NÖKƏR

is. Keçmişdə ağasına xidmət edən və onun şəxsi tapşırıqlarını yerinə yetirən ev xidmətçisi (oğlan).
[Əhməd tacirbaşı] özü sərkarını, sarbanını, bir də nökərlərini, gözəgələn igidlərini götürüb çıxdı bir uca təpənin başına. Koroğlu”.
Nökər içəri daxil olub, Bahadıra: – Bir şəxs sizi görmək istəyir, – dedi. N.Nərimanov.

// nifr. Başqasına qulluq göstərən, yaltaqlıq edən adam haqqında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NÖKƏR NÖKƏR [Aşıq Vəli:] Hər nə buyurursunuz nökəriniz Vəli can ilən-baş ilən qulluğunuzda hazırdır (N.Vəzirov); GƏDA (dan
  • NÖKƏR gədə — qulluqçu — xidmətçi

Antonimlər (əks mənalı sözlər)

  • NÖKƏR NÖKƏR – AĞA Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı (Ata. sözü)

Etimologiya

  • NÖKƏR Monqol sözüdür, ilkin mənası “əməkdaş”, “silahdaş” demək olub. Sonra məna tamam dəyişib və farslardakı “gəda” anlamına uyğun məna kəsb edib
NOYÁBR
NÖKƏRÇƏ
OBASTAN VİKİ
Nökər
Nökər (peşə) — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Nökər (Monqolustan) — orta əsrlərdə monqol əyanlarının silahlı dəstəsinin üzvləri.
Nökər (Monqolustan)
Nökər (mold. нөхөр; mənası – dost, yoldaş) — XI–XII əsrlərdə Monqolustanda feodal münasibəylərinin yarandığı dövrdə əyanların silahlı dəstəsinin üzvləri. == Tarixi == XIII əsrin əvvəllərindən monqol xanlarının (Çingiz xan və b.) şəxsi qvardiyasını təşkil etmişdir. Nökərlərdən müharibə vaxtı döyüşçü, dinc dövrdə isə keşikçi, "ev qulluqçusu" kimi istifadə olunmuşdur. Onlar igid və sadiq döyüşçülər idilər. Çingiz xanın ən görkəmli generallarının çoxu nökər idi. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada "xidmətçi", "qulluqçu" mənasında işlədilmişdir.
Nökər (peşə)
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.

Digər lüğətlərdə

дрени́роваться медли́тельно намыва́ть обогну́ть подыто́живание преглубо́кий предвзя́тость проме́рный самока́тный соловьи́ный сутя́жничество недоле́чивать сыромя́тина шмали́ть шпарга́лка эмите́нт conciliative delivery flight Ghana hoop-la interdepartmental lepra spotted crane's bill выкурить золотить