələrlə ticarət əlaqələri === Finlandiya Aland adaları İsveçrə Almaniya Rusiya == Ticarət donanması == ümumi: 50 gə tipinə görə gəmilər: (1999) balkerlər — 3 yük gəmiləri — 20 digər təyinatli yük gəmisi — 1 konreynerovoz — 5 tanker — 2 rolker — 13 kiçik sərnişin gəmiləri — 6 == Hava limanları == Ümumi: 12 (2007) 3,047 metrdən çox olan: 1 2,438 - 3,047 metr arası olan: 7 914 - 1,523 metr arası olan: 3Lennart Meri adına Tallin hava limanı - Estoniyanın ən böyük hava limanıdır. == Boru nəqliyyatı == qaz kəməri — 859 km (2007) == Su nəqliyyatı == 320 kilometrlik su nəqliyyatına sahibdir.
Karvan (nəqliyyat)
Konvoy və ya karvan qarşılıqlı dəstək və müdafiə üçün birlikdə səyahət edən bir qrup nəqliyyat vasitəsidir. Onlar adətən motorlu nəqliyyat vasitələri və ya gəmilərdən ibarət olurlar. Konvoy adətən silahlı müdafiə dəstəyi ilə təşkil edilir. O, həm də qeyri-hərbi mənada, məsələn, ucqar ərazilərdən keçərkən də istifadə oluna bilər.
Koreyada nəqliyyat
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. === Avtobus === Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Koreyanın nəqliyyat
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. === Avtobus === Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Kosovoda nəqliyyat
Kosovoda nəqliyyat (alb. Transporti në Kosovë, serb. Транспорт на Косову, türk. Kosova'da ulaşım) — müstəqilliyi qismən tanınan Kosovo Respublikasında nəqliyyatın vəziyyətinə verilən ad. Bu səbəbdən müəyyən çətinliklər yaşayır. Kosovo 2008-ci ildə Serbiyadan müstəqillik əldə etmişdir və dünyanın bir çox ölkələri tərəfindən müstəqil ölkə kimi tanınır. Kosovonun şimala çıxışı yoxdur buna səbəb Serbiyanın onun müstəqilliyini tanımamasıdır. Digər qonşu ölkələr isə onun müstəqilliyini tanıyır və nəqliyyat əlaqəsi qurur. Müstəqillik əldə edildikdən sonra şəhər və hava nəqliyyatının inkişafı istiqamətdə tədbirlər görülmüşdür. Nəqliyyat Kosovo iqtisadiyyatında mühüm rol oynayır.
Küveytdə nəqliyyat
Küveytdə nəqliyyat — Relsdən başqa bütün nəqliyyat növlərinə Küveytdə rast gəlmək olar. Avtomobil nəqliyyatı ölkədə əsas rolu oynayır. İctimai avtobuslar əhəmiyyətli yerə malikdir. Küveyt İran körfəzinin sahilində bir neçə limana malikdir. Küveytdə 7 hava limanı fəaliyyət göstərir. Onlardan ən böyüyü Küveyt Beynəlxalq Hava limanıdır. == Dəmiryol nəqliyyatı == Küveyt dəmir yolu infrastrukturuna malik deyil. Ancaq avtomobil hərəkətinin intensivliyinin artımı bir neçə dəmir yolu layihəsinin yaranmasına gətirib çıxarmışdır. Əl-Küveyt Gulf Railway yolunun son stansiyalarından biri olmalıdır. Bu dəmir yolunun 2000 kilometri bir neçə körfəz ölkələrini bir-biri ilə bağlayacaqdır.
Kələk (nəqliyyat)
Kələk — su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bolgəsi ucun səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ və kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə hər iki su nəqliyyatı vasitəsi oxşarlıq təşkil etsə də, ölçülərinə və yukgöturmə qabiliyytəinə görə pələ kicik, kələk isə nisbətən iri ölçudə hazırlanırdı. Kələk öz həcminə görə pələdən uç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5-6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurdu. Kələyə bağlanmış tuluqların sayı isə 12-16 ədədə çatırdı. Kələk də xüsusi çəp vasitəsilə idarə olunurdu və təxminən 150-170 puda qədər yuk götürə bilirdi. Culfa rayonunun Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üctəpədə digər sahilə çıxa bilirdi.
Livanda nəqliyyat
Livanda nəqliyyat — İnkişaf səviyyəsinin böyük diapazonuyla fərqlənir. Rəfiq Həriri adına Beynəlxalq Hava Limanı ilə yanaşı avtomobil yolları ölkənin paytaxtı olan Beyrut şəhərinə qədər gəlib çıxır. Digər ərazilərdəki yollar isə pis vəziyyətdədir. 1975 və 1990-ci illər arasında vətəndaş müharibəsi və İsraillə İkinci Livan müharibəsi nəqliyyat infrastrukturuna ciddi zərər vurmuşdur. == Avtomobil nəqliyyatı == Livan əsasən geniş yol şəbəkəsinə malik ölkələrdən hesab olunur. Ancaq pis xidmətə görə bəzi sahələr və məskunlaşılmamış yerlər təhlükəli ola bilərlər. Həmçinin yollar həyəcan siqnalları nəticəsində xəbərdarlıqsız bağlana bilərlər. Livanın əsas yolları aşağıdakılardır: Beyrut — Cübeyl — Tərabülüs əş-Şam — Suriya il sərhəddə; Beyrut — Sayda — Sur — İsrail ilə sərhəddə; Beyrut — Bxamdun-əl-Мxatte — Xtaura — Suriya ilə sərhəddə; Xtaura — Zəhlə — Bəəlbək - Каа; Tərabülüs əş-Şam — Bişarri — Bəəlbək. === Avtomagistral === Livanın əsas yollarının bir hissəsi avtomagistral yollarına çevirilmişdir. Onlara aşağıdakılar aiddir: Beyrut avtomagistralı — Tərabülüs əş-Şam (81 km); Beyrut — Кfar-Badde (65 km); Beyrut — Sofar (26 km); Tərabülüs əş-Şam — Xane (20 km).Livanın yol şəbəkəsinin ümumi uzunluğu 2005-ci ilin məlumatlarına görə, 6970 kilometr təşkil edir.
Monteneqroda nəqliyyat
Monteneqroda nəqliyyat hava, avtomobil, dəniz və dəmir yolu kimi sahələri əhatə edir. == Hava nəqliyyatı == Monteneqroda Podqoritsa (TGD) və Tivat (TIV) kimi iki əsas beynəlxalq hava limanı vardır. Hər iki hava limanı 2006-cı ildə açılmışdır: Podqoritsa şəhərində yeni bir sərnişin terminalı da inşa edilmişdir. Hər iki hava limanında 2017-ci ildə sərnişin dövriyyəsi 2184857 nəfər təşkil etmişdir. Həmin ildə hər bir aeroportda sərnişin dövriyyəsi 1 milyonu keçmişdirBerane, Jabljak və Nikşiçdə də hava limanı vardır. Lakin daxili uçuşlar üçün istifadə olunur və böyük təyyarələrin qəbulu üçün uyğun deyildir. İlsiçdə isə təyyarələr çəmənlik sahəyə eniş edir. == Dəmiryolları == Dəmiryollarının ümumi uzunluğu 250 km-dir. Relslər arasında məsafə 1435 mm-dir. Ensiz dəmiryolu xətti yoxdur.
Priştinada nəqliyyat
Priştina Kosovoda avtomobil, dəmir yolu və hava şəbəkələrinin əsas qovşağıdır. Avtobuslar, qatarlar və təyyarələr Priştina ilə digər bölgələr arasında yüksək səviyyədə nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat polisinin məlumatına görə, Kosovo Respublikasında qeydiyyatdan keçmiş 240 min nəqliyyat vasitəsi vardır ki, bununda təxminən 100 mini (41%) Priştinanın payına düşür. == Yollar == Kosovo müharibəsindən sonra Priştinada yollar çox pis vəziyyətdə idi. Vəziyyətin düzəldilməsi üçün dövlət investisiyaları tələb olunurdu. Hazırda Priştinada infrastruktur yaxşı vəziyyətdədir. Priştinanı digər şəhərlərlə birləşdirən yollar Kosovo nəqliyyat şəbəkəsinin əsasını təşkil edir. M2 yolu şimaldan, Mərkəzi Serbiyadan başlayır və Priştinadan keçməklə Makedoniya sərhəddinə qədər uzanır. M9 yolu Mərkəzi Serbiyadan başlayır və Reç şəhərindən keçməklə Monteneqro sərhədinə qədər uzanır. Priştinada yol qəzaları.Aşağıdakı cədvəldə 2008-2011-ci illərdə Priştina yollarında ölümcül qəzaların sayı göstərilir.
Qatar (nəqliyyat)
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. == Qatar növləri == Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. == Azərbaycanda qatardan istifadə == Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur. Məsələn, sərnişin qatarlarının uzunluğu 20 vaqona qədər ola bilər.
атеисти́ческий вдова́ до́нья затопи́ть кио́тный маркирование эми́р возложить что-л. на алта́рь отечества вы́пустить настыва́ть оснаща́ться офицерьё покайфова́ть скру́тка телекоммуника́ция hairlike ill use kind legalist non-egoistical send out snow ice stipitate vertebration ржание